Məhkəmə qərarları › İş №2(102)-7516/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7516/2019

16.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7516/2019 16.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh cavabdehnun vəkili Vəkil iştirakı ilə, Cavabdeh cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8288/2019 nömrəli iş üzrə 20 iyun 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamal rayon məhkəməsinin (hakim Zəfər Quliyev) 27 aprel 2017-ci il tarixli, 2(004)-231/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 07 avqust 2015-ci il tarixli 2015/00117-01 saylı kredit müqaviləsi üzrə 49062,14 ABŞ dolları əsas borc, 12745,25 ABŞ dolları faiz borcu, 2000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 63807,39 ABŞ dolları pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarının cavabdehndan alınaraq İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinə ödənilməsi, tələbin ipoteka predmeti olan ünvan 1241 saylı bağ evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 70000 manat müəyyən edilməklə açıq hərracdan satılması, əldə edilən vəsaitdən 63807,39 ABŞ dollarının iddiaçıya ödənilməsi, 31 manat dövlət rüsumunun 20 manatının cavabdehna, 11 manatının iddiaçıya aid edilməsi qət edilmiş, iddi a tələbi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər Elnur Həsənov - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, İsmayıl Vəliyev) 04 oktyabr 2018-ci il tarixli, 2(103)569/2018 saylı qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin olunmuş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 27 aprel 2017-ci il tarixli qətnaməsi “müqavilə müddətinin bitməsindən sonra hesablanmış 25490,50 ABŞ dolları faiz borcunun tutulması” tələbinin rədd edilməsi hissəsdə ləğv edilmiş, həmin iddia tələbi qismən təmin olunmuş və cavabdehndan müqavilə müddətinin bitməsindən sonra hesablanmış faiz borcu qismində 18850,79 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin xeyrinə tutulması, qətnamənin cavabdehndan 12745,25 ABŞ dolları faiz borcunun tutulması hissəsində dəyişdirilməsi, cavabdehndan İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyətinin xeyrinə tutulmalı olan faiz borcunun 12554,47 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində müəyyənləşdirilməsi, qətnamənin mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılması, iş üzrə keçirilmiş mühasibatşünaslıq ekspertizalarının xərci qismində 195 manatın 150 manatının cavabdehndan, 45 manatının isə İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəmə sinin Mülki Kollegiyasının (hakimlər Əhməd Əhmədov - sədrlik edən və məruzəçi, Akif İsgəndərov, İlqar Dəmirov) 09 aprel 2019-cu il tarixli, 2(102)-2106/2019 saylı qərarı ilə cavabdeh cavabdeh və vəkili Vəkil kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli, 2(103)569/2018 saylı qətnaməsi qismən – cavabdeh cavabdehndan 07 avqust 2015-ci il tarixli kredit müqaviləsinin müddətinin bitməsindən sonrakı dövr üçün hesablanmış iki qat faiz borcuna görə 18850,79 ABŞ dollarının tutulub İddiaçı-yə ödənilməsi hissəsində ləğv edilmiş, mülki işin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması, qalan mübahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi mü lki kollegiyasının (hakimlər Elşad Şamayev - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Şeyda Məhhərrəmova) 20 iyun 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 27 aprel 2017-ci il tarixli, 2(004)-231/2017 saylı qətnaməsi mübahisələndirilən, yəni iddia tələbinin kredit müqaviləsinin 3.2-ci bəndinə əsasən müqavilə bitdikdən sonra hesablanmış faiz borcuna görə 25490,50 ABŞ dolları borcun tutulmasının təmin edilməməsi hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə ilə həmçinin məhkəmə xərcləri ilə bağlı məsələ həll edilmişdir. İşin halları İddiaçı cavabdehlər cavabdehna və Cavabdeh2 qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ə rizə ilə Bakı şahəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehndan iddiaçının xeyrinə əsas borc üzrə 49062,14 ABŞ dolları, faiz borcuna görə 12745,25 ABŞ dolları, cərimə borcuna görə 16386,75 ABŞ dolları, kredit müqaviləsinin 3.2-ci bəndinə əsasən müqavilə bitdikdən sonra hesablanmış faiz borcuna görə 25490,50 ABŞ dolları borcun, cəmi 103684,64 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 31 manat məbləğində pulun tutulması, tələbin cavabdeh X1 məxsus ünvan ünvanda yerləşən bağ evinə yönəldilməsi, əmlakın hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavavbdeh cavabdehnun borcunun iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassas iya şikayətinə qarşı etiraz: Cavabdeh cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 20 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə faiz borcunun dəyidirilməsi hissədə düzgün nəticəyə gəlməmişdir. Tərəflərin izahatları: Cavabdeh cavabdehnun vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı və digər cavabdeh gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası A zərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının və digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, cavabdeh cavabdehnun vəkili Vəkil izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 20 iyun 2019-cu il tarixli qətnaməsi cavabdeh cavabdehnun kassasiya şikayətinə əsasən ona münasibətdə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İşdən görünür ki, apellyasiya baxışının predmetini yalnız iddiaçının apellyasiya şikayəti - qətnamənin iddia tələbinin tərəflər arasında bağlanmış kredit müqaviləsinin 3.2-ci bəndinə əsasən müqavilə bitdikdən sonra hesablanmış faiz borcuna görə 25490,50 ABŞ dolları borcun tutulmasına dair hissədə rədd edilməsi hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil etmişdir. Belə ki, işdən göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi həm iddiaçı, həm də cavabdeh H.Mövsümov tərəfindən mübahisələndirilmiş, Bakı Apellyasiya Məhkəməsi hər iki apellyasiya şikayətini qismən təmin etmiş, cavabdehndan cavabdehin xeyrinə müqavilə müddətinin bitməsindən sonra hesablanmış faiz borcunu tutmuş, müqavilə müddəti üzrə hesablanmış faiz borcunu isə azaltmışdır. Apellyasiya instansiyası məhkəməsinin həmin qətnaməsi iddiaçı tərəfindən kassasiya qaydasında mübahisələndirilməmiş, Ali Məhkəmənin qərarı ilə cavabdehin kassasiya şikayəti isə qismən təmin edilmiş və qətnamə yalnız iki qat faiz borcuna görə pulun tutulması hissəd ə ləğv edilərək, yeni apellyasiya baxışına göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki,İddiaçı ilə cavabdeh cavabdeh arasında bağlanmış 07 avqust 2015-ci il tarixdə kredit müqaviəsi ilə iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə illik 28 % olmaqla 53000 ABŞ dolları məbləğində kredit verilmiş, öhdəliyin təminatı olaraq Cavabdeh2 məxsus ünvan bağ evi ipoteka ilə yüklü edilmişdir. Həmçinin müəyyən olunmuşdur ki, cavabdeh cavabdeh tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklər vaxtında və lazımi qaydada icra olunmamış və onun banka borcu yaranmışdır. İddiaçı cavabdeh cavabdehnun əsas borc üzrə 49062,14 ABŞ dolları, faiz borcuna görə 12745,25 ABŞ dolları, cərimə borcuna görə 16386,75 ABŞ dolları, kredit müqaviləsinin 3.2-ci bəndinə əsasə n müqavilə bitdikdən sonra hesablanmış faiz borcuna görə 25490,50 ABŞ dolları borcun, cəmi 103684,64 ABŞ dolları borcun olmasını iddia etmişdir. Birinci instansiya məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına istinad edərək hesab etmişdir ki, iddiaçının kredit müqaviləsi üzrə faizlərin kredit müddətinin bitməsindən sonra hesablanmasına dair istinad etdiyi halları əsassızdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin həmin nəticəsi ilə razılaşmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü madəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər h esablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, müqavilənin q üvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və MM-nin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir.... Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Göründüyü kimi, qanunvericiliyin və onun rəsmi şərhi olan Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin mövqeyinə əsasən bank təşkilatının kredit müqaviləsinin müddətinin bitməsindən sonrakı dövr üçün öhdəliyin icra edilməməsinə görə cavabdehdən illik 5 faiz formasına zərərin əvəzinin (real zərərin və ya əldən çıxmış faydanın) ödənilməsini tələb etmək hüququ vardır. Lakin iddiaçı hazırda araşdırılan tələb ini göstərilən hüquq normalarından irəli gələrək deyil, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 3.2-ci bəndinə əsaslanaraq istəmişdir. Belə ki, İddiaçı ilə cavabdeh arasında bağlanmış 07 avqust 2015-ci il tarixli İstehlak krediti müqaviləsinin 3.2-ci maddəsinə əsasən müqavilənin müddəti bitdikdən sonra, borc alan kredit faizlərini vaxtında ödəmədikdə ödənilməyən kredit üçün faiz dərəcəsi illik 2 qat artırılaraq, 56% dərəcəsi ilə hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 417.1-ci maddəsinə əsasən müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitə silə müəyyənləşdirilir. Həmin Məcəllənin 419.2-ci maddəsinə əsasən müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 3.2-ci bəndi Azərb aycan Respublikası mülki qanunvericiylinin tələblərinə zidd olduğundan və cavabdehin hüquq və mənafelərini pozduğundan müqavilənin standart şərti kimi iddiaçının əleyhinə təfsir olunmalı və iddiaçı tələbini Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun deyil, məhz müqavilə şərtinə əsasən irəli sürdüyündən, Azərbaycan Respublikası Ali Məhkəməsinin iş üzrə qeyd olunan qərarından sonra da tələbinin əsasını dəyişdirilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinə müraciət etmədiyindən, həmin tələbi əsassız hesab olunmalıdır. Odur ki, birinci instansiya məhkəməsi qətnaməsinin mübahisələndirilən hissəsində düzgün nəticəyə gəlmiş və iddiaçının apellyasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğv olunması üçün əsas ola bilməz. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şikayətdən göründüyü kimi, cavabdeh Hafiz Mövsümov kassasiya şikayətində ondan tutulmalı olan faiz borcunu mübahisələndirir. Halbuki işdən göründüyü kimi, cavabdehin mübahisələndirdiyi hissə kassasiya məhkəməsinin qərarı ilə qüvvəyə minmiş, həmin hissə apellyasiya baxışının predmeti olmamışdır. Ona görə də, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunma sı və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 20 iyun 2019-cu il tarixli qətnaməsi cavabdeh cavabdehnun kassasiya şikayətinə əsasən ona münasibətdə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh cavabdehnun kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8288/2019 nömrəli iş üzrə 20 iyun 2019-cu il tarixli qətnaməsi cavabdeh cavabdehnun kassasiya şikayətinə əsasən ona münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar