Məhkəmə qərarları › İş №2(102)-7597/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7597/2019

12.12.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7597/2019 12.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili X1, İddiaçı iştirakı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 iyul 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(011)-131/2019 hakim İ.N.Abbasova) İddiaçı cavabdehlər “Zəfər an” Hospital və “Zəfəran” Hospitalın Mərkəzi cərrahiyyə şöbəsinin həkimi Cavabdeh2 qarşı iddiası qismən təmin edilmiş, iddiaçının xeyrinə maddi zərərə görə 5.880 manat məbləğində pul vəsaitinin “Zəfəran” Hospitaldan, 3.500 manat məbləğində pul vəsaitinin Cavabdeh2, mənəvi zərərə görə 3.000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 iyul 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-8889/2019 hakimlər A.N.İmanov, A.Q.Hüseynov, V.N.Sadıqov) Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, qətnamə apellyatora münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh2 verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etm işdir. İşin halları: 25 oktyabr 2017-ci il tarixdə İddiaçı “Zəfəran” Hospital və “Zəfəran” Hospitalın Mərkəzi cərrahiyyə şöbəsinin həkimi Cavabdeh2 qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən maddi zərərə görə 30.000 ABŞ dolları, mənəvi zərərə görə 50.000 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən prosessual hüquq normaları pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmiş, iddiaçı üzərində onun qüsurlu cərrahiyyə əməliyyatı icra etməsi barədə səhv nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Tərəflər arasınd akı mübahisə cərrahiyyə əməliyyatı nəticəsində iddiaçıya dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlıdır. İddiaçı məhz cavabdeh- həkim Cavabdeh2 təqsirli hərəkəti nəticəsində zərər vurulduğuna istinad edərək sonuncuya və onun çalışdığı tibb müəssisəsinə qarşı maddi və mənəvi zərərin ödənilməsi barədə hazırki iddia tələbini irəli sürmüşdür. Cavabdeh2 əməliyyatın tibbi standardlara uyğun aparıldığını və heç bir təqsirli hərəkətinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sübut etmə vəzifəsini müəyyən edən 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericilikdə sübutetmə yükünün bölüşdürülməsinin yuxarıda qeyd edilən ümumi qaydası ilə bərabər, sübutetmə baxımından çətin vəziyyətdə olan tərəfi müəyyən faktın mövcudluğunu sübut etmək vəzifəsindən azad edən və digər tərəf əksini sübut edənədək bu faktın mövcudluğu ehtimal edilən xüsusi qayda da nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tibb müəssisəsinin vurduğu zərərin əvəzinin ödənilməsi əsaslarını müəyyən edən 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Göründüyü kimi, hazırki mübahisədə cavabdehin təqsirli hərəkəti və ya hərəkətsizliyi nəticəsində sağlamlığına zərər vurulduğunu sübut etmək iddiaçının vəz ifəsi olmamaqla, əksinə cavabdeh iddiaçının sağlamlığına zərər vurulmasında təqsiri olmadığını sübut etmək vəzifəsi daşıyır. Cavabdeh iddiaçının sağlamlığına dəymiş zərərin məhz onun təqsiri üzündən əmələ gəlmədiyini sübuta yetirə bilməmişdir. Apellyasiya məhkəməsi tərəfindən araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, Cavabdeh2 tərəfindən 16 iyul 2016-cı il tarixdə “Nordik” klinikasında iddiaçı üzərində “Auqmenasion mammoplastika” əməliyyatı həyata keçirilmiş, buna görə iddiaçı 3.500 manat pul ödəmişdir. Sonradan Cavabdeh2 tərəfindən 06 iyun 2017-ci il tarixdə “Zəfəran” klinikasında iddiaçı üzərində “Təkrari auqmenasion mammoplastika” əməliyyatı həyata keçirilmiş və iddiaçı tərəfindən 2.000 manat ödəniş edilmişdir. Təkrar əməliyyatdan sonra yenidən iddiaçının süd vəzisində implantın yerdəyişməsi baş verdiyindən onun üzərində “X3” Klinikasında 07 iyun 2018-ci il tarixdə üçüncü cərrahiyyə əməliyyatı keçirilmişdir. Həmin əməliyyata görə iddiaçı 3.380 manat ödəmişdir. Mülki iş üzrə alınmış ekspert rəyi ilə də təsdiq edilmişdir ki, iddiaçının sağ süd vəzisində implantın yerdəyişməsi onun üzərində icra edilmiş ilkin cərrahiyyə əməliyyatının qüsurlu nəticəsi olmuşdur. Həmin rəydə göstərilmişdir ki, ikinci əməliyyatdan sonra da iddiaçıda kontrakturaya uğramış silikon implant yenilənərək mastopeksiya ilə süd vəzisinin yenidən formaya salınmasına ehtiyac olduğu müəyyən edilmişdir. Beləliklə, iddiaçıya plastik cərrahiyyə əməliyyatları nəticəsində zərərin vurulması təsdiq edilmiş, cavabdeh isə həmin zərərə görə təqsirinin olmadığını sübuta yetirə bilməmişdir. Bununla bərabər, iddiaçı mənəvi zərərin də ödənilməsini tələb etmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008ci il tarixli, 7 saylı Qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, hazırkı işin faktiki halları baxımından iddiaçıya mənəvi ziyana görə 3.000 manatın ödənilməsi ağlabatandır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul ed

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar