Məhkəmə qərarları › İş №2(102)-7480/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7480/2019

02.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7480/2019 02.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkilləri Vəkil1 və Vəkil2 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 10 iyul 2019cu il tarixli qətnaməsindən iddiaçı “"xxxx" Kooperativinin və vəkilləri Vəkil1 və Vəkil2nin kassasiya şikayətləri üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin 15 aprel 2019-cu il tarixli, 2(051)-90/2019 nömrəli qətnаməsi ilə (hakim Ələkbər Hüseynov) iddiaçı “"xxxx" Kooperativinin sədri X9 cavabdehlər Cavabdeh1, X10, Yevlax rayon Havarlı Bədiyyəsi və DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə qarşı Yevlax rayon Havarlı Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış 700 kv.metr torpaq sahəsinin satılmasına dair aktının etibarsız sayılması, DƏDRX-mim 17 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş 29 noyabr 2017-ci il tarixli, ******* №-li çıxarışın ləğv edilməsi, Yevlax rayon Havarlı Bələdiyyəsi ilə X10 arasında bağlanmış 600 kv.metr torpaq sahəsinin satılmasına dair aktının etibarsız sayılması, DƏDRX-mim 17 saylı Ərazi İdarəsi tərəfindən X6 adına verilmiş 14 iyun 2017-ci il tarixli, ******* №-li çıxarışın ləğv edilməsinə dair iddia tələbləri rədd edilmiş, Mingəçevir şəhər məhkəməsinin 2(051)-855 saylı, 06 aprel 2018-ci il ta rixli qərardadı ilə Cavabdeh1 və qeyrilərinə ******* №-li çıxarışda göstərilən X11 və qeyrilərinə ******* №-li çıxarışda göstərilən torpaq sahələrində tikinti və qurlaşdırma işlərinin aparılması qadağan edilməsinə dair iddianın təmin etmə tədbirinin qətnamə qanuni qüvvəyə mindikdən sonra ləğv edilməsi, iş üzrə ekspert xərci olan 100 (yüz) manatın iddiaçı “"xxxx" Kooperativinin sədri X7 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinə ödənilməsi, iş üzrə mütəxəssis xərci olan 60 (altmış) manatın iddiaçı “"xxxx" Kooperativinin sədri X7 tutularaq Kadastr və Yerquruluşu Lahiyə-Tədqiqat Mərkəzi MMC-yə (VÖEN:**********; Hesab №: AZ23AİİBV********************) ödənilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mül ki Kollegiyasının 10 iyul 2019-cu il tarixli, 2(107)2239/2019 saylı qətnaməsi ilə (hakimlər Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və İ.Quliyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Mingəçevir Şəhər Məhkəməsinin 15 aprel 2019-cu il tarixli, 2(051)-90/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: “"xxxx" Kooperativinin sədri X14 iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək,

1. Yevlax Bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli 379 saylı qərarının, həmin qərar əsasında Havarlı Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış 700 kv.metr torpaq sahəsinin satılmasına dair alqı-satqı aktının etibarsız sayılması,

2. DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş 29 noyabr 2017-ci il tarixli, ******* №-li çıxarışın ləğv edilməsi,

3. Yevlax Bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli 368 saylı qərarının, həmin qərar əsasında Havarlı Bələdiyyəsi ilə X10 arasında bağlanmış 600 kv.metr torpaq sahəsinin satılmasına dair alqı-satqı aktının etibarsız sayılması,

4. DƏDRXnin 17 saylı Ərazi İdarəsi tərəfindən X6 adına verilmiş 14 iyun 2017-ci il tarixli, ******* №-li çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı “"xxxx" Kooperativi və vəkilləri Vəkil1 və Vəkil2 kassasiya şikayətləri verərək şikayətləri onunla əsaslandırmışlar ki, həm birinci instansiya, həm də Şəki Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən və qətnamə çıxarı larkən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmiş, sübutlara düzgün qiymət verilməmiş, məhkəmələr işi hərtərəfli, tam və obyektiv araşdırmamış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, yəni iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilməmiş və qeyri-mötəbər, ziddiyətli aid olmayan sənədlərə istinad edilmiş, qanun səhv təfsir edilmiş və məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək, sonda iddiaçı “"xxxx" Kooperativinin Konstitusiyadan, Beynəlxalq müqavilələrdən və Qanunlardan irəli gələn hüquqlarının və qanuni mənafelərinin pozulması ilə nəticələnən qa nunsuz qətnamə çıxarmışdır. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli 2(107)-2239/2019 saylı qətnaməsinin əsassız və qanunsuz olduğuna görə tamamilə ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkilləri Vəkil1 və Vəkil2 Şəki Apellyasiya Məhkəməsinin MK-nın 10 iyul 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətlərinin dəlillərini müdafiə edərək şikayətlərin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası, cavabdehlər Cavabdeh1 və X6 məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlmələri səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onların iştirakı olmadan baxılmasını m ümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 10 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddiaçı “"xxxx" Kooperativinin sədri X9 cavabdehlər Cavabdeh1, X8, Yevlax rayon Havarlı Bədiyyəsinə və DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə qarşı alqı-satqı müqavilələrinin etibarsız sayılması, verilmiş çıxar ışın ləğv edilməsi tələbi təmin edilməməlidir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşd ırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55, 66.1, 67.1, 68-ci, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı, “Torpaq islahatları haqqında” Azərbaycan Respublikası Qanunun 7.1, 25-ci maddələrinə istinadən işin materialları üzrə gəldiyi nəticədən görünür ki, mübahisəli torpaq sahəsinin qanunvericiliyin yuxarıda göstərilən normaları ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanlarının və ya Bələdiyyə qərarı ilə ayrılması və tərəflər arasında bağlanmış müqavilənin olması, iddiaçının torpaq sahəsinin ayrılması barədə rayon torpaq şöbəsinin rəyinin olması, həmin torpaq sahəsinin, sərhədlərinin yerində müəyyən edilməsi, onun yerqurluğu planı və təsvirinin tərtib edilməsi, torpaq sahəsinin üzərində iddiaçının hüquqlarının dövlət reyestrində qeydə alınması barədə iş materiallarında əksini tapmamışdır. İddiaçı hazırki iddianı qaldırmaq hüquqa malik deyildir, həmçinin də topaq sahələri üzərində iddiaçının qeydiyyatdan keçməmiş hüquqların müdafiəsi və toxunulmazlığına dövlət təminat vermir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin araşdırılmış hallarına, tərəflərin qarşılıqlı münasibətinə uyğun olmamış, apellyasiya şikayətinin dəlilləri üzrə araşd ırma tam aparılmamış və onlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, işin materiallarından görünür ki, "xxxx" Kooperativinin Nizamnaməsinin təşkili və qeydiyyatı barəsində 311 saylı qərarı 06 sentyabr 1990-cı ildə qeydiyyatdan keçmişdir. Mingəçevir şəhər Xalq Deputatlar Sovetinin İcraiyyə Komitəsinin 27 dekabr 1990-cı il tarixli 24 nömrəli protokol və qərarına əsasən Mingəçevir şəhər müstəqil “"xxxx" kooperativinin 26.02.1990-cı il tarixli 2 nömrəli məktubunu və şəhər əhalisinin meyvətərəvəz təminatını yaxşılaşdırmaq məqsədilə kooperativə «Azərelektroizolyasiya» zavodunun yardımşı kənd təsərrüfatının sol sahilində yerləşən sahəsindən Havarlı arxının cənub hissəsindən 10 ha torpaq sahəsi ayrılmışdır. Mingəçevir şəhər Xalq Deputatlar Sovetinin İcraiyyə Komitəsinin 14 noyabr 1991-ci il tarixli, 606 nömrəli qərarı ilə, "xxxx" kooperativinin Bozdağ tərəfindən verilmiş torpaq sahəsi İ ha azaldılsın və həmin ərazi (İ ha) “İlkin” kiçik müəssisəsinə fəaliyyəti dövründə istifadə üçün verilmişdir. İşin materiallarından həmçinin görünür ki, torpaqların alqı-satqısına dair aktdan, plandan, 30 dekabr 2006-cı il tarixli 379 №-li qərarına və rəyinə əsasən Yevlax rayon Havarlı Bələdiyyəsinin mülkiyyətinə aid olan 0.07 ha həyətyanı torpaq sahəsi Cavabdeh1 satılmışdır. DƏDRX Yevlax Rayon Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışla Yevlax rayonu Havarlı kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X6 adına 14.06.2017-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan «Torpaqların alqı-satqısına dair akt»dan, plandan, 30 dekabr 2006-cı il tarixli 368 №-li qərardan və rəydən görünür ki, Yevlax rayon Havarlı Bələdiyyəsinin mülkiyyətinə aid olan 0.06 ha həyətyanı torpaq sahəsi X8 satılmış, DƏDRX Yevlax Rayon Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışdan isə görünür ki, Yevlax rayonu Havarlı kəndində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına 29.11.2017-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. İşin bu halları iş materiallarında olan DƏDRX-nin 17 saylı Ərazi İdarəsinin 30 yanvar 2018-ci il tarixli № **********68 saylı məktubunda öz əksini tapmışdır. Həmçinin, işin materiallarından daha sonra görünür ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin 18 mart 2019-cu il tarixli 25618 saylı ekspert rəyində iddiaçı tərəfindən “"xxxx" kooperativinə Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 27 dekabr 1990-cı il tarixli, 433 nömrəli qərarı ilə ayrılmış 10.0 ha torpaq sahəsi barədə Dövlət Aktı, Şəhadətnamə, Çıxarış və ya plan ölçü sənədi təqdim olunmadığı üçün cavabdehlər Cavabdeh1 29.11.2017-ci il tarixli, RX ******* nömrəli çıxarışla verilmiş 0.07 ha və X8 14.06.2017-ci il tarixli RX ******* nömrəli çıxarışla verilmiş 0.06 ha həyətyanı torpaq sahələrinin, “"xxxx" kooperativinə ayrılmış 10 ha torpaq sahəsinin hüdudları daxilində olub-olmamasının təyin edilməsinin mümkün olmadığı və iddiaçının sözügedən torpaq sahəsinə aid hüquqi və ya texniki sənəd təqdim etdikdən sonra təkrar baxılmasının mümkün ola bilməsi və Cavabdeh1 və Cavabdeh4 ayrılan torpaq sahələrinin Yevlax rayon Havarlı Bələdiyyəsinin Mülkiyyətinə aid olduğu göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Kömitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçı tərəfindən “"xxxx" kooperativinə Mingəçevir Şəhər XDS İcraiyyə Komitəsinin 27 dekabr 1990-cı il tarixli 433 nömrəli qərarı ilə ayrılmış 10.0 ha torpaq sahəsi barədə Dövlət Aktı, Şəhadətnamə, Çıxarış və ya Plan Ölçü sənədi təqdim olunmadığı üçün cavabdehlər Cavabdeh1 29.11.2017-ci il tarixli, RX ******* nömrəli çıxarışla verilmiş 0.07 ha və X8 14.06.2017-ci il tarixli RX ******* nömrəli çıxarışla verilmiş 0.06 ha həyətyanı torpaq sahələrinin, “"xxxx" kooperativinə ayrılmış 10 ha torpaq sahəsinin hüdudları daxilində olub-olmamasının təy in etmək mümkün deyil. İddiaçı sözügedən torpaq sahəsinə aid hüquqi və ya texniki sənəd təqdim edərsə təkrar baxıla bilər. Cavabdeh1 və Cavabdeh4ə ayrılan torpaq sahələri Yevlax rayon Havarlı Bələdiyyəsinin mülkiyyətinə aid olmuşdur. “"xxxx" Kooperativi istifadələrinə ayrılmış torpaq sahəsinin kooperativin istifadəsinə ayrılmış torpaq sahəsinin 700 kv.metri Havarlı Bələdiyyəsinin 30 dekabr 2006cı il tarixli 379 saylı qərarı əsasında Mingəçevir şəhər sakini Cavabdeh1, 600 kv.metrinin isə Havarlı Bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli 368 saylı qərarı əsasında Mingəçevir şəhər sakini X8 satılmasının qanunsuzluğunu onunla əsaslandırmışdır ki, həmin torpaq sahələri Mingəçevir şəhərinə aid torpaq sahəsi olduğundan Havarlı Bələdiyyəsi həmin torpaqları sata bilməzdi. Çünki həmin torpaq sahəl əri kooperativə 27 dekabr 1990-cı ildə Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin qərarı ilə ayrıldığı vaxtdan istifadələrindədir. Yevlax Bələdiyyəsi torpaq sahəsi onun mülkiyyətində olmayan torpaq sahəsini başqasına satmaqla iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur. Həmin qərarlar köhnə tarixə işlənmiş, əslində isə son dövrlərdə satılmışdır. Kooperativin ərazisinin başqa 5 nəfər müxtəlif şəxslərə satılmasına dair məhkəmə mübahisəsi olmuş və həmin qərarlar etibarsız sayılmışdır. Bununla bağlı müxtəlif araşdırmalar aparılmış, kooperativin ərazisi dəqiq göstərilmiş cizgi mövcüd olmuş, həmin cizgi əsasında mübahisəyə dair mütəxəssis rəyi verilmişdir. Həmin işlər üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcüddur. Cavabdehlər Cavabdeh1 və X10 Yevlax rayon Havarlı kənd bələdiyyəsindən torp aq sahəsi almalarını qanuni sayaraq iddianı əsassız saymışlar. İşin materiallarından görünür ki, iddia tələbinin Yevlax rayon Havarlı Bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli 379 saylı və 368 saylı qərarlarının etibarsız sayılması hissəsi ümumi məhkəmələrdə baxılmalı olmadığı üçün iddia tələbinin bu hissəsi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə görə, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanınınvə ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüquq müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunverici liklə müəyyən edilmiş digər yollarla yaranır; Həmin Məcəllənin 66.1-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərlə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir; Həmin Məcəllənin 67.1-ci maddəsinin tələbinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericillikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67.4-cü maddəsinə görə topaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsi və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinə yerdə müəyyən edil edilməsind ən, onların plan və ölçüsünü tərtib edilməsindən torpaq sahələri verilməsi barədə müqavilənin bağlanmasında və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatında keçməsindən sonra yaranır. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən torpaqların istifadəsinin və mühafizəsinin plaşdırmasında zonalaşdırılmasında və torpaq münasibətlərinin tənzimlənməsində dövlət torpaq kadastrının məlumatları tətbiq olunur. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. «Torpaq islahatı haqqında» Azərbayçan Respublikası Qanununun 3-cü maddəsinə əsasən torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur. Torpaq islahatı zamanı v ahid torpaq fondunda: dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları), xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən müvafiq ərazi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxarılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinin tələbinə görə, Azərbaycan Respublikasında bələdiyyə orqanları formalaşana qədər bu Qanunla bələdiyyərə ayrılan torpaqların idarə olunması müvafiq dövlət icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan qanunvericilik normalarına istinadən torpaq sahələri üzərində iddiaçının hüquqlarının qeydiyyatdan keçməməsi səbəbindən onun həmin iddianı qaldırmaq hüququna malik olmaması kimi nəticəsi ilə onun iddia tələbinin Yevlax rayon Havarlı Bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli 379 saylı və 368 saylı qərarlarının etibarsız sayılması hissəsinin ümumi məhkəmələrdə baxılmalı olmadığı üçün iddia tələbinin bu hissəsi üzrə icraata xitam verilməsinin qərara alınmasına dair nəticəsi ziddiyyətli olmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən iddiaçının subyektiv hüququ olmamasını qeyd etməklə yanaşı iddia tələbinə mahiyyəti üzrə baxmış və bələdiyyə tərəfindən torpaq sahələrinin qanuni əsaslarla satılması nəticəsinə gəlmişdir. Halbuki, qeyd edildiyi kimi, iddia tələbinin əsasını təşkil edən hissə, yəni, alqı-satqı barədə bələdiyyə qərarlarının etibarsızlığı ilə bağlı iddia tələbi mülki məhkəməyə aid olmadığı üçün işə həmin hissədə xitam verildiyindən, iddia tələbinin digər hissələrinə mahiyyəti üzrə qiymət verilməsi (yəni, iddianın rədd edilməsi) yalnız iddia tələbinin xitam verilən hissəsi inzibati məhkəmə icraatında baxıldıqdan sonra qiymətləndirilməli idi. İşin bu halı apellyasiya şikayətinin dəlillərindən biri olmuşdur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakim əsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qəzərsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyas ı məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol verməklə düzgün hüquqi nəticəyə gəlmədiyindən qəbul etdiyi qətnaməsi qanuni, əsaslı sayıla bilməz. Kassasiya kollegiyası, kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşmaqla yanaşı həmçinin də hesab edir ki, bu dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas olsa da, iş üzrə birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsində mahiyyəti üzrə araşdırma aparıldığından, iş üzrə əlavə sübutların araşdırılmasına zərurət olmadığından və məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallara əsasən maddi hüq uq normaları düzgün tətbiq edilməklə nəticəyə gəlmək mümkün olduğundan işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə zərurət yoxdur. Belə ki, kollegiyanın qənaətinə görə iddianın hazırki vəziyyətdə təmin edilməsi ona görə mümkün deyildir ki, yuxarıda qeyd edildiyi kimi, hazırki iş üzrə iddia tələbinin əsasını təşkil edən Yevlax rayon Havarlı Bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli 379 saylı və 368 saylı qərarlarının etibarsızlığı ilə bağlı iddia tələbi ayrı icraatda inzibati icraat qaydasında mübahisələndirildikdən sonra iddia tələbinin digər hissələrinə ümumi məhkəmədə qaldırılmış iddia əsasında mahiyyəti üzrə qiymət verilə bilər. Belə qiymətləndirmə olmadan “"xxxx" Kooperativinin sədri X9 cavabdehlər Cavabdeh1, X10, Yevlax rayon Havarlı Bədiyyəsi və DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə qarşı torpaq sahəsinin satılmasına dair aktların etibarsız sayılması, çıxarışarın ləğv edilməsi kimi iddiaları əsaslı sayıla bilməz. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 417.2-ci maddəsinə əsasən bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismə n təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək, iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “"xxxx" Kooperativinin kassasiya şikayətləri qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 10.07.2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı “"xxxx" Kooperativinin sədri X9 cavabdehlər Cavabdeh1, Cavabdeh4, Yevlax rayon Havarlı Bədiyyəsinə və DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə qarşı alqı-satqı müqavilələrinin etibarsız sayılması, verilmiş çıxarışın ləğv edilməsi tələbi təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar