Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-747/2019 06.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 06 fevral 2019-cu il İş 2(102)-747/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi, iddiaçı “X” Açıq Səhmdar Cəmiyyətinin vəkili Həsənov Elyar Eldar oğlunun, cavabdeh X3 vəkili X8 oğlunun iştirakları ilə, cavabdeh X3 və vəkili X8 oğlunun Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Səbail rayon məhkəməsinin23 aprel 2018- ci il tarixli qətnaməsiilə (N.A.Bağırov, iş2(009)-92/2018) iddiaçı “X” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X4 və Cavabdeh2 qarşı borcun, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək “X” ASC ilə X5 qızı arasında bağlanmış 13.09.2013-cü il tarixli, 0347/13/PB №-li kredit müqaviləsi üzrə yaranmış 19.428,60 (on doqquz min dörd yüz iyirmi səkkiz manat altmış qəpik) AZN əsas borc, müqavilənin bitdiyi 13.09.2015-ci il tarixə 777,14 (yeddi yüz yetmiş yeddi manat on dörd qəpik) AZN faiz borcu, 50 (əlli) AZN cərimə borcu olmaqla, ümumilikdə 20.255,74 (iyirmi min iki yüz əlli beş manat yetmiş dörd qəpik) AZN məbləğində pul vəsaiti və “X” ASC ilə X5 qızı arasında bağlanmış 07 iyul 2014-cü il tarixli, 0236/14/PB №li kredit müqaviləsi üzrə yaranmış 20. 900,25 (iyirmi min doqquz yüz manat iyirmi beş qəpik) AZN əsas borc, müqavilənin bitdiyi 07.07.2016-cı il tarixə isə 4.932,46 (dörd min doqquz yüz otuz iki manat qırx altı qəpik) AZN faiz borcu, 50 (əlli) AZN manat cərimə, ümumilikdə isə 25.882,71 (iyirmi beş min səkkiz yüz səksən iki manat yetmiş bir qəpik) AZN məbləğində pul vəsaiti, eyni zamanda iddianın qaldırılması ilə bağlı ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu əvəzinin 15 (on beş) manat hissəsi cavabdeh Əzim-X2 tutulub iddiaçı “X” ASC-nin hesabına köçürülməsi, yuxarıda qeyd olunan müqavilələr üzrə tələb olunan pul vəsaitinin 24.07.2009-cu il tarixli, ƏZ/PB1045//07/09№-li ipoteka (Girov) müqaviləsinə və həmin müqaviləyə edilmiş 05 №-li, 06 №-li, 07 №-li Əlavələrə əsasən ipoteka ilə yüklü edilmiş Əzim-X4 məxsus Bakı şəhər i, Səbail rayonu, Maqomayev küçəsində istifadədə olan 0.0094 ha torpaq sahəsində yerləşən 113№-li 2 mərtəbəli binanın 2-ci mərtəbəsində, 22,0 kv.m ümumi 22,0 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 4 №-li mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiyməti 40.000 (qırx min) manat müəyyən edilərək həmin ilkin satış qiyməti ilə satılması məqsədilə açıq hərraca çıxarılması, satışdan əldə edilən pul vəsaiti yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində «X» ASC-yə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsi cavabdeh Əzim-X4 verilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Maqomayev küçəsində istifadədə olan 0.0094 ha torpaq sahəsində yerləşən 113 №-li 2 mərtəbəli binanın 2-ci mərtəbəsində, 22,0 kv.m ümumi 22,0 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 4 nömrəli mənzili açıq hərrac yolu ilə satıldıqdan sonra 1 (bir) ay ərzində cavabdehlər X5 qızı və Cavabdeh2 həmin mənzili boşaldaraq, mənzildən çıxarılması, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 100 (yüz) manat vəsaitin 50 (əlli) manat hissəsi «X» ASC-dən, 50 (əlli) manat hissəsi isə cavabdehlər Əzim-X2 və Cavabdeh2 tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülməsi, «xxxx» MMC tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 (bir yüz əlli) manat vəsaitin 75 (yetmi ş beş) manat hissəsi “X” ASC-dən, 75 (yetmiş beş) manat məbləğində hissəsi isə cavabdehlər Əzim-X2 və Cavabdeh2 müştərək qaydada tutulub «xxxx» MMC-nin hesabına (VÖEN: **********; hesab N AZN: AZ53CDBB**********44002081; BANK: “X6” ASC, VÖEN: **********; Müxbir hesab: AZ30NABZ********************; KOD: 505174; SWİFT: CDBBAZ22) köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (E.C.Kazımov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və İ.S.Şirinov, iş2(103)-8891/2018) Bakı şəhəri, Səbail rayon məhkəməsinin 2(009)-92/2018 saylı 23 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh X5 qızı və vəkili X8 oğlu kassasiyaşikayətiveribqətnaməninləğvedilməsi vəişinyeniapellyasiyabaxışınagöndərilməsinixahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iddiaçı “X” Açıq Səhmdar Cəmiyyətinin vəkili Həsənov Elyar Eldar oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edib şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh vəkili X8 oğlu kassasiya şikayətinin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəməiclasınınvaxtıvəyeribarədətərəflərəlazımiqaydadaxəbərverilmiş, cavabdehlər X5 qızı və Cavabdeh2 üzürsüzsəbəbdənməhkəməiclasınagəlmədiklərindənkassasiyakollegiyasıişəonlarıniştirakıolmadan baxılmasınımümkünhesabetmişdir. İŞİN HALLARİ: İddiaçı “X” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər və Cavabdeh2 qarşı borcun, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşüzrəyuxarıdagöstərilənməhkəməaktlarıqəbuledilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh X5 qızı və vəkili X8 oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı ApellyasiyaMəhkəməsitərəfindənişəbaxılanmaddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məruzəçini, iddiaçı “X” Açıq Səhmdar Cəmiyyətinin vəkili Həsənov Elyar Eldar oğlunu, cavabdeh X3 vəkili X8 oğlunu dinləyib, şikayətin dəlillərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamədəyişdirilmədənsaxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün t ətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İşdə olan “X” ASC (borc verən) ilə X5 qızı (borc alan) arasında bağlanmış 24.07.2009-cu il tarixli, ƏZ/PB-10 45/07/09№-li kredit müqaviləsinə əsasən borc verən illik 29 faizlə 18 ay müddətinə borc alana 45.000 (qırx beş min) manat məbləğində kreditin borclu tərəf üçün kreditor bankda açılmış ssuda hesabına köçürülməsini, borc alan ona verilmiş krediti ödəniş cədvəlinə uyğun olaraq qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 2.9-cu bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin qalıq məbləğinin 0.2 faiz həcmində dəbbə pulu tələb edilir. İş materiallarında olan “X” ASC (borc verən) ilə X5 qızı (borc alan) arasında bağlanmış 13.09.2013-cü il tarixli, 0347/13/PB №-li kredit müqaviləsinə əsasən borc verən illik 24 faizlə 24 a y müddətinə borc alana 55.000 (əlli beş min) manat məbləğində kreditin borclu tərəf üçün kreditor bankda açılmış ssuda hesabına köçürülməsini, borc alan ona verilmiş krediti ödəniş cədvəlinə uyğun olaraq qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 2.9-cu bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin qalıq məbləğinin 0.2 faiz həcmində dəbbə pulu tələb edilir. İş materiallarına əlavə edilmiş “X” ASC (borc verən) ilə X5 qızı (borc alan) arasında bağlanmış 07.07.2014-cü il tarixli, 0236/14/PB №-li kredit müqaviləsinə əsasən borc verən illik 24 faizlə 24 ay müddətinə borc alana 30.000 (otuz min) manat məbləğində kredi tin borclu tərəf üçün kreditor bankda açılmış ssuda hesabına köçürülməsini, borc alan ona verilmiş krediti ödəniş cədvəlinə uyğun olaraq qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 2.9-cu bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin qalıq məbləğinin 0.2 faiz həcmində dəbbə pulu tələb edilir. İşdə olan «X» ASC (ipoteka saxlayan) ilə X5 qızı (ipoteka qoyan) arasında bağlanmış 24.07.2009-cu il tarixli, ƏZ/PB1045//07/09 №-li ipoteka (Girov) müqaviləsinə əsasən 24.07.2009-cu il tarixli, ƏZ/PB1045//07/09 saylı kredit müqaviləsi üzrə 45.000 manat kredit verilmiş borc öhdəliklərinin təminatı kimi Bakı şəhəri, Səbail ray onu, Maqomayev küçəsində istifadədə olan 0.0094 ha torpaq sahəsində yerləşən 113№-li 2 mərtəbəli binanın 2-ci mərtəbəsində, 22,0 kv.m ümumi 22,0 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 4 №-li mənzili ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 13.09.2013-cü il tarixli “X” ASC (ipoteka saxlayan) ilə X5 qızı (ipoteka qoyan) arasında bağlanmış 24.07.2009-cu il tarixli, ƏZ/PB1045//07/09 №-li ipoteka (Girov) müqaviləsinə 05№-li əlavəyə əsasən, 13.09.2013-cü il tarixli, 0347/13/PB saylı kredit müqaviləsi üzrə 55.000 manat kredit verilmiş borc öhdəliklərinin təminatı kimi Bakı şəhəri, Səbail rayonu, Maqomayev küçəsində istifadədə olan 0.0094 ha torpaq sahəsində yerləşən 113 №-li 2 mərtəbəli binanın 2-ci mərtəbəsində, 22,0 kv.m ümumi 22,0 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 4 №-li mə nzili ipoteka ilə yüklü edilmişdir. İşdə olan 07.07.2014-cü il tarixli “X” ASC (ipoteka saxlayan) ilə X5 qızı (ipoteka qoyan) arasında bağlanmış 24.07.2009-cu il tarixli, ƏZ/PB1045//07/09 №-li ipoteka (Girov) müqaviləsinə 06 №-li əlavəyə əsasən 07.07.2014-cü il tarixli, 0236/14/PB saylı kredit müqaviləsi üzrə 30.000 manat kredit verilmiş borc öhdəliklərinin təminatı kimi Bakı şəhəri, Səbail rayonu, Maqomayev küçəsində istifadədə olan 0.0094 ha torpaq sahəsində yerləşən 113 №-li 2 mərtəbəli binanın 2-ci mərtəbəsində, 22,0 kv.m ümumi 22,0 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 4 №-li mənzili ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş 28.11.2014-cü il tarixli “X” ASC (borc verən) ilə X5 qızı (borc alan) arasında bağlanmış 13.09.2013-cü il tarixli, 0347/13/PB №-li kredit mü qaviləsinə edilmiş 01№-li dəyişiklikdən görünür ki, 13.09.2013-cü il tarixli, 0347/13/PB saylı kredit müqaviləsinə əsasən verilmiş 55.000 AZN məbləğində kreditin 27666 AZN məbləğində qalığın ödənilmə müddəti 13.09.2016-cı il tarixədək uzadılmışdır. İşdə olan 28.11.2014-cü il tarixli “X” ASC (borc verən) ilə X5 qızı (borc alan) arasında bağlanmış 07.07.2014-cü il tarixli, 0236/14/PB №-li kredit müqaviləsinə edilmiş 01 №-li dəyişiklikdən görünür ki, 07.07.2014-cü il tarixli 0236/14/PB saylı kredit müqaviləsinə əsasən verilmiş 30.000 AZN məbləğində kreditin 25953 AZN məbləğində qalığın ödənilmə müddəti 09.07.2017-cı il tarixədək uzadılmışdır. İş materiallarında olan 28.11.2014-cü il tarixli “X” ASC (ipoteka saxlayan) ilə X5 qızı (ipoteka qoyan) arasında bağlanmış 24.07.2009-cu il tarixli, ƏZ/ PB1045//07/09 №-li ipoteka (Girov) müqaviləsinə 07 №-li əlavəyə əsasən 13.09.2013-cü il tarixli, 0347/13/PB saylı kredit müqaviləsinə 28.11.2014-cü il tarixdə edilmiş 01№-li əlavə üzrə illik 24 faizlə13.09.2016-cı il tarixədək, 27666 AZN və 07.07.2014-cü il tarixli 0236/14/PB saylı kredit müqaviləsinə 28.11.2014-cü il tarixində edilmiş 01№-li əlavə üzrə illik 24 faizlə 09.07.2017-ci il tarixədək 25953 AZN borc öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə Bakı şəhəri, Səbail rayonu, Maqomayev küçəsində istifadədə olan 0.0094 ha torpaq sahəsində yerləşən 113 №-li 2 mərtəbəli binanın 2-ci mərtəbəsində 22,0 kv.m ümumi 22,0 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 4 №-li mənzili ipoteka ilə yüklü edilmişdir. İşdə olan “X” ASC tərəfindən verilmiş 28.12.2016-cı il tarixli arayışdan görünü r ki, cavabdeh Əzim-X3 13.09.2013-cü il tarixli, 0347/13/PB-01 №li kredit müqaviləsi üzrə əsas borc üzrə 20.332,67 manat, faiz borcu üzrə 14,422,90 manat, cərimə üzrə 18,717,48 manat ümumilikdə 52.927,05 manat borcu vardır. İş materiallarına əlavə edilmiş “X” ASC tərəfindən verilmiş 28.12.2016-cı il tarixli arayışdan görünür ki, cavabdeh Əzim-X3 28.11.2014-cü il tarixli, 0236/14/PB-01 №li kredit müqaviləsi üzrə əsas borc üzrə 20.900,44 manat, faiz borcu üzrə 14825.67 manat, cərimə üzrə 18,045,29 manat ümumilikdə 53.771,40 manat borcu vardır. İşdə olan məhkəmə mühasibatlıq ekspertizasının 26.01.2018-ci il tarixli, 29786 №-li rəyinə əsasən, eskpert tədqiqatının nəticəsində 13.09.2013-cü il tarixli, 0347/13/PB №-li kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Əzim-X3 “X” ASC-yə 19.428.60 ma nat əsas borcu, müqavilənin bitdiyi 13.09.2015-ci il tarixə illik 24% dərəcəsi ilə hesablanmış 777.14 manat faiz borcu olmaqla, cəmi borcu 20.205.74 manat məbləğində; 07.07.2014-cü il tarixli 0236/14/PB№-li kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Əzim-X3 “X” ASC-yə 20.900,25 manat əsas borcu, müqavilənin bitdiyi 07.07.2016-cı il (məhkəmə iclasında iştirak etmiş Ekspert R.R.Cəlilov ekspert rəyinin nəticə hissəsində 07.07.2014-cü il tarixli 0236/14/PB №-li kredit müqaviləsinin bitdiyi tarix texniki səhv olaraq 13.09.2015-ci il göstərildiyini bildirşmiş və həmin tarixin 07.07.2016-cı il tarix kimi nəzərə alınmasını xahiş etmişdir) tarixə illik 24% dərəcəsi ilə 4.932,46 manat faiz borcu olmaqla, cəmi 25.832,71 manat borcunun olduğu müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “X” ASC-nin iddia tələbində tərəflərin müqavilənin həmin müddət qurtarana qədər (müqavilənin bitdiyi vaxta) yol verilmiş pozulmasına Əzim-X3 “X” ASC-yə 13.09.2013-cü il tarixli, 0347/13/PB №-li kredit müqaviləsi üzrə əsas borcunun 20.332,67 manat, faiz borcunun 14.422,90 manat, eyni zamanda 07 iyul 2014-cü il tarixli, 0236/14/PB №li kredit müqaviləsi üzrə 20900,44 manat əsas, 14825,67 manat faiz borcunun olduğu göstərildiyi halda, ekspert rəyində 13.09.2013-cü il tarixli 0347/13/PB №-li kredit müqaviləsi üzrə 19.428.60 manat əsas borc, müqavilənin bitdiyi 13.09.2015-ci il tarixə 777.14 manat faiz borcu, eyni zamanda 07.07.2014-cü il tarixli 0236/14/PB №-li kredit müqaviləsi üzrə 20.900,25 manat əsas borc, müqavilənin bitdiyi 07.07.2016-cı il tarixə isə 4.932,46 manat faiz borcu təşkil etdiyi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən borc müq aviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan kassasiya kollegiyası Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ilə razılaşır və hesab edir ki,Bakı ApellyasiyaMəhkəməsiningəldiyi nəticə düzgündür. İşdə qətnamənin ləğv edilməsi üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-n in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 28 sentyabr 2018-ci il tarixli, 2(103)-8891/18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir.
Məhkəmə qərarları › İş №2(102)-747/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-747/2019
06.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver