Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7541/2018 20.11.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 20 noyabr 2018-ci il № 2(102)-7541/18 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, vəkil X5 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 iyun 2018-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1h qızı, X4, Cavabdeh2 Eyyub qızı, Cavabdeh3, Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Qax Rayon Məhkəməsinin 25 aprel 2018-ci il tаrixli qətnaməsi ilə (hаkim M.Qarayev, iş № 2(024)-212/18) həm İddiaçı cavabdehlər Cavabdeh1h qızına, Cavabdeh5, Cavabdeh2 Eyyub qızına, Cavabdeh3, Cavabdeh4 qarşı “39500 manat maddi ziyan və mülkiyyət hüquqlarının bərpası, cavabdehlərin zəbt edilmiş torpaq sahəsindən çıxarılması, cavabdehlərə məxsus 0.81 ha torpaq sahəsinin sərhədlərinin müəyyən olunaraq verilməsi və metal torla hasarlanmış sərhədin sökülməsinə dair” iddiası və həm də Cavabdeh1h qızının, X2, Cavabdeh2 Eyyub qızının, Cavabdeh3, Cavabdeh4 İddiaçı qarşı “45900 manat maddi ziyanın ödənilməsi təəbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən iş üzrə İddiaçı, cavabdehlər Cavabdeh1h qızı, X4, Cavabdeh2 Eyyub qızı, Cavabdeh3 tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 iyun 2018-c i il tarixli qətnaməsi ilə (hakimlər M.Əsədli-sədrlik edən və məruzəçi, Ə.Məcidov və İ.Quliyev, iş № 2(107)1701/18)cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının аpellyаsiyа şikаyəti isə qismən təmin edilərək iş üzrə Qax Rayon Məhkəməsinin 25 aprel 2018-ci il tаrixli qətnаməsi qismən ləğv olunmuş, ləğv edilmiş hissə üzrə yeni qətnamə qəbul edilməklə İddiaçı iddiası qismən təmin olunmuş, 20.000 (iyirmi min) manat maddi ziyanın cavabdehlər Cavabdeh1h qızı, Cavabdeh5, Cavabdeh2 Eyyub qızı və X1 alınaraq İddiaçı verilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 28 iyun 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etmişlər. İşin halları: Hazırkı iş ü zrə Qax Rayon Məhkəməsində iki iddiа qаldırılmışdır: 1) İddiaçı cavabdehlər Cavabdeh1h qızına, X3, Cavabdeh2 Eyyub qızına, Cavabdeh3, Cavabdeh4 qarşı 39500 manat məbləğində maddi ziyanın ödənilməsi barədə; sonradan bu tələbin həcmi artırılaraq “39500 manat maddi ziyan və mülkiyyət hüquqlarının bərpası, cavabdehlərin zəbt edilmiş torpaq sahəsindən çıxarılması, cavabdehlərə məxsus 0.81 ha torpaq sahəsinin sərhədlərinin müəyyən olunaraq verilməsi və metal torla hasarlanmış sərhədin sökülməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. 2) Cavabdeh1h qızının, X2, Cavabdeh2 Evvub qızının, Cavabdeh3, Cavabdeh4 İddiaçı qarşı 43200 manat maddi ziyan tələbinə dair. Bu tələbin həcmi də sonradan artırılmış və 45900 manat maddi ziyanın ödənilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. Qax Rayon Məhkəməsinin 06 mart 2018-ci il tarixli, 2(024)-212 saylı qərarı ilə hər iki tələb üzrə mülki işlər bir icraatda birləşdirilmiş və yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdehlərdən Cavabdeh4 və Cavabdeh1 vəkili E.Əliyev məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və kassasiya şikayətində göstərilən xüsusatları təsdiq edən eyni məzmunlu izahat verdi. İddiaçı Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında və kilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, vəkil E.Əliyevin izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Şəki Apellyasiya Məhkəməsi Mülki Kol legiyasının iş üzrə 28 iyun 2018-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən ləğv edib İddiaçı iddiasının qismən təmin olunması barədə yeni qətnamə çıxararkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, 10 iyul 2000-ci il tarixdə Qax rayonunun Turaclı kənd sakinləri İddiaçı ilə Cavabdeh4 öz aralarında razılığa gələrək borc müqaviləsi bağlamışlar. Müqaviləyə görə İddiaçı Cavabdeh4 altı ay müddətinə 10.07.2000-ci ildən 10.01.2001-ci il tarixədək bir milyon səkkiz yüz min manat məbləğində borc pul vermiş, Cavabdeh4 həmin məbləği 6 ay müddətində İddiaçı qaytarmağı, qaytara bilmədiyi təqdirdə bu pulun əvəzi kimi mülk iyyət hüququ üzrə özünə və ailə üzvlərinə məxsus 0.81 ha torpaq sahəsini İddiaçı verməyi öz öhdəsinə götürmüşdür. Beləliklə, 10.01.2001-ci il tarixdən mübahisəli torpaq sahəsi İddiaçı istifadəsinə verilmişdir. İddiaçı Cavabdeh4 sonuncunun ailəsinə məxsus 0,81 hektar torpaq sahəsini üzərində 35 kol fındıq ağacı ilə bilikdə borc müqaviləsinə əsasən almış, 2000-ci ildən 2017-ci ilə qədər həmin torpaq sahəsindən istifadə etmiş, onun vergi borcunu 17 il ərzində ödəmiş, mübahisəli torpaq sahəsində 100 fındıq kolu becərmişdir. Torpaq sahəsində əvvəlcədən mövcud olan 35 kol fındıq ağacı əmlak payı kimi kənd sakini Abdulla Hacıməhədova məxsus olduğu üçün F.Alməmədov onların dəyərini nəğd şəkildə A.Hacıməhədova ödəmişdir. Hazırda 0,81 hektar torpaq sahəsində olan 100 fındıq kolu İddiaçı məxsusdur. 2 017-ci ildə Cavabdeh1h qızı, X4, Cavabdeh2 Eyyub qızı və Cavabdeh3 həmin torpaq sahəsi ilə bağlı cavabdeh İddiaçı qarşı əqdin ləğv edilməsi və 0.81 ha torpaq sahəsinin geri qaytarılması barədə iddia qaldırmış, Qax Rayon Məhkəməsinin 09 mart 2017-ci il tarixli 2(024)-222 saylı qətnaməsi ilə onların iddiası təmin edilmişdir, həmin qətnamə qanuni qüvvəsini almışdır. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 18, 139.1, 139.3, 146.2, 152.1-152.4, 157.2, 157.4, 178.1, 238.1, 238.3, 239.2-ci, Tоrpаq Məcəlləsinin 67, 84-cü mаddələrini rəhbər tutaraq hesab etmişdir ki, İddiaçı cavabdehlərə məxsus 0.81 ha torpaq sahəsinə dair qanunvericiliklə müəyyən olunmuş qaydada hər hansı hüququ mövcud olmamışdır. O, həmin tor paq sahəsinə hüququ olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilmədiyindən birinci instansiya məhkəməsi onun iddiasını “mülkiyyət hüquqlarının bərpası, cavabdehlərin zəbt edilmiş torpaq sahəsindən çıxarılması, cavabdehlərə məxsus 0.81 ha torpaq sahəsinin sərhədlərinin müəyyən olunaraq verilməsi və metal torla hasarlanmış sərhəddin sökülməsi” hissəsində təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2, 1092-ci maddələrini mübahisəli hüquq münasibətinə tətbiq edərək bu qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi İddiaçı iddiasını 39500 manat maddi ziyan tələbinə dair hissədə tam rədd etməkdə haqlı olmamışdır, həmin hissədə gəlinən nəticə işin müəyyən edilən faktiki hallarına uyğun o lmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilən faktiki hallarına əsaslanaraq qeyd etmişdir ki, İddiaçı mübаhisəli tоrpаq sаhəsinə sаhiblik etməsi özbаşınа bаş verməmiş, cavabdehlərin irаdəsinə uyğun оlmuşdur. O, 2000-ci ildən 2017-ci ilə qədər həmin torpaq sahəsindən istifadə etmiş, torpağa dair vergi borcunu 17 il ərzində ödəmiş, 100 ədəd fındıq kolu becərmişdir. Hazırda 0,81 hektar torpaq sahəsində olan 100 fındıq kolu İddiaçı məxsusdur. Göstərilən xüsusаtlаr və işin faktiki halları İddiaçı vicdаnlı sаhib оlduğunu göstərir və оnun mübаhisəli tоrpаq sаhəsində 17 il ərzində 100 ədəd fındıq kolu be cərməsi onu deməyə əsas verir ki, torpağın mülkiyyətçiləri hüquqi əsas olmadan 0,81 hektar torpaq sahəsini İddiaçı versələr də, 17 il sonra həmin torpaq sahəsini geri tələb etməklə İddiaçı həmin torpaq sahəsinə etdiyi yaxşılaşdırma (100 ədəd fındıq kolu) nəticəsində əsassız varlanmışlar. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanları və yerli icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən verilmiş arayışlarda əks olunan məlumatları nəzərə alaraq bu qənaətə gəlmişdir ki, əsassız varlanmaya səbəb olmuş 100 ədəd fındıq kolunun natura şəklində iddiaçı F.Alməmədova qaytarılması mümkün olmadığından onların cəmi dəyərini təşkil edən 20.000 (iyirmi min) manat (bir fındıq kolunun qiyməti 200 manat olmaqla) mübahisəli torpaq sahəsinin mülkiyyətçiləri Cavabdeh1h qızı, Cavabdeh5, Cavabdeh2 Eyy ub qızı və X1 alınaraq İddiaçı verilməlidir. Apellyasiya instansiyası məhkəməsi İddiaçı iddiasını 20.000 (iyirmi min) manat ziyan tələbinə aid hissədə əsaslı saysa da, qalan 19500 manat maddi ziyanın ödənilməsi hissəsində əsassız saymış və qeyd etmişdir ki, iddiaçı ona 20.000 (iyirmi min) manat maddi ziyandan əlavə 19500 manat ziyan da dəyməsini əsaslandıra bilməmiş, bu halları təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinibu hissədə təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 və digərlərinin İddiaçı qarşı 45900 manat maddi ziyan tələbi ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin bu iddianın əsassız olması ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmaqla işin faktiki hallarına uyğun olmuşdur. Bel ə ki, İddiaçı 2000-ci ildə Cavabdeh4 0,81 hektar torpaq sahəsini üzərində 35 kol fındıq ağacı ilə bilikdə borc müqaviləsinə əsasən almış, 2000-ci ildən 2017-ci ilə qədər həmin torpaq sahəsindən istifadə etmiş, torpaq vergi borcunu 17 il ərzində ödəmiş, orada 100 ədəd fındıq kolu becərmişdir. Torpaq sahəsində olan 35 kol fındıq ağacı əmlak payı kimi Abdulla Hacıməhədova məxsus olduğundan İddiaçı həmin 35 ağacın dəyərini ona ödəmiş, yəni 35 ədəd ağacı hələ o vaxt pulla almışdır. Hazırda 0,81 hektar torpaq sahəsində olan 100 fındıq kolu İddiaçı məxsusdur. Göstərilən xüsusаtlаr və işin faktiki halları İddiaçı vicdаnlı sаhib оlduğunu göstərir və оnun mübаhisəli tоrpаq sаhəsində ona məxsus 100 ədəd fındıq kolunun olması bunu deməyə əsas verir ki, torpağın mülkiyyətçilərinin 0,81 hektar torpaq sahəsində olan 100 fındıq koluna hər hansı hüququ olmamışdır, onlar bu halı təkzib edən, eləcə də onlara maddi ziyan dəyməsini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci mаddəsinə əsаs ən, işdə iştаk edən şəxslərin iş üçün əhəmiyyətli olаn və onlаrа məlum olаn fаktlаr bаrədə izаhаtlаrı iş üzrə toplаnmış digər sübutlаrlа yoxlаnılmаlı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilənləri nəzərə alaraq bu qənaətə gəlmişdir ki, cavabdehlərin apellyasiya şikayəti rədd edilməli, İddiaçı apellyаsiyа şikаyəti isə qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, ləğv olunmuş hissə üzrə yeni qətnamə qəbul edilməklə İddiaçı iddiası qismən təmin olunmalı, bir fındıq kolunun qiyməti 200 manatdan hesablanmaqla 100 ədəd fındıq kolunun dəyəri olan cəmi 20.000 (iyirmi min) manat maddi ziyan 0,81 hektar torpaq sahəsinin mülkiyyətçilərindən alınıb İddiaçı verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Cavabdeh1, Ruqiyə Məmmədova, Cavabdeh2, Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə əsasən eynilik təşkil edir və həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən müfəssəl və düzgün hüquqi qiymət verilmişdir. Cavabdeh4 verdiyi kassasiya şikayətinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyas iya instansiyası məhkəməsi tərəfindən onun hüquq və vəzifələrinə toxunan hər hansı qətnamə qəbul edilməmişdir. Qətnamə ilə 20 000 manat pulun ondan deyil, digər cavabdehlərdən tutulması qət olunmuşdur. Cavabdeh4 birinci instansiya məhkəməsinin qətnaməsindən də apellyasiya şikayəti verməmişdir. Kassasiya şikayətinin əsas dəlillərindən biri mübahisəli torpaq sahəsində olan fındıq ağaclarının dəqiq sayı və qiyməti barədə işdə mötəbər sübutların olmaması, Bələdiyyə və kənd icra nümayəndəliyi səlahiyyətli orqanlar olmadığından həmin orqanlar tərəfindən bu barədə verilən arayışların mötəbər sübut kimi qiymətləndirilməməsi və s. barədədir. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilini də əsassız sayır və qeyd edir ki, kassasiya şikayətində dəqiqləşdirilməsi tələb olunan məlumatlar kassato rların özlərinin iddia ərizələrində (i.v.24, 61) onların özləri tərəfindən etiraf edilmişdir. İddia ərizəsində mübahisəli torpaq sahəsində 100 ədəd fındıq kolunun mövcudluğu və həmin ağacların İddiaçı sahibliyində olması qeyd edilmişdir. Bu baxımdan həmin məlumatların başqa sübutlarla da təsdiq olunmasına ehtiyac qalmır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunan hissədə sübuta yetirsə də, cavabdehlər həmin iddiya qarşı etirazlarını əsaslandırdıqları faktları göstərilən hissədə sübut edə bilməmişlər. Cavabdehlər eləcə də öz iddialarının əsası kimi istinad etdikləri halları da sübut edə bilməmişlər. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmi n sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehlər Cavabdeh1h qızı, X4, Cavabdeh2 Eyyub qızı, Cav abdeh3, Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 28 iyun 2018-ci il tarixli, 2(107)-1701/18 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7541/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-7541/2018
20.11.2018 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver