Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7606/2019 19.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı X3 Açıq Səhmdar Cəmiyyətinin vəkili X1 iştirakı ilə, İddiaçı İKB ASCtərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)1708/2019 nömrəli iş üzrə 25 iyun 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Səbail rayon məhkəməsinin (hakim Zaur Əliyev) 26 sentyabr 2018-ci il tarixli qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 04 dekabr 2014-cü il tarixli 24-GZ-1-0-865-14 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 və Cavabdeh2 İddiaçı İKB ASC-nin xeyrinə 47196,25 ABŞ dolları əsas, 23904,80 ABŞ dolları faiz və 460,34 ABŞ dolları cərimə borcu olmaqla cəmi 71561,39 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində kredit borcu, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı müştərək qaydada tutulması, ipoteka predmeti olan Cavabdeh1 məxsus Bakı şəhər i, Nərimanov rayonu, Keşlə yükboşaltma stansiyasının yanında yerləşən 119,3 kvadrat metr ümumi sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiyməti 102000 manat müəyyən edilməklə, tutmanın həmin qeyri-yaşayış binasına yönəldilməsi, qeyri-yaşayış binasının açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına İddiaçı İKB ASC-nin təmin edilmiş tələblərinin ödənilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Keşlə yük boşaltma stansiyasının yanında yerləşən 119,3 kvadrat metr ümumi sahədən ibarət qeyri-yaşayış binasına tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 Süeyman oğlunun qeyri-yaşayış binasına istifadə hüququnun itirilmiş hesab edilməsi və qeyri-yaşayış binasının boşaldıraq İddiaçı İKB ASC-ya təhvil verilməsi (iddiaçıya satıldığı təqdirdə, İddiaçı İKB ASC-nin xeyrin ə tutulan borc və məhkəmə xərcləri ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh1 qaytarılması qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Xumar Mərdanova - sədrlik edən və məruzəçi, Elnur Həsənov, Fuad Babayev) 25 iyun 2019-cu il tarixli qətnaməsi ilə cаvаbdеhlər Cavabdeh1 və Cavabdeh2 оğlunun apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Səbail rayon məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli qətnaməsi cavabdehlərə münasibətdə dəyişdirilmişdir. Qətnaməyə əsasən cаvаbdеhlər Cavabdeh1 və Cavabdeh2 оğlundan iddiaçının xeyrinə ödənilməli olan faiz borcun məbləği 21442,23 ABŞ dolları həddində müəyyən edilmiş, Cavabdeh1 mülkiyyətində olan Bakı şə həri, Nərimanov rayonu, Keşlə yükboşaltma stansiyasının yanı ünvanında yerləşən 0,014316 ha torpaq sahəsində yerləşən 119,30 kvadrat metr istfadədə olan qeyri-yaşayış sahəsinin bazar qiyməti 120000 manat məbləğində müəyyən edilmiş, məhkəmə-mühasibatlıq ekpertizası tədqiqatının dəyəri olan 150 manatın cаvаbdеhlər Cavabdeh1 və Cavabdeh2 оğlunun müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı İKB ASC, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı İKB ASC-nin xeyrinə 47196,25 ABŞ dolları əsas, 23904,80 ABŞ dolları faiz və 460,34 ABŞ dolları cərimə borcu olmaqla cəmi 71561,39 ABŞ dolları borcun, 30 manat ödənilmiş dövlət rüs umunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Keşlə yük boşaltma stansiyasının yanında yerləşən 119,3 kvadrat metr ümumi sahədən ibarət qeyriyaşayış binasına yönəldilməsi, həmin qeyri-yaşayış binasının açıq hərracdan satılması və borcun qeyri-yaşayış binasının hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı İKB ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, qeyri-yaşayış binasına tutma yönəldikdə və o satıldıqdan sonra Cavabdeh1 qeyri-yaşayış binasına olan istifadə hüququnun itirilmiş hesab edilməsi, həmin qeyri-yaşayış binasının boşaldılması və banka təhvil verilməsi, Cavabdeh1 ilə İddiaçıİKB ASC arasında bağlanmış 04 dekabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı İKB ASC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 25 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin 102000 manat müəyyən edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış kredit müqavilələrinə görə müqavilə b ağlandığı andan qüvvəyə minir və borcalanm üzərinə götürdüyü öhdəliyə görə hesablanmış faizlərin tam ödənilməsinə, həmçinin bank qarşısında müqavilədə nəzərdə tutulan bütün öhdəliklər yerinə yetirilməsinədək qüvvədə qalır. Bu səbəbdən, iddia tələbi məhkəmə qətnaməsi ilə təmin ediləcəyi təqdirdə belə ödənilməmiş əsas borc məbləğinə görə faiz hesablanması öhdəlik tam icra olunanadək davam etdirilməlidir. Məhkəmə cavabdehin borcunun məbləğini müəyyən edərkən iş materiallarında olan ekspert rəyinə istinad etmişdir. Lakin ekspert rəyi ilə cavabdehin əsas və faiz borcu düzgün hesablanmamışdır. İş üzrə təkrar ekspertiza təyin edilməli və ekpert rəyi təqdim edilən digər sübutlarla yanaşı qiymətləndirilməli idi. Lakin məhkəmə prosessual pozuntuya yol verərək təkrar ekspertiza aparmadan səhv hüquqi nəticəvə gəlmişdir. Bundan başqa, 04 dekabr 2014cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş əmlak 102000 manat məbləğində qiymətləndirilməsinə baxmayaraq "xxxx" MMC-nin qiymətləndirmə rəyinə əsasən, ipoteka predmeti 120000 manat qiymətləndirilməsinə dair rəy əmlakın real bazar dəyərini əks etdirmir. Bununla bağlı təkrar əmtəəşünaslıq ekspertizasının təyin olunması barədə vəsatətlə məhkəməyə müraciət edilsə də vəsatət təmin olunmamışdır. Tərəflərin izahatları: İddiaçı X3 Açıq Səhmdar Cəmiyyətinin vəkili X2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri ba rədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual normaların tələblərinə uyğunluğu iddiaçının kassasiya şikayətinə əsasən ona münasibətdə yoxlanılır. Çünki apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən cavabdehlər kassasiya şikayəti verməmişlər. İddiaçı bank isə qətnamə yalnız iddia tələbinin faiz borcunun tutulmasının rədd edilən və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrdə mübahisələndirir. Ona görə də, qətnamənin mübahisələndirilməyən hissələri kassasiya qaydasında yoxlanılmır. Məhkəmə kollegiyası məruzəçini, iddia çının vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 25 iyun 2019-cu il tarixli qətnaməsi cavabdehlərdən ümumi borcun tutulması hissədə dəyişdirilərək ümumi borcun 69098,82 ABŞ dolları müəyyən edilməli, qətnamə iddiaçının kassasiya şikayətinə əsasən mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 24-GZ-1-0-865-14 saylı 04.12.2014-cü il tarixli kredit müqaviləsi ilə, Cavabdeh1 60 ay müddətinə illik 25% olmaqla 52000 ABŞ dolları məbləğində kredit borcu vermişdir. Verilmiş borcun ödənilməsinin təminatı olaraq digər Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. 15.04.2015-ci il tarixli kredit və zaminlik müqaviləsinə əlavəyə əsasən, ilkin müqavilədə olan “60” sözləri “84” ay sözləri ilə əvəz edilmiş və müqavilə müddətinin bitməsi 09.12.2021-ci il tarixi göstərilmişdir. Bundan başqa bankla cavabdeh Ə.Həsənov arasında bağlanmış 04 dekabr 2014-cü il tarixli 24-GZ-1-0-865-14 saylı ipoteka müqaviləsi ilə Ə.Həsənovun mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Keşlə yükboşaltma stansiyasının yanı ünvanında yerləşən 0,014316 ha torpaq sahəsində yerləşən 119,30 kvadrat metr istfadədə olan qeyri-yaşayış sahəsi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Tərəflər arasında bağlanmış kredit, zaminlik və ipoteka müqavilələrindən irəli gələn öhdəlik müna sibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən pul məbləğini cavabdeh Ə.Həsənova vermişdir. Bunun nəticəsində bankın cavabdehlərdən kredit üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, o isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehlər müqavilələr üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, penyanı, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvericiliyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməl i və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilədən irəli gələn öhdəliklərindən biri də borc (kredit) müqaviləsidir və həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc faizlə də verilə bilər. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür və bu zaman borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Apellyasiya instansiyası məhkəməsi borcun məbləğini və ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etmək üçün məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 10 may 2019-cu il tarixli 2699 saylı ekspert rəyinə əsasən, cavabdehlərin 03.10.2017-ci il tarixə, yəni maliyyə arayışı verilən tarixə əsas borcu 48537,55 ABŞ dolları, faiz borcu isə 21442,23 ABŞ dolları hesablanmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi və iddianın əsasını təşkil edən maliyyə arayışında kredit müqaviləsi üzrə əsas borcu 47196,25 ABŞ dolları, faiz borcu isə 23904,80 ABŞ dolları təşkil etmişdir. Keçirilmiş ekspertiza tədqiqatı ilə əsas və faiz borcu məbləğinin borc tələb edilən tarixə düzgün hesablanmadığı, Bank tərəfindən ödənilməsi tələb olunan əsas borcun az və faiz məbləğinin isə çox hesablandığı müəyyən olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbinin kredit borcu üzrə faiz borc məbləği iddia tələbində göstərilən məbləğdə deyil, ekspertiza rəyində göstərilən məbləğdə, əsas borcu isə iddiaçı tərəfindən tələb olunan mə bləğdə nəzərə alınmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi əsas kredit məbləği üzrə hesablanmış faiz borcuna dair maliyyə arayışı iddiaçı tərəfin subyektiv mülahizəyə əsaslanır və iddiaçının mövqeyini əks etdirir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi faiz borcunu ekspert rəyi ilə müəyyən edilən həddə tutmaqda düzgün nəticəyə gəlmişdir. İddiaçı bank kassasiya şikayətində ekspert rəyinin düzgün olmadığını, təkrar ekspertiza keçirilməsini qeyd etmiş, lakin bu barədə etirazının əsası kimi istinad etdiyi halları əsaslandırmamış, iş üzrə təkrar ekspertizanın keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olmamışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 102.2-ci maddəsinə görə, məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habe lə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının kassasiya şikayətinin digər dəlili ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlıdır. İddiaçı bank kassasiya şikayətində göstərmişdir ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsi ilə ipoteka predmetinin ilkin satış qiyməti 102000 manat müəyyən edilmişdir. Rəydə göstərilən məbləğ həqiqəti əks etdirmir. Məhkəmə təkrar ekspertiza keçirm əklə əmlakın real bazar qiymətini müəyyən etməli idi. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlillərini əsaslı hesab etmir. Belə ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İş materiallarından görünür ki, ipoteka qoyan ilə ipoteka saxlayan arasında ipoteka müqaviləsi bağlanarkən sözügedən əmlak Bakı şəhəri, Nərimanov rayonu, Keşlə yükboşaltma stansiyasının yanı ünvanında yerləşən 0,014316 ha torpaq sahəsində yerləşən 119,30 kvadrat m etr istfadədə olan qeyri-yaşayış sahəsi 102000 manat məbləğində qiymətləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən 08.01.2019-cu il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizasının nəticələrinə dair “xxxx” MMC tərəfindən verilmiş LP-025/19 saylı 04.03.2019-cu il tarixli rəyə əsasən, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Keşlə yükboşaltma stansiyasının yanı ünvanında yerləşən 0,014316 ha torpaq sahəsində yerləşən 119,30 kvadrat metr istfadədə olan qeyri-yaşayış sahəsinin bazar qiyməti 120000 manat məbləğində qiymətləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin rəyə istinad edərək ipoteka predmetinin ilkin satış qiymətini 120000 manat müəyyən etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ipoteka predmeti olan əmlakla bağlı hərrac hazırki dövrdə keçiriləcəyindən və hərraca çıxarılacaq əmlakın qiyməti ümumiyyətlə hərrac keçirilən dövr üçün orta bazar qiymətləri ilə müəyyən edildiyindən, mənzilin hərracdan ilkin satış qiymətinin sonuncu verilmiş rəyə müvafiq olaraq 120000 manat müəyyən edilməsi ağlabatan və ədalətli hesab edilməlidir. Bundan başqa hazırki halda qeyd edilən əmlakın qiymətinin 2014-cü il tarixdə bağlanmış müqavilədə göstərilən qiymətdən əhəmiyyətli dərəcədə çox olması bankın mənafeyinə uyğun olduğu halda, sonuncunun bu əsasla kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etməsi anlaşılmazdır. Belə ki, həmin evin hərracdan satılmasının məqsədi banka olan borcun ödənilməsini təşkil edir ki, bu halda da bank özündə yüklü olan əmlakı hərrac vasitəsilə almaqd a deyil, ilk olaraq ona olan borcun bütövlükdə ödənilməsinin təmin edilməsində maraqlı olmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin hər iki dəlilləri əsassızdır, qanuni və əsaslı məhkəmə qətnaməsinin mübahisələndirilən hissələrdə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Lakin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsində prosessual pozuntuya yol verdiyindən qətnamə dəyişdirilməlidir. Belə ki, işdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi ekspertiza təyin etmiş və rəyə uyğun olaraq birinci instansiya məhkəməsi tərəfindən tutulması qət edilən faiz borcunun məbləğini dəyişdirmişdir. Lakin məhkəmə faiz borcunun məbləğini dəyişdirməsinə baxmayaraq, cavabdehlərdən tutulmalı olan ümumi bo rcun məbləğini müəyyən etdiyi faiz borcuna uyğunlaşdırmamışdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehlərdən 71561,39 ABŞ dolları ümumi borcun tutulması hissədə dəyişdirilməli, ümumi borcun məbləği azaldılmış 25462,57 ABŞ dolları faiz borcuna müvafiq olaraq azaldılmalı və 69098,82 ABŞ dolları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1 və 417.1.2-ci maddələrinə əsasən kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı İKB ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1708/2019 nömrəli iş üzrə 25 iyun 2019-cu il tarixli qətnaməsi cavabdehlərdən ümumi borcun tutulması hissədə dəyişdirilərək ümumi borcun məbləği 69098,82 ABŞ dolları müəyyən edilsin. Qətnamə iddiaçının kassasiya şikayətinə əsasən mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən kassasiya şikayəti verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu iddiaçını özünə aid edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-7606/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7606/2019
19.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver