Məhkəmə qərarları › İş №2(102)-7532/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7532/2019

18.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7532/2019 18.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlunun, Cavabdeh və onun vəkili Qocayev Orxan Ələddin oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.07.2019-cu il tarixli, 2(103)8616/2019 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bak ı şəhəri Xəzər rayon Məhkəməsinin (hakim T.X.Əkbərov) 01 fevral 2019-cu il tarixli 2(010)-85/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 11.02.2010-cu il tarixli, 09 saylı kredit müqaviləsi üzrə 1498 manat əsas borc, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 449,40 manat faiz borcu, cəmi 1947,40 (bir min doqquz yüz qırx yeddi, qırx) manat borcu, 13.05.2010-cu il tarixli, 10 saylı kredit müqaviləsi üzrə 5711 ABŞ dolları məbləğində əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 07 iyun 2012-ci il tarixinə 1679 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 1575 ABŞ dolları faiz borcu, cəmi 8965 (səkkiz min doqquz yüz altmış beş) ABŞ dolları borc qətnamənin icra edildiyi günə ol an manat məzənnəsi ilə manatla və ödənilmiş dövlət rüsumu üzrə 30 (otuz) manatın tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.S.Səmədov, E.C.Kazımov və İ.S.Şirinov) 04.07.2019-cu il tarixli, 2(103)-8616/2019 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.07.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 11.02.2010-cu il tarixli, 09 saylı kredit müqaviləsi üzrə 1498 (bir min dörd yüz doxsan səkkiz) manat əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 31.03.2012-ci il tarixinə 0 (sıfır) manat faiz borcun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 1063 (bir min altmış üç) manat faiz borcun, 13.05.2010- cu il tarixli, 10 saylı kredit müqaviləsi üzrə 5711 (beş min yeddi yüz on bir) ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 07.06.2012-ci il tarixinə 1679 ( bir min altı yüz yetmiş doqquz) ABŞ dolları faiz borcun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 1575 (bir mi n beş yüz yetmiş beş) ABŞ dolları faiz borcun, cəmi 11.02.2010cu il tarixli kredit müqaviləsi üzrə 2561 (iki min beş yüz altmış bir) manat və 13.05.2010-cu il tarixli kredit müqaviləsi üzrə 8965 (səkkiz min doqquz yüz altmış beş) ABŞ dollarının və 30 manat dövlət rüsumunun tutulub ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan İddiaçı ASC-nin “Səbail” filialı ilə Cavabdeh arasında 11 fevral 2010-cu il tarixli, 09 saylı və 13 may 2010-cu il tarixli, 10 saylı kredit müqavilələri imzalanmışdır. 11.02.2010-cu il tarixli, 09 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin “Səbail” filialı borclu Cavabdeh illik 25 faiz olmaqla 12 ay müddətinə 5000 (beş min) manat məbləğində kredit ver mişdir. Borclu Cavabdeh kredit öhdəliklərinin yerinə yetirilməsində çətinliklər çəkdiyindən 31.03.2011-ci il tarixli ərizə ilə banka müraciət edərək müqavilə müddətinin uzadılmasını xahiş etmiş və bankla borclu arasında 11.02.2010-cu il tarixli, 09 saylı kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 31.03.2011-ci il tarixli, 09 saylı kredit müqaviləsinə 1 nömrəli əlavə imzalanmışdır. 31 mart 2011-ci il tarixli 1 nömrəli əlavəyə əsasən, 11.02.2010-cu il tarixli, 09 saylı kredit müqaviləsinin digər şərtləri qüvvədə qalmaqla, kredit müddəti 31.03.2012-ci il tarixədək uzadılmışdır. 13.05.2010-cu il tarixli, 10 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin “Səbail” filialı borclu Cavabdeh illik 25 faiz olmaqla 12 ay müddətinə 6450 (altı min dörd yüz əlli) ABŞ dolları məbləğində kredit ve rmişdir. Borclu Cavabdeh kredit öhdəliklərinin yerinə yetirilməsində çətinliklər çəkdiyindən 07.06.2011-ci ıl tarixli ərizə ilə banka müraciət edərək müqavilə müddətinin uzadılmasını xahiş etmiş və bankla borclu arasında 13.05.2010-cu ii tarixli, 10 saylı kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 07 iyun 2011-ci il tarixli, 10 saylı kredit müqaviləsinə 1 nömrəli əlavə tərəflər arasında imzalanmışdır. 07 iyun 2011-ci il tarixli 1 nömrəli əlavəyə əsasən, 13.05.2010-cu il tarixli, 10 saylı kredit müqaviləsinin digər şərtləri qüvvədə qalmaqla, kredit müddəti 07.06.2012-ci il tarixədək uzadılmışdır. Kredit müqavilələrinin 1.3-cü bəndinə görə borcalan krediti qrafıkə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh 11,02.2010-cu il tarixli, 09 saylı və 13.05.2010-cu il tarixli, 10 sa ylı kredit müqavilələri üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı-vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə də müqavilələrin şərtlərini pozmuşdur. Hazırda Cavabdeh 11.02.2010-cu il tarixli, 09 saylı kredit müqaviləsi üzrə cavabdehin banka olan əsas borcu 1498 (min min dörd yüz doxsan səkkiz) manat, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 31.03.2012-ci il tarixinə faiz borcu 0 (sıfır) manat, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış faiz borcu 1063 (bir min altmış üç) manat, cəmi isə 2561 (iki min beş yüz altmış bir) manat borc təşkil edir. 13.05.2010-cu il tarixli, 10 saylı kredit müqaviləsi üzrə cavabdehin banka olan əsas borcu 5711 (beş min yeddi yüz on bir) ABŞ dolları, kre dit müqaviləsi üzrə özdəliklərin icra müddətinin bitdiyi 07.06.2012-ci il tarixinə faiz borcu 1679 (bir min altı yüz yetmiş doqquz) ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış faiz borcu 1575 (bir min beş yüz yetmiş beş ) ABŞ dolları, cəmi isə 8965 (səkkiz min doqquz yüz altmış beş) manat borc təşkil edir. Cavabdeh tərəfindən 2017-ci ildə ödəniş olmuşdur. Bundan sonra, yenidən Ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdehə borcların ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq onun tərəfindən bu günədək borcların ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmi şdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.07.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işin hallarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun vəkili Qocayev Orxan Ələddin oğlu kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdirlər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 04.07.2019-cu il tarixli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 fevral 2019-cu il tarixli qətnaməsini dəyişdirmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi,İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 11.02.2010-cu il tarixli, 09 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 12 ay müddətinə illik 25 % ödəmək şərtilə 3400 manat məblə ğində kredit verilmişdir. 31.03.2011-ci il tarixli 1 nömrəli əlavəyə əsasən, 11.02.2010-cu il tarixli, 09 saylı kredit müqaviləsinin digər şərtləri qüvvədə qalmaqla, kredit müddəti 31.03.2012-ci il tarixədək uzadılmışdır. 13.05.2010-cu il tarixli, 10 saylı kredit müqaviləsindən aydın olur ki, cavabdehə 12 ay müddətinə illik 25 % ödəmək şərtilə 6450 ABŞ dolları məbləğində kredit verilmişdir. 07 iyun 2011-ci il tarixli 1 nömrəli əlavəyə əsasən, 13.05.2010-cu il tarixli, 10 saylı kredit müqaviləsinin digər şərtləri qüvvədə qalmaqla, kredit müddəti 07.06.2012-ci il tarixədək uzadılmışdır. Maliyyə arayışından görünür ki, cavabdehin 11.02.2010-cu il tarixli saylı kredit müqaviləsi üzrə 06 dekabr 2017-ci il tarixinə banka əsas məbləğ üzrə 1498 manat məbləğində əsas borcu, müqavilə müddəti bitdikd ən sonra əsas borca illik 5 % hesablanmış 1063 manat faiz borcu, cəmi 2561 manat borcu yaranmışdır. Maliyyə arayışından aydın olur ki, cavabdehin 13.05.2010-cu il tarixli, 10 saylı kredit müqaviləsi üzrə 06 dekabr 2017-ci il tarixinə banka əsas məbləğ üzrə 5711 ABŞ dolları məbləğində əsas borcu, müqavilənin bitdiyi 17 iyun 2012-ci il tarixinə 1679 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 1575 ABŞ dolları faiz borcu, cəmi 8965 ABŞ dolları borcu yaranmışdır. İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xəbərdarlıqların surətindən aydın olur ki, ödənilməmiş kredit və faiz borcunun ödənilməsi tələb edilmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən mülki iş üzrə mərıkəmə- xətşünaslıq ekspertizası keçirilmişdir. İş üzrə keçirilmiş ilkin məhkəmə-x ətşünaslıq ekspertizasının 13 dekabr 2018-ci il tarixli 29765 saylı rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim olunmuş mülki işin 86-cı vərəqəsində yerləşən 1 iyun 2015-ci il tarixli xəzinə mədaxil orderində Elan №1 “İmza” qrafasındakı imza-Cavabdeh tərəfindən icra olunmuş, ekspertizaya təqdim olunmuş mülki işin 87-cı vərəqəsində yerləşən 31 avqust 2017-ci il tarixli nəğd ödəniş üçün elanda “Ödəyənin imzası” qrafasındakı imza - Cavabdeh yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 373.2-ci maddəsinə əsasən Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla ba ğlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2-ci maddəsinə əsasən Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq, “Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin p redmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1)”. Azərbaycan Respublikası Mülki Məcəlləs inin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anma qədər müqavilə qüvvədə sayılır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilınədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikd ə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7- ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilmə sini tələb etməyə dair əlavə hüququ yaranır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.07.2019-cu il tarixli, 2(103)-8616/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar