Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-752/2025 04.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" X3 Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-752/2025 (Açar sözlər: kredit borcunun gecikdirilməsinə görə illki 5 (faiz) məbləğin tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə İddiaçı ASC) Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5250/2024 nömrəli, 4 noyabr 2024cü i l tarixli qətnaməsindən Cavabdeh (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 4 mart 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2461/2011 nömrəli, 28 iyul 2011-ci il tarixli qətnaməsi ilə Cavabdeh iddiaçı "xxxx" İKB-nin xeyrinə 34.028 manat məbləğində əsas kredit borcu, 3.618 manat məbləğində faiz borcu, 500 manat məbləğində dəbbə pulu borcu, 20 manat məbləğində dövlət rusumu, ipoteka bildirişinin qeydə alınması üçün 20 manat məbləğində xidmət haqqı, və 10 manat məbləğində dövlət rüsumu, cəmi 38.196 manat tutulması, ümumilikdə hesablanmış 38.196 manat məbləğində kredit üzrə borcun ilk növbədə ilk növbədə ipotekaya qoyulmuş Gülnarə Babayevanın xüsusi mülk iyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 165,2 kv.m. olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın hərrac qaydasında satılması, borcun ipoteka predmetinə yönəldilməsilə əlaqədar olaraq qeyri-yaşayış sahəsindən Gülnarə Babayevanın və Əmrah Babayevin ipoteka ilə yüklü edilən əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində çıxarılmaları, qeyri-yaşayış sahəsinin satışından əldə olunan pul vəsaiti borcun ödənilməsini tam təmin etməzsə, qalan məbləğin Cavabdeh alınıb iddiaçı "xxxx" İKB-nin nəfinə verilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin Gülnarə Babayevaya qaytarılması qət edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4880/2011 nömrəli, 26 oktyabr 2011-ci il tarixli qətnaməsi ilə qətnamə dəyişdirilmədən s axlanılmışdır.
3. Azarbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)1155/2012 nömrəli, 17 aprel 2012-ci il tarixli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4880/2011 nömrəli, 26 oktyabr 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanilmişdir.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 fevral 2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh 25.200 manat məbləğində faiz borcu, 400 manat məbləğində dəbbə pulu borcu və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 25.630 manat tutularaq "xxxx" İKB-yə ödənilməsi qət edilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin 13 aprel 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 fevral 2014cü il qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 sentyabr 2015ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 13 aprel 2015-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır.
7. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7102/2015 nömrəli, 4 dekabr 2015-ci il tarixli qətnaməsi ilə hazırkı iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 fevral 2014cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilməsi, Cavabdeh maddi zərər olaraq 10.460 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 10.490 manat tutularaq "xxxx" X2 ödənilməsi, qalan hissədə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. 8. 22763/2014-1-30-001 №-li icra işi materiallarından və "xxxx" ASC-nin xx.xx.2022ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)2461/2011 nömrəli, xx.xx.2012-ci il tarixli icra sənədi, tam icra edilməsi məqsədi ilə tələb yönəldilmiş ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi tələbkar İddiaçı ASC tərəfindən 94.350 manata alınmış və borcluya çatası 63.554 manat qalıq vəsait Xəta rayon İcra şöbəsinin depozit hesabına köçürülmüşdür. 9. 26.02.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 26 aprel 2010cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti (“Yelo Bank’’ ASC) tərəfindən 42.000 AZN məbləğində kredit verilmişdir. 17 aprel 2012-ci il tarixindən 27 yanvar 2022-ci il tarixinədək Cavabdeh illik 5 %-lə hesablanmış 15.397,52 AZN borcu vardır. 10. 27.02.2024-cü il tarixli bildiriş məktubundan görünür ki, cavabdehə 5 təqvim günü müddətində banka olan borcun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. 11. 21.02.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən ümumilikdə 136,19 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 12. "xxxx" İKB ASC-də 2019-cu ilin noyabr ayında rebrendinq ((ing. rebranding) brendin (əmtəə nişanının) və ya onun tərkib hissələrinin dəyişdirilməsi ilə bağlı aparılan kompleks tədbirlər planı) həyata keçirmiş və Bankın adı İddiaçı ASC olaraq dəyişdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
13. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı, yaxud Bank) Cavabdeh (bund an sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçı Bankın xeyrinə 26 aprel 2011-ci il tarixli kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün 17 aprel 2012-ci il tarixdən 27 yanvar 2022ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 15.397,52 AZN əldən çıxmış fayda borcun və 136,19 manat ödənilmiş dövlət rüsumunun (mediasiya ödənişi) tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
14. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad olunmaqla onunla əsaslandırılmışdır ki, iddiaçı 26 aprel 2010-cu il tarixli əlavə kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən 42.000 AZN məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini vaxtında icra et məmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2461/2011 nömrəli, 28 iyul 2011-ci il tarixli qətnaməsi ilə Cavabdeh 26 aprel 2010-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-nin (İddiaçı ASC) xeyrinə ümumilikdə 38.196 AZN tutulması qət edilmişdir. Qarşı tərəf 2022-ci ildə öhdəliyin olmaması ilə bağlı arayış alıb, lakin 2012-ci ildən 2022-ci ilədək 10 il müddət var. Bu müddət ərzində də əmlak balansa götürülməyib və borc ödənilməyib. Bu müddət üçün 5% mənfəət borcu yaranıb. 2015-ci il tarixli qətnamə ilə tələb edilən faizlə bu iş üzrə tələb edilən faiz məbləği eyni deyil. Həmin faiz məbləği üzrə qəbul edilən qətnamə Mərkəzi Bankın illik uçot və faiz dərəcəsinə, depozitlərə və əmanətlərə qoyulmuş faiz dərəcəsinə görə çıxarılmış qətnamə idi. 2015-ci ildə Apellyasiya Məhkəməsind ə həmin faiz dərəcəsi ilə əlavə hesablanmış faiz məbləği tutulub, həmin tutulan məbləğin indi tələb edilən 5% ilə heç bir əlaqəsi yoxdur, orada tətbiq olunan maddə 449.4-cü maddədir. Hazırda tələb edilən 5% isə 445.7-ci maddəyə əsasən öhdəliyin davamlı icra edilmədiyi və yerinə yetirilmədiyi üçün Konstitusiya Məhkəməsinin Plenum qərarı əsasında hesablanıb.
15. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirmişdir ki, iddiaçı 26 aprel 2010-cu il tarixli Əlavə kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən 42.000 AZN məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilanin şərtlərini pozaraq, borc öhdəliyini vaxtında icra etməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)2461/2011 nömrəli, 28 iyu l 2011-ci il tarixli qətnaməsi ilə Cavabdeh 26 aprel 2010-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-nin (İddiaçı ASC) xeyrinə ümumilikdə cəmi 38.196 AZN tutulması qət edilmişdir. Qarşı tərəf 2022-ci ildə öhdəliyin olmaması ilə bağlı arayış alıb, lakin 2012-ci ildən 2022-ci ilədək 10 il müddət var. Bu müddət ərzində də əmlak balansa götürülməyib və borc ödənilməyib. Bu müddət üçün 5% mənfəət borcu yaranıb. 2015-ci il tarixli qətnamə ilə tələb edilən faizlə bu iş üzrə tələb edilən faiz məbləği eyni deyil. Həmin faiz məbləği üzrə qəbul edilən qətnamə Mərkəzi Bankın illik uçot və faiz dərəcəsinə, depozitlərə və əmanətlərə qoyulmuş faiz dərəcəsinə görə çıxarılmış qətnamə idi. 2015-ci ildə Apellyasiya Məhkəməsində həmin faiz dərəcəsi ilə əlavə hesablanmış faiz məbləği tutulub, həmin tutulan məbləğin indi tələb edilən 5% ilə heç bir əlaqəsi yoxdur, orada tətbiq olunan maddə 449.4-cü maddədir. Hazırda tələb edilən 5% isə 445.7-ci maddəyə əsasən öhdəliyin davamlı icra edilmədiyi və yerinə yetirilmədiyi üçün Konstitusiya Məhkəməsinin Plenum qərarı əsasında hesablanıb.
16. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, 2010-cu ildə 1 kredit müqaviləsi bağlanılıb və həmin müqavilədən başqa kredit müqaviləsi yoxdur. Kredit müqaviləsi vaxtında ödənilməyib və borc əmlaka yönəldilib, əmlak isə 1 ildən artıq müddərdir ki, bankın balansına keçib, işə də xitam verilib. Həmçinin, eyni iddia tələbinə dair əldən çıxmış mənfəətlə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsində təxminən 25.000 manat məbləğində iddia qaldırıblar və 10.460 manat məbləğində pul tutulması qət edilib. Bildirdiyi məsələ ilə bağlı bank tərəfindən 2023-cü ilin dekabr ayında Cavabdeh bank qarşısında öhdəliyinin olmamasına dair məktub verilib. Mülki Məcəllənin 262.4-cü maddəsində açıq şəkildə eyni predmet, eyni tələb əsasında məhkəməyə müraciət edilmədiyi qeyd edilib. Kredit müqaviləsinin nömrəsi göstərilib, bankın verdiyi arayışa görə Cavabdeh bu nömrəli kredit müqaviləsi üzrə banka heç bir borcu yoxdur. 180.000 dəyərində olan əmlak 90.000 dəyərinə bankın balansına keçib, əldən çıxmış fayda ödənilib. Bu məktubu bank verib. Bankın bu hərəkəti cinayət xarakterlidir, əmlakın dəyərindən qalan məbləği onlardan əldə etmək üçün belə tələb irəli sürülür.
17. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(01 0)-2357/2024 nömrəli, 22 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakim Təranə Mahmudova) iddia rədd edilmişdir.
18. Birinci instansiya məhkəməsinin mövqeyinə görə borclu müqavilədən irəli gələn öhdəliyini müəyyənləşdirilmiş müddətdə icra etmirsə, bu icranın gecikdirilməsi hesab edilir və belə olan halda, kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış borc tələb edə bilər.
19. Məhkəmə 22763/2014-1-30-001 №-li icra işi materiallarına istinad edərək qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən ipoteka qoyulmuş əmlakın təhvil verməsi birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə bo rc və faizlərin ipoteka qoyulmuş əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu cavabdehdən asılı olmayan haldan irəli gəlir.
20. Bununla bağlı məhkəmə daha sonra qeyd etmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2461/2011 nömrəli, 28 iyul 2011-ci il tarixli qətnaməsi əsasında xx.xx.2014-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra işi tam olaraq icra edilmişdir. Baxılan iş üzrə cavabdehin ipoteka predmetinin satışına hər hansı maneələr yaratması işin halları ilə müəyyən olunmur.
21. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin pul öhdəliklərinin həyata keçirilməsi ilə əlaqədar Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2461/2011 nömrəli, 28 iyul 2011-ci il tarixli qətnaməsinin gec icra edilməsi ilə bağlı təqsiri olmamışdır. Buna görə də həmin qətnam ənin gec icra edilməsi nəticəsində illik 5% ilə hesablanmış faiz borclarının yaranmasında cavabdeh məsuliyyət daşıya bilməz.
22. Məhkəmə diqqətə çatdırmışdır ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Bank cavabdeh tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə yaranmış pul öhdəliyinin könüllü surətdə icra etməkdən boyun qaçırması ilə əlaqədar hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi əsassızdır.
23. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 443, 445, 448-cu maddələrinə, “Azərbaycan Respublikası Mül ki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014cü il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14, 77 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
24. Qətnamədən iddiaçı Bank apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir.
25. Apellyasiya şikayəti onunla əsaslandırılmışd ır ki, mövcud vəziyyətdə göründüyü kimi kreditor öz vəzifə öhdəliyini tam yerinə yetirərək 26 aprel 2010-cu il tarixində Bankdan illik 27 faizlə 24 ay müddətinə 42.000 AZN məbləğində kredit məbləğini borcalana vermişdir. Lakin borclu öz vəzifə öhdəliyini lazımi qaydada yerinə yetirmədiyi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 iyul 2011-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş və borcludan yekunda 38.196 AZN məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Həmçinin qeyd olunan qətnamə yenidən lazımi qaydada icra edilmədiyi üçün xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi illik 5 faizlə hesablanmış 15.397,52 AZN əldən çıxmış fayda borcun tutulması zərurəti yaranmışdır. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin 28 iyul 2011-ci il tarixli qətnaməsinin icra ed ilməməsi səbəbindən bankın ehtiyat vəsaitlərindən istifadə olunmasına maneə törətmiş, dolayısı ilə həmin zərərin aradan qaldırılması zərurəti ilə xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi illik 5 faizlə hesablanmış 15.397,52 AZN borc cavabdehdən tutulmalıdır. İşin hallarından da görünür ki, borclu 26 aprel 2010-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməmişdir. Cavabdeh tərəfindən xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 15.397,52 AZN borcu vardır. Cavabdeh 26 aprel 2010-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərini hazırkı zamana kimi lazımi qaydada yerinə yetirməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respubl ikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu ara sında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanınıyalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Hazırkı iş üzrə iddiaçı Bank ilə cavabdeh arasında bağlanmış kredit müqa viləsində belə bir şərt nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-52 50/2024 nömrəli, 4 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (X4 (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Sabit Bəhrəmzadə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilərək, iddia tələbinin qismən təmin edilməsi, gecikdirilmiş vaxt üçün hesablanmış əldən çıxmış fayda olaraq (əsas borca hesablanmış 5%) 13.942,88 manat məbləğində borc cavabdehdən iddiaçı Bankın xeyrinə tutulması, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 136,19 manat dövlət rüsumunun 123,32 manat hissəsinin cavabdehdən tutularaq iddiaçı Banka ödənilməsi, 12,87 manat isə iddiaçı Bankın özünə aid edilməsi qət olunmuşdur.
27. Apellyasiya instansiyası məhkəməsi ilk olaraq müəyyən etmişdir ki, hazırkı iş üzrə tərəflər arasında bağlanmış kredit müqaviləsi təminatlı müqavilə olmuşdur. Cavabdeh müqavilə üzrə kredit öhdəliyini ödəməyi üzərinə götürmüş, eyni zamanda öz mülkiyyətində olan mənzili ipoteka ilə yüklü etmişdir. Məhkəmə kollegiyası tərəfindən həmçinin müəyyən edilmişdir ki, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirmədiyindən bankın iddia tələbi əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2461/2011 nömrəli, 28 iyul 2011-ci il tarixli qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur.
28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, icra sənədinin verildiyi vaxt “İcra haqqında” Qanunun 13.1.1-ci maddəsinin qüvvədə olan redaksiyasına görə məhkəmələrin qərarları əsasında verilən icra vərəqələri və məhkəmə əmrləri - bir ay ərzində icraya yönəlməlidir. 2 9. 22763/2014-1-30-001 №-li icra işi materiallarına və "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubuna istinad edən kollegiya həmçinin qeyd etmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2461/2011 nömrəli, xx.xx.2012-ci il tarixli icra sənədi, tam icra edilməsi məqsədi ilə tələb yönəldilmiş ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi tələbkar Bank tərəfindən 94.350 manata alınmış və borcluya çatası 63.554 manat qalıq vəsait Bakı şəhəri Xəta rayon İcra şöbəsinin depozit hesabına köçürülmüşdür.
30. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, qanunvericilik məhkəmə qərarları əsasında verilən icra vərəqələrinin bir ay ərzində icraya yönəlməli olmasını nəzərdə tutur. Hazırkı işin müəyyən edilən halları isə ondan ibarətdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2461 /2011 nömrəli, xx.xx.2012-ci il tarixli icra sənədi 2022-ci il tarixdə tam olaraq icra edilmişdir.
31. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Çünki Mülki Məcəllənin 445.7-ci maddəsinin hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur
32. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, göstərilən maddənin dispozitiv şərtlərinə görə kreditor ilk olaraq sübut etməlidir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirib. Bu hal müəyyən olunduqdan sonra isə kreditorun illik 5 faizdən artıq məbləği tələb etmə yə hüququnun olub-olmadığı müəyyən edilir. Kreditor gecikdirməni sübut etdikdən sonra hər bir halda illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir
33. Birinci instansiya məhkəməsi isə icranın gecikdirilməsində cavabdehin təqsirli olmamasına istinad etmişdir, lakin iddia tələbinin hüquqi əsasını təşkil edən qeyd olunan normadan göründüyü kimi borclunun gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməli olmasının əsas şərt onun pul məbləğinin ödənilməsini gecikdirməsidir.
34. Halbuki, Mülki Məcəllənin 445.7-ci maddəsinin tətbiqi üçün isə borclunun (hazırkı işdə cavabdehin) icranı gecikdirməsində təqsirli olub-olmamasının hər hansı hüquqi əhəmiyyəti yoxdur.
35. Məhkəmə kollegiyasının qənaətinə görə bu yalnız tələbkar icra vərəqəsinin geri qaytarılmasını xahiş etdiyi və ya icra hərəkətl ərinin dayandırılması barədə rəsmi müraciəti olduğu halda borclunun (hazırkı işdə cavabdehin) icranı gecikdirməsində təqsirli olmaması haqda mühakimə yürütmək olar. Lakin məhkəmə kollegiyasının iclasında proses iştirakçıları ilə birlikdə tədqiq edilmiş icra işlərindən tələbkarın belə bir müraciətlərinin olması görünmür.
36. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, tərəflər arasında öhdəlik münasibətləri yaranmış, cavabdeh öhdəliklərini vaxtında yerinə yetirməmiş və icra sənədi 9 ildən də artıq müddət keçdikdən sonra icra edilmişdir və buna görə də bank ona qarşı hazırkı iddia qaldırmışdır.
37. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, işin halları ilə mübahisəsiz olaraq müəyyən edilmişdir ki, cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərini vaxtında icra etmə diyindən iddiaçının gecikdirilmiş vaxt üçün hesablanan illik 5% borcun tutulması barədə iddiası əsaslı olmuşdur.
38. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia tələbi pulun tutulması hissəsində qismən təmin edilməlidir. Belə ki, iddiaçı borcun hesablanmasının əvvəlinin 17 aprel 2012-ci il tarixdən olmasının nəzərə alınması və cavabdehdən iddiaçının xeyrinə həmin tarixdən 27 yanvar 2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 15.397,52 AZN əldən çıxmış fayda borcun tutulmasını xahiş etsə də, məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)7102/2015 nömrəli, 4 dekabr 2015-ci il tarixli qətnaməsi ilə hazırkı iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 fevral 2014-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın qismə n təmin edilməsi, cavabdehdən maddi zərər olaraq 10.460 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 10.490 manat tutularaq "xxxx" X2 ödənilməsi, qalan hissədə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, tutulmuş vəsait 13 noyabr 2013-cü ilə (iddia ərizəsinin verildiyi tarix) qədər hesablanmışdır.
39. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, hazırda tutulmalı olan vəsait qeyd olunan tarixdən, yəni 13 noyabr 2013-cü il tarixdən qətnamənin icra edildiyi 27 yanvar 2022-ci il tarixə qədər olan dövrü əhatə etməlidir. Bu baxımdan adi riyazı hesablama ilə müəyyən edilmişdir ki, cavabdehdən 8 il 2 ay 14 gün üçün tutulmalı olan əsas borc 34.028 manat olmuş, həmin məbləğ 8 il ərzində icra edilmədiyi müddətdə hər il üçün 5 faiz hesabla nmaqla 13.942,88 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. (8 il x 360 gün= 2.880 gün) (2.880+60 gün (2 ay + 14 gün= 2.954 gün) (əsas borc 34.028 x 5%= 1.701,4) (1.701,4:360 gün= 4,72 manat) (2954 gün x 4,72 manat = 13.942,88 manat.
40. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi qismən təmin edilərək, gecikdirilmiş vaxt üçün hesablanmış əldən çıxmış fayda olaraq (əsas borca hesablanmış 5%) 13.942,88 manat məbləğində borc cavabdehdən Bankın xeyrinə tutulmalıdır.
41. Apellya siya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 21, 443, 445, 448-cu maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarına və Mülki Prossesual Məcəllənin 14, 77, 80, 88, 106, 217, 218, 372, 384, 385 və 405-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
42. Qətnamədən cavabdeh (Vəkil) kassasiya şikayəti verərək ape llyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
43. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi mövqe düzgün olmamışdır. Ona görə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi təminatlı olmuşdur, yəni kredit müqaviləsinin icrasını təmin etmək üçün ipoteka müqaviləsi bağlanmış, öhdəliyin ipoteka predmetinə yönəldilməsi barədə tələblərin təmin olunması barədə qətnamə qəbul edildikdən sonra borclunun qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasını gözlǝyǝrǝk, ipoteka predmeti açıq hərracda satılanadək kredit müqaviləsi üzrə pul öhdəliyini icra etməməsi halında öhdəliyin pozuntusu ondan asılı olmamışdır.
44. Tərəfindən öhdəliyin icrasından heç vaxt boyun qaçır ılmamışdır. O, sadəcə qanunvericilik tərəfindən ona verilən hüquqlardan istifadə edərək, razılaşmadığı məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada və müddətlərdə şikayət vermək hüququndan istifadə etmiş və tələbləri məhkəmələr tərəfindən təmin edilmişdir. Belə ki, ipoteka predmeti olmuş qeyri-yaşayış sahəsinin qiymətləndirilməsindən, ilkin və təkrar hərracların keçirilməsindən məlumatlı olmadığı üçün və ipoteka predmeti dəyərindən çox aşağı qiymətə qiymətləndirildiyi üçün Səbail rayon Məhkəməsi onun tələbini təmin etmişdir və ipoteka predmeti ilkin və təkrar hərraclarda satılmadığı üçün onun ilkin satış qiyməti 148.000 manatdan 94.500 manata endirilməklə Banka təqdim edilib.
45. İş materiallarından görünür ki, məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yeti rərək, öhdəliyin icra olunması məqsədilə onun tərəfindən ipoteka qoyulmuş əmlakın təhvil verməsi bir mənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin ipoteka qoyulmuş əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlmişdir. Belə ki, icra işi materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)2461/2011 nömrəli, 28 iyul 2011-ci il tarixli qətnaməsi əsasında xx.xx.2014-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra işi tam olaraq icra edilmişdir. Baxılan iş üzrə cavabdehin ipoteka predmetinin satışına hər hansı maneələr yaratması işin halları ilə müəyyən olunmur.
46. Pul öhdəliklərinin həyata keçirilməsi ilə əlaqədar Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2461/2011 nöm rəli, 28 iyul 2011-ci il tarixli qətnaməsinin gec icra edilməsi ilə bağlı onun təqsiri olmamışdır. Buna görə də həmin qətnamənin gec icra edilməsi nəticəsində illik 5% ilə hesablanmış faiz borclarının yaranmasına görə də məsuliyyət daşıya bilməz. Bank tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə yaranmış pul öhdəliyinin könüllü surətdə icra etməkdən boyun qaçırmağı ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilmədiyi halda, iddia tələbinin qismən təmin edilməsi başa düşülən deyil. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlara obyektiv, tam hərtərəfli baxılmamış, iş hərtərəfli araşdırılmamış, cavabdehin arqu mentləri araşdırılmamış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2011-ci il tarixli qətnaməsinin 2022-ci ildə icra edilməsinin səbələri, bu halda cavabdehin təqsirli hərəkətlərinin olubolmaması araşdırılmamışdır. Halbuki, cavabdeh tərəfindən iddia tələbinin əsassızlığı ilə bağlı arqumentləri məhkəməyə təqdim edilmişdi və məhkəmə qətnamədə həmin arqumentləri əsassız hesab etməsini əsaslandırmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
47. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
48. Maddə 399.3. Müqavilədə nəzə rdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.
49. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
50. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; əvvəlki redaksiyada 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
51. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icr a müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
52. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
53. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişs ə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.
54. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
55. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarı.
56. İcranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada p ul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il qərarı.
57. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tut ulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
59. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
60. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
61. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
62. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tət biq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
63. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
64. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
65. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
66. Maddə 416.2. Ap ellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
67. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
68. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
69. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
70. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
71. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İşə əvvəl baxmış kassasiya instansiya məhkəməsinin göstərişlərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən əməl olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
72. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırm aq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
73. Məhkəmə kollegiyası icranın gecikdirilməsində cavabdehin təqsirli olmaması barədə kassasiya şikayətinin dəlilinə münasibət bildirərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq həmin məsələyə hüquqi qiymət verərəkən göstərmişdir ki, iddia tələbinin hüquqi əsasını təşkil edən qeyd olunan normadan göründü yü kimi borclunun gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməli olmasının əsas şərt onun pul məbləğinin ödənilməsini gecikdirməsidir. Halbuki, Mülki Məcəllənin 445.7-ci maddəsinin tətbiqi üçün isə borclunun (hazırkı işdə cavabdehin) icranı gecikdirməsində təqsirli olub-olmamasının hər hansı hüquqi əhəmiyyəti yoxdur. Bu yalnız tələbkar icra vərəqəsinin geri qaytarılmasını xahiş etdiyi və ya icra hərəkətlərinin dayandırılması barədə rəsmi müraciəti olduğu halda borclunun (hazırkı işdə cavabdehin) icranı gecikdirməsində təqsirli olmaması haqda mühakimə yürütmək olar. Lakin tədqiq edilmiş icra işlərindən tələbkarın belə bir müraciətlərinin olması görünmür. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşaraq, kassasiya şikayətinin qeyd olunan dəlilini əsassız hesab edir.
74. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
75. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 76. “Məhkəmə qətnaməsi haqqında” Azə rbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
77. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Pros essual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
78. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
79. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
80. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişd irilmədən saxlanılmalıdır.
81. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5250/2024 nömrəli, 4 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.