Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7573/2019 26.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, Cavabdeh1 və Cavabdeh3 Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyul 2019-cu il tarixli qətnaməsindən birgə verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh1 və Cavabdeh3 Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyul 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi ni, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdilər. İşin halları: İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir şəhər məhkəməsinin 08 aprel 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən H.Mirzəliyev, iş № 2(051)13/2019) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1, Cavabdeh3 vəCavabdeh4 17420.32 ABŞ dolları məbləğdə əsas borc, 3518.90 ABŞ dolları məbləğdə faiz borcu və 100 ABŞ dolları məbləğdə cərimə borcu olmaqla, cəmi 21039.22 ABŞ dolları məbləğdə borc qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb «xxxx» Qapalı Səhmdar Cəmiy yətinə ödənilməsi, həmin borcun ödənilməsi ipotekaya qoyulmuş, Cavabdeh3 mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən, 37 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiyməti 35000 manat müəyyən edilməsi, mənzilin açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 banka olan borcunun ödənilməsi, mənzilin açıq hərracda satılmasından əldə olunmuş vəsait borcun ödənilməsinə yetərli olmadığı halda borc ümumi qaydada Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 ümumi qaydada tutulması, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat pul, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tutulub «xxxx» QSC-nə ödənilməsi, iş üzrə 100 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iş üzrə 150 manat ekspertiza xərci iddiaçıdan alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və İ.Quliyev, iş № 2(107)-2235/2019) Cavabdeh3 apelyasiya şikayəti təmin edilməmiş, Mingəçevir şəhər məhkəməsinin 08 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 və Cavabdeh3 kassasiy a şikayətini onunla əsaslandırmışdılar ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsi nə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması h esab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh1 «xxxx» QSC ilə müqavilə bağlayaraq 20000 ABŞ dolları məbləğdə kredit almış, aldığı borc məbləğini 60 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. 19 mart2014-cü il tarixli, 15R********** №li kredit razılaşmasına görə, Cavabdeh1 «xxxx» QSC ilə kredit razılaşması müqavilə bağlayaraq 25000 ABŞ dolları məbləğdə kredit almış, aldığı borc məbləğini aylıq 2 faiz əlavəsi ilə ss 30 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. 28 iyun 2011-ci il tarixli, 15S000002496 №li zaminlik müq aviləsinə görə, Cavabdeh3 «xxxx» QSC ilə zaminlik müqaviləsi bağlayaraq QSC-nin arasında 28 iyun 2011-ci il tarixdə bağlanmış 15S000002496 saylı zaminlik müqaviləsinin preambulasına dəyişiklik və əlavələr edilməklə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Həmin sazişdə kredit xəttinin məbləği 40000 ABŞ dolları, kredit xəttinin müddəti 173 ay müəyyən olunmuşdur. 18 mart 2014-cü il tarixli zaminlik müqaviləsinə dəyişiklik vəəlavələr edilməsi haqqında 2771 №li sazişə görə, Cavabdeh4 ilə «xxxx» QSC-nin arasında 22 fevral 2012ci il tarixdə bağlanmış 15S000002771 saylı zaminlik müqaviləsinin preambulasına dəyişiklik və əlavələr edilməklə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Həmin sazişdə kredit xəttinin məbləği 40000 ABŞ dolları, kred it xəttinin müddəti 173 ay müəyyən olunmuşdur. 18 mart 2014-cü il tarixli kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 910 №li sazişə görə, Cavabdeh1 ilə «xxxx» QSCnin arasında 29 oktyabr 2009-cu il tarixdə bağlanmış 15L000000910 saylı kredit müqaviləsinin 1.1 və 1.2-ci bəndlərinə dəyişiklik edilməklə kredit xəttinin məbləği 40000 ABŞ dolları, kredit xəttinin müddəti 173 ay müəyyən olunmuşdur. DƏDRX Yevlax Rayon Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışa görə, Mingəçevir şəhərinin ünvan 1 ünvanında mənzilinin yuxarıda qeyd olunan kredit müqaviləsinin təminatı olaraq yüklü edilməsi 19 mart 2014-cü Cavabdeh1 bank qarşısında götürdüyü öhdəliyi icra etmədikdə, həmin öhdəliyi tamamilə icra edilməsini öhdəsinə götürmüşdür. 22 fevral 2012-ci il tar ixli, 15S000002771 №li zaminlik müqaviləsinə görə, Cavabdeh4 «xxxx» QSC ilə zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 bank qarşısında götürdüyü öhdəliyi icra etmədikdə, həmin öhdəliyi tamamilə icra edilməsini öhdəsinə götürmüşdür. 18 mart 2014-cü il tarixli zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 2496 №li sazişdən görünür ki, Cavabdeh3 ilə «xxxx» ildə qeydiyyata alınmışdır. 18 mart 2014-cü il tarixli ipoteka müqaviləsinə görə, Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinin təminatı kimi Cavabdeh3 məxsus olan, Mingəçevir şəhərinin ünvan 1 ünvanında yerləşən 1 saylı, 1 -ci mərtəbəsində 68,25 kv.metr ümumi, 47,74 kv.metr yaşayış, 20,51 kv.metr yardımçı sahəsindən ibarət 3 otaqlı, 37 saylı mənzili ipotekaya qoymuşdur. İpoteka predmetinin dəyəri 19215,35 manat məbləğdə qiymə tləndirilmişdir. Məhkəmə mühasibatlıq ekspertizasının 05 iyun 2017-ci il tarixli, 28051 saylı rəyinə görə, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh1 19 mart 2014-cü il tarixli,15R000005222 saylı kredit müqaviləsi üzrə 22 dekabr 2015-ci il tarixə «xxxx» QSC-nə olan borcu 20939,22 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 17420,32 ABŞ dolları faiz borcu üzrə 3518,90 ABŞ dolları. TES X2 Cəmiyyətinin 21 avqust 2017-ci il tarixli № 0008/17 saylı rəyinə görə, ünvan 2 ünvanda yerləşən 37 saylı mənzilinin real bazar dəyəri 35000 (otuz beş min) manat, likvid dəyəri isə 32000 manat təşkil edir. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 10 may 2018-ci il tarixli, 30223 saylı rəyinin nəticə hissəsinə görə, Cavabdeh1 «xxxx» QSC-nə 17420.32 ABŞ dol ları məbləğdə əsas və 3518.90 ABŞ dolları faiz borcu yaranmışdır. İşüzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 07 fevral 2019-cu il tarixli, 20218 saylı rəyinin nəticə hissəsinə görə, Cavabdeh1 «xxxx» QSC-nə 17420.32 ABŞ dolları məbləğdə əsas və 3518.90 ABŞ dolları faiz borcu yaranmışdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 442, 448.1, 467, 472.1, 472.2, 295, 296.1, 297, 317, 462.1, 463.2, 467-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1-ci maddələrini tətbiq etmişdir. Cavabdeh1 və Cavabdeh3 tərəfindən birgə verilmiş kassasiya şikayətinin dəlilləri ilə apelyasiya şikayətinin dəlilləri eyni olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apelyasiya instansiya sı məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd olunanlara hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir: “...apelyator şikayətdə iddiaçının ona iddia ərizəsində qeyd etdiyi məbləğdə krediti verdiyinədair hər hansı bir sənəd təqdim etməməsini qeyd etmişdir. Kollegiya şikayətin həmin hissəsi ilə razılaşmır. Belə ki, apelyator həmin məbləği sahibkar kimi aldığını apelyasiya şikayətində etiraf etmişdir. Ona görə də şikayət həmin hissədə əsassızdır. Bundan başqa apelyator şikayətində Məxaric orderi olmadan iş üzrə ekspertiza aparılmasını qeyd etmişdir. Kollegiya şikayətin həmin dəlilini də əsassız hesab edir. Belə ki, apelyator ekspertiza keçirilməsi üçün məxaric orderinin zəruri olmasını şikayətində əsaslandır mamışdır. Bundan başqa kollegiya hesab edir ki, həmin məsələ ekspertin səlahiyyətinə aid olan məsələ olduğundan və belə bir məsələ ekspert tərəfindən mübahisələndirilmədiyindən şikayət həmin hissədə də təmin edilə bilməz. Daha sonra apelyator şikayətində müqavilədə edilən dəyişikliklərlə bağlı Cavabdeh3 razılığının alınmadığını bildirmişdir. Kollegiya şikayətin həmin dəlili ilə də razılaşmır. Belə ki, işin 27-ci səhifəsində olan müqavilədən görünür ki, müqavilədə edilən dəyişikliklərlə bağlı Cavabdeh3 razılığı alınmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyаsı belə qənaətə gəlir ki, аpelyаsiyа şikаyətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnаməsinin ləğv edilməsi üçün əsаs olа bilməz. ”. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7573/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7573/2019
26.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver