Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7534/2019 25.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 18 iyun 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 və vəkili Vəkil kassasiya şikayəi üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 mart 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası təmin edilərək, cavabdehlərdən müştərək qayd ada 1216 manat əsas borcun, 833 manat faiz borcunun, 12.11.2016-16.08.2017-ci il tarixləri ərzində 5 faiz dərəcəsi ilə hesablanmış 42 manat borcun və 12 manat notariat xərcinin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyun 2019-cu il tarixli, 2(103)848/2019 saylı qətnaməsi ilə (hakimlər A.Hüseynov sədrlik edən, məruzəçi A.İmanov və V.Sadıqov) Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilərək iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 mart 2018-ci il tarixli qətnaməsi kredit müqaviləsi üzrə faiz borcunun tutulması hissəsində dəyişdirilib, 12.11.2014-cü il tarixli, 0342 YMA saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı olan faiz borcunun məbləğinin 553 (beş yüz əlli üç) manat 92 (doxsan iki) qəpik müəyyən edilməsi, qətnamənin iddianın təmin olunmuş digər hissələrində dəyişdirilmədən saxlanılması, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pulun 50 (əlli) manatı İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 150 (yüz əlli) manatı isə Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit və ona hesablanmış faiz məbləğlərinin geri qaytarılması” barədə ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 1216 manat əsas borc, 1130 manat faiz borcu, ümumilikdə 2346 manat məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 12 manat notariat xərclərinin tutulub İddiaçı-nin xeyrinə ödənilməsi barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit və ona hesablanmış faiz məbləğinin geri qaytarılması” barədə iddia tələbinin dəqiqləşdirilməsi üçün iddia ərizəsinə əlavə təqdim edərək cavabdehlərdən 1216 manat əsas borc, 833 manat faiz borcu, 12.11.2016-cı il tarixdən 16.08.2017-ci il tarixə illik 5 faiz dərəcəsi ilə hesablanmış 42 (qırx iki) manat faiz borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu və 12 (on iki) manat notariat xərclərinin tutulub İddiaçı-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişd ir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh2 və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual normaların pozulması ilə qəbul edilmiş, məhkəmə işin faktiki və hüquqi hallarını tam obyektiv araşdırmasına baxmayaraq sonda hüququn tətbiqində səhvə yol verməsi ilə qəbul olunmuşdur. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 18 iyun 2019-cu il tarixli 2(103)-848/2019 saylı qətnamənin ləğv edilərək işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tər əflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 18 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instan siya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi cavabdehin hərəkətlərini öhdəl iyin lazımınca icra edilməməsi kimi qiymətləndirmiş, 1216 manat tələb edilən əsas borc, 833 manat faiz borcu, 12.11.201616.08.2017-ci il tarixləri ərzində 5 faiz dərəcəsi ilə hesablanmış 42 manat faiz borcu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul etmişdir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi əsas borcun və pulun verilmə müddətinin bitdiyi tarixdən sonra illik 5 % dərəcəsi ilə hesablanmış pulun tutulması, kredit borcunun birgə borclu kimi, həmçinin zamindən tutulmalı olması barədə qanuni və əsaslı nəticəyə gəlsə də, faiz borcunun məbləğini düzgün müəyyən etməmişdir. Belə ki, işin apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 23678 saylı, 29 aprel 2019-cu i l tarixli rəyi ilə cavabdehin müqavilə müddətinin bitdiyi tarixə 1263,53 manat əsas, 553,92 manat faiz olmaqla, cəmi 1817,45 manat borcunun olduğu müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyində müəyyən edilmiş faiz borcunun məbləğini əsaslandırılmış hesab etmişdir. Həmçinin, qeyd edilmişdir ki, iddiaçı ekspert rəyində müəyyən edilmiş məbləğdən aşağı məbləğdə əsas borcun tutulması barədə tələb irəli sürdüyündən, iddia tələbindən kənara çıxmadan 1216 manat əsas borcun tutulması əsaslıdır. Apellyasiya instansiyası məhkəməsində işə baxan məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamış, qətnamədən apellyasiya şikayəti vermiş Cavabdeh2 zaminlik müqavilə sinin etibarlılığını şübhə altına, habelə zamin kimi öhdəliklərinə xitam verildiyinə əsas verən hər hansı sübut təqdim etməmişdir. Ona görə də belə qənaətə gəlinmişdir ki, kredit müqaviləsi üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş faiz məbləği azaldılmalı, qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Cavabdeh2 kassasiya şikayətinin dəlili ilə əlaqədar olaraq kollegiya qeyd edir ki, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, nəticədə kredito r qarşısında müqavilə üzrə öhdəlikləri yaranmışdır. Cavabdeh həmin öhdəliyin icrasından yayındığı üçün iddiaçı bu tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Beləliklə kassasiya icraatı qaydasında işə baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə araşdırılarkən maddi və prosessual qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilməmişdir. Belə ki, iradə ifadəsi ilə bağlanmış müqavilənin şərtləri cavabdeh tərəfindən lazımınca icra edilməmiş və nəticədə həmin müqavilənin vaxtında və lazımınca icra edilməməsinə görə məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə üzrə tədbiq edilməli olan hüquq normalarını düzgün tətbiq edərək nəticə etibarı ilə qanuni və əsaslı qətnamə çıxarmışdır. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz, ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyası nın həmin iş üzrə 18 iyun 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7534/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7534/2019
25.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver