Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-750/2023 28.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh (üçüncü şəxslər Bakı şəhəri 53 saylı Notariat Ofisi və AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi) qarşı tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbləri barədə iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Əliyev Ələsgər Əli oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh (üçüncü şəxslər Bakı şəhəri 53 saylı Notariat Ofisi və AR Əmlak M əsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi) qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğvi” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “icarə haqqı, icarə predmeti olan əmlakdan çıxarılma və əmlakın təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7085/2022 nömrəli, 2 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 28 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra-iddiaçı) mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 51.9 kv.m-dən ibarət 2 otaqlı 15 nömrəli mənzili, ünvan 1 ünvanında y erləşən 136.1 kv.m-dən ibarət qeyri-yaşayış sahəsini və həmin ünvanda yerləşən 100.4 kv.m-dən ibarət qeyri-yaşayış sahəsini 30 mart 2021-ci il tarixdə Bakı şəhəri 53 saylı notariat ofisində reyestrdə 4Ə-713, 4Ə-714, 4Ə-715 nömrə ilə qeyd edilmiş AN-İ 0925471, AN-İ 0925469, AN-İ ******* nömrəli alqı-satqı müqavilələrinə əsasən Cavabdeh (bundan sonra-iddiaçı) satmışdır.
2. Cavabdeh ilə iddiaçı arasında xx.xx.2021-ci il tarixli icarə müqaviləsi bağlanmış, ünvan 1 ünvanında yerləşən 136,1 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi iddiaçıya icarəyə verilmişdir. İcarə müddəti xx.xx.2021-ci il tarixədək müəyyən edilmişdir. İcarə haqqı aylıq 1500 manat müəyyən edilmişdir.
3. Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı polis mayoru S.Gözəlovun xx.xx.2022ci il tarixli qərarı ilə cinayət işinin başlanması r ədd edilmişdir. Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı polis mayoru T.Əzizovun xx.xx.2022-ci il tarixli qərarı ilə X1 müraciəti əsasında toplanmış materialda cinayətin tərkib əlamətlərinin olmaması əsası ilə cinayət ışının başlanması rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, X2 50 manat maddi ziyan vurmuş və iddiaçı barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən inzibati tədbir görülməsi üçün qərarın surəti aidiyyəti əməkdaşa həvalə edilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər və 3-cü şəxslərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğvi” tələbinə dair ilk iddia ərizəsi ilə məh kəməyə müraciət edərək, Cavabdeh ilə onun arasında 30 mart 2021ci il tarixdə Bakı şəhəri 53 saylı notariat ofisində reyestrdə 4Ə-713, 4Ə-714, 4Ə-715 nömrə ilə qeyd edilmiş AN-İ 0925471, AN-İ 0925469, AN-İ ******* nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında cavabdehin adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd olunan faktiki hallarından çıxış etməklə tələbini onunla əsaslandırmışdır ki, o xüsusi mülkiyyətində olmuş əmlaklarını girov qoyaraq “Access Bank”dan kredit götürmüşdür, sonradan banka borcunu ödəmək məqsədilə həmin əmlakları cavabdehə satmaq qərarına gəlmişdir. X5 aralarında razılıq əldə etdikdən sonra bankla da razılığa gəlmi ş və əmlakları cavabdeh baldızı nəvəsi olan cavabdehin adına etmişlər. Alqısatqı zamanı ona 1000.000 manat puldan 200.000 manata yaxın pul verilmişdir. Çünki həmin puldan 600.000 manatı banka olan kredit borcuna çıxılmış, 170.000 manatını Zahir Qəribov ona olan borca görə çıxmış və eyni zamanda vergi ödənişinə də çıxıldıqdan sonra qalan pul ona verildi. Alqı-satqıdan sonra Zahir Qəribov bildirmişdir ki, bir neçə günə qalan 1000.000 manatı da verəcək. Lakin xeyli müddət keçmiş və o həmin pulu verməmişdir. Daha sonra o, 1000.000 manatı verməyə imkanının olmadığını və ona olan 1000.000 manat borcu həmin əmlakları sataraq verməyini bildirmişdir. O da Zahirə olan borcunu qaytaracağını bildirmişdir. Lakin bir müddətdən sonra cavabdeh Yasamal RPİ-nin əməkdaşı ilə birlikdə əmlakının yerləşdiyi ünv ana gələrək, obyekti boşaltmağı, oradan çıxmağı və ona təhvil verməyi ondan tələb etmişlər. O, həmin şəxslərə əmlakını cavabdehə satmadığını, onunla hər hansı bir danışığının olmadığını, yalnız bu işdə Zahir Qəribovu tanıdığını və ondan kredit şəklində pul (borc) aldığını və həmin borcu qaytararaq əmlakını yenidən öz adına qaytaracağını bildirmişdir. Lakin buna baxmayaraq polis əməkdaşı həmin əmlakı zəbt etdiyini bildirərək obyekti boşaltmağı və oradan çıxmağını təkidlə tələb etmişdir. Onun niyyəti həmin əmlakları satmaq deyil, girov qoyaraq borca pul götürmək olmuşdur. Zahir Qəribov isə fiziki şəxs olduğundan, kredit müqaviləsi bağlamaq üçün xüsusi lisenziyası olmadığından o, həmin borcu ona, ona məxsus əmlakları özgəninkiləşdirməklə vermişdir. Onlar alqı-satqını kredit müqaviləsini pər dələməklə həyata keçirmişlər.
6. Cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia müddətinin ötürülməsi ilə əlaqədar iddia müddəti tətbiq etməklə ilkin iddianın rədd edilməsi, iddiaçıdan onun xeyrinə 16500 manat (xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, 11 ay X 1500 manat) icarə haqqı borcunun və 139,5 manat dövlət rüsumunun tutulması, iddiaçının mübahisə predmeti olan əmlaklardan (Everest kafesi) çıxarılması və əmlakların ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2021-ci ilin əvvəllərində icarəyə verib, aylıq icarə haqqı almaq məqsədi ilə iddiaçıya məxsus olan ünvan 3 ünvanında yerləşən Everest kafesini almaq qərarına gəlmişlər. Danışıqlar zamanı ən yuxar ı halda əmlakı ******* manata almağı təklif etmişlər. O, təklifin onu qane etdiyini, lakin əmlakın bankda girovda olduğunu, bankla danışıb girov məsələsini həll etməli olduğunu bildirmişdir. İddiaçıya bank razılıq vermişdir ki, 600000 manat borcun bağlanması şərti ilə əmlakın satılımasına etiraz etmir. Onlar qanunvericilikdə nəzərdə tutulmuş bütün prosedurlardan keçməklə xx.xx.2021-ci il tarixdə alqı-satqı müqavilələrini bağlamış və iddiaçıya cəmi ******* manat ödəmiş, həmin pulun 600000 manat hissəsini bank götürmüş, qalan 400000 manat hissəsi isə iddiaçıya qaldı. Müqavilələr bağlanandan sonra iddiaçı bildirmişdir ki, ona 2 ay möhlət versin, özünə başqa obyekt tapıb, çıxsın. Onlar razılaşmışlar. 2 ay sonra sonuncu yer tapa bilmədiyini, eyni zamanda pandemiya ilə əlaqədar qazanc olmadığını demişdir. Bu kafenin işini özündən yaxşı heç kimin bilmədiyini, onunla ilin sonuna qədər aylıq 1500 manat olmaqla icarə müqaviləsi bağlanmasını, hələlik 1500 manatdan icarə haqqı verəcəyini, vəziyyət düzələrsə bu aylar ərzində icarə haqqını artıracağını təklif etmişdir. Onlar iddiaçıya inanmış və xx.xx.2021-ci il tarixdə onunla xx.xx.2021-ci il tarixədək qüvvədə olan icarə müqaviləsi bağlamışlar. Müqaviləyə əsasən əmlak ona 1500 manat icarəyə verilmişdir. Müqavilənin qüvvədə olduğu 6 ay ərzində kafeni işlətsə də, iddiaçı icarə haqqı ödəməmişdir. 2021-ci ilin dekabr ayında iddiaçıya yazılı və şifahi pretenziyalar etmişlər. Mart ayının əvvəlinə kimi icarə haqqı ödənilməmiş və o, xx.xx.2022-ci il tarixli pretenziya ilə yenidən iddiaçıya müraciət edib, icarə haqını ödəməyi və mart ayının sonu nda obyektdən çıxmağı tələb etmişlər. xx.xx.2022-ci il tarixdə onlar kafeyə gəlmiş və Ramizdən tələb etmişlər ki, çıxsın, o dava salmış, hədə qorxu gəlmiş, sonra çıxmaq üçün 10 gün vaxt istəmişdir. xx.xx.2022-ci il tarixdə onlar yenə kafeyə gəlmiş, o yenə dava salmış, şüşələri qırmış, obyektdə olan əmlakları dağıdacağını bildirmiş və onlar 102 xidmətinə məlumat vermişlər, kafeyə polislər gəlmiş polislərin yanında o əməlindən peşman olduğunu bildirmişdir. Bu, Bakı şəhər Yasamal rayon polis İdarəsinin 27-ci polis Bölməsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-cı ıl tarixli qərarı ilə təsdiq edilir. xx.xx.2021-ci il tarixli müqavilələr etibarsız idisə iddiaçı daha əvvəl məhkəməyə müraciət etməli və iddia müddətini ötürməməli idi. Onun hazırkı iddianı qaldırmaqda məqsə di əmlakdan çıxarılmağını uzatmaqdır.
8. Cavabdeh ilk iddia ərizəsinə qarşı etiraz ilə məhkəməyə təqdim edərək qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülüb, əgər ona qarşı hər hansı iddiası var idisə, bu barədə ən yaxşı halda 1 il ərzində məhkəmədə iddia qaldırmalı idi. İddiaçı ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilələri bir çox hərəkətləri ilə bəyəndiyini şəksiz nümayiş etdirib. Bu hərəkətlərə onunla bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin bağlanması, 10000000 manat vəsaiti məndə qəbul etməsi, bununla bağlı bankdan razılıq alması və s. daxildir.
9. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 19 avqust 2022-ci il tarixli 2(005)- 2135/2022 saylı qətnaməsi ilə (hakim Aytən Novruzova) ilk iddianın rə dd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqavilələri hər iki tərəfin iradə ifadəsi ilə könüllü və sərbəst şəkildə bağlanmışdır. Belə ki, iş materiallarındakı mədaxil qəbzlərindən müəyyən edilmişdir ki, 3 müqavilə üzrə ümumilikdə alqı-satqı qiyməti ******* manat müəyyən edilərək iddiaçıya ödənilmişdir. Hər bir müqavilə üzrə iddiaçının həyat yoldaşı R.Uğurovanın notarial qaydada təsdiq edilmiş razılıq ərizələri alınmışdır.
11. Həmçinin tərəflər arasında xx.xx.2021-ci il tarixdə icarə müqaviləsi bağlanmış və bu müqavilə əsasında ünvan 4 ünvanında yerləşən 136,1 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi cavabdehə icarəyə verilmişdir. İcarə müddəti xx.xx.2021-ci il tarixədək müəyyən edilmişdir. İcarə haqqı aylıq 1500 manat müəyyən edilmişdir.
12. Məhkəmə hesab etmişdir ki, ilk iddia ərizəsində göstərildiyi kimi alqı-satqı müqavilələri başqa əqdi pərdələmək niyyəti ilə bağlanmış olsaydı, yəni əmlaklar təkcə sənəd üzərində Cavabdeh məxsus olmaqla, faktiki olaraq İddiaçı sahibliyində olsaydı tərəflər arasında belə bir müqavilənin bağlanmasına zərurət yaranmazdı. Tərəflər arasında icarə müqaviləsinin bağlanmış olması alqı-satqı müqavilələri üzrə əmlakların real olaraq Cavabdeh verildiyini sübuta yetirir. Bunun əksi olaraq ilk iddia üzrə iddiaçı mübahisələndirilən müqavilələrin aldatma yolu ilə bağlandığı və görünüş xarakterli olduğunu məhkəmə qarşısında sübuta yetirməmiş və bu halları sübuta yetirəcək dəlilləri məhkəməyə təqdim etməmişdir.
13. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəyə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında alqı-satqı müqavilələri xx.xx.2021-ci il tarixdə bağlanmış, həmin müqavilələrin etibarsızlığına dair iddia ərizəsi isə məhkəməyə 1 ildən sonra təqdim edilmişdir. Bu halda məhkəmə hesab edir ki, əqdin mübahisələndirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş bir illik iddia müddəti ötürüldüyündən, iddia müddəti tətbiq edilməklə də ilk iddia ərizəsi rədd edilməlidir.
14. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 152.1, 152.5, 157.4, 346.1, 354.1, 354.2, 385.1, 386.1, 405.1, 425.1, 442, 445.2.1, 448.1, 567, 700.1, 700.2, 700.3, 705-ci, “İcarə haqqında” Azərbaycan Respublikası Qanunun 7, 13.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 1, 217.2, 217.4- cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsini və ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianı isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayətini ilkin iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, cavabdeh Zahir Qəribovla əlbir olaraq, öz mülki hüquqlarından sui-istifadə etmiş, aldatma yolu ilə 1.000.000 manat pulu ödəməkdən imtina etməklə onun əmlaklarını qanunsuz mənimsəmişdir. Nəticədə isə onun mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. Məhkəmə isə mülki hüquqlardan sui istifadə halına öz qətnaməsində heç bir hüquqi qiymət verməmiş və məsələyə yalnız alqı-satqı müqaviləsinin mövcudluğu baxım ından formal yanaşmışdır. Qətnamədə məhkəmənin əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar dəqiq göstərilməmişdir. Məhkəmə yalnız öz fərziyyələrinə, cavabdehin yalan məlumatlarına əsaslanmaqla qərar qəbul etmişdir. Məsələyə birbaşa aidiyyəti olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.3-cü maddəsinin (aldadılma) və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin (başqa əqdi pərdələmə) tələblərinə isə məhkəmə öz qətnaməsində toxunmamış və aidiyyəti məsələlərə hüquqi qiymət verməmişdir. Məhkəmə yalnız cavabdehin göstərdiyi məlumatın qatnamədə sadalamaqla kifayətlənmiş, hər bir sübutu qətnamədə şərh etməmiş, sübutlar əlaqələndirilməmiş və sübutun işə hansı ai diyətinin olmasını müəyyən etməmişdir.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-7085/2022 nömrəli, 02 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Babayev (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və R.Eyvazov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ilk iddia ərizəsində göstərildiyi kimi alqı-satqı müqavilələri başqa əqdi pərdələmək niyyəti ilə bağlanmış olsaydı, yəni əmlaklar təkcə sənəd üzərində cavabdehə məxsus olmaqla, faktiki olaraq iddiaçının sahibliyində olsaydı tərəflər arasında belə bir müqavilənin bağlanmasına zərurət yaranmazdı. Tərəflər arasında icarə müqaviləsinin bağlanmış olması alqı-satqı müqavilələri üzrə əmlakların real olaraq cavabdehə verildiyini sübuta yetirir.
19. Digər tərəfdən, ilk iddiaçı mübahisələndirilən müqavilələrin aldatma yolu ilə və ya əqdi pərdələmək məqsədi ilə bağlandığı və görünüş xarakterli olduğunu məhkəmə qarşısında sübuta yetirə, bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmiş və alqı-satqı müqavilələrinin etibarsızlığına səbəb olacaq hallar aşkar edilməmişdir.
20. Məhkəmə kollegiyası, həmçinin, hesab etmişdir ki, iddiaçı əqdin mübahisələndirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddəti (kəsici) də ötürmüşdür.
21. Kollegiya apellyasiya şikayətinin qarşılıqlı iddianın əsassızlığı barədə dəlillərini də əsassız hesab edərək qeyd etmişdir ki, iş materialları ilə müəyyən olunduğu kimi, tərəflər arasında bağlanmı ş icarə müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, iddiaçı qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş və icra haqqını ödəməmişdir. Bundan başqa tərəflər arasında bağlanmış icarə müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə bitdiyindən, müqavilədə müqavilənin uzadılması halı nəzərdə tutulmadığından icarəyə verilmiş əmlak öz qanuni sahibinə geri qaytarılmalıdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı (vəkili Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
23. Şikayət belə əsaslandırılmışdır ki, cavabdeh məhkəmədə yalan ifadə vermişdir. İddiaçı torpağın sənədsiz olmasını bilməklə əldə etmişdir. Həmçinin torpaq sahəsini başqa şəxsə sataraq pul əldə etmişdir. Bununla da iddiaçı öz mülki hüquqlarından sui-istifadə edərək, cavabdehdən əsassız olaraq pul tələb edir, nəticədə Azərbaycan RespublikasıMülki Məcəlləsinin 425.1-ci maddəsinin tələblərini pozmuşdur. Lakin məhkəmə qeyd olunan pozuntu hallarını, iddiaçı tərəfindən mülki hüquqlardan sui-istifadə hallarını nəzərə almamışdır. Apellyasiya instansiya məhkəməsi tərəfindən göstərilən qanunvericilik aktlarının tələbləri pozulmuşdur. Belə ki, iş üzrə sübutlar düzgün qiymətləndirilməmiş, işə faktlar əsasında baxılmamış, iş üzrə əhəmiyyətli bütün faktiki hallar araşdırılmamış və nəticədə cavabdehin hüquqlarını kobud sürətdə pozan əsassız və qanunsuz qətnamə çıxarılmışdır. Məhkəmə baxışı z amanı cavabdehin haqlı olduğunu göstərən hallara düzgün qiymət verilməmiş və ya nəzərə alınmamışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
25. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasıdır..
26. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
27. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
28. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə ist ənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
29. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
30. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır.
31. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əq d (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
32. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
33. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əq ddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
34. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir və əhəmiyyətsizdir.
35. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
36. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
37. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
38. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
39. Maddə 405.1 Tərəflər müqavilənin bütün mühüm şərtləri bar əsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
40. Maddə 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
41. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
42. Maddə 445.2.1 Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
43. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
44. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
45. Maddə 700.1 İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə g ötürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
46. Maddə 700.2 İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
47. Maddə 700.3 Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
48. Maddə
705. Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi ica rə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. “İcarə haqqında” Azərbaycan Respublikası Qanunu
49. Maddə
7. İcarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar.
50. Maddə 13.1 İcarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflə rdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdır ılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
57. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
58. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əs as yoxdur
59. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).
60. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
61. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hə r bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
62. İddiaçı cavabdehlə alqı-satqı müqavilələrini başqa əqdi pərdələmək niyyəti ilə bağlanması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir.
63. Həmçinin, məhkəmələrin tərəflər arasında icarə hüquq münasibətlərinin əmələ gəlməsi ilə bağlı qənaəti əsaslı olmuşdur.
64. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına u yğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
65. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
66. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7085/2022 nömrəli, 2 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.