Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7507/2019 16.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli, 2(103)-2/2019 saylı qətnaməsindən Cavabdeh2 və vəkili Y2 oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASCnin “Xətai” filialı ilə “xxxx” MMC arasında bağlanmış 13 iyun 2017-ci il tarixli kooperativ müştərilərə verilən kredit üzrə ümumi müqaviləyə əsasən, 18.108,09 manat əsas, 1.724,87 manat faiz borcunun və 30 manat dövlət rüsumunun “xxxx” MMC-dən, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulması, borc tələbinin qeyd olunan kreditin təminatı kimi banka ipotekaya qoyulmuş, Cavabdeh2 məxsus XXXbağ sahələrinə yönəldilməsi, hər iki bağ sahəsinin ilkin satış qiymətlərinin müəyyən olunması, onların açıq hərracdan satılması və satıldıqdan 1 ay sonra boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Mədinə Bağırova) 23 may 2018-c i il tarixli 2(009)-986/2018 nömrəli qətnaməsi ilə cavabdehlər “xxxx” MMC-dən, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 18108,09 manat əsas, 1724,87 manat faiz borcunun və 30 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh2 məxsus XXXbağ sahələrinə yönəldilməsi, XXX saylı bağ sahəsinin ilkin satış qiymətinin 25.000 manat, 876 saylı bağ sahəsinin ilkin satış qiymətinin 55.000 manat müəyyən edilməklə, həmin qiymətlə açıq hərracdan satılmaları, ipoteka predmetinin hərracda satışından əldə olunan pul vəsaitindən İddiaçı ASC-nə ödənilməli olan borc və məhkəmə xərci ödənildikdən sonra həmin vəsaitin qalan hissəsinin cavabdehlər “xxxx” MMC-nə, Cavabdeh1 və Cavabdeh2 qaytarılması və bağ sahələrinin satıldıqdan 1 ay sonra boşaldılması qət edilmişdir. Bakı Apellyasiya Məhk əməsi Mülki Kollegiyasının (hakimlər Zaur Əliyev - sədrlik edən və məruzəçi, Fuad Talışinski və Əflatun Qasımov) 16 yanvar 2019-cu il tarixli 2(103)-2/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-986/2018 saylı iş üzrə 23 may 2018-ci il tarixli qətnaməsinin ipoteka predmetlərinin ilkin satış qiymətləri hissəsi dəyişdirilərək XXX saylı bağ sahəsinin ilkin satış qiyməti 28.000 manat, 876 saylı bağ sahəsinin ilkin satış qiymətinin ilkin satış qiyməti 58.000 manat müəyyən edilmiş, qətnamənin “ipoteka predmetinin hərracda satışından əldə olunan pul vəsaitindən İddiaçı ASC-nə ödənilməli olan borc və məhkəmə xərci ödənildikdən sonra həmin vəsaitin qalan hissəsinin cavabdehlər “xxxx” MMC-nə və Cavabdeh1 qaytarılması” hissəsi ləğ v edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh2 aid edilmişdir. Cavabdeh2 və vəkili Y2 oğlu kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.01.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qətnaməsi cavabdehə təqdim edilməmişdir. Apellyasiya instansiyasında baxılıb iş üzrə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir ki, bu da Azərbay can Respublikası MPM-nin 88-ci maddəsinə zidd olmaqla qanuni və əsaslı deyildir. Məhkəmə mühüm əhəmiyyəti olan işin faktiki hallarını araşdırmamış, tərəflərin mübahisəsini tənzimləyən qanunvericiliyin tələblərinə əməl etməmiş və nəticədə əsassız, qanunsuz və ədalətsiz qətnamə qəbul edilmişdir. 17.07.2017-ci il tarixində Cavabdeh2 tərəfindən banka 4.561,56 manat ilkin ödəniş edilmişdir. Sonradan onunla «xxxx» MMC-nin təsisçisi arasında mübahisələr düşdü və Cavabdeh2 işləmək istəmədiyini bildirərək, 23.07.2017-ci il tarixində işdən azad olması barədə ərizə yazaraq, «xxxx» MMC-nin təsisçisinə təqdim etmişdir. Həmin vaxt «xxxx» MMC-nin təsisçisi banka yaranmış borcu özü ödəyəcəyini, sonradan isə Cavabdeh2 istirahət mərkəzinə xərclədiyi şəxsi vəsaitini də ödəyəcəyini bildirmişdir. Hazırki işə b irinci instansiya məhkəməsində baxılıb iş üzrə qətnamə qəbul edilərkən, artıq həmin vaxt Cavabdeh2 məlum olmuşdur ki, banka yaranmış borc məbləği «xxxx» MMC-nin təsisçisi və hazırki iş üzrə digər cavabdeh olan Cavabdeh1 tərəfindən ödənilməmişdir. «xxxx» MMC-nin banka olan 18108,09 manat əsas, 1.724,87 manat faiz borcunun ödənilməsi üçün Cavabdeh2 mülkiyyətində olan iki bağ sahəsinin hərracdan satılmasının qət edilməsi tam əsassızdır. Belə ki, əgər borc məbləği ipoteka ilə yüklü edilmiş bağ sahələrinə yönəldilirsə, o zaman bu borcun ödənilməsi üçün iki bağ sahəsinin deyil, ən ucuz olan bir bağ sahəsinin satılması kifayət edir. Məhkəmə qəbul etdiyi qətnaməsi ilə Cavabdeh2 mülkiyyətində olan XXX bağ sahəsinin ilkin satış qiymətini 25.000 manat və 876 saylı bağ sahəsinin ilkin satış qiymətini 55.000 manat müəyyən etməsi ilə razı deyil. Belə ki, DƏDRX-nin BƏİ tərəfindən verilmiş «Daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair» Arayışdan görünür ki, mülkiyyətdə olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən ümumi sahəsi 0,2009 ha olan 876 saylı bağ sahəsinin 27.04.2017-ci il tarixinə olan bazar qiyməti 70.000 manat müəyyən edilmişdir. Cavabdeh2lə bank arasında ipoteka müqaviləsi bağlanarkən, özləri tərəfindən qiymətləndirici dəvət edilmiş və ona məxsus torpaq sahələrinin qiymətləndirilməsi aparılmış 875a bağ sahəsində çox illik ağaclar olduğundan, ümumi sahəsi 0,12 ha olan 875a bağ sahəsinə 42.000 manat qiymət qoyulmuşdur. Məhkəmə tərəfindən cavabdehə məxsus olan bağ sahələrinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə ə laqədar təyin olunmuş məhkəmə qiymətləndirmə ekspertizası rəyi qəbul edilərkən, dövlət orqanının verdiyi zəruri sənədlər, yəni «Daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair» Arayış nəzərə alınmamış, Cavabdeh2 məxsus olan bağ sahələrinə qiymət hazırda mövcud olan bazar qiymətlərindən iki dəfə aşağı müəyyən edilmişdir. Məhkəmə Cavabdeh2 xüsusi mülkiyyətində olan bağ sahələrini sataraq, onlardan əldə olunmuş vəsaitlərdən banka olan borcun ödənilməsinə yönəldir, sonra isə yerdə qalan vəsaiti onun bağ sahələrinə heç bir aidiyyətı olmayan «xxxx» MMC-nə və Cavabdeh1 qaytarılması qət edərkən Cavabdeh2 mülkiyyət hüquqlarını pozmuşdur. Prosessual məsələlər: Məhkəmə kollegiyası iclasında Cavabdeh2 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM- nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni iş ə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Cavabdeh kassasiya şikayətində qətnamənin tamamilə ləğv edilməsini xahiş etsə də, şikayətin dəlilləri ipoteka predmetinə tutmanın yönəldilməsi və satış qiyməti ilə bağlıdır. Buna görə də, kassasiya baxışının hədlərini həmin hissələrin qanuniliyinin yoxlanılması təşkil edir. Məhkəmələr tərəfindən iş materialları ilə müəyyən edilmişdir: İddiaçı ASC-nin “Xətai” filial ı ilə “xxxx” MMC arasında bağlanmış 13 iyun 2017-ci il tarixli korporativ müştərilərə verilən kreditlər üzrə ümumi müqaviləyə əsasən, sonuncuya 13 dekabr 2017-ci il tarixədək illik 27 faiz olmaqla, 25.000 manat kredit verilmişdir. Eyni tarixdə bağlanmış zaminlik müqavilələri ilə Cavabdeh1 və Cavabdeh2, zamin durmaqla, habelə 14 iyun 2017-ci il tarixli ipoteka müqaviləsi ilə Cavabdeh2, özünə məxsus olan XXXbağ sahələrini bank qarşısında ipoteka ilə yüklü edərək, İddiaçı ASC-nin tələb hüququna təminat vermişlər. Bank, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək, 25.000 manat məbləğində krediti “xxxx” MMC-yə vermiş və tərəflər arasında ödəniş qrafiki razılaşdırılmışdır. Buna baxmayaraq, “xxxx” MMC, öhdəliyin icrasını gecikdirərək borcunu qrafik üzrə qaytarmamış və iddia qaldırılan tarixə tə ləbdə göstərilən məbləğlərdə əsas və faiz borcu qalmışdır. İddiaçı ASC, cavabdehlərə məlumat verməklə, ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişi rəsmi reyestrdə qeydə aldırmışdır. “xxxx” MMC-nin 14 dekabr 2018-ci il tarixli torpaq sahəsinin qiymətləndirilməsinə dair hesabatlarına əsasən, XXX saylı bağ sahəsinin bazar qiyməti 28.000 manat, XXXsaylı bağ sahəsinin bazar qiyməti isə 58.000 manat müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib hesab etmişdir ki, birinci instansiya məhkəməsinin ipoteka predmetinin hərracda satışından əldə olunan pul vəsaitindən banka verilməli olan borc və məhkəmə xərci ödənildikdən sonra həmin vəsaitin qalan hissəsinin həm də “xxxx” MMC-nə və Cavabdeh1 qaytarılması barədə gəldiyi nəticənin yanlış olması barədə Cavabdeh2 mövqeyi əsaslıdır. “xxxx” MMC və Cavabdeh1 girov (ipoteka) qoyan olmadıqlarından, ipoteka predmetlərinin hərracda satışından əldə olunan vəsaitdən banka verilməli olan borc və məhkəmə xərci ödənildikdən sonra həmin vəsaitin qalan hissəsinin onlara qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsassızdır. Həmçinin baxılan mübahisənin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb, ipoteka predmetlərinin qiymətləndirilməsi rəyi ilə razılaşaraq hesab etmişdir ki, qətnamə ipoteka predmetlərinin ilkin satış qiyməti hissəsində dəyişdirilməli, XXX saylı bağ sahəsinin bazar qiyməti 28.000 manat, XXXsaylı bağ sahəsinin bazar qiyməti isə 58.000 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir; əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Həmin Qanunun 33-cü maddəsinə əsasən Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi ü çün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi anından İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlillə ri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətinin dəlillərinə verdiyi hüquqi qiymətlə razılaşır. Həmçinin əmlakın qiymətləndirilməsi barədə “xxxx” MMC-nin 14 dekabr 2018-ci il tarixli qiymətləndirmə rəyi ilə əmlaka qoyulmuş qiymətin düzgün olmaması barədə məhkəməyə cavabdeh tərəfindən heç bir sübut təqdim edilməmişdir. Daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair» Arayışa gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin arayış ekspert rəyi kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Re spublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin borcun iki ipotekadan birinə yənəldilməsi barədə dəlilləri ilə bağlı qeyd edir ki, kredit müqaviləsi iki ipoteka ilə təmin edilmişdir. İpoteka predmetinə tutma yönəldilərkən tutmanın birinci növbədə borcun ödənilməsi üçün yetərli dəyəri olan və ya borcluya məxsus ipoteka predmetinə yönəldilməsi barədə qanunvericilikdə hər hansı norma müəyyən edilməmişdir. Hər iki əmlak kreditin təminatı kimi çıxış etdiyindən məhkəmə qətnaməsi ilə onlardan birinin qabaqcadan ipotekadan azad edilməsi düzgün deyildir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətində göstərdiyi məsələlər (əmlakın bir inin dəyərinin borcun ödənilməsinə yetərli olması, digərinin satılmasına ehtiyac olmaması və ya satış zamanı ardıcıllığın müəyyən edilməsi) icra mərhələsində həll edilməli məsələlərdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun « Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik ed ilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli, 2(103)-2/2019 saylı qətnaməsi mübahisələndirilən hissələrdə kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir
Məhkəmə qərarları › İş №2(102)-7507/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7507/2019
16.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver