Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7484/2019 02.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi, İddiaçının vəkili X1, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən istifadə hüququnun tanınması və evə köçürülməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin 16 iyul 2019-cu il tarixli 2(107)-2335/2019 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili Vəkil t ərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun15.11.2017-ci il təvəllüdlü oğlu X3 ilə birlikdə X2 kəndində yerləşən Cavabdeh1 məxsus evə istifadə hüququnun tanınması və evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin (hakim Tahir Qubadov) 21 dekabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evdən istifadə hüququnun tanınması və evə köçürülməsi tələbi barədə iddiası təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (sədrlik edən və məruzəçi – Ələddin Məcidov hakimlər İnşallah Quliyev, Mahir Əsədli) 16 iyul 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apell yasiya şikayəti təmin edilmiş, iş üzrə Zərdab Rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilərək İddiaçı tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilmiş, İddiaçı 15.11.2017-ci il təvəllüdlü oğlu X3 ilə birlikdə X2 kəndində yerləşən Cavabdeh1 məxsus evə köçürülməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Şəki Apellyasiya Məhkəməsinin 16.07.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən maddi hüquq normaları mübahisəli hüquq münasibətlərinə düzgün tətbiq edilməm işdir. Cavabdeh1 mübahisəli ev üzərində mülkiyyət hüququ qeydə alınmadığından İddiaçı həmin evdən istifadə hüququ da dövlət tərəfindən tanınmır və müdafiə olunmur. Ona görə də, məhkəmə onun mübahisəli yaşayış evinə köçürülməsi barədə qətnamə çıxararkən, haqlı olmamışdır. Başqa sözlə məhkəmə İddiaçı qızinın mübahisəli mənzildən olmayan istifadə hüququnu qanunsuz müdafiə etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili Vəkil kassasiya şikayətinin dəlilərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçının vəkili X1 kassasiya şikayətinin dəlilərini qəbul etməyərək şikayətin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarından görünür ki, İddiaçı Cavabdeh2 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, 03.09.2016-cı ildə Cavabdeh1 məxsus evə gəlin gəlmiş, 07 ay sözügedən evdə yaşamış, sonra Bakı şəhərinə ərinin yanına (Cavabdeh2) yanına gedərək 01 il 06 ay orada yaşamışdır. 22.02.2018-ci ildə iddiaçı yenidən sözügedən evə qayıdaraq 28.08.2018ci il tarixədək orada yaşamışdır. Hazırda iddiaçı uşağı ilə birlikdə valideynlərinin yanında yaşayır. İddiaçı ilə Cavabdeh2 arasında olan nikah Zərdab Rayon Məhkəməsinin 10.10.2018-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İşdə olan XXX kənd inzibati əra zi dairəsi üzrə nümayəndəliyi tərəfindən 21.12.2018-ci il tarixdə verilmiş, 235 saylı arayışdan görünür ki, Cavabdeh1 XXXkəndində ümumi sahəsi 106 kv.m, yaşayış sahəsi 48 kv.m olan iki otaqlı evi vardır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, İddiaçı mübahisə predmeti olan gəlin köçdüyü ərəfədə və hazırda cavabdehlərin və onların ailə üzvlərinin istifadəsində olan fərdi yaşayış evinə keçmiş ərinin, qayınanasının və onların ailə üzvlərinin razılığı ilə köçməklə 03 sentyabr 2016-cı il tarixdən 2018-ci ilin avqust ayının 28-dək uşağı ilə birlikdə həmin evdə yaşamışdır. O, birgə nikahda olduğu dövrdə müəyyən müddətə keçmiş ərinin işi ilə bağlı Bakı səhərində müvəqqəti yaşasa də, onun daimi yaşayış yeri qayınatası və onun ailə üzvlərinin yaşadığı ev olmuşdur. Yaşayış evi hazırkı vaxta kimi qe ydə alınmamış, ona reyestrdən çıxarış verilməmişdir. Apellyasiya məhkəməsi Mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadığından mübahisəyə analogiya üzrə Mənzil Məcəlləsinin 68-ci maddəsini tətbiq edərək, iddianı təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla, düzgün olmayan nəticəyə gəlmişdir. İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Apellyasiya instansiya məhkəməsi qətnamədə iddianın tam təmin edilməsi qənaətinə gəlsə də, iddia tələbinin evdən istifadə hüququnun tanınması hissəsi üzrə araşdırma aparmamış, qətnamənin əsaslandırıcı hissəsində bu tələbə qiymət verməmiş və nəticə hissədə həmin tələb üzrə gəldiyi nəticəni göstərməmişdir. Digər tərəfdən, məhkəmə iddiaçının mübahisəli evə köçməsi ilə bağlı tələbə baxarkən tətbiq edilməli olan maddi hüquq normasının seçilməsi üçün evin hüquqi statusu ilə bağlı məsələnin araşdırılması zəruri olduğu halda bunu etməmiş, iddiaçının köçmək istədiyi evin özbaşına tikili və yaxud evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış tikili olub-olmamasını araşdırmamışdır. Belə ki, özbaşına tikili MM-nin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Lakin müvafiq torpaq ayırma sənədləri əsasında inşa edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mülkiyyət hüquqlarının qeydə alınmasına əsas verən sənədlərdən birinə malik olan evlər isə həmin reyestrdə qeydə alınmasa da, onların sahiblərinin “gözlənilən m ülkiyyət” hüquq vardır və onlar özbaşına tikili sayıla bilməzlər. Buna görə də, mübahisə predmetini təşkil edən evin hüququ statusunun müəyyən edilməsi, həmin evə dair hansı sənədlərin mövcudluğu araşdırılmalı və yalnız bundan sonra müvafiq münasibətləri tənzimləyən hüquq norması olmazsa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları mübahisəyə tətbiq edilə bilər. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbə r sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə baxarkən həqiqətə nail olmaq üçün işin faktiki hallarını tam və hərtərəfli tədqiq etməmiş, iddiaçının iddia tələblərinin əsası kimi istinad etdiyi hallara, eləcə də, cavabdehin dəlillərinə müfəssəl hüquqi qiymət verməmiş, həmçinin düzgün maddi hüquq normalarına istinad etməmiş, prosessual hüquq normalarının tələblərini pozmuş, ədalətli məhkəmə araşdırması hüququnu təmin etməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-in: - 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəmə sinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. - 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. - 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya kollegiyası, kassasiya şikayətinin göstərilən hallar üzrə dəlilləri ilə razılaşır və onları əsaslı hesab edərək qeyd edir ki, bu dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğ v edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi üçün əsasdır. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kassasiya kollegiyası hesab edir ki, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.07.2019-cu il tarixli qətnaməsi ləğv edilməli, mülki iş yeni apellyasiya baxışına göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 tərəfindən kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-2335/2019 nömrəli iş üzrə 16 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qər
Məhkəmə qərarları › İş №2(102)-7484/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7484/2019
02.12.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver