Məhkəmə qərarları › İş №2(102)-751/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-751/2019

01.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-751/2019 01.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X5, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin cavabdeh X2 qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 04 sentyabr 2018-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 may 2018-cı il tarixli qətn aməsi ilə (hakim A.Rzayev) iddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin cavabdeh X2 qarşı kredit borcunun tutulması tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehdən 1242,91 manat əsas, 747,44 manat faiz, 264 manat cərimə borcu olmaqla, cəmi 2254,35 manat borcun iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 04 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Şəfiyev, hakimlər L.Süleymanov və A.Bayramov) Binəqədi Rayon Məhkəməsinin 02 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin cavabdeh X2 qarşı cavabdehdən 1242,91 manat əsas, 747,44 manat faiz, 1319,97 manat dəbbə pulu olmaqla cəmi 3310,33 manat borcun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə iddiası təmin edilməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 04 sentyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC cavabdeh X2 qarşı kredit bor cunun tutulması tələbinə dair iddia verərək, cavabdehdən 1242,91 manat əsas, 747,44 manat faiz, 1319,97 manat dəbbə pulu olmaqla, cəmi 3310,33 manat borcun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək, iddianın rədd olunmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X4 arasında bağlanmış 26.04.2013-cü il tar ixli plastik kart kredit müqaviləsinə əsasən Bank borcalana xüsusi kart hesabı üzrə 12 ay müddətinə, 18 faiz dərəcəsi ilə 2000 manat kredit xəttinin açmış, cavabdeh isə kredit məbləğini qəbul edərək krediti və ona hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə sonucu dəfə 10.10.2014-cü il tarixdə ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 372-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03.06.2013-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə kredit münasibətlərindən yaranan mübahisələrə Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İş materiallarından göründüyü kimi tərəflər arasında bağlanmış plastik kart kredit müqaviləsinin müddəti 26.04.2014-cü il tarixdə bitmiş, iddiaçı hazırkı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə 09.02.2018-ci il tarixdə müraciət etmişdir. İddiaçı iddia müddətini ötürmədiyini onunla əsaslandırır ki, 14.02.2014-cü il tarixdə borclunun ərizəsi əsasında Kredit komitəsinin qərarı ilə kredit limiti 3600 manata artırılmış və müddət 12 ay müddətinə uzadılmış, bununla bağlı tərəflər arasında əlavə müqavilə imzalanmışdır. Lakin iddiaçı istinad olunan əlavəni – müqaviləyə tərəflərin razılığı ilə dəyişiklik edildiyini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh isə kredit müddətinin uzadılması barədə müraciət etmədiyini və bununla bağlı əlavə razılaşma imzalanmadığını bildirmişdir. Beləliklə, tərəflər arasında 26.04.2013-cü il tarixdə bir il müddətinə bağlanmış müqavilənin müddətinin tərəflərin razılığı ilə uzadıldığını sübut etmək yükü iddiaçının üzərində olmuş, lakin iddiaçı bununla bağlı məhkəmələrə təqdim etməmişdir. Halbuki iddiaçının bununla bağlı ən azı 4 aydan artıq vaxtı olmuşdur. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, tərəflər arası nda kredit müqaviləsinin müddəti 26.04.2014-cü il tarixdə bitmiş, kredit müqaviləsi üzrə sonuncu ödəniş 10.10.2014-cü il tarixdə edilmiş, iddiaçı həmin tarixdən 3 ildən artıq müddət keçdikdən sonra 09.02.2018-ci il tarixdə iddia müddətini ötürərək hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edi lməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 04 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar