Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7512/2019 02.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 05 iyul 2019-cu il tarixli qətnaməsindən İddiaçı ünvan qızının və vəkili X oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17yanvar 2019-cu il tarixli, 2(001)392/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı sökülmüş hasar və fərdi yaşayış evinin bərpa edilməsi tə ləbinə dair iddiasının təmin edilməsi, “xxxx” ASC-nin Cavabdeh qarşı sökülmüş fərdi yaşayış evinin bərpa edilməsi və ya vurulmuş maddi zərərin Cavabdeh bankın xeyrinə tutulması tələbinə dair iddiasının qismən təmin edilməsi, ünvan evlərin arasındakı sökülmüş hasar və 2/3 hissəsi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan, ünvan sökülmüş evin Cavabdeh tərəfindən bərpa edilməsi, “xxxx” ASC-nin iddiasının qalan hissələrdə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 iyul 2019-cu il tarixli, 2(103)6297/2019 saylı qətnaməsi ilə (hakimlər E.Kazımov (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) Cavabdeh apellyasiya şikayətinin təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli, 2(001)-392/2019 saylı qətnaməsinin ləğv edilməs i, İddiaçı Cavabdeh qarşı sökülmüş hasar və fərdi yaşayış evinin bərpa edilməsi, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs “xxxx” ASC-nin Cavabdeh qarşı sökülmüş evin bərpa edilməsi və ya söküntü nəticəsində dəymiş zərərin bankın xeyrinə tutuması tələbi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan evlərin arasındakı hasarın və 2/3 hissəsi mülkiyyət hüququ ilə ona məxsus olan həmin ünvanda yerləşən 2b saylı evin Cavabdeh tərəfindən bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, müstəqil tələb irəli sürən üçüncü şəxs “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı məxsus və bank qarşısında ipoteka il ə yüklü edilmiş, ünvan saylı fərdi yaşayış evinin 2/3 hissəsinin Cavabdeh tərəfindən bərpa edilməsi və ya söküntü nəticəsində dəymiş zərərin Cavabdeh tutularaq banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı ünvan qızı və vəkili X oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələbləri baxımından, həm də işin faktiki halları baxımından tam qanunsuz və əsassızdır. Belə ki, məhkəmə iş üzrə ətraflı araşdrıma aparmış, işə birtərəfli baxmış, sübutlara düzgün hüquqi qiymət verməmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasın ın 2(103)-6297/2019 saylı 05 iyul 2019cu il tarixli qətnaməsinin ləğv edərək, İddiaçı Cavabdeh qarşı sökülmüş hasar və fərdi yaşayış evinin bərpa edilməsinə dair iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyası, İddiaçı məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 05 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normaların düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin mülki prosessual qanunvericiliyin 51.3, 54.1, 54.2-ci maddələrinə Konstitusiya Məhkəməsi Plenumunun Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəaları nın həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına istinad edərək iş materialları üzrə gəldiyi nəticədən görünür ki, sökülmüş hasar və fərdi yaşayış evinin bərpa edilməsinə dair X oğlunun cavab verməli olduğu iddiaya görə Cavabdeh həmin iddiaya cavab verə və cavabdeh ola bilməzdi. Apellyasiya instansiyası məhkəməsinin iş materialları üzrə gəldiyi digər nəticədən görünür ki, birinci instansiya məhkəməsi prosessual fəallıq prinsipindən istifadə edərək iddiaçıya iddiaya cavab verməli olan başqa cavabdehin cəlb edilməsinin zəruri olduğunu təklif etməmiş və bu barədə onun razılığının olub-olmamasını aydınlaşdırmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail ol maq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, beləliklə də, gəldiyi nəticəsi maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Belə ki, işin materiallarından görünür ki, iddiaçı ünvan evlərin arasındakı hasarın və 2/3 hissəsi mülkiyyət hüququ ilə ona məxsus olan həmin ünvanda yerləşən 2b saylı evin Cavabdeh tərəfindən bərpa edilməsini mübahisələndirmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının cinayət mühakimə icraatı qaydasına Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə şikayət edərək paylı mülkiyyətçisi olduğu mübahisəli evin üçdə bir hissəsinin mülkiyyətçisi Cavabdeh qardaşı X oğlunun 11 aprel 2018-ci il tarixdə və sonradan müxtəlif vaxtlarda həmin evi və hasarı sök düyünü bildirməsinə, bununla bağlı araşdırma aparılaraq 13 iyun 2018-ci il tarixdə cinayət işinin başlanması rədd edilməsinə istinad edərək bu tələb üzrə sökülmüş hasar və fərdi yaşayış evinin bərpa edilməsi üzrə Cavabdeh qardaşı X2 ola bilməsini qeyd etmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qeyd olunan sökülmüş hasar və fərdi yaşayış evinin bərpa edilməsinə dair X1 cavab verməli olduğu iddiaya görə Cavabdeh həmin iddiaya cavab verə və cavabdeh ola bilməsi ilə bağlı nəticəsi ilə razılaşmır və hesab edir ki, məhkəmə ünvan ev 1/3 hissədə Cavabdeh, 2/3 hissədə İddiaçı mülkiyyətində olmasını qeyd etsə də, işin bu halını nəzərə almamışdır ki, qardaşı X2 mülkiyyətçi olan iddiaçının icazəsi, xəbəri və razılığı olmadan özbaşına hər hansı hərəkəti, konkr et olaraq tərəflərin evlərinin arasında olan hasarı sökməyə səlahiyyətli olmazdı. Apellyasiya şikayətinin dəlillərinə əsasən cavabdeh özünə məxsus evdə yaşamır və ondan istifadə etmir, hasarın sökülməsində onun marağı olmamışdır. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi kimi iştirak edən qardaşı X2 isə izahatında hasarın iddiaçının özü tərəfindən söküldüyünü göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən cavabdehin özünün iştirakını təmin etmədən iddiaya, nümayəndəsinin iddia ilə bağlı izahatına münasibətini, öz apellyasiya şikayəti və nümayəndəsinin apellyasiya şikayətinə verdiyi əlavə ilə əlaqədar mövqeyini öyrənməmiş, qardaşı X1 onun evində yaşayıb–yaşamamasını, yaşadığı halda bunun hüquqi əsaslarını, özünün paylı mülkiyyət ində nə vaxtdan yaşamamasının, bunun səbəblərini aydınlaşdırmamış, nümayəndəsi olan vəkil tərəfindən apellyasiya şikayətinə verilən əlavənin mülki prosessual qanunvericiliyə uyğun olub-olmamasına hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabehin apellyasiya şikayətində göstərilənlərə qeyd edilən Plenum qərarının tələbləri baxımından müfəssəl hüquqi qiymət verməyərək iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, iddiaçının iddiasının əsası kimi, cavabdeh tərəfin isə iddiaya etirazlarına dair istinad etdikləri hallara düzgün hüquqi qiymət verilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum edilmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət t ərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verməkdə davam edərək hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Kollegiya həmçinin qeyd edir ki, “Məhkəmələr və hakimlər haqqında” qanunun 3cü maddəsinə əsasən məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edirlər. Həmin qanunun 8-ci maddəsinə görə ədalət mühakiməsi heç bir məhdudiyyət qoyulmadan ədalətlə həyata keçirilir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qəzərsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol verməklə düzgün hüquqi nəticəyə gəlmədiyindən qəbul etdiyi qətnaməsi qanuni, əsa slı sayıla bilmədiyi üçün ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğu üçün ləğv edilməli olsa da, kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar kifayət qədər olmadığı üçün və iş üzrə apellyasiya qaydasında müəyyən araşdırmalar aparılması zəru rəti olduğundan hazırki iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. Kollegiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, ən əsası isə araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ünvan qızının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 05 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilsi n və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7512/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7512/2019
02.12.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver