Məhkəmə qərarları › İş №2(102)-7451/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7451/2019

05.12.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7451/2019 05.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili X1, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 fevral 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(011)-802/2018, hakim İ.N.Abbasova) İddiaçı Cavabdeh1 qarşı iddiası qismən təmin edilmiş, cavabdehdən 1.052 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-1759/2019, hakimlər M.A.Məmmədov, X.A.Mərdanova, X.Ə.Sarıyev) Cavabdeh1 apellyasiya şikayəi qismən təmin edilmiş. qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni vurulmuş zərərə görə cavabdehdən 1.052 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi hissəsində dəyişdirilmiş, həmin məbləğın 822 manat müəyyən edilməsi qət edilmiş, qətnamə apellyasiya baxışının predmetini təşkil edən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: XXX yerləşən 45 saylı evin 49 saylı mənzili İddiaçı mülkiyyətindədir. 22 may 2017-ci il tarixdə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, üst qonşusu, yəni XXX yerləşən 45 saylı evin 56 saylı mənzilindən onun mənzilinə su sızmasına və mənzilinə ziyan dəyməsinə istinad edərək Cavabdeh1vurulmuş 3.000 manat məbləğində maddi zərərin əvəzinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən alınmış 27 noyabr 2017-ci il tarixli ekspertiza rəyinə əsasən 49 nömrəli mənzilin 56 nömrəli mənzilin altında yerləşməsi, iddiaçının mənzilin konstruktiv elementləri üzərində su sızm a izlərinin olduğunu, eləcə də mülki işdə olan məlumatları nəzərə alaraq 49 nömrəli mənzilə 56 nömrəli mənzildən su sızması müəyyən edilmişdir. Lakin cavabdehin mənzilin qapısı bağlı olduğundan həmin mənzildə istilik yaxud su sistemində nasazlıqlar olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. İddiaçının mənzilinə su sızma halları nəticəsində dəymiş zərərin bərpa edilməsi üçün sərf edilə biləcək vəsaitin məbləği 1.052 manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən alınmış 15 mart 2019-cu il tarixli ekspertiza rəyinə əsasən49 nömrəli mənzilin 56 nömrəli mənzilin altında yerləşməsi, iddiaçının mənzilin konstruktiv elementləri üzərində su sızma izlərinin olduğunu, eləcə də mülki işdə olan məlumatları nəzərə alaraq 49 nömrəli mənzilə 56 nömrəli mənzildən su sızması müəyyən edilmişdir. Lakin 49 nömrəli mənzilin qüsurlar aşkar edilmiş tikilisinin üst hissəsində yerləşən otaqda istilik və su xətləri döşəmənin altında yerləşdiriyindən onların saz və ya nasazlığını müəyyən etmək mümkün olmamışdır. 49 nömrəli mənzilə suyun sızma halları nəticəsində dəymiş zərərin bərpa edilməsi üçün sərf edilən vəsaitin məbləği 822 manat təşkil edir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallar, o cümlədən mənzilin cavabdehin mülkiyyətində olmaması nəzərə alınmamış, eyni zamanda gəlinən nəticənin əsası kimi əsassız ekspert rəyinə istinad edilmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş, cavabdeh isə vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tə ləbinin əsasını iddiaçının mənzilinə üst qonşusunun mənzilindən su sızması nəticəsində dəyən maddi zərərin əvəzinin ödənilməsi təşkil edir. İddianın təmin edilməyən hissəsində apellyasiya məhkəməsinin qətnaməsi mübahisələndirilməmişdir. Apellyasiya məhkəməsi tərəfindən araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus 49 nömrəli mənzilə su sızması nəticəsində zərərin dəyməsi faktı və bu halın 56 nömrəli mənzildə su borularının nasaz vəziyyətdə olması səbəbindən baş verməsi işin mübahisəsiz hallarıdır. Belə ki, 15 mart 2019-cu il tarixli ekspert rəyindən müəyyən edilir ki, mərtəbələrarası örtük konstruksiyasından su sızması aşağıdakı səbəblərə görə baş verə bilər: boru xətlərində yaranan qəzalardan, sanitar-texniki avadanlıqlarda yaranan qəzadan, kanalizasiya borul arının çatlamasından, birləşmə yerinin keyfiyyətsiz bərkidilməsindən, tıxaclanmadan, yararsız texniki avadanlıqlardan istifadə edilməsindən, su kanalizasiya və boru xətlərinin istismar müddətinin bitməsindən və s. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mənzilinə suyun sızması məhz 56 nömrəli mənzilin döşəmə altında yerləşən boru xəttində olan nasazlıqlar səbəbindən baş vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Deməli, cavabdeh törətdiyi deliktə görə iddiaçının qarşısında mülki məsuliyyət daşıyır və iddiaçı ona dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Kassatorun apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə məzmunca eynilik təşkil edən dəlilləri apellyasiya məhkəməsi tərəfindən araşdırılmaqla hüquqi qiymət verilmişdir. Beləliklə, apellyasiya məhkəməsinin qətnaməsi qanunvericiliyin tələblərinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq e dilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar