Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7593/2019 09.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, Cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.07.2019-cu il tarixli 2(107)-1442/2019 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müra ciət edərək, Cavabdeh qanuna zidd hərəkətləri nəticəsində avtomobilinə dəymiş real ziyana görə 9750 manat məbləğində, əldən çıxmış fayda qismində 15700 manat məbləğində, cəmi 25450 manat məbləğində maddi ziyanın əvəzinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh qanuna zidd hərəkətləri nəticəsində avtomobilinə dəymiş real ziyana görə 9750 manatın, avtomobilinə ziyan dəyməsinə əsas olmuş həmin hadisə nəticəsində pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclərin əvəzi olaraq 3000 manat maddi ziyanın və həmin hadisə nəticəsində dəymiş mənəvi zərərin əvəzi olaraq 3000 manatın və xxxx büdcəsinə ödədiyi 30 manat xxxx rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim E.Mehdiyev) 07 fevral 2019-cu il tarixli, 2(075)-201/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 9750 manat ziyan məbləğinin, 1000 manat mənəvi ziyan məbləğinin və 30 manat xxxx rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Hüseynov - sədrlik edən və məruzəçi, A.Mahmudov və V.Məlikov) 19.07.2019-cu il tarixli 2(107)-1442/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Şəki Rayon Məhkəməsinin 07 fevral 2019-cu il tarixli, 2(075)-201/2019 saylı qətnaməsi tutulmalı ziyan məbləği hissəsində dəyişdirilərək h əmin məbləğ 8696 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.07.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin normalarını pozmuş, işin hərtərəfli və obyektiv araşdırılması üçün zəruri şərait yaratmamış, nəticədə əsassız qərar qəbul etmişdir. Belə ki, iş materiallarında nəqliyyat vasitəsinə dəymiş zərərin miqdarı barədə kəskin fərqli iki sübut mövcuddur. Ziddiyyətlərdən biri də ondan ibarə tdir ki, iddiaçı nəqliyyat vasitəsinə dəymiş zərərin əvəzi kimi sığorta aktına əsasən 19 sentyabr 2018-ci il tarixində 2950 manat almış, 01 ay 11 gün sonrakı tarixə başqa bir zərər aktı təqdim etmişdir. İddiaçı 30.10.2018-ci il tarixli zərər aktını təqdim edərkən bu hadisənin nə vaxt baş verdiyini, həmin zərərin konkret olaraq Cavabdeh təqsirli hərəkəti nəticəsində yetirildiyini təsdiq edən sübut təqdim edə bilməmişdir. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkiln kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmişdir. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. M əhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qətnamədən yalnız cavabdeh kassasiya şikayəti verdiyindən kassasiya məhkəməsi qətnamənin qanuniliyini iddianın təmin edilmiş hissəsində kassasiya şikayətinin dəlilləri həddində yoxlayır. Apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə müəyyən etmişdir ki, Cavabdeh 22 avqust 2018-ci il tarixində, saat 00:30 radələrində etibarnamə əsasında istifadəsində olan və idarə et diyi "Mitsubishi Lancer” markalı, **-VR-*** xxxx qeydiyyat nömrə nişanlı avtomobillə XXX küçəsi ilə Bülbül küçəsinin kəsişməsində işıqforun qırmızı işığına məhəl qoymadan hərəkəti davam etdirərək həmin kəsişmədə işıqforun yaşıl işığında öz yolu ilə hərəkətdə olan İddiaçı mülkiyyətində və istifadəsində olan "Nissan Murano” markalı, **-UC-*** xxxx qeydiyyat nömrə nişanlı minik avtomobili ilə toqquşmuşdur. Hadisə nəticəsində İddiaçı və onun avtomobilində olan həyat yoldaşı sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri almışlar. Həmçinin, İddiaçı mülkiyyətində və istifadəsində olan "Nissan Murano” markalı, **-UC-*** xxxx qeydiyyat nömrə nişanlı minik avtomobilinə ziyan dəymişdir "Azinterservis” tərəfindən verilmiş 30 oktyabr 2018-ci il tarixli, 310/1 nömrəli nöqsan aktına əsasən dəymiş ziyanın məbləği 12700 manat müəyyən edilmişdir. İddiaçı məxsus "Nissan Murano” markalı, **-UC-*** xxxx qeydiyyat nömrə nişanlı minik avtomobilinə dəymiş ziyan məbləğindən 2950 manatı Sığorta Şirkəti tərəfindən ona ödənilmişdir. 22 may 2019-cu il tarixli, 11971 nömrəli məhkəmə ekspertizasının rəyindən göründüyü kimi, "Nissan Murano” markalı, **-UC-*** xxxx qeydiyyat nömrə nişanlı minik avtomobilinə dəymiş ziyan məbləği 11646 manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət versə də, iddiaçıya vurulmuş maddi ziyanın məbləğinin müəyyən edilməsində səhvə yol vermişdir. Belə ki, Cavabdeh tərəfindən İddiaçı 11646 manat ziyan vurulmuşdur. Həmin ziyan məbləğinin 2950 manatı "xxxx” Sığorta Şirkəti tərəfindən ona ödənilmiş və qalan 8696 manat məbləğində ziyan cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Bu səbəbdən də İddiaçı ona vurulmuş maddi ziyanın ödənilməmiş hissəsinin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Həmçinin apellyasiya məhkəməsi yol nəqliyyat hadisəsi zamanı iddiaçı və onun həyat yoldaşının xəsarət alması, avtomobilinin təmiri üçün lazım olan müddət ərzində onun öz avtomobilindən istifadə etmək imkanlarının məhdudlaşması, ona və əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üçün aidiyyəti xxxx orqanlarına müraciət etmək məcburiyyətində qalması kimi halların onun mənəvi iztirab və sarsıntı keçirtməsini təsdiq etdiyi və bu səbəbdən də iddiaçının cavabdehdən ona vurulmuş mənəvi ziyanın ödənilməsini də tələb etməkdə haqlı olduğu qənaə tinə gəlmiş və mənəvi zərəri 1000 manat müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş ziyanın əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə ziyanın əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından m əhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Cavabdehin kassasiya şikayətinin dəlili yalnız vurulmuş maddi ziyanın məbləği ilə bağlıdır. Cavabdeh kassasiya şikayətində göstərmişdir ki, 19.09.2018-ci il tarixli 1322/CML-1252 nömrəli sığorta aktına əsasən iddiaçıya məxsus avtomobilə dəyən zərərin məbləği 2957 manat müəyyən edilmiş və iddiaçı həmin məbləğlə razılaşıb onu qəbul etmişdir. Lakin həmin sığorta aktından 1 ay 11 gün sonra "Azinterservis” tərəfindən verilmiş 30 oktyabr 2018-ci il tarixli, 310/1 nömrəli nöqsan aktına əsasən dəymiş ziyanın məbləği 12700 manat müəyyən edilmişdir. Dəymiş zərərin məbləği ilə bağlı bu iki sübut arasında kəskin fərq ol masına baxmayaraq, məhkəmə işi obyektiv araşdırmamışdır. Kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, 19.09.2018-ci il tarixli 1322/CML-1252 nömrəli sığorta aktının 2.7-ci bəndinə əsasən avtomobilə dəymiş ziyanın sığorta şirkəti tərəfindən ödəniləcək hissəsi aşağıdakı düsturla hesablanmışdır: Üm-Zər=21.475/12700=59,14%, 5000x59,14%=2957 manat. Yəni avtomobilin ümumi dəyərinin 21.475 manat, vurulmuş zərər 12.700 manat müəyyən edilməklə, vurulmuş zərərin məbləğinin avtomobilin dəyərinə münasibətdə tənasüb müəyyən edilərək, 5000 manat icbari sığorta məbləğinin həmin tənasüb üzrə yalnız 59,14% faiz hissəsi olan 2957 manat sığorta ödənişi kimi verilmişdir. Göründüyü kimi, sığorta şirkəti tərəfindən vurulmuş ziyanın məbləği 12700 manat müəyyən edilmişdir. İş üzrə keçirilmiş ekspertiza rəyi ilə dəymiş ziyan məbləği 11646 manat müəyyən edilmişdir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikası MPM-nin 101.3.-cü maddəsinə əsasən e kspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, məhkəmə tərəfindən təyin edilərək alınmış ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkəmə tərkibinə etirazın həmin tərkibin özü tərəfindən baxılması ilə bağlı dəlilinə qiymət verərək qeyd edir ki, MPM-nin 21.3-cü bəndin ə əsasən məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir. Etirazın əsaslarına dair sübut təqdim edilmədikdə, etiraz işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. Məhkəmə tərkibi də etirazı əsaslandırılmamış hesab edərək onu baxılmamış saxlamış, bu zaman prossesual pozuntuya yol verməmişdir. Cavabdeh kassasiya şikayətində mənəvi zərərin tutulması hissəsi ilə bağlı hər hansı dəlil irəli sürməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyə n maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1442/2019 nömrəli iş üzrə 19 iyul 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul ed
Məhkəmə qərarları › İş №2(102)-7593/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7593/2019
09.12.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver