Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7549/2018 19.11.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-7549/2017 19 noyabr 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2-nin iştirakı ilə, İddiaçı ASC-nin Cavabdehə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 may 2018ci il tarixli 2(107)-1389/2018 nömrəli qətnaməsindən Cavabdeh və vəkili X4 tərəfindən verilm iş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh bankın xeyrinə 1026 ABŞ dolları 68 sent əsas, 255 ABŞ dolları 93 sent faiz borcu olmaqla, cəmi 1282 ABŞ dolları 61 sent və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 10 iyul 2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 26 faizlə 23 ay müddətinə 1349 ABŞ dolları borc almışdır. İddiaçı ASC üzərinə düşən öhdəliyi yerinə yetirsə də, lakin Cavabdeh bank qarşısında öhdəliklərini lazımınca yerinə yetirməmiş, müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırmış, nəticədə 10 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 14 iyul 2017-cı il tarixədək banka olan borcu əsas kredit borc u üzrə 1026,61ABŞ dolları, faiz borcu, 255,93 ABŞ dolları cərimə, cəmi 1282,61 ABŞ dolları təşkil etmişdir. Cavabdehə bank tərəfindən borcun ödənilməsi ilə bağlı bildiriş göndərilməklə xəbərdarlıq edilməsinə baxmayaraq banka olan borcu qaytarmamışdır. Göyçay Rayon Məhkəməsinin (hakim Zəfər Quliyev) 01 fevral 2018-ci il tarixli, 2(046)-65/2018 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, 1026 (bir min iyirmi altı) ABŞ dolları 68 (altmış səkkiz) sent əsas, 255 (iki yüz əlli beş) ABŞ dolları 93 (doxsan üç) sent faiz borcu olmaqla, cəmi 1282 (bir min iki yüz səksən iki) ABŞ dolları 61 (altmış bir) sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarının Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi, iş üzrə ödənilmiş 20 (iyir mi) manat dövlət rüsumunun Cavabdehə aid olunması, 10 (on) manat dövlət rüsumunun Cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin (sədrlik edən və məruzəçi Ə.Məcidov hakimlər M.Əsədli, İ.Quliyev) 30 may 2018-ci iltarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Göyçay rayon Məhkəməsinin 01 fevral 2018-ci il tarixli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili X4 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.05.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışlar ki, faiz borcu İddiaçı ASC tərəfindən düzgün hesablanmamış, cavabdeh tərəfindən edilmiş ödəni şlər əsas borcdan deyil, faizdən silinmiş, məhkəmələr əsas və faiz borcunun İddiaçı ASC tərəfindən düzgün hesablanmamasına diqqət etməmiş, mülki işə mahiyyəti üzrə baxılarkən mühasibatlıq ekspertizası təyin etməmişlər. Faiz və cərimə borcunun düzgün hesablanıbhesablanmaması xüsusi biliyə malik olan mütəxəssis tərəfindən müəyyən edilməli və bu məqsədlə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək rəy alınmalı idi. Göründüyü kimi Şəki Apellyasiya Məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və onların tətbiqində səhvə yol vermişdir. Bunları nəzərə alaraq Şəki Apellyasiya Məhkəməsinin MK-nin 2(107)-1389/2018 saylı, 30 may 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbu l edilməsini xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR İddiaçı ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlay ır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, bank Cavabdeh 23 ay müddətinə illik 26 % faiz kreditdən istifadəyə görə haqq ödəmək şərtilə 1349 ABŞ dolları məbləğində kredit vermiş, Cavabdeh isə həmin kredit borcunu müəyyən olunmuş müddətdə onu faizləri ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür (10 iyul 2015-ci il tarixli kredit müqaviləsi). Cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməməsi nəticəsində bank qarşısında 1026 ABŞ dolları 68 sent əsas, 255 ABŞ dolları 93 sent faiz borcu olmaqla, cəmi 1282 ABŞ dolları 61 sent borcu yaranmışdır. Apellyasiya instansiya məhkəməsi kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəli və iddiaçı tərəfindən təqdim olunmuş kredit borcunun hesablanmas ı barədə arayışı araşdıraraq və Mülki Məcəllənin 385, 425, 442,445-ci maddələrin əsaslanaraq birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı və qanuni hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə düzgün olaraq bu nəticəyə gəlmişdir ki, cavabdeh iddiaçı ilə bağlanmış kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən müqavilədən yaranan öhdəliyə görə məsuliyyəti yaranmışdır. Buna görə də tərəflərin iradə azadlığı əsasında bağlanmış müqaviləyə görə yaranmış öhdəliyi (əsas kred it borcu, faiz və cərimə borcu) icra etməlidir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Nəticədə, borclunun banka kredit borcu yarandığından bu səbəbdən, iddiaçı kredit borcunun tutulması barədə borcluya qarşı tələb irəli sürməkdə haqlı olmuşdur. Cavabdeh kassasiya şikayətində iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilərək banka ödənilməli olan əsas kredit borcu, faiz və dəbbə məbləğlərinin dəqiq hesablanmamasını göstərmişdir. Lakin kassasiya şikayətinin bu dəlili əsassızdır. Belə ki, cavabdehdən tələb edilən əsas kredit borcu və faiz məbləğinin tərəflər arasında imzalanmı ş ödəniş qrafikinə uyğundur. Cavabdeh borcun düzgün hesablanmaması barədə heç bir sübut təqdim etmədiyindən, iddiaçının təqdim etdiyi sənədlərin şübhə altına alınmasına və iş üzrə məhkəmə ekspertizasının təyin edilməsinə əsas verən hallar iş üzrə müəyyən edilmir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmi n dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğvi üçün qanuni əsas deyildir Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin Mülki Kollegiyasının 01.02.2018-ci il tarixli 2(046)-65/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7549/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-7549/2018
19.11.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver