Məhkəmə qərarları › İş №2(102)-752/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-752/2019

11.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-752/2019 11.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 11 fevral 2019-cu il İş № 2(102)-752/2019 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, Cavabdeh vəkili Vəkil iştirakıilə, İddiaçı “xxxx” X3 Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8587/2018 nömrəli iş üzrə 11 sentyabr 2018-ci il tarixli qətnaməsindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin (hakim Natavan Tağıyeva) 2(006)-889/2018 saylı 26 aprel 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh, Zamin1 və Zamin2 müştərək qaydada "xxxx" İKB ASC-nin xeyrinə 7969,62 ABŞ dolları əsas, 3905,27 ABŞ dolları faiz borcu, cəmi 11874,89 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə manat məzənnəsinə uyğun olaraq tutulması, Cavabdeh, Zamin1 və Zamin2 müştərək qaydada "xxxx" İKB ASC-nin xeyrinə 20 manat məbləğində dövlət rüsumunun tutulması, Cavabdeh, Zamin1 və Zamin2 müştərək qaydada 10 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsi hesabına ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Vüqar H əsənov - sədrlik edən və məruzəçi, Vüsalə Baxışova, Namiq Cəfərov) 11 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” İKB ASC və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 26 aprel 2018-ci il tarixli qətnaməsi iddiaçı "xxxx" X2 və Cavabdeh münasibətdə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Kreditor «xxxx» İKB ASC ərizə ilə müraciət edərək borclu Cavabdeh, Zamin1 və Zamin2 8162,81 ABŞ dolları əsas, 3943,27 ABŞ dolları faiz, 270,69 ABŞ dolları cərimə, cəmi 12376,77 ABŞ dolları məbləğində pul vəsaiti borcun və ödənilmiş 20 manat dövlət rüsumunun «xxxx» İKB ASC- nin xeyrinə tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 16.11.2017-ci il tarixli məhkəmə əmri çıxarılmışdır. X1 etiraz ərizəsinə əsasən Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 01.12.2017-ci il tarixli qərardadı ilə məhkəmənin 16.11.2017-ci il tarixli məhkəmə əmri ləğv edilərək materiallar üzrə iddia icraatına keçirilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri və kassasiya şikayətlərinə qarşı etiraz: İddiaçı “xxxx” X3 Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 11 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əsasları apellyasiya şikayətinin əsasları ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhk əməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi yalnız iş üzrə ekspert rəyinə istinad edərək müqavilə üzrə tələb olunan əsas və faiz borcunu azaltmışdır. Məhkəmə rəyi tədqiq etmədən, onun iş üzrə digər sübutlarla müqayisəli təhlilini aparmadan, sadəcə rəyə istinad etməklə iddia tələbini qismən təmin etmişdir. Bu hal MPM-in tələbləri ilə ziddiyət təşkil edir. Həmçinin istər birinci, istərsə də apellyasiya instansiya məhkəmələri iddia tələbinin cərimə məbləğinin tutulması ilə bağlı hissəsinə ümumiyyətlə münasibət bildirməmişdirlər. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 11 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş in yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əsasları apellyasiya şikayətinin əsasları ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Kredit müqaviləsi dollarla rəsmiləşdirilsə də, pul vəsaiti ona manatla verilmişdir. Məhkəmə təkrar ekspertizanın keçirilməsi barədə vəsatəti əsassız olaraq rədd etmişdir. Tərəflərin izahatları: Cavabdeh vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı v ə digər cavabdehlər gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzg ün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, Cavabdeh vəkili Vəkil izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 11 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, “xxxx” İKB ASC ilə Cavabdeh arasında bağlanmış 20.02.2015-ci il tarixli kredit müqaviləsinə əsasən ona illik 26 faiz ödəmək şərtilə 24 ay müddətinə 8930 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin borcun təminatı olaraq “xxxx” İKB ASC ilə Zamin1 qızı və Zamin2 arasında müvafiq olaraq bağlanmış 20.02.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən zaminlər borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Məhkəmə Ekspertiza Mərkəzinin 15 mart 2018-ci il tarixli rəyindən görünür ki, Cavabdeh 20.02.2015-ci il tarixli, 6-M3Z1-2-0-250-15 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla kredit müqaviləsi üzrə banka olan borcu 7969,62 ABŞ dolları əsas borc, 3905,27 ABŞ dolları faiz borcu təşkil edir. İddiaçı ekspert rəyi ilə razılaşmayaraq göstərmişdir ki, ekspert rəyi ilə, həmçinin ekspert rəyinə əsasən məhkəmə tərə fındən aparılmış hesablamalar üzrə cavabdehin əsas və faiz borcunun məbləğləri düzgün müəyyən edilməmişdir. Ekspert rəyi ilə cavabdehin əsas borcunun məbləğinin 7969,62 ABŞ dolları müəyyən edilməsi isə anlaşılmazdır və ekspert tərəfindən düzgün tədqiqatın aparılmamasının nəticəsi olaraq səhvdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının bu etirazına qiymət verərək qeyd etmişdir ki, iddiaçı tərəfin ekspert rəyi ilə razı olmaması həmin ekspert rəyinin həqiqətə uyğun olmaması qənaətinə gəlinməsi və ya təkrar ekspertiza keçirilməsi üçün əsas deyildir. Eksperti məhz iddiaçının təqdim etmiş oluğu mühasibat sənədlərinə uyğun olaraq tədqiqat aparmış və cavabdehin borcunun həddini müəyyən etmişdir. Eksperti rəyində göstərilən məbləğdə daha artıq borcun mövcudluğu iş materialları ilə təsdiq olun mur. İddiaçı tərəfindən təqdim edilmiş 17.10.2017-ci il tarixli maliyyə arayışına əsasən, cavabdehin iddiaçı banka borcu, əsas borc üzrə 8162,81 ABŞ dolları, faiz borcu üzrə 3943,27 ABŞ dolları, cərimə borcu üzrə 270,69 ABŞ dolları təşkil edir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırki iş üzrə maliyyə arayışı ilə ekspert rəyi arasında borcla bağlı yaranan uyğunsuzluq zamanı ekspert rəyi daha mötəbər sübut hesab edilməlidir və bu səbəbdən də birinci instansiya məhkəməsinin 7969,62 ABŞ dolları əsas, 3905,27 ABŞ dolları faiz borcu tutulmasına dair gəldiyi nəticə tamamilə əsaslıdır. İddiaçının şikayətinin ikinci dəlili isə ondan ibarət olmuşdur ki, məhkəmə dəbbə pulunun həcmini azaldarkən qanuna görə məhkəmə cavabdehin deyil, kreditorun mənafelərini nəzərə almalıdır. Apellya siya instansiyası məhkəməsi iddiaçının bu dəlilini də əsassız hesab edərək göstərmişdir ki, keçirilmiş ekspertiza tədqiqatı zamanı müqavilə üzrə cərimənin məbləği müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, baş vermiş devalvasiya ilə bağlı cavabdehin ödəməli olduğu pul məbləğinin həddi artıq olunduğundan cərimənin tutulması onun vəziyyətinin daha ağırlaşmasına səbəb olur. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Cavabdehin şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, kredit müqaviləsinə əsasən 7031 manat məbləğində pul götürmüşdür. Müqavilə ilə tanış olduqda müəyyən olunmuşdur ki, müqavilə dollarla rəsmləşdirilib. ABŞ dollarının dəyəri təqribən 90% art mış, müvafiq olaraq manatın dəyəri bir o qədər ucuzlaşmışdır ki, bu da onun və ailəsinin maliyyə durumunu xeyli çətinləşdirmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin etirazının əsası kimi istinad etdiyi bu hala qiymət verərək qeyd etmişdir ki, Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqav ilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdə liyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülmə lidir. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bıı Məcəllədə və yä zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mübahisənin müəyyən olunmuş hallarından göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən irəli gələn müqavilə-hüquq münasibətləri yaranmışdır. Birinci i nstansiya məhkəməsi də məhz həmin müqavilə münasibətlərinə uyğun olaraq yaranmış kredit borcunun cavabdehdən tutulmasına dair tələbi əsaslı olaraq qismən təmin etmişdir. Belə ki, borcalan Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. O, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq ödənişlər etməli olduqları halda müəyyən miqdar ödənişlər etsə də, razılaşdırılmış müddətdə və qaydada tam ödənişlər etməmişdir, bununla da, iddiaçının müqavilədən irəli gələn tələb kimi vurulmuş zərərin əvəzinin ödənilməsi ilə yanaşı digər zaminlərdən də müştərək qaydada borcun tutulmasının tələb edilməsi hüququ da yaranmışdır. Apellyasiya instansiyası məhkəməsi qeydetmişdirki, başvermişdevalivasiyacavabdehinmüqaviləüzrəyaranmışborcununödənilməsindəntam amiləaza dedilməsiüçünəsasolabilməz. Müqaviləbağlanarkənyaranacaqvəziyyətonaaydınolmalıidi. Bununlayanaşımaliyyəvəziyyətihəminvaxtdaaşağıolduğuhaldagələcəkdəborcunqaytarılmasıiləb ağlıproblemlərininolmasınıəvvəlcədəngörməliolduğuhaldagörməmişdir. Digərtərəfdənonunmaddivəziyyətinindahadaağırlaşmasıvəhimayəsindədigərşəxslərinolmasıistif adəetmişolduğukreditborcununvəonahesablanmışfaizlərinödənilməsindənazadedilməsiüçünəs asolabilməz. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kas sasiya şikayətlərinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Hər iki kassasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayətlərinin dəlilləri ilə eyni məzmunludur. Apellyasiya instansiya məhkəməsi həmin dəlillərə hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Əlavə olaraq qeyd edir ki, iddiaçı və cavabdeh təkrar məhkəmə mühasibatlıq ekspertizasının keçirilmədiyini qeyd etmiş, lakin təkrar ekspertizanın keçirilməsinin zəruriliyini əsaslandırmamış, iş üzrə təkrar ekspertizanın keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olmamışdır. Belə ki, MPM-in 102.2-ci maddəsinə görə, məhkəmə, əsassızlığına görə ekspertin rə yi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 11 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı “xxxx” X3 Açıq Səhmdar Cəmiyyətinin və Cavabdeh ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8587/2018 nömrəli iş üzrə 11 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qə rar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar