Məhkəmə qərarları › İş №2(102)-750/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-750/2019

05.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-750/2019 05.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 05 fevral 2019-cu il İŞ № 2(102)-750/2019 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh və vəkili xxxoğlunun iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 sentyabr 2018-ci il tarixli, 2(103)-9778/2018 saylı qətnaməsindən Cavabdeh və vəkili xxxoğlunun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 25 may 2018-ci il ta rixli, 2(003)950/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim T.X.Əkbərov) İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” barədə iddiası qismən təmin edilərək, cavabdehdən ödəniş günü milli manata məzənnədə 15 dekabr 2014-cü il tarixli nağd pul krediti müqaviləsinə əsasən əsas borca görə 7.103,57 ABŞ dolları, faiz borcuna görə 759,90 ABŞ dolları, hesablanmış cəriməyə görə 30 ABŞ dolları, cəmi 7.893,47 ABŞ dolları, 15 dekabr 2014-cü il tarixli kredit kartı müqaviləsinə əsasən əsas borca görə 1.696,46 ABŞ dolları, faiz borcuna görə 270,73 ABŞ dolları, hesablanmış cəriməyə görə 77,92 ABŞ dolları, cəmi 2.045,11 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 sentyabr 2018-ci il tarixli, 2(103)-9778/2018 saylı qətnaməsi ilə (hakimlər A.Q.Hüseynov sədrlik edən, məruzəçi, X.A.Cəmilova və İ.K.Xəlilov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 25 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili İman Məmmədov qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ: İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehə qarşı “kredit borcunun qaytarılması” barədə iddia qaldırmış və tələbini onunla əsaslandırmışdır ki, 15 dekabr 2014-cü il tarixli nağd pul krediti müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən cavabdehə 36 ay müddətinə, illik 22 faiz ödənilməsi şərti ilə 10.000 ABŞ dolları kredit verilmişdir. Eyn i zamanda 15 dekabr 2014-cü il tarixli kredit kartı müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən cavabdehə 24 ay müddətinə, illik 32 faiz ödənilməsi şərti ilə 1.900 ABŞ dolları kredit xətti açılmış və cavabdeh kreditləri və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış 29 mart 2016-c il tarixli razılaşmaya əsasən, 15 dekabr 2014-cü il tarixli nağd pul krediti müqaviləsi üzrə cavabdehin həmin tarixə olan borcu konvertasiya edilərək 8.102 ABŞ dolları borc illik 22 faiz dərəcəsi ilə 60 ay müddətinə uzadılmışdır. İddiaçı təşkilat tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən cavabdehin 25 may 2018-ci il tarixə iddiaçı təşkilata 15 dekabr 2014-cü il tarixli nağd pul krediti müqaviləsinə əsasən 7.103,57 ABŞ dolları əsas, 759,90 ABŞ dollar faiz, 376,2 4 ABŞ dollar cərimə olmaqla, cəmi 8.239,71 ABŞ dolları kredit borcu vardır. Eyni zamanda 15 dekabr 2014-cü il tarixli kredit kartı müqaviləsinə əsasən cavabdehin iddiaçı təşkilata ödənilməmiş 1.696,46 ABŞ dolları əsas, 270,73 ABŞ dollar faiz, 77,92 ABŞ dollar cərimə olmaqla, cəmi 2.045,11 ABŞ dolları məbləğində kredit borcu vardır.Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlmiş və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şi kayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı ASC-nin kassasiya şikayətinə dair etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh və vəkili İman Məmmədov kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar vermişlər. İddiaçı ASC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsini məhkəmə iclasına göndərmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü mad dəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasi ya şikayətini təmin edilmədən saxlayarkən, tərəflər arasında kredit müqavilələri üzrə öhdəlik hüquq münasibətlərinin yaranmasına, cavabdehin kredit müqavilələri üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməməsinə və onun iddiaçı təşkilata yuxarıda göstərilən məbləğdə ödənilməmiş kredit borcunun yaranmasına, iddia ərizəsini qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2, 465.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 15 dekabr 2014-cü il tarixli nağd pul krediti müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən cavabdehə 36 ay müddətinə, illik 22 faiz ödənilməsi şərti ilə 10.000 ABŞ dolları kredit verilmişdir. Eyni zamanda 15 dekabr 2014-cü il tarixli kredit kartı müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən cavabdehə 24 ay müddətinə, illik 32 faiz ödənilməsi şərti ilə 1.900 ABŞ dolları kredit xətti açılmış və cavabdeh kreditləri v ə ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış 29 mart 2016-c il tarixli razılaşmaya əsasən, 15 dekabr 2014-cü il tarixli nağd pul krediti müqaviləsi üzrə cavabdehin həmin tarixə olan borcu konvertasiya edilərək 8.102 ABŞ dolları borc illik 22 faiz dərəcəsi ilə 60 ay müddətinə uzadılmışdır. İddiaçı təşkilat tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən cavabdehin 25 may 2018-ci il tarixə iddiaçı təşkilata 15 dekabr 2014-cü il tarixli nağd pul krediti müqaviləsinə əsasən 7.103,57 ABŞ dolları əsas, 759,90 ABŞ dollar faiz, 376,24 ABŞ dollar cərimə olmaqla, cəmi 8.239,71 ABŞ dolları kredit borcu vardır. Eyni zamanda 15 dekabr 2014-cü il tarixli kredit kartı müqaviləsinə əsasən cavabdehin iddiaçı təşkilata ödənilməmiş 1.696,46 ABŞ dolları əsas, 270,73 ABŞ dollar faiz, 77,92 ABŞ dollar cərimə olmaqla, cəmi 2.045,11 ABŞ dolları məbləğində kredit borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə, əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə ge cikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, tərəflər arasında kredit müqavilələri üzrə öhdəlik hüquq münasibətlərinin yaranması, cavabdehin kredit müqavilələri üzrə iddiaçı təşkilata yuxarıda göstərilən məbləğdə ödənilməmiş kredit borcunun olması, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi halları və işə əlavə edilmiş sübutlarla tam təsdiq edildiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq birinci instansi ya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmış və sadalanan maddi hüquq normalarının tələbləri hazırkı mülki mübahisəyə düzgün tətbiq edilmişdir. İşdən görünür ki, cavabdeh qətnamədən kassasiya şikayətini şikayət xatirinə vermişdir və o, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin faktiki halları üzrə səhv nəticəyə gəlməsini, kredit borcunun düzgün hesablanmamasını və sair göstərsə də, apellyasiya instansiyası məhkəməsinin hansı maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin hansı faktiki halları üzrə səhv nəticəyə gəlməsini kassasiya şikayətində əsaslandırmamış və etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəm əyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Kassasiya instansiyası məhkəməsi eyni zamanda hesab edir ki, “Kredit əməliyyatları üzrə faizlərin hesablanmasının dayandırılması haqqında” Qaydalar kredit təşkilatları arasında yaranan münasibətləri tənzimlədiyindən, həmin Qaydalar hazırkı mülki mübahisəyə tətbiq edilə bilməz. Bu səbəbdən də cavabdehin kassasiya şikayətində qeyd olunan Qaydaların tələblərinə istinad edərək faiz borcunun hesablanmasının dayandırılmaması barədə dəlili də əsaslı sayıla bilməz. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən e dilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Şə rh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh və vəkili xxxoğlunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 sentyabr 2018-ci il tarixli, 2(103)-9778/2018 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar