Məhkəmə qərarları › İş №2(102)-7513/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7513/2019

16.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7513/2019 16.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin vəkili X2, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili Vəkil iştirakı ilə, Cavabdeh "xxxx" MMCtərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1334/2019 nömrəli iş üzrə 25 yanvar 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Sabunçu rayon məhk əməsinin (hakim İmran Burcayev) 2(008)-714/2017 saylı, 18 oktyabr 2017-cı il tarixli qətnaməsi ilə Cavabdeh2, "xxxx" MMC-dən və Cavabdeh3 müştərək qaydada 16.05.2014-cü il tarixli 01R000013448 saylı kredit razılaşması üzrə 66768,85 ABŞ dolları məbləğində kredit borcu, 5599,99 ABŞ dolları məbləğində faiz borcu və 5000 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 77368,84 ABŞ dolları (ödəniş günü dolların manata məzənnəsi nəzərə alınmaqla, manatla) məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 42 manat xidmət haqqı tutularaq «xxxx» QSC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Mas tağa qəsəbəsi, X9 küçəsi, 1-ci keçiddə yerləşən, 81,2 yaşayış, 263,8 kvadrat metr ümumi sahədən ibarət 2 mərtəbəli, 3 otaqlı 1 saylı fərdi yaşayış evi (onun tərkibindəki bütün tikinti və qurğulara) və Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən 25 saylı evin 30,15 kvadrat metr yaşayış, 48,15 kvadrat metr ümumi sahədən ibarət 2 otaqlı 50 saylı mənzilinə yönəldilməsi, fərdi yaşayış evin və mənzilin açıq hərracda satılməsı, satışdan əldə olunan vəsait hesabına Cavabdeh2, "xxxx" MMC-nin və Cavabdeh3 banka olan borcunun ödənilməsi, Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Mastağa qəsəbəsi, X9 küçəsi, 1-ci keçiddə yerləşən, 81,2 yaşayış, 263,8 kvadrat metr ümumi sahədən ibarət 2 mərtəbəli, 3 otaqlı 1 saylı fərdi yaşayış evinin ilkin satış qiy mətinin 45000 manat müəyyən edilməsi, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən 25 saylı evin 30.15 kvadrat metr yaşayış, 48,15 kvadrat metr ümumi sahədən ibarət 2 otaqlı 50 saylı mənzilinin ilkin satış qiymətinin 58000 manat müəyyən edilməsi, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə borc ümumi qaydada Cavabdeh2, "xxxx" MMCdən və Cavabdeh3 tutulması, ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Mastağa qəsəbəsi, X9 küçəsi, 1-ci keçiddə yerləşən, 81,2 yaşayış, 263,8 kvadrat metr ümumi sahədən ibarət 2 mərtəbəli, 3 otaqlı 1 saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan bir ay sonra X4, Cavabdeh1, Cavabdeh7 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməklə onlara qeyd edilən evdən çıxar ılması və evin boşaldılması, ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən, 25 saylı evin 30,15 kvadrat metr yaşayış, 48,15 kvadrat metr ümumi sahədən ibarət 2 otaqlı 50 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X3, Cavabdeh6 Əlisahib qızı və X1 həmin mənzilə istifadə hüquqlarının itirilməklə onlar qeyd edilən mənzildən çıxarılması və mənzilin boşaldılması qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Elşən Kazımov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, İkram Şirinov) 25 yanvar 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 18 oktyabr 2017-cı il tarixli qətnaməsi əsas v ə faiz borcunun məbləği və ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmişdir. Qətnaməyə əsasən əsas borcun məbləği 66137,65 ABŞ dolları, faiz borcunun məbləği 5548,33 ABŞ dolları, əsas, faiz və cərimə borcunun cəmi isə 76685,33 ABŞ dolları (məzənnə üzrə manatla) müəyyən edilmiş, ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Mastağa qəsəbəsi, X9 küçəsi, 1-ci keçiddə yerləşən, 81,2 yaşayış, 263,8 kvadrat metr ümumi sahədən ibarət 2 mərtəbəli, 3 otaqlı 1 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 81000 manat, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən, 25 saylı evin 30,15 kvadrat metr yaşayış, 48,15 kvadrat metr ümumi sahədən ibarət 2 otaqlı 50 saylı mənzilin ilkin satış qiyməti isə 60000 manat müəyyən edilmiş, qətnamə Cav abdeh2 apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə ilə həmçinin məhkəmə xərcləri ilə bağlı məsələ həll edilmişdir. İşin halları: İddiaçı «xxxx» QSC cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia tələbləri ilə Sabunçu rayon məhkəməsinə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh "xxxx" MMC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 25 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi mad di və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin vəkili X5 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin s əbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlama q zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 25 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,13 may 2014-cü il tarixli 01L000005918 saylı kredit xətti müqaviləsi üzrə “xxxx” Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh2 16 may 2014-cü il tarixli 01R00001344 8 saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq 1.6667% ödəmək şərti ilə 100000 ABŞ dolları məbləğində kredit vermişdir. Cavabdeh2 16 may 2016-cı il tarixə banka 66768,85 ABŞ dolları əsas borcu, 5599,99 ABŞ dolları faiz borcu, 30437 ABŞ dolları cərimə, cəmi 102805,84 ABŞ dolları borcu vardır. 14.05.2014-cü il tarixli 1M********** saylı ipoteka müqaviləsinə əsasən 13 may 2014-cü il tarixli 01L000005918 saylı kredit xətti müqaviləsinin təminatı kimi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X9 küçəsi, 1-ci keçiddə yerləşən, 81,2 yaşayış, 263,8 kvadrat metr ümumi sahədən ibarət, Cavabdeh2 mülkiyyətindəki 2 mərtəbəli, 3 otaqlı 1 saylı fərdi yaşayış evi və onun tərkibindəki bütün tikinti və qurğular bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. 14.05.2014-cü il tarixli 01M0000017 24 saylı ipoteka müqaviləsinə əsasən 13 may 2014cü il tarixli 01L000005918 saylı kredit xətti müqaviləsinin təminatı kimi Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən, 25 saylı evin 30,15 kvadrat metr yaşayış, 48,15 kvadrat metr ümumi sahədən ibarət, Cavabdeh3 mülkiyyətindəki 2 otaqlı 50 saylı mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. “xxxx” MMC-nin rəyi ilə Bakı şəhəri, Sabunçu rayonu, Mastağa qəsəbəsi, X9 küçəsi, 1ci keçiddə yerləşən, 81.2 yaşayış, 263,8 kvadrat metr ümumi sahədən ibarət 2 mərtəbəli, 3 otaqlı 1 saylı fərdi yaşayış evinin 23 iyul 2018-ci il tarixə olan bazar dəyəri 110000 manat, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən, 25 saylı evin 30,15 kvadrat metr yaşayış, 48,15 kvadrat metr ümumi sahədən ibarət 2 otaqlı 50 say lı mənzilin 23 iyul 2018-ci il tarixə olan bazar dəyəri 75000 manat təşkil edir. Məhkəmə mühasibatlıq ekspertizasının 10 oktyabr 2018-ci il tarixli 16807 saylı ekspert rəyində görünür ki, Cavabdeh2 16 may 2016-cı il tarixə banka olan borcu 71685,98 ABŞ dolları müəyyən olunur, əsas borc üzrə 66.137,65 ABŞ dolları, faiz borcu üzrə 5548,33 ABŞ dollarıdır. “xxxx” MMC-nin MB 11/1197 saylı 20 dekabr 2018-ci il tarixli rəyi ilə, Bakı şəhəri, Sabunçu rayonu, Mastağa qəsəbəsi, X9 küçəsi, 1-ci keçiddə yerləşən, 81.2 yaşayış, 263.8 kvadrat metr ümumi sahədən ibarət 2 mərtəbəli, 3 otaqlı 1 saylı fərdi yaşayış evinin 20 dekabr 2018-ci il tarixə olan bazar dəyəri 81000 manat, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən, 25 saylı evin 30.15 kvadrat metr yaşayış, 48.15 kvadrat metr ümu mi sahədən ibarət 2 otaqlı 50 saylı mənzilin 20 dekabr 2018-ci il tarixə olan bazar dəyəri 60000 manat təşkil edir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsində qeyd olunub ki, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsas və faiz borcu hissəsində, ipoteka perdmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində düzgün nəticəyə gəlməmişdir. Məhkəmə cavabdehin üzərinə düşən öhdəliyi yerinə yetirməməsi nəticədə əsas borcun 66768,85 və faiz borcunun 5599,99 ABŞ dolları qaldığını nəzərə alaraq, 5000 ABŞ dolları cərimə ilə birlikdə, cəmi 77368,84 ABŞ dollarının tutulmasını, ipoteka perdmetləri olan Bakı şəhəri, Sabunçu rayonu, Mastağa qəsəbəsi, X9 küçəs i, 1-ci keçiddə yerləşən, 81,2 yaşayış, 263,8 kvadrat metr ümumi sahədən ibarət 2 mərtəbəli, 3 otaqlı 1 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 45000 manat müəyyən edilməsi, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən 25 saylı evin 30,15 kvadrat metr yaşayış, 48,15 kvadrat metr ümumi sahədən ibarət 2 otaqlı 50 saylı mənzilinin iikin satış qiymətinin 58000 manat müəyyən edilməsini qət etmiş lakin bu qənaətini mötəbər sübutlarla əsaslandırmamışdır. Belə ki, apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 10 oktyabr 2018-ci il tarixli 16807 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh2 16 may 2016-cı il tarixə banka olan faiz borcu 71685,98 ABŞ dolları müəyyən olunur, əsas borc üzrə 66137,65 ABŞ d olları, faiz borcu üzrə 5548,33 ABŞ dollarıdır. Ona görə də, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ekspert rəyi mötəbər sübut kimi qəbul edilərək əsas və faiz borcun məbləğləri dəyişdirilməlidir. Bundan başqa, “xxxx” MMC-nin MB 11/1197 saylı 20 dekabr 2018-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, ipoteka predmetləri olan Bakı şəhəri, Sabunçu rayonu, Mastağa qəsəbəsi, X9 küçəsi, 1-ci keçiddə yerləşən, 81,2 yaşayış, 263,8 kvadrat metr ümumi sahədən ibarət 2 mərtəbəli, 3 otaqlı 1 saylı fərdi yaşayış evinin 20 dekabr 2018-ci il tarixə olan bazar dəyəri 81000 manat, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən, 25 saylı evin 30.15 kvadrat metr yaşayış, 48.15 kvadrat metr ümumi sahədən ibarət 2 otaqlı 50 saylı mənzilin 20 dekabr 2018-ci il tarixə olan baza r dəyəri 60000 manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, “xxxx” MMC-nin MB 11/1197 saylı 20 dekabr 2018-ci il tarixli rəyi ilə müəyyən edilmiş qiymətlər ipoteka predmetlərinin real dəyərini əks etdirdiyindən həmin qiymətlər əsas götürülməli və ilkin satış qiyməti sonuncu rəyə uyğun dəyişdirilməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəy işdirilməsi üçün əsas ola bilməz. Həmin dəlillər apellyasiya instansiyası məhkəməsində işə baxılarkən də irəli sürülmüş, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri tam, hərtərəfli və obyektiv araşdıraraq hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 25 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1334/2019 nömrəli iş üzrə 25 yanvar 2019-cu il tarixli qətnaməsi dəyi şdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar