Məhkəmə qərarları › İş №2(102)-7483/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7483/2019

04.12.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7483/2019 04.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyul 2019-cu il tarixli 2(107)458/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Yevlax rayon məhkəməsinin 18 iyul 2017-ci il tarixli qətnaməsi ilə (hakim V.İ.Məlikov, iş № 2(039)-166/2016) İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilərək Cavabdeh 5694,73 man at İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: Ə.T.Məcidov, M.A.Əsədli və İ.F.Quliyev, iş № 2(107)-1156/2018) cavabdehin apellyasiya şikayəti təmin edilərək Yevlax rayon məhkəməsinin 18 iyul 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 15 noyabr 2018-ci il tarixli qərarı ilə (hakimlər: A.K.Kalbalıyev, V.Ə.İbayev və Ə.Ə.Əliyev, iş № 2(102)-6769/18) iddiaçının kassasiya şikayəti təmin edilərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya inst ansiyası məhkəməsinə göndərilmişdir. İşə təkrar apellyasiya qaydasında baxan Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: E.Ş.Hüseynov, A.A.Mahmudov və M.M.Hüseynov) cavabdehin apellyasiya şikayəti təmin edilərək Yevlax rayon məhkəməsinin 18 iyul 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı iddiası təmin edilməmişdir. İşin halları: 2015-ci ilin dekabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus evin 2-ci mərtəbəsinin ev və eyvan hissəsində gördüyü dəmir – beton işlərini keyfiyyətsiz yerinə yetirdiyi üçün ona maddi ziyan dəyməsini əsas göstərməklə cavabdehdən onun xeyrinə 12.140 manatın və 30 manat 20 qəpik məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmi şdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruz əsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Müəyyən olunmuşdur ki, evin pilləkən və pilləkən meydançasında baş vermiş çökmələr və uçmalar keyfiyyətsiz tikinti materiallarından istifadə olunması səbəbindən baş vermiş, həmin materiallar isə iddiaçı tərəfindən cavabdehə istifadə edilməsi üçün verilmişdir. Evin inşasında istifadə olunmuş dəmir-beton konstruksiyalara (pilləkən, sütun, evin tavanının monolit beton yığılması və s.) faktiki olar aq sökülmüş vəziyyətdə olduğundan və uzun müddət açıq hava şəraitində qaldığından ekspert tərəfindən həmin işlərin keyfiyyəti barədə konkret rəy verilməmişdir. Mülki Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. (21.1.) Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (21.2.) Apellyasiya instansiyası məhkəməsinə görə cav abdeh tərəfindən iddiaçıya məxsus evdə tikinti işlərinin keyfiyyətsiz aparılması nəticəsində iddiaçıya ziyan dəyməsi barədə işdə mötəbər sübutlar yoxdur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tələbin əsaslı olmasını sübuta yetirə bilmədiyindən apellyasiya instansiyası məhkəməsi iddianın rədd olunması barədə nəticəyə gəlmişdir. Kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, qətnamə işdə olan sübutlara və qanunun tələblərinə uyğun çıxarıldığından kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 09 iyul 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar