Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7085/2022 02.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı ilk iddia və iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia üzrə iş QƏTNAMƏ İş № 2(103)-7085/2022 (Açar sözlər: müqavilənin etibarsızlığı) Bakı şəhəri 02 noyabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Mikayl oğlunun nümayəndəsi-vəkili Vəkil2, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh nümayəndəsi-vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər Bakı şəhəri 53 saylı Notariat Ofisi və AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi) “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğvi” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “icarə haqqı, icarə predmeti olan əmlakdan çıxarılma və əmlakın təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələrinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2135/2022 saylı 19 avqust 2022-ci il tarixli qətnaməsindən ikin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Mikayl oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə 02 noyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov pr, ev 207 ünvanında yerləşən 51.9 kv.m-dən ibarət 2 otaqlı 15 nömrəli mənzil, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov pr, ev 207 ünvanında yerləşən 136.1 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi və həmin ünvanda yerləşən 100.4 kv.m-dən ibarət qeyriyaşayış sahəsini 30 mart 2021-ci il tarixdə Bakı şəhəri 53 saylı notariat ofisində reyestrdə 4Ə-713, 4Ə-714, 4Ə-715 nömrə ilə qeyd edilmiş AN-İ 0925471, AN-İ 0925469, AN-İ ******* nömrəli alqı-satqı müqavilələrinə əsasən Cavabdeh satmışdır. Hazırda həmin alqı-satqı müqavilələrin etibarsız hesab edilməsi və həmin əmlaklara alınmış çıxarılşların ləğv edilməsini xahiş etmişdir.
2. Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 136,1 kv.metrdən ibarət 100,4 kv,metrdən ibarət və 51.9 kv.metrdən ibarət əmlakları İddiaçı icarəyə vermişdir. İddiaçı icarə haqqın ödəmədiyi üçün hazırda 16.500 manat (xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, 11 ay × 1500 manat) icarə haqqı borcunun sonuncudan tutulması və icarə obyektindən çıxarılma tələbi irəli sürmüşdür.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər Bakı şəhəri 53 saylı Notariat Ofisi və AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi) “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğvi” tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun arasında 30 mart 2021-ci il tarixdə Bakı şəhəri 53 saylı notariat ofisində reyestrdə 4Ə-713, 4Ə-714, 4Ə-715 nömrə ilə qeyd edilmiş AN-İ 0925471, AN-İ 0925469, AN-İ ******* nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında cavabdehin adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov pr, ev 207 ünvanında yerləşən 51.9 kv.m-dən ibarət 2 otaqlı 15 nömrəli mənzil, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov pr, ev 207 ünvanında yerləşən 136.1 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi və həmin ünvanda yerləşən 100.4 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi onun xüsusi mülkiyyətində olmuşdur. Qeyd edir ki, o, son vaxtlara qədər kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olmuş və bunun üçün əmlaklarını girov qoyaraq “Access Bank”-dan kredit götürmüşdür və kifayət qədər ödənilməyən borcu qalmışdır. Borcu ödəməyəcəyi halda əmlakları hərrac yolu ilə satılacaqdı. Belə olan halda da əmlakının dəyəri qat-qat aşağı qiymətləndiriləcəkdi. Bu səbəbdən tanıdığı və Səhiyyə Nazirliyinin nəzdində olan Tikinti idarəsinə rəhbərlik edən Zahir Qəribovdan borca pul istəmişdir. Çünki əvvəllər də ona borca pul vermişdir və güman edirdi ki, yenə də ona maddi dəstək olacaq. Doğrudur, o, həmin borcu qaytarmasa da, düşünürdü ki, maddi imkanı yaxşı olduğundan imtina etməz. Beləliklə onlar görüşmüş, məsələnin hansı yerdə olduğunu ona danışmış və ondan 2.000.000 manat borca pul istəmişdir. Sözsüz ki, o, əvvəldən bilirdi ki, onun qiymətli əmlakı var və əmlakın dəyəri 2.500.000 manatdır. Zahir Qəribov ona bildirmişdir ki, borca istədiyi pul yüksək məbləğ olduğundan həmin məbləği girovsuz verməyə risk etmir. Bu zaman ona əmlakının bankda girovda olduğunu və banka 600.000 manat borcu olduğunu demiş, Zakir isə ona yalnız əmlakı öz adına keçirməklə pulu verə biləcəyini bildirmişdir. Bundan sonra o, Zahirlə razılaşmalı olmuşdur. Zahir Qəribov bildirmişdir ki, ona məxsus əmlakı baldızının nəvəsinin adına rəsmiləşdirəcək, pulun bir hissəsini alqı-satqı zamanı, digər hissəsini isə alqı-satqıdan sonra nağd şəkildə verəcək. O, Zahirdən nə üçün öz adına keçirməkdən daşındığını soruşduqda, bildirmişdir ki, dövlət orqanında vəzifə daşıyır və buna görə öz qohumunun adına rəsmiləşdirir. Beləliklə, onlar öz aralarında razılıq əldə etdikdən sonra bankla da razılığa gəlmiş və əmlakları Zahir Qəribovun baldızı nəvəsi Cavabdeh adına etmişlər. Alqı-satqı zamanı ona 1.000.000 manat puldan 200.000 manata yaxın pul verilmişdir. Çünki həmin puldan 600.000 manatı banka olan kredit borcuna çıxılmış, 170.000 manatını Zahir Qəribov ona olan borca görə çıxmış və eyni zamanda vergi ödənişinə də çıxıldıqdan sonra qalan pul ona verildi. Alqı-satqıdan sonra Zahir Qəribov bildirmişdir ki, bir neçə günə qalan 1.000.000 manatı da verəcək. Lakin xeyli müddət keçmiş və o, həmin pulu verməmişdir. Daha sonra o, 1.000.000 manatı verməyə imkanının olmadığını və ona olan 1.000.000 manat borcu həmin əmlakları sataraq verməyini bildirmişdir. O, da Zahirə olan borcunu qaytaracağımı bildirmişdir. Lakin bir müddətdən sonra Cavabdeh adlı şəxs Yasamal RPİnin əməkdaşı ilə birlikdə əmlakının yerləşdiyi ünvana gələrək, obyekti boşaltmağı, oradan çıxmağı və ona təhvil verməyi ondan tələb etmişlər. O, həmin şəxslərə əmlakını Cavabdeh satmadığını, onunla hər hansı bir danışığının olmadığını, onu tanımadığını, yalnız bu işdə Zahir Qəribovu tanıdığını və ondan kredit şəklində pul (borc) aldığını və həmin borcu qaytararaq əmlakını yenidən öz adına qaytaracağını bildirmişdir. Lakin buna baxmayaraq polis əməkdaşı həmin əmlakı zəbt etdiyini bildirərək obyekti boşaltmağı və oradan çıxmağını təkidlə tələb etmişdir. O isə ona bu məsələnin məhkəməyə aid olduğunu, polisin səlahiyyətində olmadığını xatırladaraq bu barədə aidiyyəti instansiyalara şikayət edəcəyini bildirmişdir. Göründüyü kimi onun niyyəti həmin əmlakaları satmaq deyil, girov qoyaraq borca pul götürmək olmuşdur. Zahir Qəribov isə fiziki şəxs olduğundan, kredit müqaviləsi bağlamaq üçün xüsusi lisenziyası olmadığından o, həmin borcu ona, ona məxsus əmlakları özgəninkiləşdirməklə vermişdir. Onlar alqı-satqını kredit müqaviləsini pərdələməklə həyata keçirmişlər. Çünki başqa formada Zahir Qəribov həmin pulu ona verməyə risk etməmişdir.
5. Daha sonra Cavabdeh İddiaçı qarşı “icarə haqqı, icarə predmeti olan əmlakdan çıxarılma və əmlakın təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia müddətinin ölürülməsi ilə əlaqədar iddia müddəti tətbiq etməklə ilkin iddianın rədd edilməsi, İddiaçı onun xeyrinə 16.500 manat (xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, 11 ay × 1500 manat) icarə haqqı borcunun və 139,5 manat dövlət rüsumunun tutulması, İddiaçı ünvan 1 ünvanında yerləşən 136,1 kv.metrdən ibarət 100,4 kv,metrdən ibarət və 51.9 kv.metrdən ibarət əmlaklardan (Everest kafesi) çıxarılması və əmlakların ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı Nərimanov Rayon Məhkəməsində iddia qaldırıb, aralarında bağlanmış və 55 saylı Notariat Ofisində təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, AN-İ seriyalı, 0925469, 0925470, ******* saylı alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilənlər cəfəngiyyat və uydurmadır, həqiqəti əks etdirmir. İddiaçı görüntü yaratmaq istəyir ki, guya əmlakın dəyəri daha yüksəkdir və onu daha yüksək qiymətə satıb. Bununla bağlı bildirir ki, əmlaka cəmi 1.000.000 manat versə də, sonradan bəlli olmuşdur ki, onun dəyəri əslində 700.000-800.000 manat civarındadır. İddiaçı onları aldatmışdır ki, guya əmlakın aylıq icarə qiyməti 6.000 manatdır, məhz bu səbəbdən onlar əmlakı almağa qərar vermişlər. Sonra bəlli olmuşdur ki, aylıq icarə qiyməti 6.000 manatdan aşağıdır. Hesab edir ki, aşağıdakılara əsasən ilkin iddia rədd, qarşılıqlı iddia təmin edilməlidir. Belə ki, 2021-ci ilin əvvəllərində icarəyə verib, aylıq icarə haqqı almaq məqsədi ilə yuxarı qiyməti 1.000.000 manat olan daşınmaz əmlak almaq qərarına gəlmişlər. Bununla bağlı axtarışlar etmiş və bəlli olmuşdur ki, ünvan 3 ünvanında yerləşən Everest kafesi satılır. Kafenin sahibi İddiaçı ilə görüşmüş, o, bildirmişdir ki, kafeni 1.100.000 manata satır və əmlakı asanlıqla 6.000 manata icarəyə vermək mümkündür. Danışıqlar zamanı biz bildirdik ki, ən yuxarı halda 1.000.000 manat verə bilər. O, təklifin onu qane etdiyini, lakin əmlakın bankda girovda olduğunu, bankla danışıb girov məsələsini həll etməli olduğunu bildirmişdir. İddiaçı bank razılıq vermişdir ki, 600.000 manat borcun bağlanması şərli ilə əmlakın satılımasına etiraz etmir. Onlar qanunvericilikdə nəzərdə tutulmuş biilün prosedurlardan keçməklə xx.xx.2021-ci il tarixdə alqı-satqı müqavilələrini bağlamış və İddiaçı cəmi 1.000.000 manat ödəmiş, həmin pulun 600.000 manat hissəsini bank götürmüş, qalan 400.000 manal hissəsi isə İddiaçı qaldı. Müqavilələr bağlanandan sonra İddiaçı bildirmişdir ki, ona 2 ay möhlət versin, özünə başqa obyekt tapıb, çıxsın. Onlar razılaşmış, ona başqa yer tapmaq üçün 2 ay möhlət vermişlər. 2 ay sonra Ramiz yer tapa bilmədiyini, eyni zamanda pandemiya ilə əlaqədar müştəri olmadığını, qazanc olmadığını demişdir. Bu kafenin işini özündən yaxşı heç kim bilmir, iş getmədiyi üçün onunla ilin sonuna qədər aylıq 1500 manal olmaqla icarə müqaviləsi bağlansın, hələlik 1500 manatdan icarə haqqı versin, vəziyyət düzələrsə bu aylar ərzində icarə haqqını artırar. Onlar İddiaçı inanmış və xx.xx.2021-ci il tarixdə onunla xx.xx.2021-ci il tarixədək qüvvədə olan icarə müqaviləsi bağlamışlar. Müqaviləyə əsasən əmlak ona 1500 manat icarəyə verilmişdir. Müqavilənin qüvvədə olduğu 6 ay ərzində kafeni işlətsə də, İddiaçı 1 manat da olsun icarə haqqı ödəməmiş, sözünü dəyişməyə başlamışdır ki. buranın icarə qiyməti devalvasiyadan əvvəl 6.000 manat olsa da, indi aşağıdır, bir tərəfdən də bu pandemiya ilə əlaqədar müştərinin olmaması səbəbindən 1500 manatı da ödəyə bilmir. Vəziyyət belə davam etdiyi, əmlak onlara təhvil verilmədiyi və o boyda vəsaitin müqabilində 1 manat da olsun xeyir götürmədikləri üçün 2021-ci ilin dekabr ayında İddiaçı yazılı və şifahi pretenziyalar etmişlər ki, icarə haqqını ödəsin, icarə müqaviləsinin müddəti bitdiyi üçün əmlakı təhvil versin. Bundan sonra İddiaçı xahiş etmişlər ki, ona 3 ay, yəni xx.xx.2022-ci il tarixə kimi vaxt versin. Əmlakı onlara təhvil verəcək və icarə haqlarını da ödəyəcək. Onlar humanistlik edib. Ramizə 3 ay da əlavə vaxt vermişlər. Mart ayının əvvəlinə kimi 1 manat da olsun icarə haqqı ödənilməmiş və o, xx.xx.2022-ci il tarixli pretenziya ilə yenidən İddiaçı müraciət edib, icarə haqlarını ödəməyi və mart ayının sonunda obyektdən çıxmağı tələb etmişdir. xx.xx.2022-ci il tarixdə onlar kafeyə gəlmiş və Ramizdən tələb etmişlər ki, çıxsın, o dava salmış, hədə qorxu gəlmiş, sonra çıxmaq üçün 10 gün vaxt istəmişdir. Onlar yenə humanistlik etmiş, ona 10 gün vaxt vermişdir. xx.xx.2022-ci il tarixdə onlar yenə kafeyə gəlmiş, o yenə dava salmış, şüşələri qırmış, obyektdə olan əmlakları dağıdacağını bildirmiş və onlar 102 xidmətinə məlumat vermişlər, kafeyə polislər gəlmiş Polislərin yanında o əməlindən peşman olduğunu bildirmiş və söz vermişdir ki, əlavə 10 gün vaxt versin, kafedən çıxacaq. Növbəti humanistlik edilərək ona əlavə 10 gün vaxt verilmiş və bundan sonra o məhkəmədə iddia qaldırmış, bəlli olmuşdur ki, İddiaçı 10 günlük müddəti çıxmaq üçün yox, əslində məhkəmədə iddia qaldırmaq üçün istəyirmiş. Qeyd etdikləri Bakı şəhər Yasamal rayon polis İdarəsinin 27-ci polis Bölməsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-cı ıl tarixli qərarı ilə təsdiq edilir. Bu qərardan görünür ki. müraciətləri xx.xx.2022-ci il tarixdə olunub və məhz bundan sonra İddiaçı hazırkı uydurma iddianı qaldırmışdır. İddiaçı iddia ərizəsində qeyd etdiklərinin həqiqəti əks etdirməməsi həmçinin aşağıdakılarla təsdiq edilir: Əgər o, əmlakı daha yuxarı qiymətə almışdısa, onda ötən müddət ərzində Ramiz ondan niyə pul tələb etmir, əksinə icarə müqaviləsi bağlayırdı? Əgər əmlak artıq qiymətə satılmışdırsa bu barədə müqavilədə niyə hər hansı qeyd olmamışdır. xx.xx.2021-ci il tarixli müqavilələr etibarsız idisə Ramiz niyə daha əvvəl məhkəməyə müraciət etmir və iddia müddətini ötürürdü? Onun hazırkı iddianı qaldırmaqda məqsədi əmlakdan çıxarılmağını uzatmaqdır. xx.xx.2022-ci il tarixdə Reyestri Xidmətindən ona məlum olmuşdur ki, qeyd edilən əmlaklarının üzərində Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Bununla bağlı o, Xətai Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş və qərardadın surəti eyni tarixdə mənə təqdim edildi. Qərardadla mülkiyyətində olan yuxarıda qeyd edilmiş əmlakların üzərinə X1 Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixlə qətnaməsi üzrə külli miqdarda borcunun olması əsas gətirilərək həbs qoyulmuşdur.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli 2(005)- 2135/2022 saylı qətnaməsi ilə (hakim Aytən Novruzova) İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər Bakı şəhəri 53 saylı Notariat Ofisi və AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi) “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğvi” tələbinə dair ilk iddia ərizəsinin təmin edilməməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı “icarə haqqı, icarə predmeti olan əmlakdan çıxarılma və əmlakın təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, İddiaçı Cavabdeh xeyrinə 16500 manat (xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, 11 ay x 1500 manat) icarə haqqı borcunun və 139,5 manat dövlət rüsumunun tutulması, İddiaçı ünvan 1 ünvanında yerləşən 136,1 kv.metrdən ibarət 100,4 kv,metrdən ibarət və 51.9 kv.metrdən ibarət əmlaklardan (Everest kafesi) çıxarılması və əmlakların Cavabdeh təhvil verilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında 30 mart 2021-ci il tarixdə Bakı şəhəri 53 saylı notariat ofisində reyestrdə 4Ə-713, 4Ə-714, 4Ə-715 nömrə ilə qeyd edilmiş AN-İ 0925471, AN-İ 0925469, AN-İ ******* nömrəli alqı-satqı müqavilələri hər iki tərəfin iradə ifadəsi ilə könüllü və sərbəst şəkildə bağlanmışdır. Beləki, iş materiallarındakı mədaxil qəbzlərindən müəyyən edilmişdir ki, 3 müqavilə üzrə ümumilikdə alqı-satqı qiyməti 1.000.000 manat müəyyən edilərək Mikayılzadə (Uğurov) Ramiz Mikayıl oğluna ödənilmişdir. Hər bir müqavilə üzrə İddiaçı həyat yoldaşı R.Uğurovanın notarial qaydada təsdiq edilmiş razılıq ərizələri alınmışdır. Həminin tərəflər arasında xx.xx.2021-ci il tarixdə icarə müqaviləsi bağlanmış və bu müqavilə əsasında Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov pr, ev 207 ünvanında yerləşən 136,1 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi Cavabdeh icarəyə verilmişdir. İcarə müddəti xx.xx.2021-ci il tarixədək müəyyən edilmişdir. İcarə haqqı aylıq 1500 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ilk iddia ərizəsində göstərildiyi kimi alqı-satqı müqavilələri başqa əqdi pərdələmək niyyəti ilə bağlanmış olsaydı, yəni əmlaklar təkcə sənəd üzərində Cavabdeh məxsus olmaqla, faktiki olaraq İddiaçı sahibliyində olsaydı tərəflər arasında belə bir müqavilənin bağlanmasına zərurət yaranmazdı. Tərəflər arasında icarə müqaviləsinin bağlanmış olması alqı-satqı müqavilələri üzrə əmlakların real olaraq Cavabdeh verildiyini sübuta yetirir. Bunun əksi olaraq ilk iddia üzrə iddiaçı mübahisələndirilən müqavilələrin aldatma yolu ilə bağlandığı və görünüş xarakterli olduğunu məhkəmə qarşısında sübuta yetirməmiş və bu halları sübuta yetirəcək dəlilləri məhkəməyə təqdim etməmişdir.
9. Birinci instansiya məhkəməsi, həmçinin, hesab etmişdir ki, tərəflər arasında alqısatqı müqavilələri xx.xx.2021-ci il tarixdə bağlanmış, həmin müqavilələrin etibarsızlına dair iddia ərizəsi isə məhkəməyə 1 ildən sonra təqdim edilmişdir. Bu halda məhkəmə hesab edir ki, əqdin mübahisələndirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş bir illik iddia müddəti ötürüldüyündən, iddia müddəti tətbiq edilməklə də ilk iddia ərizəsi rədd edilməlidir.
10. Birinci instansiya məhkəməsi, daha sonra, hesab etmişdir ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış icarə müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, cavabdeh İddiaçı icarə müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov pr, ev 207 ünvanında yerləşən 136,1 kv.mdən ibarət qeyri-yaşayış sahəsi İddiaçı təhvil verilmiş, müqavilə xx.xx.2021-ci il tarixədək bağlanmış və ayliq icarə haqqı 1.500 manat müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həmin icarə obyektindən istifadə etmişdir. Bu səbəbdən də 11 ay müddətində İddiaçı istifadəsində olan icarə obyekti üçün aylıq 1500 manat olmaqla, ümumilikdə 16.500 manat icarə haqqının tutulub iddiaçıya ödənilməsi tələbi təmin edilməlidir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 152.1, 152.5, 157.4, 346.1, 354.1, 354.2, 385.1, 386.1, 405.1, 425.1, 442, 445.2.1, 448.1, 567, 700.1, 700.2, 700.3, 705-ci, “İcarə haqqında” Azərbaycan Respublikası Qanunun 7, 13.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 1, 217.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən ilkin iddia üzrə iddiaçı, qarşılıqqlı iddia üzrə cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsini və ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianı isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayətini ilkin iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, Cavabdeh Zahir Qəribovla əlbir olaraq, öz mülki hüquqlarından sui istifadə etmiş, aldatma yolu ilə 1.000.000 manat pulu ödəməkdən imtina etməklə onun əmlaklarını qanunsuz mənimsəmişdir. Nəticədə isə onun mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. Məhkəmə isə mülki hüquqlardan sui istifadə halına öz qətnaməsində heç bir hüquqi qiymət verməmiş və məsələyə yalnız alqı-satqı müqaviləsinin mövcudluğu baxımından formal yanaşmışdır. Qətnamədə məhkəmənin əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar dəqiq göstərilməmişdir. Məhkəmə yalnız öz fərziyyələrinə, Cavabdeh yalan məlumatlarına əsaslanmaqla qərar qəbul etmişdir. Məsələyə birbaşa aidiyyəti olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.3-cü maddəsinin (aldadılma) və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin (başqa əqdi pərdələmə) tələblərinə isə məhkəmə öz qətnaməsində toxunmamış və aidiyyəti məsələlərə hüquqi qiymət verməmişdir. Məhkəmə yalnız X4 göstərdiyi məlumatın qatnamədə sadalamaqla kifayətlənmiş, hər bir sübutu qətnamədə şərh etməmiş, sübutlar əlaqələndirilməmiş və sübutun işə hansı aidiyətinin olmasını müəyyən etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinə yazılı etiraz edərək, onun təmin edilməməsini xahiş etmişdir. 15 Apellyasiya şikayətinə etirazı birinci instansiya məhkəməsində iddiaya verdiyi etirazın dəlillərinə uyğun əsaslandırmışdır.
c) Proses iştirakçılarının izahatı
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi-vəkili apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətinə etirazın dəlillərinə uyğun izahat veərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
18. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
19. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasıdır.
20. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
21. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
22. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
23. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
24. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır
25. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
26. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
27. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin
28. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir və əhəmiyyətsizdir.
29. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
30. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər
31. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
32. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
33. Maddə 405.1 Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
34. Maddə 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
35. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
36. Maddə 445.2.1 Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
37. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
38. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qanunun mənasına görə alqı-satqı müqaviləsi satıcı və alıcı arasında bağlanan elə bir mülki hüquqi əqddir ki, bunun əsasında onların arasında öhdəlik hüquq münasibəti yaranır. Müqavilənin hüquqi məqsədi tərəflərin onların özləri üçün mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması barədə subyektiv arzusunu ifadə edir. Alqı-satqı müqaviləsi vasitəsilə satıcı əmlak üzərində mülkiyyət hüququnu itirir, alıcı isə satın aldığı həmin əmlak üzərində mülkiyyət hüququ, yəni, mütləq əşya hüququ qazanır. Satıcının əşyanı alıcıya verməsi müqavilənin icrasına yönələn hərəkətdir. Alqı-satqı müqaviləsində tərəflərin hüquq və vəzifələri müqavilənin məzmununu əmələ gətirir
39. Maddə 700.1 İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
40. Maddə 700.2 İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
41. Maddə 700.3 Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
42. Maddə 705. Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir.
“İcarə haqqında” Azərbaycan Respublikası Qanunu
43. Maddə 7. İcarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar
44. Maddə 13.1 İcarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
48. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
49. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
50. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
51. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütünlüklə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Belə ki, iş materiallarında olan “Satıcı” İddiaçı ilə “Alıcı” Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AZ-İ ******* №-li alqı-satqı müqaviləsindən görünür ki, "Satıcı" İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov pr, ev 207 ünvanında yerləşən 51.9 kv.m-dən ibarət 2 otaqlı 15 nömrəli mənzili 300.000 manata Cavabdeh satmışdır; Reyestrdə 8İ-2244 № ilə qeyd edilmiş X7 Bakı şəhəri 12 saylı notariat kontorunda təsdiqlənmiş xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, həyat yoldaşı X8 çəxsus olan ünvan 4 ünvanında mənzilin satılmasına etiraz etmir.
54. “Satıcı” İddiaçı ilə “Alıcı” Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AZ-İ ******* №-li alqı-satqı müqaviləsindən görünür ki, "Satıcı" İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov pr, ev 207 ünvanında yerləşən 100,4 kv.m-dən ibarət qeyriyaşayış sahəsini 300.000 manata Cavabdeh satmışdır; Reyestrdə 8İ-2242 № ilə qeyd edilmiş X7 Bakı şəhəri 12 saylı notariat kontorunda təsdiqlənmiş xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, həyat yoldaşı X8 çəxsus olan Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov pr, ev 207 ünvanında yerləşən ümumi sahəsi 100,4 kv.m olan qeyriyaşayış sahəsinin satılmasına etiraz etmir.
55. “Satıcı” İddiaçı ilə “Alıcı” Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AZ-İ ******* №-li alqı-satqı müqaviləsindən görünür ki, "Satıcı" İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov pr, ev 207 ünvanında yerləşən 136,1 kv.m-dən ibarət qeyriyaşayış sahəsini 400.000 manata Cavabdeh satmışdır; Reyestrdə 8İ-2243 № ilə qeyd edilmiş X7 Bakı şəhəri 12 saylı notariat kontorunda təsdiqlənmiş xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, həyat yoldaşı X8 çəxsus olan Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov pr, ev 207 ünvanında yerləşən 1-ci mərtəbəsində 136,1 kv.m ümumi, 87,9 kv.m əsas, 48,2 köməkçi sahəsi olan qeyri-yaşayış sahəsinin satılmasına etiraz etmir.
56. “İcarəyə verən” Cavabdeh ilə “İcarəçi” İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov pr, ev 207 ünvanında yerləşən 136,1 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi Cavabdeh icarəyə verilmişdir. İcarə müddəti xx.xx.2021-ci il tarixədək müəyyən edilmişdir. İcarə haqqı aylıq 1500 manat müəyyən edilmişdir.
57. Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı polis mayoru S.Gözəlovun xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı polis mayoru T.Əzizovun xx.xx.2022-ci il tarixli qərarı ilə X2 müraciəti əsasında toplanmış materialda cinayətin tərkib əlamətlərinin olmaması əsası ilə cinayət ışının başlanması rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, X5 50 manat maddi ziyan vurmuş və X3 barəsində Azərbaycan Respublikası İXM-nin 232- 1-ci maddəsinə əsasən inzibati tədbir görülməsi üçün qərarın surəti aidiyyəti əməkdaşa həvalə edilməsi qərara alınmışdır.
58. Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair xx.xx.2022-ci il tarixli İddiaçı ünvanlanmış müqavilədən görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 689.1 maddəsinə əsasən kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir. Nəzərinə çatdırılır ki, ünvan 5 ünvanda yerləşən 136.1 kv.m sahənin icarəyə verilməsi ilə bağlı onların aralarında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. Eyni zamanda bildirilir ki, qeyd olunan icarə müqaviləsinin 5-ci bəndinin şərtlərinə uyğun olaraq, tərəfindən icarə haqqları aylıq olaraq ödənilməli idi. 2022-ci ilin yanvar ayında onun xəbərdarlığından sonra aralarında baş tutmuş şifahi razılaşmaya əsasən icarə müddəti 2022-ci ilin mart ayının sonunadək artırılmış və o, icarə haqqlarının ödənişinə söz vermişdir. Lakin bu günə qədər tərəfindən icarə haqlarının da ödənilməsi təmin edilməmişdir.
59. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında 30 mart 2021-ci il tarixdə Bakı şəhəri 53 saylı notariat ofisində reyestrdə 4Ə-713, 4Ə-714, 4Ə-715 nömrə ilə qeyd edilmiş AN-İ 0925471, AN-İ 0925469, AN-İ ******* nömrəli alqı-satqı müqavilələri hər iki tərəfin iradə ifadəsi ilə könüllü və sərbəst şəkildə bağlanmışdır. Belə ki, iş materiallarındakı mədaxil qəbzlərindən müəyyən edilmişdir ki, 3 müqavilə üzrə ümumilikdə alqı-satqı qiyməti 1.000.000 manat müəyyən edilərək İddiaçı ödənilmişdir. Hər bir müqavilə üzrə İddiaçı həyat yoldaşı R.Uğurovanın notarial qaydada təsdiq edilmiş razılıq ərizələri alınmışdır. Həmçinin, tərəflər arasında xx.xx.2021-ci il tarixdə icarə müqaviləsi bağlanmış və bu müqavilə əsasında Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov pr, ev 207 ünvanında yerləşən 136,1 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi Cavabdeh icarəyə verilmişdir. İcarə müddəti xx.xx.2021-ci il tarixədək müəyyən edilmişdir. İcarə haqqı aylıq 1500 manat müəyyən edilmişdir.
60. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq və apelyatorun dəlillərinə münasibətdə qeyd edir ki, ilk iddia ərizəsində göstərildiyi kimi alqısatqı müqavilələri başqa əqdi pərdələmək niyyəti ilə bağlanmış olsaydı, yəni əmlaklar təkcə sənəd üzərində Cavabdeh məxsus olmaqla, faktiki olaraq İddiaçı sahibliyində olsaydı tərəflər arasında belə bir müqavilənin bağlanmasına zərurət yaranmazdı. Tərəflər arasında icarə müqaviləsinin bağlanmış olması alqı-satqı müqavilələri üzrə əmlakların real olaraq Cavabdeh verildiyini sübuta yetirir.
61. Digər tərəfdən, ilk iddiaçı mübahisələndirilən müqavilələrin aldatma yolu ilə və ya əqdi pərdələmək məqsədi ilə bağlandığı və görünüş xarakterli olduğunu məhkəmə qarşısında sübuta yetirə, bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmiş və alqı-satqı müqavilələrinin etibarsızlığına səbəb olacaq hallar aşkar edilməmişdir.
62. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, iddiaçı əqdin mübahisələndirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddəti (kəsici) də ötürmüşdür.
63. Kollegiya apellyasiya şikayətinin qarşılıqlı iddianın əsassızlığı barədə dəlillərini də əsassız hesab edərək qeyd edir ki, iş materialları ilə müəyyən oluduğu kimi, tərəflər arasında bağlanmış icarə müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov pr, ev 207 ünvanında yerləşən 136,1 kv.mdən ibarət qeyri-yaşayış sahəsi İddiaçı təhvil verilmiş, müqavilə xx.xx.2021-ci il tarixədək bağlanmış və aylıq icarə haqqı 1500 manat müəyyən edilmişdir. Cavabdeh İddiaçı icarə müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş və icra haqqını ödəməmişdir. Bundan başqa tərəflər arasında bağlanmış icarə müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə bitdiyindən, müqavilədə müqavilənin uzadılması halı nəzərdə tutulmadığından icarəyə verilmiş əmlak öz qanuni sahibinə geri qaytarılmalıdır.
64. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi işin faktiki halları ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
65. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2135/2022 saylı iş üzrə 19 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov