Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-759/2019 28.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-759/2019 28 yanvar 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, iddiаçı İddiaçı QSC-nin vəkili Alıyev Cavid Barat oğlunun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.09.2018-ci il tarixli, 2(107)-1185/2018 nömrəli qətnaməsindən iddiaçı iddiаçı İddiaçı QSC-nin kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Ca vabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 017R********** saylı kredit razılaşması üzrə əsas borca görə 1720.73 manat, faizə görə 128.29 manat, cəriməyə görə 864.73 manat olmaqla cəmi 2713.75 manat, 017R********** saylı kredit razılaşması üzrə əsas borca görə 2156.64 ABŞ dolları, faizə görə 719.66 ABŞ dolları, cəriməyə görə 1135.25 ABŞ dolları olmaqla cəmi 4011.55 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının tutulması, tələbin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi torpaq sahəsi ilə birgə və mənzilin açıq hərracdan satılması və cəmi 2713.75 manat və 4011.55 A BŞ dolları məbləğində borcun 30 manat ödənilmiş dövlət rüsumunun ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının hərrac satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun Cavabdeh2 və Cavabdeh1 ümumi qaydada tutulması, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin evə istifadə hüququnun itirilməsi, evdən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin (hakim T.Qubadov) 13 noyabr 2017-ci il tаrixli, 2(035)-865/2017 saylı qətnaməsi i lə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 017R********** saylı kredit razılaşması üzrə əsas borca görə 1720.73 manat, faizə görə 128.29 manat, cəriməyə görə 864.73 manat olmaqla cəmi 2713.75 manat, 017R********** saylı kredit razılaşması üzrə əsas borca görə 2156.64 ABŞ dolları, faizə görə 719.66 ABŞ dolları, cəriməyə görə 1135.25 ABŞ dolları olmaqla cəmi 4011.55 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə xeyirinə ödənilməsi, tələb ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən Cavabdeh1 məxsus fərdi yaşayış evinə yönəldilməsi evin açıq hərracda satılması, İpoteka predmeti olan evin ilkin satış qiymətinin 9000 (doqquz min) ABŞ dolları müəyyən edilməsi, tələb ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin evdən çıxarılması və həmin fərdi yaşayış evinin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.A.Əsədli, Ə.T.Məcidov və İ.F.Quliyev) 13.09.2018-ci il tarixli, 2(107)-1185/2018 nömrəli qətnaməsi ilə İddiaçı QSC-nin apellyasiya şikayəti təmin edilməmiş, Zərdab Rayon Məhkəməsinin 13 noyabr 2017-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiаçı İddiaçı QSC və vəkili Alıyev Cavid Barat oğlu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasını n 01.08.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiаçı İddiaçı QSC və vəkili Alıyev Cavid Barat oğlu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.08.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv edilməsini və həmin hissədə işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul olunmasını xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, “xxxx” MMC rəy verərək ipoteka predmeti olan əmlakın real bazar dəyərini 15000 manat qiymətləndirmişdir. Apellyasiya məhkəməsi “xxxx” MMC-nin rəyinə əsasən ipoteka predmetinin ilkin satış qiymətini 15000 manat müəyyən etməməsini əsaslandırmamışdır. Qətnamədə ipoteka predmetinin ilkin satış qiymətinin 9000 ABŞ dolları məbləğində müəyyən e dilməsi qətnamənin gələcəkdə icra olunmasında qeyri-müəyyənliyə səbəb olacaqdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin vəkili Alıyev Cavid Barat oğlu kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul olunmasını xahiş etmişdir. Cavabdehlər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 4 16-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İlk növbədə qeyd edilməlidir ki, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız ipoteka predmetinin ilkin satış qiyməti hissəsində mübahisələndirildiyindən, elə həmin hissədə də yoxlanılmalıdır. Kassasiya kollegiyası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13.09.2018-ci il tarixli qətnaməsini mübahisələndirilən hissədə kassasiya şikayətinin dəlilləri baxımından yoxlayaraq, belə qənaətə gəlir ki apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətini təmin etməməklə, iş üzrə Zərdab Rayon Məhkəməsinin 13 noyabr 2017-ci il tarixli qətnaməsini həmin hissədə dəyişiklik etmədən saxlayarkən haqlı olmamış, iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Cavabdeh2 arasında bağlanmış 09.07.2015-ci il tarixli, 017L**********82 uzunmüddətli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 120 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 bankla bağladığı 14.08.2015-ci il tarixli 017R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə aylıq 1.8333 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2.500 manat, 14.08.2015-ci il tarixli 017R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə aylıq 1.875 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2.500 ABŞ dol ları məbləğində kredit verilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı QSC ilə Cavabdeh1 arasında 14.08.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və sonuncunun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının xeyrinə ipotekaya qoyulmuşdur. Müqavilənin 2.5-ci maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti 9.000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Apellyasiya icraatında keçirilmiş “xxxx” MMC-nin qiymətləndirmə rəyinə əsasən, ipoteka predmeti olan əmlakın real bazar qiyməti 15.000 (on beş min) manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə iddianın qanuni əsaslarını aşağıdakı kimi müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 31 7.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əmlаkın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.6-cı maddəsinə görə ipoteka hüququ borclu əsas öhdəliyi icra etmədikdə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur; 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi işin halları baxımından təbiq etdiyi maddi hüquq normalarını yoxlayaraq belə qənaətə gəlir ki, məhkəmə ilkin satış qiymətini ABŞ dolları ilə müəyyən etməklə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun: 1.0.9-cu maddəsinə əsasaən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan v ə bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir; Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbay can Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun14 may 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiyanın 19-cu maddəsinin “pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi” müddəası pulun hansı hallarda ödəniş vasitəsi kimi çıxış etməsinin və ödəniş vasitəsinin hüquqi anlayışının müəyyən edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu bu baxımdan hesab etmişdir ki, pulun ödəniş vasitəsi kimi işlədilməsi hallarına hər hansı malın, işin, xidmətin və s. müqabilində ödənişin həyata keçirilməsi, habelə icbari ödənişlərin (vergi, sosial sığorta və s.) aparılması aid olunur. İstinad edilən maddələrin, habelə Konstitusiya Məhkəməsi Plenumunun müvafiq şərhindən irəli gələrək qeyd edilməlidir ki, borc münasibətlərindən fərqli olaraq ipoteka predmetinin satışının ödəniş vasitəsi kimi yalnız manatla həyata keçirilməsi nəzərdə tutulduğundan ilkin satış qiyməti də məhz manatla ifadə olunmalıdır. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normasının tətbiqində səhvə yol verərək, ilkin satış qiymətini xarici valyuta ilə müəyyən etmişdir. İş üzrə yekun qərarın qəbul edilməsi üçün işin faktiki halları ilə bağlı qanunvericiliyin tələb etdiyi halların araşdırılması zərurəti olduğundan, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəmə sinə göndərilməlidir. Yeni apellyasiya baxışında müvafiq araşdırma aparılaraq, ipoteka predmetinin ilkin satış qiyməti həmin əmlakın manatla ifadə olunan real bazar qiyməti əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən: apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kolleg iyası QƏRARA ALDİ: İddiаçı İddiaçı QSC-nin kassasiya şikayəti təmin edilsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.09.2018-ci il tarixli, 2(107)-1185/2018 nömrəli qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti hissəsində ləğv edilsin, iş ləğv edilmiş hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Sənan Hacıyev
Məhkəmə qərarları › İş №2(102)-759/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-759/2019
28.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver