Məhkəmə qərarları › İş №2(102)-747/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-747/2024

29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-747/2024 29.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun zamindən tutulması, zaminin öhdəliyinin yaranması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 sentyabr 2023-cü il tarixli, 2(103)5007/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərə findən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 30 dekabr 2019-cu il tarixli kredit müqaviləsi ilə İddiaçı ASC tərəfindən Cavabdeh2 kreditin ödənilməsi məqsədi ilə illik 1% faiz dərəcəsi ilə 60 ay müddətinə 10975,81 manat məbləğində kredit verilmişdir.

2. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üçün 30 dekabr 2019-cu il tarixli zaminlik müqaviləsi ilə Cavabdeh1 borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 q arşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 10518,41 manat əsas, 74,08 manat faiz borcu və iş üzrə ödənilmiş 122,67 manat dövlət rüsumu olmaqla, cəmi 10592,49 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, borcalan və zamin kredit müqaviləsinin tələbini pozaraq, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışlar.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, e-2(004)928/2023 nömrəli qətnaməsi ilə (hakim: Ayaz Məmmədov) iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 10518,41 manat əsas, 74,08 manat faiz borcu və iş üzrə ödənilmiş 122,67 manat dövlət rüsumu olmaqla, cəmi 10592,49 manat pulun tutularaq, Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 445.1, 448.1, 448.2, 467, 470.1-ci maddələri, Mülki Prosessual Məcəllənin 119.1, 218.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, e-2(004)-928/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsi səlahiyyətsiz şəxs tərəfindən imzalanmışdır. İddia ərizəsi iddiaçının qanuni təmsilçisi (ləğvedicisi) olan Əmanətləri n Sığortalanması Fondunun Kreditlərin İdarə edilməsi departamentinin məhkəmələrlə iş şöbəsinin müdiri X7 tərəfindən imzalanmışdır. İş materiallarında olan 13 iyun 2022-ci il tarixli “Əmək müqaviləsi bildirişi”ndən görünür ki, Əmirov iddiaçının deyil, məhz Ləğvedicinin işçisidir. Təqdim edilmiş əmr, etibarnamə deyil. Bundan əlavə zaminin öhdəliyinin həddi zaminlik müqaviləsində müəyyən edilməmişdir. Faiz dərəcəsi göstərilməyibsə, amma zamin onun ödənilməsinə görə məsuldursa, deməli, öhdəliyin konkret məbləği (həddi) müəyyən edilməyib. Zaminlik müqaviləsi məhz qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilmədən bağlandığı üçün zamin bank qarşısında məsuliyyət daşımır. Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən tər əflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Hər bir halda Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məsələyə zaminin öhdəliyinin artması kimi yanaşılsa isə, ona xitam verilməlidir. Hər bir halda zaminin bu kredit öhdəliyi üzrə məsuliyyəti mövcud deyil.

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2023-cü il tarixli, 2(103)-5007/2023 nömrəli qətnaməsi ilə (hakim S.X.Bəhramzadənin sədrliyi və məruzəsi ilə, hakimlər X.A.Mərdanovadan və E.M.Həsənovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, e-2(004)-928/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və iddia ərizəsini ləğvedicinin işçisinin imzalaması, imzalayan şəxsin buna salahiyyətinin olması barədə etibarnaməsinin olmamaqla imzalanmaq səlahiyyətinin olmaması barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, işdən müəyyən edildiyi kimi, qeyd edilən bank ləğvetmə prosesindədir, həmin bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondudur. Eləcə də, bir neçə bankların ləğvedicisi həmin orqandır. Bu baxımdan həmin banklardan bir neçəsinin, eləcə də Ləğv prosesində olan İddiaçı ASC-nin adından bütün məhkəmə instansiyalarında iddia qaldırmaq, onu imzalamaq və s. hərəkətlərin edilməsinin Fondun Hüquq departamentinin direktoru Azər Əmirova həvalə edi lməsi barədə düzgün olaraq fondun icraçı direktoru tərəfindən müvafiq əmr verilmişdir. Həmin əmrin verilməsi istisna edilmir və qanuniliyi təkzib edilmir. Azər Əmirov da öz növbəsində qanuni olaraq hazırki iddia ərizəsini imzalamaqla məhkəməyə müraciət etmişdir.

11. Zaminin öhdəliyinin həddi zaminlik müqaviləsində müəyyən edilməməsi, faiz dərəcəsi göstərilmədiyi halda, lakin zamin onun ödənilməsinə görə məsuldursa, deməli, öhdəliyin konkret məbləği (həddi) müəyyən edilməməməsi, zaminlik müqaviləsinin məhz qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilmədən bağlandığı üçün zaminin bank qarşısında məsuliyyət daşımaması barədə dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin dəlil də t əmin edilə bilməz. Belə ki, zaminlik müqaviləsindən də müəyyən edildiyi kimi, həmin müqavilədə əsas borcluya həmin tarixli kredit müqaviləsinə əsasən 10975,81 manat məbləğində borcun verilməsi, kredit müqaviləsi üzrə bütün irəli gələcək öhdəliklərin və verilən məbləğdə borcun və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürməsi qeyd edilmiş, zamin tərəfindən də imzalanmışdır. Qeyd edilməlidir ki, sözügedən məbləğ 1 faizlə 60 ay müddətinə verilmişdir.

12. Kredit müqaviləsi üzrə tələbdən də müəyyən edildiyi kimi, tələb edilən məbləğ əsas borc üzrə 10518,41 manat, faiz borcu kimi isə cəmi 74,08 manatdır. Yəni, zamin əsas məbləğin zaminlik müqaviləsində əks olunmasını qəbul etmiş, hazırda isə həmin məbləğdən də az əsas məbləğ tələb ed ildiyi halda faizin müqavilədə göstərilmədiyi halda onun məsuliyyətinin olmamasını qeyd etmişdir. Göründüyü kimi, bank tərəfindən tələb edilən faiz məbləği cüzi bir məbləğ (74,08 manat) olmaqla, ümumilikdə tələb edilən məbləğ ilkin olaraq verilmiş əsas məbləğin həcmində belə olmamışdır. Məhz bu halda yalnız qanunvericiliklə müəyyən edilmiş formal əsasları irəli sürməklə öhdəliyin icrasından cavabdehin azad olunması barədə dəlilin təmin edilməsi nəticəsinə gəlinməsi əsaslı hesab edilə bilməz. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin dəlilləri əsaslı sayıla və təmin edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

13. Cavabdeh1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 sentyabr 2023-cü il tarixli, 2(103)-5007/2024 qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 405.1, 470, 471, 477-ci, Mülki Prosessual Məcəllənin 69.2, 73, 74.2, 88, 152.2.1-ci maddələrinin tələbləri pozulmuşdur.

15. Belə ki, bank, borcalan və zamin arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli Zaminlik müqaviləsində iddiaçı ilə borcalan arasında bağlanmış Kredit müqaviləsinin yalnız bir mühüm şərti – kredit məbləği təsbit edilmişdir. Kreditin müddəti, faiz dərəcəsi və digər şərtləri barədə Zaminlik müqaviləsində məlumat yoxdur. Beləliklə, zaminin öhdəliyinin həddi zaminlik müqaviləsində müəyyən edilməmişdir. “Azərbaycan Respublika sı Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 sentyabr 2012-ci il tarixli Qərarına əsasən “... zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq, zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: - hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); - əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyi) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq mə qsədi daşıyır”. Faiz dərəcəsi göstərilməyibsə, amma zamin onun ödənilməsinə görə məsuldursa, deməli, öhdəliyin konkret məbləği (həddi) müəyyən edilməyib. Mülki Məcəllənin 405.1-ci maddəsinə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 iyul 2019-cu il tarixli Qərarının 1-ci bəndində deyilir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zami nlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir.” Hazırki halda zaminlik müqaviləsi məhz qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilmədən bağlandığı üçün zamin iddiaçı qarşısında məsuliyyət daşımır. Hər bir halda Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məsələyə zaminin öhdəliyinin artması kimi yanaşılsa isə, ona xitam verilməlidir. Hər bir halda zaminin bu kredit öhdəliyi üzrə məsuliyyəti mövcud deyil. Əmirov ləğvedicinin özünü də təqdim edilmiş əmr əsasında təmsil edə və iddia ərizəsini imzalaya bilməz. Etibarnamə təqdim edilməli idi. Təqdim edilmiş əmrdə (hətta onu etibarnamə hesab etsə də, halbuki, bu, belə deyil) iddiaçının möhürü yoxdur. İddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığı üçün geri qaytarılmalı idi.

16. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

17. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya bax ışının hədləri:

18. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bil ər.

19. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassatorun şikayətinin dəlillərinə uyğun olaraq tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi ha lları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra et mədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi va sitəsilə aparılır. 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sist emində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual h üquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyiş dirilməsi üçün əsas yoxdur.

23. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin hazırki kassasiya şikayətinin dəlillərinə oxşar apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparılmış və Cavabdeh1 zamin kimi iddiaçının qarşısında öhdəliyinin yaranması nəticəsinə gəlmişdir.

24. Kassasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və qətnamənin ləğvi üçün əsas ola bilməz.

25. Belə ki, kassator zaminlik müqaviləsini imzalamasını və borcalanla birgə məsuliyyəti üzərinə götürməsini mübahisələndirmir.

26. Kassasiya şikayətinin ilk dəlili zaminin kredit müqaviləsinin şərtləri barədə məlumatlı olmaması səbəbindən öhdəldiyinin yaranmamasından ibarətdir.

27. Kassasiya şikayətinin bu dəlili üzrə apellyasiya məhkəməsinin göstərdiklərinə əlavə olaraq məhkəmə kollegiyası qeyd edi r ki, işin hallarına görə mübahisəli müqavilə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının tələblərinə uyğun, yəni həmin ana mövcud kredit borcunun ödənilməsi üçün 5 il müddətində, illik 1 faiz dərəcəsi ilə bağlanmışdır. Deməli müqavilənin şərtləri normativ hüquqi akt olan həmin Fərmanın tələblərinə uyğun tərtib olunmuş, hamıya bəlli olduğu (olmalı olduğu) kimi, kassatora da məlum olmuşdur.

28. Digər tərəfdən zaminlik müqaviləsinin 1.1-ci bəndində 30 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə istinad olunmuş və kreditin məbləği konkret olaraq əks olunmuşdur. Kredit və zaminlik müqavilələrinin eyni tarixdə imzalanması ona dəlalət edir ki, kassa torun müqavilənin müddət və faiz şərtləri barədə məlumatı olmuşdur.

29. Odur ki, zaminlik müqaviləsinin etibarsız olması və ya zaminliyə xitam verilməli olmasına dair kassasiya şikayətinin dəlili əsassızdır.

30. İddia ərizəsinin səlahiyyətsiz şəxs tərəfindən imzalanmasına dair kassasiya şikayətinin dəlili üzrə məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsi Mülki Prosessual Məcəllənin 10-1-ci maddəsinə əsasən “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə verilmişdir. X4 nəzərdə keçirilərkən müəyyən olunur ki, iddia Ləğv prosesində olan İddiaçı ASC-nin adından elektron imza ilə X2 tərəfindən imzalanmışdır.

31. İddia ərizəsinə əlavə olunan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumunun dövlət reyestrindən Çıxarışa əsasən Ləğv prosesində olan İddiaçı ASC-nin qanuni t əmsilçisi X3r. Sonuncu tərəfindən 10 sentyabr 2021-ci il tarixli əmrlə Ləğv prosesində olan banklar tərəfindən Azərbaycan Respublikasının Məhkəmələrinə təqdim edilən iddia ərizələrinin imzalanması... üçün verilən etibarnamələrin imzalanması Kreditlərin idarə edilməsi departamentinin Problemli kreditlərlə iş idarəsinin rəisi X5 həvalə edilmişdir. Elnur Quliyev tərəfindən isə öz növbəsində 20 dekabr 2022-ci il tarixli etibarnamə ilə Elektron Məhkəmə sistemi vasitəsi ilə sadələşdirilmiş iddia, iddia icraatı qaydasında ərizələrin və sair sənədlərin verilməsi üçün imza səlahiyyəti ləğv prosesində olan iddiaçı bankın hüquqşünası X1 verilmişdir.

32. Göründüyü kimi, iddia ərizəsi kassasiya şikayətində qeyd olunduğu kimi, Əmanətlərin Sığortalanması Fondunun adından deyil, Ləğv prosesində olan İddi açı ASCnin adından səlahiyyətli nümayəndə tərəfindən prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq verilmişdir.

33. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 sentyabr 2023-cü il tarixli, 2(103)-5007/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar