Məhkəmə qərarları › İş №2(102)-7486/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-7486/2021

20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-7486/2021 20.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu, Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 sentyabr 2021-ci il tarixli, 2(107)-1585/2021 saylı qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayətinin mümkünlüyünü yoxlayıb MÜƏYYƏN ETDİ: Qəbələ Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı “Finca Azerbaijan” MM QBKT Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” barədə iddiası qismən təmin edilərək, cavabdehdən 29 fevral 2016-cı il t arixli kredit müqaviləsi üzrə əsas borca görə 2.715 manat, hesablanmış faizə görə 482 manat, cəriməyə görə 2 manat olmaqla, cəmi 3.199 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilib. Cavabdeh qətnamədən apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. 23 noyabr 2021-ci il tarixdə cavabdeh qətnamədən kassasiya şikayəti verib və 30 noyabr 2021-ci il tarixdə kassasiya şikayəti mülki işlə birlikdə Ali Məhkəməyə daxil olub. Kassasiya instansiyası məhkəməsi, mülki iş materiallarını öyrənib, kassasiya şikayətini nəzərdə keçirib hesab edir ki, aşağıdakılara görə işə kassasiya qaydasında b axılması üçün prosessual əsaslar olmadığından cavabdehin kassasiya şikayəti qeyrimümkün hesab edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırki halda iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğu, yəni ümumilikdə 3.199 manat olduğu halda cavabdeh həmin qətnamədən kassasiya şikayəti verib, apellyasiya instansiyası məhkəməsi isə kassasiya şikayətinin mülki prosessual normaların tələbl ərinə uyğunluğunu yoxlamadan mülki işlə birlikdə baxılması üçün Ali Məhkəməyə göndərib. Halbuki, Mülki Prosessual Məcəllənin 409-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 404-1.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məc əllənin 404-1.2-ci maddəsinə görə, kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən, işə kassasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığından, cavabdehin kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 404-1, 409-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 sentyabr 2021-ci il tarixli, 2(107)-1585/2021 saylı qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayəti üzrə kassasiya qeyri-mümkün hes ab edilsin və kassasiya şikayəti mülki işlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar