Məhkəmə qərarları › İş №2(102)-757/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-757/2022

25.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-757/2022 25.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borc tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1373/2021 nömrəli iş üzrə 14 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 25 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “p ul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25.11.2019-cu il tarixli “Avtomobilin nisyə alqı-satqısı” müqaviləsi üzrə 46800 manat borcun və həmin müqaviləni vaxtında icra etmədiyi üçün 5040 manat cərimə borcunun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun alınıb onun xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan “MAN” yük modelli **-NF*** dövlət nömrə nişanlı avtomobili (süd çənli nəqliyyat vasitəsi) 25 noyabr 2019-cu il tarixli müqavilə ilə Cavabdeh satmışdır. Aralarında olan qarşılıqlı razılığa əsasən, alqı-satqı nisyə üsulla həyata keçirilmiş, tərəflər arasında Bakı şəhəri 43 saylı Notaria l Ofisində bağlanılan “avtomobilin nisyə alqı-satqı müqaviləsinə” əsasən satılan əmlakın dəyəri 55000 manat müəyyən edilmişdir. 200 manat müqavilə bağlanılarkən yerində ödənilmiş, bundan sonra 24 yanvar 2019-cu il tarixdə 3000 manat ödənilmiş, daha sonra isə 13 fevral 2019-cu il tarixdə 5000 manat pul vəsaiti ödənilmişdir. Yəni toplam 8200 manat pul ödəmişdir. 25 yanvar 2020-ci il tarixdə 3000 manatın ödənilməsinə dair qəbz var. Lakin bildirir ki, həmin pulu 24.01.2019-cu il tarixdə cavabdeh ona ödədikdən sonra geri götürüb, təkrar ertəsi gün ödədi ki, müqavilədə nəzərdə tutulmuş (5 gün ərzində 10000 manatın ödənişi) həll edilsin. Həmin vaxt aralarında olan xoş münasibətlərdən istifadə edərək, bir az maddi vəziyyətinin ağır olmasını bildirdi və o, cavabdehə belə güzəşt etdi. Müqaviləyə əsa sən yerdə qalan borcu 4 ay müddətində tamamlamalı idi. Lakin, borclu olduğu pulu bu günədək ödəməmişdir. Cavabdeh müxtəlif bəhanələr gətirərək ödənişdən yayınır, son zamanlar isə ümumiyyətlə onunla ünsiyyətdən qaçır, telefon zənglərinə cavab vermir. Mingəçevir Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 17 fevral 2021-ci il tarixli 2(051)-293/2021 nömrəli qətnaməsi ilə (hakim Hüseyn Mirzəliyev) iddia tələbi qismən təmin edilərək, Cavabdeh 25.11.2019-cu il tarixli “Avtomobilin nisyə alqısatqısı” müqaviləsi üzrə 46800 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul alınıb İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, sadalanan hüquq normaları avtomobilin təmiri ilə bağlı iddiaçıya yetirilmiş ziyanın ödənilm əsinin hüquqi əsasını təşkil edir və zərərin ödənilməsi tələbinin təmin olunmasını şərtləndirir. Sadalanan hüquq normalarına əsasən, iddiaçının cavabdehə qarşı ziyanı ödənilməsi tələbi əsaslıdır. Lakin iddia tələbində göstərilən məbləğ tam sübut olunmamışdır. Belə ki, cərimə borcunun hesablanması və ödənilməsi barədə heç bir əsas yoxdur və bu barədə sübutlar iddiaçı tərəfindən təqdim olunmamışdır. Ona görə də iddia cərimə borcuna münasibətdə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096.1, 1097.1, 1108.1, 1110, 1115-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 88, 119.1, 218.3-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, birin ci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Mahir Əsədli- sədrlik edən və məruzəçi, Ələddin Məcidov, Ayaz Mahmudov) 14.09.2021-ci il tarixli, 2(107)-1373/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Mingəçevir Şəhər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2(051)-293/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın qismən təmin edilməsi, 46800 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə doğru nəticəyə gəlsə də, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, maddi hüququn tətbiqində səhvə yol vermişdir. İşə mahiyyəti üzrə baxmış birinci instansiya məhkəməsi iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21.1-ci maddəsi, 1096.1-ci, 1097-ci, 1110-cu, 1115-ci maddələrinə istinad etmişdir. Halbuki məhkəmə tərəfindən iddiaçının bildirdiyi faktiki hallarla həmin normaların dispozisiya şərtləri arasında uyğunluq müəyyən edilməmiş və əsaslandırılmamışdır. Bu hal ona dəlalət edir ki, birinci instansiyası məhkəməsi iş üzrə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. İşdən görünür ki, iddiaçı sözügedən müqavilə üzrə cavabdehin borclu olmasına istinad edir. Tələb onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan “MAN” yük modelli 99NF-903 dövlət nömrə nişanlı avtomobili (süd çənli nəqliyyat vasitəsi) 25 noyabr 2019-cu il tarixli müqavilə ilə Cavabdeh satmışdır. Aralarında olan qarşılıqlı razılığa əsasən, alqı-satqı nisyə üsulla həyata keçirilmiş, tərəflər arasında Bakı şəhəri 43 saylı Notarial Ofisində bağlanılan “avtomobilin nisyə alqı-satqı müqaviləsinə” əsasən satılan əmlakın dəyəri 55000 manat müəyyən edilmişdir. Bu baxımdan iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 385-ci, 443.1-ci, 448.1-ci, 431.1-ci, 600.1-ci maddələri tətbiq edilməlidir. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan “MAN” yük modelli **NF-*** dövlət nömrə nişanlı avtomobili (süd çənli nəqliyyat vasitəsi) 25 noyabr 2019-cu il tarixli müqavilə ilə Cavabdeh satmışdır. Aralarında olan qarşılıqlı razılığa əsasən, alqı-satqı nisyə üsulla hə yata keçirilmiş, tərəflər arasında Bakı şəhəri 43 saylı Notarial Ofisində bağlanılan “avtomobilin nisyə alqı-satqı müqaviləsinə” əsasən satılan əmlakın dəyəri 55000 manat müəyyən edilmişdir. 200 manat müqavilə bağlanılarkən yerində ödənilmiş, bundan sonra 24 yanvar 2019-cu il tarixdə 3000 manat ödənilmiş, daha sonra isə 13 fevral 2019-cu il tarixdə 5000 manat pul vəsaiti ödənilmişdir. Yəni toplam 8200 manat pul ödəmişdir. Müqaviləyə əsasən yerdə qalan borcu cavabdeh 4 ay müddətində tamamlamalı idi. Lakin, cavabdeh borclu olduğu pulu bu günədək ödəməmişdir. Göründüyü kimi iddiaçı qanunvericilikdə nəzərdə tutulduğu kimi mülkiyyətində olan “MAN” yük modelli **-NF-*** dövlət nömrə nişanlı avtomobili (süd çənli nəqliyyat vasitəsi) 25 noyabr 2019cu il tarixli müqavilə ilə Cavabdeh satmış və onu cavabdehin mülkiyyətinə vermişdir. Lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Yəni cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan 46800 manat pul ödənilməmişdir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmə vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, 46800 manat pulun qaytarıldığını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh bu barədə heç bir sübut təqdim etməmişdir. Ona görə də kollegiya qeyd edir ki, iddia qismən təmin edilməli, 46800 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin 5040 manat cərimə borcunun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyas iya şikayətinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, apelyator bildirir ki, o, iddiaçını tanımır. Kollegiya şikayətin həmin dəlilinə münasibət bildirərək qeyd edir ki, həmin dəlil iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, iş materiallarında olan alqı-satqı müqaviləsinin surətindən görünür ki, alqı-satqı müqaviləsini iddiaçının adından onun nümayəndəsi imzalamışdır. Yəni müqavilə imzalanarkən iddiaçının şəxsən imza etməsinə lüzum yoxdur. Daha sonra apelyator bildirir ki, həmin müqavilə üzrə maşın üçün ödəniləcək məbləği Zaur Tağıyevə bir dəfə 46000 manat, bir dəfə 10000 manat, birdəfə də 4500 manat pul ödəmişdir. Kollegiya bununla bağlı qeyd etməyi lazım bilir ki, Zaur Tağıyev tərəflər arasında imzalanmış müqavilənin tərəfi deyil. Eyni zaman da cavabdeh qeyd edilən məbləğin iddiaçının əri Zaur Tağıyevə ödəməsi barədə məhkəmə kollegiyasına hər hansı bir sübut növü təqdim etməmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh (vəkili Vəkil Qasım oğlu) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsi işə baxarkən və qətnamə çıxararkən işin faktiki hallarını düzgün təhlil etməmişdir. Tətbiq edilməli olan hüquq normasını düzgün seçməmiş və səhvən subyektiv mülahizələrə istinad edərək seçilmiş hüquq norması nı təvsir etmişdir. İddiaçı iddiada pulun məbləğini 46800 manat “MAN” yük modelli. ** NF *** dövlət qeydiyyat nişanlı avtomobilin guya ondan borc müqabilində almığını göstərmişdir. Halbuki, onun həmin pulları ödəməyi barədə kifayət qədər sübutlar vardır. X11 Məhkəməsində apelyasiya şikayətində göstərdiyi şahidlərin dindirilməsini məhkəmə kollegiyasından xahiş etsə də, həmin şəxslərin şahid qismində dindirilməsini məhkəmə vaxtın məhdudluğu ucbatından təmin etməmişdir. Bundan başqa sübutetmə prosesində sübutların araşdırılması, qiymətləndirilməsi, həmçinin sübutların təsnifatında kobud səhvlərə yol verilmiş, iş üçün hansı faktların mühüm əhəmiyyət kəsb etməsi bilavasitə hansı halların sübut edilməsi məsələsinin həllini, xüsusiyyətlərini məhkəmə düzgün müəyyən etməmişdir. Bu isə işin qeyri- obyektiv baxılmasına və əsassız qətnamə çıxarılmasına səbəb olmuşdur. Qeyd edirəm ki, Şəki Apellyasiya Məhkəməsi işə baxarkən AR MPM-nin 8.14-cü maddələrinin, habelə həmin Məcəllənin 385-387-ci maddənin tələblərinə riayət etmədən ədalətsiz, qanunsuz və qeyri obyektiv qətnamə qəbul etməklə onun konstitusion hüquqlarını pozmağa müvəffəq olmuş, son anda onun hüquqları kobudcasına pozulmuşdur. Həmçinin o, Mingəçevir şəhər Məhkəməsində bu iş üzrə məhkəmə prossesində dindirilməmiş və izahat verməmişdir. Şəki Apellyasiya Məhkəməsində o, xəstəliyi ilə əlaqəli iştirak edə bilməmişdir. Ona görə ki, “Covid-19” xəstəliyinə tutulmuşdu. Əgər iştirak etsə idi, onda sübutlarının təqdim edilməsi ilə xeyrinə qətnamə çıxarmaq mümkün olacaqdı. Bundan başqa Binəqədi Rayon Məhkəməsində İddiaçı əri Zaur Tağıyev və onun övladları Kənan və Emil Tağıyevlərə qarşı xüsusi qərar qəbul etməklə bu şəxslər barəsində cinayət işinin başlanılması üçün Binəqədi rayon prokurorluğuna göndərilmiş və həmin məhkəmədə əqdin etibarsızlığı üzrə iddia ilə əlaqəli epizodlarda bu şəxslərin cinayət əməlləri aşkara çıxarılmaqla həmin təşkilata həmin iş göndərilmişdir. Buradan bu qənaətə gəlmək olur ki, Şəki Apellyasiya Məhkəməsinin işində də mövcud qüsurlar olmuş və ona görə də onun iddiaçıya ödədiyi 130000 manat pul onu aldatmaqla həmin şəxslər tərəfindən-ata, ana və övladlar tərəfindən dələduzluq yolu ilə ələ keçirmişlər. Məhkəmə işə baxarkən hansı hüquqi əsasla iddiaçının iddiasını təmin etmişdir. Belə ki, ilk növbədə göstərir ki, İddiaçı o, tanımamış və onunla hər hansı bir ünsiyyəti olmamışdır. Onun əri X7 tanımış, o nunla tanışlığı isə oğlu Tağıyev Kənanla olmuşdur və Kənan Tağıyev ilkin alqı-satqı müqaviləsini atasının göstərişi ilə onu tələyə salmaqla nisyə formada müqavilə bağlamışdır. O, Zaura 50000 manat bir dəfə, 80000 manat bir dəfə olmaqla, cəmi 130000 manat pul vermişdir. Kənan, Emil və Zaur onun pulunu ələ keçirməklə daha dəqiq, ona məxsus olan torpağı tam şəkildə dələduzluq yolu ilə ələ keçirib onu müflis etmək və onun torpaq sahəsini əlindən almaq niyyətləri olmuşdur. Mingəçevir şəhər Məhkəməsi onu və şahidləri dindirmədən qanunsuz, qətnamə qəbul etmişdir. Zaur Tağıyevin onunla müqavilə bağladığı dövrdə "xxxx" MMC mövcud olmamışdır. Onlar onun sadəlövlüyündən istifadə etməklə pulunu ələ keçirib həm hüquqi xidmət göstərilməsi barədə, həm də nisyə alqı-satqı müqaviləsi bağlamaq niyyətində ol muşlar. Həmin şəxslər ona qarşı cinayət əməli törətmiş, eyni zamanda avtomaşının nisyə alqı-satqı müqaviləsini bağlamaqla ona maddi ziyan vurmuşlar. Onun Kooperativinin torpağı olduğu üçün və Zaur, Kənan və Emil bunu bildiklərinə görə həmin “MAN” minik modelli **-NF-*** dövlət nişanli avtomobili özləri sata bilmədiyinə görə ondan satmağı xahiş etmişlər. Çünki həmin avtomobil köhnə idi və alıcı da yox idi. Onlar onun torpağının olduğunu görüb, həmin avtomobilin pulla 55000 manata getmədiyini bilirdilər və ondann xahiş etdilər ki, həmin avtomobili neçəyə olsa satsınlar ki, torpaq üçün iş görsünlər və həmin torpağı sənədləşdirsinlər. Axı o, onlara 130000 manatdan çox pul ödəmişdir. Ona görə də həmin şəxslərə onun borcu yoxdur. Əksinə onların 130000 manat məbləğində borcu var idi. Mingəçevir ş əhər Məhkəməsi bu işləri aydınlaşdırmadan qanunsuz və əsassız qanun qəbul etməklə onun hüquqlarını pozmuşdur. X1 Şəhla Böyükkişi qızının adından 18.12.2019-cu il tarixdə etibarnamə almış və guya Abşeron rayonu Mehdiabad qəsəbəsində ona 35000 manata torpaq satmışdır. X14 və Emil Tağıyev ataları Zaur Tağıyevlə birləşərək torpaq alqı-satqısı və avtomobilin nisyə alqısatqısı müqaviləsini bağlamaqla niyyətlərini dələduzluq yolu ilə törətmiş və son anda o, həm torpaqdan həm də avtomobildən pul ödəyə-ödəyə bunların ucbatından küllü miqdarda ziyana düşmüşdür. O, avtomobilin alqı- satqısına görə Zaur Tağıyevə bir dəfə 46000 manat, bir dəfə 10000 manat, bir dəfə də 4500 manat pul ödəmişdir. Beləliklə, o, “MAN” yük modelli **-NF-*** dövlət nişanlı avtomobili etibarnamə ilə Emil Tağıyevin anası İddiaç ı adından 25.11.2019-cu il tarixdə almışdır. O, avtomobilin pulunu tam şəkildə artıqlaması ilə ödəməsinə baxmayaraq, Şəki Apelyasiya Məhkəməsi 14.09.2021-ci il tarixli qətnaməsi ilə onun hüquqlarını pozan qətnamə qəbul etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi ünvanlayaraq etiraz ərizəsində göstərmişdir ki, o, mülkiyyətində olan “MAN” yük modelli **-NF-*** dövlət nömrə nişanlı avtomobili (süd çənli nəqliyyat vasitəsi) 25 noyabr 2019-cu il tarixli “Avtomobilin nisyə alqı-satqısı” müqavilə ilə Cavabdeh satmışdır. Aralarında olan qarşılıqlı razılığa əsasən, alqı-satqı nisyə üsulla həyata keçirilmiş, tərəflər arasında Bakı şəhəri 43 saylı Notarial ofisində bağlanılan “Avtomobilin nisyə alqı- satqısı” müqaviləsinə əsasən satılan əmlakın dəyəri 55 000 manat müəyyən edilmişdir. 200 manat müqavilə bağlanılarkən yerində ödənilmiş, bundan sonra 24 yanvar 2019-cu il tarixdə 3000 manat ödənilmiş, daha sonra isə 13 fevral 2019-cu il tarixdə 5 000 manat pul vəsaiti ödənilmişdir. Toplam olaraq 8 200 manat vəsait ödənilmişdir. 25 yanvar 2020-ci il tarixdə 3 000 manatın ödənilməsinə dair qəbzin olmasına baxmayaraq, həmin pul vəsaitini cavabdeh onu ödədikdən sonra geri götürmüş, müqavilədə nəzərdə tutulmuş 5 gün ərzində 10 000 manatın ödəniş şərtinin həll edilməsi üçün təkrar olaraq ertəsi gün ödəmişdir. Həmin vaxt aramızda olan xoş münasibətlərdən istifadə edib, maddi vəziyyətinin ağır olmasını bildirmiş, o üzdəndə tərəfimdən ona güzəşt edilmişdir. Müqaviləyə əsasən yerdə qalan borcu 4 ay müddətində tamamlan malı idi. Lakin borc bu günədək ödənilməyib. Cavabdeh müxtəlif bəhanələr gətirərək ödənişdən yayınır. Əlavə olaraq cavabdeh Binəqədi rayon məhkəməsinə ona qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbi ilə müraciət etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, guya “MAN” yük modelli **-NF-*** dövlət nömrə nişanlı avtomobili etibarnamə ilə səlahiyyət verilmiş oğlu X12 ilə nisyə alqısatqı müqaviləsinə əsasən Emil Tağıyevin atası Zaur Tağıyev tərəfindən aldadılma nəticəsində almışdır. Guya o, avtomobili Zaur Tağıyevin məsləhətinə əsasən o məqsədlə almışdır ki, sonradan həmin avtomobili satıb pulu Zaur Tağıyevə versin. Belə ki, Zaur Tağıyev ona məxsus “Teatra” kooperativini onun adına sənədləşdirirdi. Zaur Tağıyev ona özünü hüquq şirkətinin rəhbəri kimi təqdim etmiş və bununla bağlı onun la müqavilə bağlamışdır. Onun nisyə alqı-satqı müqaviləsinə əsasən “MAN” yük modelli **-NF-*** dövlət nömrə nişanlı avtomobili satmaq səlahiyyəti olmadığından X5 ona ümumi etibarnamə vermiş və guya bu səbəbdən o, nəqliyyat vasitəsini 16500 manata satıb həmin pulu Zaur Tağıyevə vermişdir. Guya o, avtomobili girov olaraq başqa şəxsə vermiş, lakin qanuni olaraq alqı-satqı müqaviləsini bağlamışdır. Zaur Tağıyev ona bildirmişdir ki, 6500 manatı onun sənədlərinin rəsmiləşdirilməsinə görə götürmüş, digər 10000 manatı isə avtomobilin sahibinə verməlidi kimi absurd izahat vermişdir. Bildirir ki, o, özünə mənə məxsus olan avtomobili Cavabdeh satmağa razılıq verib, bu məqsədlə oğlu Emil Tağıyevə etibarnamə vermişdir. Qiymət olaraq 55000 manat olaraq razılaşdırılmış və Cavabdeh hissə-hissə müəyyən ödə nişlər etmişdir. Bütün bunlar barədə o, müqavilə bağlandıqdan sonra təxminən 3 həftə sonra məlumat almışdır. Eyni zamanda X3 ona borcu olduğundan o, borcun əvəzi olaraq özünə məxsus torpaq sahəsini vermiş, həmin torpaq sahəsini həmin ərəfədə satmaq qərarına gəldiyindən, Cavabdeh həmin torpaq sahəsini almaq istədiyindən o, ona birinci müqavilə üzrə müəyyən ödənişləri etdiyi səbəbindən inanmış və torpağı da eyni qaydada nisyə alqı-satqı müqaviləsi yolu ilə satmışdır. Cavabdeh həmin torpaq sahəsini əkinçiliklə məşqul olmaq üçün aldığını bildirmişdir. Lakin sonradan ona Cavabdeh tərəfindən torpağın özgəninkiləşdirilməsi barədə məlumat daxil olmuşdur. Nəticə olaraq Binəqədi rayon məhkəməsi tərəfindən çıxarılan 12.11.2021-ci il tarixli, 2(001)6591/2021 saylı qətnaməsinə əsasən iddia əsassız oldu ğundan rədd edilmişdir. Həmçinində həmin işdən irəli gələn Binəqədi rayon Məhkəməsinin 12.11.2021-ci il tarixli, 2(001)-6591/2021 saylı qərardadına əsasən mülki iş üzrə aparılan məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X13 “Teatral” kooperativinin qeydiyyatının bərpa edilməsini və kooperativ üçün ayrılmış dörd hektar torpaq sahəsinin Cavabdeh adına sənədləşdirilməsini cəmi 135000 manat müqabilində öhdəsinə götürmüş, Cavabdeh da öz növbəsində bir neçə nəfər şəxslə gələcəkdə birlikdə iş görmək adı ilə məsələyə cəlb etməklə, onlardan pul və əmlaklar alaraq, tələb olunan pulun bir qismini X8 ödəmişdir. Cavabdehin kasasiya şikayəti əsassızdır. Ona görə də o, şikayətin təmin edilməməsini xa hiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmədən baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiym ətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1 Alqı-satqı müqaviləsində əşyanın alıcıya ve rildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutuldugu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçü n çağırılmadan baxılır. Bu Məcəllənin 3941, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyas ı kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, cavabdeh kasasiya şikayətini də apelyasiya şikayətində göstərmiş olduğu dəlillərlə əsaslandırmağa çalışmış, kasasiya şikayətində də hazırki iddiaçını tanımadığını, onunla hər hansı müqavilə bağlamadığını, iddiaçıya borcu olmadığını göstərmiş olsa da, kasasiya yoxlaması nəticəsində onun göstərmiş olduğu dəlillər öz təsdiqini tapmamış, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanması müəyyən edilmiş, lakin həmin müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən tam və ya qismən icra edilməsi barədə iş materiallarında hər hansı sübut müəyyən edilməmişdir. Cavabdehin kasasiya şikayətində işin halları ilə bağlı xüsusatlar üzrə isə qeyd edilməlidir ki, işin faktiki h alları üzrə kasasiya instansiya məhkəməsi hər hansı araşdırma aparmır və bu barədə araşdırma aparılması kasasiya araşdırmasının predmetini təşkil etmir. Ona görə də cavabdehin işin faktiki halları ilə bağlı istinadlarına hər hansı hüquqi qiymət verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas ola bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki ko llegiyasının 2(107)-1373/2021 nömrəli iş üzrə 14 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar