Məhkəmə qərarları › İş №2(102)-970/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-970/2025

22.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-970/2025 22.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: müqavilə öhdəliklərinin icra edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), X1 və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1623/2024 nömrəli iş üzrə 19 noyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. İddiaçı ilə Cavabdeh arasında 18 sentyabr 2022-ci il tarixli 3M-341 reyestr nömrəli ilkin alğı-satqı müqaviləsi bağlanmış və həmin müqavilənin predmetini Qusar şəhəri, Çingiz Qurbanov küçəsi-3 ünvanında yerləşən və “Satıcı”nın mülkiyyətində olan 0,0825 ha torpaq sahəsi üzərində inşa ediləcək binanın 3-cü mərtəbəsində yerləşəcək, sahəsi “oxdan-oxa” 70 kv.m olan hissənin gələcəkdə alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi barədə öhdəliklər təşkil etmişdir;

3. Müqavilənin 2.1-ci maddəsinə görə Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında yerləşən, “Satıcı”nın mülkiyyətində olan 0,0825 ha torpaq sahəsi üzərində inşa ediləcək binanın 3-cü mərtəbəsində yerləşəcək sahəsi, “oxdan-oxa” 70,0 kv.m olan hissəsinin dəyəri 42000 (qırx iki min) manat məbləğində müə yyən edilmişdir. “Alıcı”, “Satıcı”ya ilkin olaraq 20000 (iyirmi min) manat ödəyir, qalan 22000 (iyirmi iki min) manatı isə xx.xx.2023-cü il tarixinədək ödəməyi öhdəsinə götürür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı “cavabdehin üzərinə müqavilə öhdəliklərinin icrası vəzifəsinin qoyulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında Cavabdeh mülkiyyətində olan 0,0825 ha torpaq sahəsində inşa edilən binanın 3-cü mərtəbəsində yerləşən, tikintisi başa çatmamış, sahəsi "oxdan-oxa” 70 kv.m olan yaşayış sahəsinə onun (İddiaçı) mülkiyyət hüququnun tanınması və Cavabdeh üzərinə onunla aralarında bağlanmış 18 sentyabr 2022-ci il tarixli, 3M-341 reyestr nömrəli “İlkin al ğı-satqı müqaviləsi” üzrə Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında cavabdehin mülkiyyətində olan 0,0825 ha torpaq sahəsində inşa edilən binanın 3-cü mərtəbəsində yerləşən, sahəsi "oxdan-oxa” 70 kv.m olan yaşayış sahəsinin inşasını tamamlamaq, həmin sahəyə dair dövlət reyestrindən çıxarış və əmlakın yüklülüyünə dair arayış alaraq daşınmaz əmlakı (yaşayış sahəsini) müqavilə üzrə dəyərinin qalıq hissəsi olan 22000 (iyirmi iki min) manat məbləğin ödənilməsi müqabilində ona (iddiaçıya) satıb onunla alğı-satqı müqaviləsi bağlamaq və daşınmaz əmlakı onun mülkiyyətinə vermək öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Sonradan iddiaçı iddianın həcminin azaldılması barədə ərizə verərək Cavabdeh üzərinə İddiaçı ilə aralarında bağlanmış 18 sentyabr 2022-ci il tarixli, 3M-341 reyestr nömrəli “İlkin alğı-satqı müqaviləsi” üzrə Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında cavabdehin mülkiyyətində olan 0,0825 ha torpaq sahəsində inşa ediləcək binanın 3-cü mərtəbəsində yerləşəcək, sahəsi "oxdan-oxa” 70 kv.m yaşayış sahəsinin inşasının tamamlanması, həmin sahəyə dair dövlət reyestrindən çıxarış və əmlakın yüklülüyünə dair arayış alınaraq daşınmaz əmlakın (yaşayış sahəsinin) müqavilə üzrə dəyərinin qalıq hissəsi olan 22000 (iyirmi iki min) manat məbləğin ödənilməsi müqabilində İddiaçı satılması, sonuncu ilə bu barədə alğı-satqı müqaviləsinin bağlanması və daşınmaz əmlakın onun mülkiyyətinə verilməsi öhdəliyinin qoyulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, tərəflər, "Satıcı” - Qusar rayonu Köhnə Xu dat kəndində yaşayan Cavabdeh ilə "Alıcı” - Qusar rayonu Köhnə Xudat kendində yaşayan İddiaçı arasında 18 sentyabr 2022-ci il tarixdə, reyestrdə 3M-341 nömrə ilə qeyd edilmiş “İlkin alğı-satqı müqaviləsi” bağlanaraq notarial qaydada təsdiq edilmişdir. Həmin müqavilənin predmeti Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında "Satıcı”nın mülkiyyətində olan 0,0825 ha torpaq sahəsində inşa ediləcək binanın 3-cü mərtəbəsində yerləşəcək, sahəsi "oxdan-oxa” 70 kv.m yaşayış sahəsinin gələcəkdə alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsi barədə öhdəliklərdir. Müqavilənin 2.1-ci maddəsinə görə, Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında "Satıcı”nın mülkiyyətində olan 0,0825 ha torpaq sahəsində inşa ediləcək binanın 3-cü mərtəbəsində yerləşəcək, sahəsi "oxdanoxa” 70,0 kv.m yaşayış sahəsinin də yəri 42000 (qırx iki min) manat məbləğində müəyyən edilmişdir. "Alıcı” "Satıcı”ya ilkin olaraq 20000 (iyirmi min) manat ödəyir, qalan 22000 (iyirmi iki min) manatı isə xx.xx.2023-cü il tarixinədək ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.2-ci maddəsinə görə, bu müqavilə ilə barəsində gələcəkdə alğı-satqı müqaviləsinin bağlanması haqqında razılıq əldə olunmuş əmlakın qiymətinin birtərəfli qaydada dəyişdirilməsinə yol verilmir. Müqavilənin 3.1-ci maddəsinə əsasən, birinci tərəf, yəni "Satıcı” Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında mülkiyyətində olan 0,0825 ha torpaq sahəsində inşa ediləcək binanın 3-cü mərtəbəsində yerləşəcək, sahəsi "oxdan-oxa” 70 kv.m yaşayış sahəsinə dövlət reyestrindən çıxarış və əmlakın yüklülüyünə dair arayış alaraq, daşınmaz əmlakı ikinci tərəfə, yəni "Alıcı”y a satmağı, alğısatqı müqaviləsi bağlamağı, daşınmaz əmlakı ikinci tərəfin – yəni "Alıcı”nın mülkiyyətinə verməyi öhdəsinə götürür. Müqavilənin 4.1-ci maddəsinə görə, ikinci tərəf – yəni "Alıcı”, birinci tərəf – yəni "Satıcı” ilə Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında mülkiyyətində olan 0,0825 ha torpaq sahəsində inşa ediləcək binanın 3-cü mərtəbəsində yerləşəcək, sahəsi "oxdan-oxa” 70 kv.m yaşayış sahəsinə dair bağlanacaq alğı-satqı müqaviləsinə əsasən həmin əmlakı qəbul etməyi öhdəsinə götürür. Müqavilənin 5.5-ci maddəsinə görə, həmin müqavilə bağlandığı andan qüvvəyə minir və alğı-satqı müqaviləsinin bağlanması anınadək qüvvədədir… Müqaviləyə əsasən iddiaçı, yəni "Alıcı” tərəfindən müqavilənin dəyərinin qalıq hissəsi olan 22000 (iyirmi iki min) manat məbləğin ödənilməsi müddətin in bitdiyi xx.xx.2023-cü il tarixdə həmin məbləği ödəmək üçün cavabdeh, yəni "Satıcı” ilə əlaqə saxladıqda bildirilmişdir ki, həmin ödəniş bayramdan sonra, yəni 2024-cü ilin yanvar ayının əvvəlində həyata keçirilsin. Lakin bayramdan sonra cavabdeh iddiaçı ilə görüşməkdən yayınmış, eləcə də iddiaçıya məlum olmuşdur ki, bina tikilib tamamlanmamiş və müqavilənin predmeti olan 70 kv.metrdən ibarət yaşayış sahəsi də "Alıcı”ya təhvil verilməsi üçün hazır deyildir. Halbuki, tərəflər arasında bağlanmış müqavilənin mətnindən görünür ki, onun dəyərinin qalıq hissəsi olan 22000 (iyirmi iki min) manat məbləgin ödənilməli olduğu xx.xx.2023-cü il tarixə kimi yaşayış sahəsinin inşası tamamlanmalı və həmin sahəyə dair dövlət reyestrindən çıxarış, eləcə də əmlakın yüklülüyünə dair arayış alınaraq tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmalı idi. Əks halda, yəni yaşayış sahəsi iddiaçıya təhvil verilib alğı-satqı müqaviləsi bağlanmadan onun dəyərinin qalıq hissəsi olan 22000 (iyirmi iki min) manat məbləğin xx.xx.2023-cü il tarixə kimi ödənilməsi müqavilənin məzmununa və məntiqə ziddir və həmin 22000 manat məbləğin ödənilməsi ilə tərəflər arasında alğı-satqı müqaviləsinin bağlanması eyni zamanda icra olunmalıdır. Alğı-satqı müqaviləsinin predmeti olan yaşayış sahəsi hazır olmadan, həmin sahəyə dair dövlət reyestrindən çıxarış və əmlakın yüklülüyünə dair arayış alınmadan da tərəflər arasında alğı-satqı müqaviləsinin bağlanması sadəcə mümkün deyildir. Cavabdehin bu hərəkəti qeyd olunan ilkin alğı-satqı müqaviləsi üzrə öhdəliklərin, yəni tərəflər arasında bağlanmış 18 sentyabr 2022-ci il ta rixli müqavilənin 3.1-ci maddəsində nəzərdə tutulmuş öhdəliklərin "Satıcı” tərəfindən pozulmasıdır. Ona görə də qeyd olunan tikilinin tamamlanıb təhvil verilməsi və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini təmin edib, müqavilənin dəyərinin qalıq hissəsi olan 22000 (iyirmi iki min) manat məbləğin ödənilməsi barədə pretenziya – xəbərdarlıq məktubu ilə iddiaçı tərəfindən 15 yanvar 2024-cü il tarixdə cavabdehə rəsmi qaydada müraciət edilmiş, cavabdehin isə həmin məktubu 22 yanvar 2024-cü il tarixdə xəbərnamə qəbzini imzalayıb qəbul etməsinə baxmayaraq, bu günə kimi heç bir nəticəsi yoxdur və iddiaçının müraciətinə cavab verilməmişdir. Bununla da, Cavabdeh oglu İddiaçı ilə aralarında bağlanmış 18 sentyabr 2022-ci il tarixli, 3M-341 reyestr nömrəli “İlkin alğı-satqı müqaviləsi” üzrə Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında cavabdehin mülkiyyətində olan 0,0825 ha torpaq sahəsində inşa ediləcək binanın 3-cü mərtəbəsində yerləşəcək, sahəsi “oxdan-oxa” 70 kv.m yaşayış sahəsinin gələcəkdə alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsi barədə öhdəliklərini yerinə yetirməyərək, həmin yaşayış sahəsinin inşasının tamamlanmasını, eləcə də həmin sahəyə dair dövlət reyestrindən çıxarış və əmlakın yüklülüyünə dair arayış alaraq, daşınmaz əmlakı iddiaçıya satması, alğı-satqı müqaviləsi bağlaması və daşınmaz əmlakı onun mülkiyyətinə verməsi barədə üzərinə düşən öhdəlikləri yerinə yetirmir, bununla bağlı iddiaçının rəsmi müraciətinə cavab belə vermir. Bütün göstərilənlərə görə də Cavabdeh üzərinə İddiaçı ilə aralarında bağlanmış 18 sentyabr 2022-ci il tarixli, 3M-341 reyestr nömrəli “İlkin alğı-satqı müqaviləsi” üzrə Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında cavabdehin mülkiyyətində olan 0,0825 ha torpaq sahəsində inşa edilən binanın 3-cü mərtəbəsində yerləşəcək, sahəsi “oxdan-oxa” 70 kv.m yaşayış sahəsinin inşasının tamamlanması, həmin sahəyə dair dövlət reyestrindən çıxarış və əmlakın yüklülüyünə dair arayış alınaraq daşınmaz əmlakın (yaşayış sahəsinin) müqavilə üzrə dəyərinin qalıq hissəsi olan 22000 (iyirmi iki min) manat məbləğin ödənilməsi müqabilində İddiaçı satılması, onunla bu barədə alğı-satqı müqaviləsinin bağlanması və daşınmaz əmlakın onun mülkiyyətinə verilməsi öhdəliyi qoyulmalıdır.

7. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, onunla İddiaçı arasında ilkin alqı-satqı müqaviləsi bağlanarkən o, həmin şəxsə qalan pulu nə vaxta kimi və necə ödəməli olduğunu izah etmişdir. Belə ki, müqaviləyə görə ödənilməli olan qalan pul 31 dekabr 2023-cü il tarixədək notariat ofisində ödənilməli idi. O, dəfələrlə Edikə zəng edib pulu ödəmək lazım olduğunu bildirsə də, iddiaçı pulun qalan hissəsinin ödənilməsini təmin etməmişdir. O, iddiaçı tərəfindən ona göndərilmiş xəbərdarlıq məktubunu almamışdır.

8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi-Vəkil2 iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, iddiaçı tərəfin tərəflər arasında podrat münasibətləri yaranması barədə dedikləri ilə razılaşmır. Belə ki, Cavabdeh iddiaçı ilə razılaşmayıb ki, podrat müqaviləsinə görə iddiaçı sifarişçi, özü isə icraçı olsun. Cavabdeh razılaşmamışdır ki, iddiaçı sifariş versin, həmin evin formasını, arxitekturasını hansı formada ti kəcəklərini müəyyən etsinlər, iddiaçı ona pul köçürsün və cavabdeh razılaşdırılmış şərtlərlə işə başlasın. İddiaçı tərəfin istinad etdiyi normalar həmin cür münasibətlərə şamil olunur. Burada isə ilkin alğı-satqı olunub, lakin bu zaman da qanunvericiliyin tələblərinə tam əməl olunmayıb. Belə ki, Mülki Məcəllənin 402.4-cü maddəsinə əsasən ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilməli olmasına baxmayaraq tərəflər arasında bağlanmış bu müavilədə bu əksini tapmamışdır. Digər tərəfdən tərəflər arasında imzalanmış müqavilədə konkret olaraq qeyd edilib ki, alıcı 31 dekabr 2023-cü il tarixə kimi pulun qalan hissəsini ödəməlidir. Lakin həmin tarixə kimi iddiaçı üzərinə düşən öhdəliklərini ödəməmişdir. Cavabdeh dəfələrlə iddiaçı ilə danışıb pulun hissə-hissə ödənilməsini təklif edib, lakin iddiaçı hələ də pul düzəldə bilmədiyini, heyvanlarını satıb məsələni həll edəcəyini bildirsə də, son nəticədə üzərinə götürdüyü öhdəliyini icra etməmişdir. Odur ki, iddia rədd edilməlidir.

9. Qusar Rayon Məhkəməsinin (hakim Anar Qasımov) xx.xx.2024-cü il tarixli, e2(029)-477/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

10. Məhkəmə qənaətini onunla əsaslandırmışdır ki, tərəflər gələcəkdə inşa ediləcək mənzilin alğı-satqısı barədə əsas müqavilə bağlamaq niyyətilə həmin yaşayış sahəsinə dair ilkin alğı-satqı müqaviləsi bağlamışlar. Mülki Məcəllənin 402-ci maddəsinin müddəalarına görə, ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. İklin müqavilədə tərəflə rin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir... Tərəflər arasında bağlanmış ilkin alğı-satqı müqaviləsində əsas müqavilənin hansı müddət ərzində bağlanmalı olduğu göstərilməmişdir. Belə olan halda əsas müqavilə ilkin müqavilənin bağlandığı vaxtdan qanunla müəyyən olunmuş 1 il müddətində bağlanmalı idi. Lakin, ilkin müqavilənin bağlandığı 18 sentyabr 2022-ci il tarixdən 1 il müddətində t ərəflər arasında əsas müqavilə bağlanmamış və tərəflərdən heç biri buna təşəbbüs göstərməmişdir. Eyni zamanda, iddiaçı ilkin müqavilədə gələcəkdə satın alacağı mənzilin dəyərinin qalan 22000 manat hissəsini xx.xx.2023-cü il tarixədək cavabdehə ödəməyi öhdəsinə götürsə də, həmin öhdəliyini yerinə yetirməmişdir... Məhkəmə hesab etmişdir ki, belə olduğu halda ilkin müqavilə üzrə tərəflərin, o cümlədən Cavabdeh öhdəliklərinə xitam verilmişdir. Bundan başqa, ilkin müqavilədə cavabdeh tərəfindən gələcəkdə satılacaq mənzilin dövlət reyestrindən çıxarışının alınması öhdəliyi nəzərdə tutulsa da, lakin müqavilənin həmin şərti etibarlı sayıla bilməz. Belə ki, dövlət reyestrindən çıxarış ala bilməməyin cavabdehdən asılı olmayan və onun aradan qaldıra bilməyəcəyi (obyektiv) səbəbləri ola bilər. Daşınma z əmlakın çıxarışı olmadıqda isə həmin əmlak barəsində hər hansı, o cümlədən alğı-satqı müqaviləsinin bağlanması mümkün olmayacaq. Belə vəziyyətdə üzərinə əmlakı satmaq öhdəliyi götürən tərəfdən bu öhdəliyi yerinə yetirə bilməməsi nəticəsində qarşı tərəfin məruz qaldığı zərərin əvəzi tələb edilə bilər və müvafiq təzminatın ödənilməsi öhdəliyi ilkin müqavilədə də nəzərdə tutula bilərdi. Lakin müqavilədə tərəfin üzərinə daşınmaz əmlaka dair dövlət reyestrindən çıxarış almaq öhdəliyinin qoyulması qanuna uyğun deyildir... Məhkəmə həmçinin hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı hazırkı iddianı qaldırmaq üçün subyektiv (tələb) hüququ yoxdur. Eləcə də, iddiaçı tərəfin istinad etdiyi maddi hüquq normaları, yəni iddia tələbinin hüquqi əsası ilə işin faktiki halları və mövcud hüquq münasibətləri uzlaşmamaqdadır. Ona görə də iddia əsassız sayılmaqla rədd edilməlidir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 402.1, 402.2, 402.3, 402.4, 402.5-ci maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(029)-477/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh oglu ilkin alğı-satqı müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, binanın tikintisini tamamlayıb iddiaçıya satacağı mənzilə dair mülkiyyət sənədlərini əldə etməmiş, həmin mənzilin dəyərinin qalan 22000 manatını iddiaçıdan qə bul etməkdən yayınmış və sonra da pulun ödənilməməsini bəhanə edərək əsas alğı-satqı müqaviləsini bağlamaqdan imtina etmişdir. Halbuki, yaşayış sahəsi iddiaçıya təhvil verilib alğı-satqı müqaviləsi bağlanmadan onun dəyərinin qalıq hissəsi olan 22000 (iyirmi iki min) manat məbləğin xx.xx.2023-cü il tarixə kimi ödənilməsi müqavilənin məzmununa, eləcə də məntiqə ziddir və həmin 22000 manat məbləğin ödənilməsi ilə tərəflər arasında alğı-satqı müqaviləsinin bağlanması eyni zamanda icra olunmalıdır. Tərəflər arasında bağlanmış “İlkin alğı-satqı müqaviləsi”nin şərtlərinə görə də Alğı-satqı barədə əsas müqavilənin bağlanması üçün bu müqavilənin predmeti olacaq yaşayış sahəsinin dəyərinin qalıq hissəsi olan 22000 manat məbləğin ödənilməli olduğu xx.xx.2023-cü il tarixə kimi həmin yaşayış sahəsinin inşası tamamlanaraq “Alıcı”ya təhvil verilməsi üçün hazır olmalı və həmin sahəyə dair dövlət reyestrindən çıxarış, eləcə də əmlakın yüklülüyünə dair arayış alınmalı idi. Alğı-satqı müqaviləsinin predmeti olan qeyri-yaşayış sahəsi hazır olmadan, həmin sahəyə dair dövlət reyestrindən çıxarış, eləcə də əmlakın yüklülüyünə dair arayış alınmadan tərəflər arasında alğı-satqı müqaviləsinin bağlanması sadəcə mümkün deyildir. Yəni tərəflər arasında bağlanmış ilkin alğı-satqı müqaviləsində əsas müqavilənin bağlanmalı olduğu müddət kimi xx.xx.2023-cü il tarixi qeyd olunmuş və göründüyü kimi, əsas müqavilənin həmin müddətdə bağlanmaması İddiaçı təqsiri üzündən deyil, Cavabdeh tərəfindən Alğısatqı barədə 18 sentyabr 2022-ci il tarixli İlkin müqavilənin şərtlərinin, daha doğrusu, müqavilənin 3.1-ci madd əsində nəzərdə tutulmuş öhdəliklərin pozulması nəticəsində baş tutmamışdır. Onu da qeyd edir ki, Mülkiyyət çıxarışı ilə bağlı inzibati orqan olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ilə mübahisə yarandığı halda, belə mübahisələr inzibati məhkəmələrə aid ola bilər, lakin hər bir halda alğı-satqı predmeti olan yaşayış sahəsinə dair mülkiyyət çıxarışının alınması satıcının, yəni hazırkı halda cavabdehin vəzifəsidir... Hesab edir ki, cavabdehin üzərinə ilkin alğı-satqı müqaviləsi üzrə öhdəliklərini, o cümlədən iddiaçıdan mənzilin dəyərinin qalan 22000 manat pulunu qəbul etmək və həmin mənzili iddiaçıya satmaq öhdəliklərini icra etmək vəzifəsi qoyulmalıdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə düzgün olmayan nəticəyə gəlmiş, işin faktiki hallarına maddi hüquq normalarını düzgün tətbiq etməmiş və həmin hallara tətbiq edilməli olan maddi hüquq normalarına istinad etməmiş, nəticə etibarilə qanuni və əsaslı olmayan qətnamə qəbul etmişdir. Həmin qətnamənin ləğv edilməsini və yeni qətnamə qəbul edilərək iddianın təmin olunmasını xahiş edir.

14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (sədrlik edən və məruzəçi M.Hüseynov, hakimlər Z.Məmmədov və İ.Dəmirov) xx.xx.2024-cü il tarixli, 2(105)-1623/2024 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(029)-477/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında bağlanmış ilkin alğı-satqı müqaviləsindən görünür ki, onlar əsas müqavi lənin hansı müddət daxilində bağlanmalı olduğunu göstərməmişlər. Belə olan halda, nəzərdə tutulan əsas müqavilə 1 il müddətində bağlanmalı idi. Lakin, ilkin müqavilənin bağlandığı vaxtdan, yəni 18 sentyabr 2022-ci il tarixdən 1 il müddətində tərəflər arasında əsas müqavilə bağlanmamışdır. Digər tərəfdən, ilkin müqavilədə iddiaçı tərəfindən yaşayış sahəsinin dəyərinin qalan 22000 manat məbləğinin xx.xx.2023-cü il tarixədək ödənilməli olmasının nəzərdə tutulması ehtimal etməyə əsas verir ki, əsas müqavilə həmin ödəniş ediləndən sonra bağlanmalı idi. Lakin iddiaçı qeyd olunan tarixədək mənzilin (yaşayış sahəsinin) dəyərinin qalan pulunu ödəmədiyinə görə əsas alğısatqı müqaviləsinin bağlanması baş tutmamışdır. İddiaçı isə iddia edir ki, ilkin müqavilənin mahiyyətinə görə o, həmin pulu binanın inşası tamamlanandan və ona satılacaq mənzil satışa hazır olandan sonra, yəni tərəflər arasında əsas alğı-satqı müqaviləsi bağlananda ödəməli idi. Lakin iddiaçının bu mülahizəsi yanlış və əsassızdır. Ona görə ki, ilkin alğısatqı müqaviləsi bağlamaqla əslində tərəflər hər ikisi üçün sərfəli və faydalı olan qarşılıqlı razılığa gəlmişlər ki, iddiaçı (“Alıcı”) məhz qabaqcadan ödəniş edəcəyinə görə cavabdeh (“Satıcı”) tərəfindən inşa ediləcək binada güzəştli (daha ucuz) qiymətə yaşayış sahəsi alacaq, cavabdeh (“Satıcı”) isə həmin binanın inşasını həyata keçirmək üçün potensial alıcıların, o cümlədən iddiaçının qabaqcadan ödənişləri hesabına maliyyə resursları əldə edəcək. Üstəlik, ilkin müqavilədə iddiaçının ona satılacaq mənzilin təklif olunan dəyərini hissə-hissə (2 dəfəyə) ödəməsi imkanı nəz ərdə tutulmuşdur. Lakin iddiaçı ilkin müqavilə ilə müəyyən olunmuş tarixədək almaq istədiyi mənzilin dəyərinin qalan pulunu ödəməmiş, bu da onun əmlakı almaqdan imtina etməsi mənasını ifadə etmişdir. İlkin müqavilənin mahiyyətinə uyğun olaraq, iddiaçı əvvəlcə həmin müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməli, bundan sonra qarşı tərəfdən (cavabdehdən) sonuncunun üzərinə düşən öhdəliklərin icrasını tələb etməli idi.

16. Qanun normalarının tələblərindən göründüyü kimi, konkret halda iddiaçı ödənişlə bağlı öhdəliyini müəyyənləşdirilmiş müddət ərzində icra etmədiyinə görə cavabdeh özünün qarşılıqlı öhdəliyinin icrasından imtina etməkdə haqlı olmuşdur.

17. Beləliklə, iddiaçı ilkin müqavilə üzrə gələcəkdə satın alacağı mənzilin dəyərinin qalan hissəsini, yəni 22000 manat hissəsini xx.xx.2023- cü il tarixədək cavabdehə ödəyəcəyi barədə öhdəliyini yerinə yetirmədiyindən həmin müqavilə üzrə tərəflərin digər öhdəliklərinə, o cümlədən cavabdehin öhdəliklərinə də xitam verilmişdir.

18. Apelyasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402.1, 402.2, 402.3, 402.4, 402.5, 441.1, 441.2, 599.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, baxmayaraq ki, tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq olunmuş 18 sentya br 2022-ci il tarixli, 3M-341 reyestr №-li İlkin alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklər borclu, yəni Cavabdeh tərəfindən yerinə yetirilməmiş və kreditor, yəni İddiaçı da borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göründüyü kimi, hazırkı işə baxan Apellyasiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tələbləri pozularaq onlar düzgün tətbiq edilməmiş və tərəflər arasında bağlanmış İlkin alqı-satqı müqaviləsinin nəzmunu təhrif edilərək, həmin müqavilənin cavabdehin xeyrinə təfsir olunmasına cəhd edilmişdir.

21. Belə ki, kassasiya şikayətinin işin hallarına dair 4-cü bölməsində qeyd olunduğu kimi, Tərəflər – “Satıcı”, yəni Cavabdeh ilə “Alıcı”, yəni İddiaçı arasında bağlanaraq notarial qaydada təsdiq edilmiş 18 sentyabr 2022-ci il tarixli, 3M-341 reyestr №-l i İlkin alqı-satqı müqaviləsinin predmeti, Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında yerləşən və “Satıcı”nın mülkiyyətində olan 0,0825 ha torpaq sahəsi üzərində inşa ediləcək binanın 3-cü mərtəbəsində yerləşəcək, sahəsi “oxdan-oxa” 70 kv.m olan hissənin gələcəkdə alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi barədə öhdəliklərdir.

22. Müqaviləyə əsasən iddiaçı, yəni – “Alıcı” tərəfindən müqavilənin dəyərinin qalıq hissəsi olan 22000 (iyirmi iki min) manat məbləğinin ödənilməsi müddətinin tamamlandığı xx.xx.2023-cü il tarixdə həmin məbləği ödəmək üçün cavabdeh, yəni – “Satıcı” ilə əlaqə saxladıqda ona bildirilmişdir ki, həmin ödəniş, bayramdan sonra – yəni 2024-cü ilin yanvar ayının əvvəlində həyata keçirilsin. Lakin həmin bayramdan sonra cavabdeh iddiaçı ilə görüşməkdən yayınmış, eləcə d ə iddiaçıya məlum olmuşdur ki, bina tikilib tamamlanmamış və müqavilənin predmeti olan 70 kv.metrdən ibarət yaşayış sahəsi də “Alıcı”ya təhvil verilməsi üçün hazır deyildir. Halbuki, tərəflər arasında bağlanmış həmin müqavilənin mətnindən görünür ki, onun dəyərinin qalıq hissəsi olan 22000 (iyirmi iki min) manat məbləğinin ödənilməli olduğu xx.xx.2023-cü il tarixə kimi yaşayış sahəsinin inşası tamamlanmalı və həmin sahəyə dair dövlət reyestrindən çıxarış, eləcə də əmlakın yüklülüyünə dair Dövlət reyestrindən arayış alınaraq tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmalı idi. Əks halda, yəni yaşayış sahəsi iddiaçıya təhvil verilib alqısatqı müqaviləsi bağlanmadan, onun dəyərinin qalıq hissəsi olan 22000 (iyirmi iki min) manat məbləğinin xx.xx.2023-cü il tarixə kimi ödənilməsi müqaviləni n məzmununa, eləcə də məntiqə ziddir və həmin 22000 (iyirmi iki min) manat məbləğin ödənilməsi ilə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanması eyni zamanda icra olunmalıdır.

23. Alqı-satqı müqaviləsinin predmeti olan qeyri-yaşayış sahəsi hazır olmadan, həmin sahəyə dair dövlət reyestrindən çıxarış, eləcə də əmlakın yüklülüyünə dair Dövlət reyestrindən arayış alınmadan da tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanması sadəcə mümkün deyildir. Cavabdehin bu hərəkəti də qeyd olunan İlkin alqı-satqı müqaviləsi üzrə öhdəliklərin, yəni tərəflər arasında bağlanmış 18 sentyabr 2022-ci il tarixli müqavilənin 3.1-ci maddəsində nəzərdə tutulmuş öhdəliklərin “Satıcı” tərəfindən pozulmasıdır. Ona görə də qeyd olunan tikilinin tamamlanıb “Alıcı”ya təhvil verilməsi və müqavilə üzrə üzərin ə düşən öhdəliklərin yerinə yetirilməsini təmin edib, müqavilənin dəyərinin qalıq hissəsi olan 22000 (iyirmi iki min) manat məbləğinin ödənilməsi barədə Pretenziya – Xəbərdarlıq məktubu ilə, iddiaçı tərəfindən 15 yanvar 2024-cü il tarixdə cavabdehə rəsmi qaydada müraciət edilmiş, cavabdeh isə həmin məktubu 22 yanvar 2024-cü il tarixdə Xəbərnamə qəbzini imzalayıb qəbul etməsinə baxmayaraq, iddiaçının müraciətinə cavab verilməmişdir. Bununla da Cavabdeh, İddiaçı ilə aralarında bağlanmış 18 sentyabr 2022-ci il tarixli, 3M-341 Reyestr №-li İlkin alqı-satqı müqaviləsi üzrə Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında yerləşən və onun mülkiyyətində olan 0,0825 ha torpaq sahəsi üzərində inşa ediləcək binanın 3-cü mərtəbəsində yerləşəcək, sahəsi “oxdan-oxa” 70 kv.m olan hissəsi barədə gələcək də alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi barədə öhdəlikləri yerinə yetirməyərək, həmin yaşayış sahəsinin inşasının tamamlanmasını, eləcə də həmin sahəyə dair dövlət reyestrindən çıxarışın, əmlakın yüklülüyünə dair Dövlət reyestrindən arayış alaraq, daşınmaz əmlakı iddiaçıya satması, alqı-satqı müqaviləsi bağlaması və daşınmaz əmlakı onun mülkiyyətinə verməsi barədə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, bununla bağlı iddiaçının rəsmi müraciətinə də cavab verməmiş və üzərinə düşən öhdəlikləri yerinə yetirib qalıq pulu almaqdan yayınmışdır.

24. Apellyasiya məhkəməsinin qətnaməsində “...qeyd olunan tikilinin tamamlanıb “Alıcı”ya təhvil verilməsi və müqavilə üzrə üzərinə düşən öhdəliklərin yerinə yetirilməsini təmin edib, müqavilənin dəyərinin qalıq hissəsi olan 22000 (iyirmi iki mi n) manat məbləğinin ödənilməsi barədə Pretenziya – Xəbərdarlıq məktubu ilə, iddiaçı tərəfindən 15 yanvar 2024-cü il tarixdə cavabdehə rəsmi qaydada müraciət edilmməsi vı cavabdehin həmin məktubu 22 yanvar 2024-cü il tarixdə Xəbərnamə qəbzini imzalayıb qəbul etməsinə baxmayaraq, iddiaçının müraciətinə cavab verilməməsi və qalıq pulun alınmasından yayınması...” faktının üstündən sükutla keçilir və cavabdeh tərəfindən bu barədə öhdəliklərinin pozulması faktına əhəmiyyət belə verilmir.

25. Ona görə də Apellyasiya məhkəməsinin qətnaməsində qeyd olunan mövqeyi, Tərəflər – “Satıcı”, yəni Cavabdeh ilə “Alıcı”, yəni İddiaçı arasında bağlanaraq notarial qaydada təsdiq edilmiş 18 sentyabr 2022-ci il tarixli, 3M-341 reyestr №-li İlkin alqı-satqı müqaviləsinin məzmununa ziddir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz verərək onun rədd edilməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri

27. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Ka ssasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

29. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

30. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

31. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqav ilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

32. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

33. Maddə 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır.

34. Maddə 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqd a qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

35. Maddə 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır.

36. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

37. Maddə 760.2. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb e də bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmə lər iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçı cavabdehlə bağladığı müqavilədən irəli gələn, pul vəsaitini xx.xx.2023-cü il tarixdək ödəmək öhdəliyini vaxtında icra etməmişdir. İddiaçı öz öhdəliyinin icrasını gecikdirdiyi üçün cavabdehin öhdəliyinin icrasından imtina etməsi əsaslı sayılmışdır. Belə olan halda iddianın təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilməmişdir.

45. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

46. Belə ki, mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər (§ 34).

47. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib -edilmədiyini yoxlayır.

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

49. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1623/2024 nömrəli iş üzrə 19 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar