Məhkəmə qərarları › İş №2(102)-7611/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7611/2019

11.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7611/2019 11.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdeh və vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2019-cu il tarixli 2(103)5494/2019 nömrəli qətnaməsindən iddiaçı “xxxx” ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamentinin məhkəmələrlə iş şöbəsinin müdiri X2və Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üz rə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 23.04.2018-ci il tarixə 07.10.2009-ci il tarixli 106/09 saylı kredit müqaviləsi üzrə qalan 100.804 ABŞ dolları əsas borc, 18.197 ABŞ dolları faiz borcu (müddətin sonuna hesablanmış), 64548.40 ABŞ dolları Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu olmaqla, cəmi 183549.40 ABŞ dolları məbləğində kredit borcunun; 30.04.2018-ci il tarixdə 23.11.2011-ci il tarixli 170/11 saylı kredit müqaviləsi üzrə qalan 89941.31 manat əsas borc, 162611.85 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu olmaqla, cəmi 252553.16 manat məbləğində kredit borcunun; 04.06.2012ci il tarixli 062/12 saylı kredit müqaviləsi üzrə qalan 200000 manat əsas borcu, 388.88 manat faiz borcu (müddətin sonuna hesablanmış), 89650.09 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu olmaqla, cəmi 290038.97 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı LPO “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehdən 23.04.2018-ci il tarixə 07.10.2009-ci il tarixli 106/09 saylı kredit müqaviləsi üzrə qalan 100804 ABŞ dolları əsas borc, 18197 ABŞ dolları faiz borcu (müddətin sonuna hesablanmış), 64548.40 ABŞ dolları Konst itusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu olmaqla, cəmi 183549.40 ABŞ dolları məbləğində kredit borcunun; 30.04.201 8-ci il tarixdə 23.11.2011-ci il tarixli 170/11 saylı kredit müqaviləsi üzrə qalan 51614.52 manat əsas borc, 6960.77 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu olmaqla, cəmi 58575.29 manat məbləğində kredit borcunun; 04.06.2012-ci il tarixli 062/12 saylı kredit müqaviləsi üzrə qalan 169359.86 manat əsas borcu olmaqla, cəmi 192199.91 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumun tutularaq LPO “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh qarşılıqlı iddi a ərizəsi ilə məhkəməyə müraciət edərək 07.10.2009-cu il tarixli və 04.06.2012-ci il tarixli kredit müqavilələri üzrə iddia müddəti ötürüldüyündən həmin müqavilələr üzrə iddia tələbinin rədd edilməsi, 23.11.2011-ci il tarixli kredit müqaviləsi üzrə mövcud olan 51614,52 AZN məbləğində borc 07.10.2009-cu il tarixli kredit müqaviləsi üzrə cavabdeh tərəfindən edilmiş 29066.95 ABŞ dolları məbləğində artıq ödənişlə əvəzləşdirilməsi və ilkin iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim Natavan Tağıyeva) 2(006)-4454/2018 saylı 20 dekabr 2018-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi qismən, qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 23.11.2011-ci il tarixli 170/11 saylı kredit müqaviləsi üzrə 51614,52 (əlli bir min altı yüz on dörd manat əlli iki qəpik) manat, 04.06.2012-ci il tarixli 062/12 saylı kredit müqaviləsi üzrə 169359,86 (bir yüz altmış doqquz min üçün yüz əlli doqquz manat səksən altı qəpik) manat məbləğində borcun iddiaçı LPO “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulması, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 145 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulması və Dövlət büdcəsinə köçürülməsi, 07.10.2009-cu il tarixli kredit müqaviləsi üzrə ödənilmiş 29066.95 (iyirmi doqquz min altmiş altı dollar doxsan beş sent) ABŞ dolları məbləğində pul vəsaitinin 23.11.2011-ci il tarixli kredit müqaviləsi üzrə 51614.52 (əlli bir min altı yüz on dörd manat əlli iki qəpik) manat məbləğində borc ilə əvəzləşdirilməsi, əvəzləşdirmədən so nra qalıq qalan borcun cavabdehə qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Azad İmanov - sədrlik edən və məruzəçi, Abidin Hüseynov və Sadıqov Vahid) 12.06.2019-cu il tarixli 2(103)-5494/2019 nömrəli qətnaməsi ilə iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4454/2018 saylı 20 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.06.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya inst ansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmişdir. Belə ki, iş üzrə məlum olur ki, Cavabdeh kredit müqavilələri üzrə ona ayrılmış məbləğlərdən istifadə etmiş, lakin əsas məbləğ və hesablanmış faiz ödənişlərini yerinə yetirməmiş, bununla da istifadə edilmiş məbləğlərin geri qaytarılmasına dair üzərinə düşən öhdəliyi icra etməmişdir. Cavabdehə gecikdirilən pul öhdəliyinin banka ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilmiş, bildiriş göndərilmiş və digər vasitələrlə borcun ödənilməsi təklif olunmuş, lakin buna baxmayaraq yuxarıda qeyd olunan borc məbləği bu günədək ödənilməmiş qalmaqdadır. Məhkəmələr iş üzrə bütün ha lları araşdırmadan, iş üzrə təkrar mühasibatlıq ekspertizanın təyin edilməsi barədə verilmiş vəsatətləri təmin etməyərək qərarlar qəbul etmişdir. Nəsimi rayon və Bakı Apelyasiya məhkəmələri öz qətnamələrində müqavilələrinin qüvvədə olma müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24.12.2014-cü il tarixli qərarına əsasən iddia tələbin artırılması barədə ərizəni nəzərə almamışdır, kredit üzrə hesablanmış əlavə 5% borc məbləğinin tutulmasından imtina etmişdir. Məhkəmələr öz qətnaməsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24.12.2014-cü il tar ixli qərarında əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olması qeyd etməmişdir və bu tələb rədd etmişdir. Cavabdeh kredit müqavilələrinin şərtlərini pozmuş, ödənişləri qrafikə uyğun aparmamışdır. Bütün kredit müqavilələrində borclu tərəfindən kreditləri qrafikə uyğun ödəmədiyi halda, gecikmə günlər üzrə cərimənin hesablanması nəzərdə tutulmuşdur. Kredit müqavilələrin ödəniş cədvəlinə uyğun ödənilmədiyi halda cərimənin hesablanması nəzərdə tutulub və bu şərtlərlə Cavabdeh kredit müqavilələrini imzalayaraq razılaşmışdır. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24754 saylı rəyində ekspert X2 hər kredit üzrə yalnız normal faiz hesablanmışdır və gecikmə ilə olan ödənişlərdə müqavilələrin 2.8-ci bəndlərini nəzərə almayaraq cərimə hesablamamışdır. PROSESSUAL MƏSƏLƏLƏR İddiaçının vəkili Vəkil məhkəmə iclasında kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh və vəkili X2 kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdirlər. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. İddia qismən təmin edildiyindən və iddiaçı iddianın təmin edilməmiş hissəsini mübahisələndirdiyindən, iddiaçının kassasiya şikayəti əsasında qətnamənin iddianın təmin edilməmiş hissəsinin qanuniliyi yoxlanılı r. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki: “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 07 oktyabr 2009-cu il tarixli 106/09 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 04 oktyabr 2010-cu il tarixinədək ******* ABŞ dolları məbləğində illik 18 faiz dərəcəsi ilə kreditin ayrılmasını iddiaçı öz öhdəsinə götürmüşdür. “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 23 noyabr 2011-ci il tarixli 170/11 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 19 noyabr 2012-ci il tarixinədək 300000 manat məbləğində illik 10 faiz dərəcəsi ilə kreditin ayrılmasını iddiaçı öz öhdəsinə götürmüşdür. “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 04 iyun 2012-ci il tarixli 062/12 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 30 may 2013-cü il tarixinədək 200000 manat məbləğində illik 10 faiz dərəcəsi ilə kreditin ayrılmasını iddiaçı öz öhdəsinə götürmüşdür. 07 oktyabr 2009-cu il tarixli xəzinə məxaric orderindən göründüyü kimi həmin tarixdə “xxxx” ASC tərəfindən Cavabdeh ******* ABŞ dolları məbləğində pul vəsaiti nağd qaydada verilmişdir. 23 noyabr 2011-ci il tarixli xəzinə məxaric orderindən göründüyü kimi həmin tarixdə “xxxx” ASC tərəfindən Cavabdeh 300000 manat məbləğində pul vəsaiti nağd qaydada verilmişdir. 04 iyun 2012-ci il tarixli xəzinə məxaric orderindən göründüyü kimi həmin tarixdə “xxxx” ASC tərəfindən Cavabdeh 200000 manat məbləğində pul vəsaiti nağd qaydada verilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 08 oktyabr 2018-ci il tarixli 24754 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: “rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan cari hesa bdan çıxarış məlumatları və tərəflər arasında bağlanılmış 106/09 saylı 07 oktyabr 2009-cu il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri və AR Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası MM-nin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” qərarında göstərilənləri rəhbər tutaraq Cavabdeh iddiaçı ASCnə 14.02.2012-ci il tarixə (sonuncu ödəniş aparılan tarixə) heç bir borcu yoxdur, bundan əlavə Cavabdeh ASC-nə 29066.95 ABŞ dolları məbləğində artıq ödəniş etdiyi müəyyən olunur (kredit müqaviləsinin bitdiyi 04.10.2010-cu il tarixdən 14.02.2012-ci il tarixədək olan dövr üzrə faiz dərəcəsi illik 5 faiz dərəcəsi ilə hesablanmışdır), o cümlədən 14.02.2012-ci il tarixə olan borcu üzrə (müqavilə 106/09) ******* ABŞ dolları-1224066,95 ABŞ dollar ı =29066,95 ABŞ dolları (artıq ödənilmiş məbləğ). “Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan cari hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanılmış 170/11 saylı 23 noyabr 2011-ci il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri və AR Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası MM-nin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” qərarında göstərilənləri rəhbər tutaraq Cavabdeh iddiaçı ASC-nə 25.04.2016-cı il tarixə (sonuncu ödəniş aparılan tarixə) olan borcu 51614.52 manat məbləğində müəyyən olunur (kredit müqaviləsinin bitdiyi 19.11.2012-ci il tarixdən 25.04.2016-cı il tarixədək olan dövr üzrə faiz dərəcəsi illik 5 faiz dərəcəsi ilə hesablanmışdır), o cümlədən 25.04.2016-cı il tarixə olan borcu üzrə (müqavilə 170/11) əsas borc üzrə-51614.52 manat, faiz borcu üzrə-0,00 manat. “Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan cari hesabdan: çıxarış məlumatları və tərəflər arasında bağlanılmış 062/12 saylı 04 iyun 2012-ci il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri və AR Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası MM-nin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” qərarında göstərilənləri rəhbər tutaraq Cavabdeh iddiaçı ASC-nə 25.04.2016-cı il tarixə (sonuncu ödəniş aparılan tarixə) olan borcu 169359.86 manat “məbləğində müəyyən olunur (kredit müqaviləsinin bitdiyi 30.05.2013-cü il tarixdən 15 04.2016-cı il tarixədək olan dövr üzrə faiz dərəcəsi illik 5 faiz dərəcəsi ilə hesablanmışdır), o cümlədə n 25.04.2016-cı il tarixə olan borcu üzrə (müqavilə 062/12) əsas borc üzrə-169359.86 manat, faiz borcu üzrə- 0,00 manat. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh 23.11.2011-ci il tarixli 17011 saylı kredit müqaviləsi üzrə 51614,52 manat, 04.06.2012-ci il tarixli 062/12 saylı kredit müqaviləsi üzrə 169349,86 manat məbləğində borcu hissəsində iddia əsaslıdır,həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 540.1-ci və 540.2-cimaddəsinə əsasən qarşılıqlı iddia qismən təmin edilərərk, 07.10.2009-cu il tarixli kredit müqaviləsi üzrə ödənilmiş 29066,95 ABŞ dolları məbləğində pul vəsaiti 23.11.2011-ci il tarixli kredit müqaviləsi üzrə 51614,52 manat məbləğində borcla əvəzləşdirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxl anılan hissədə qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit orun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi müəyyən etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bi lər. İş üzrə ödənilməli olan əsas və faiz borcu müvafiq ekspertiza keçirilməklə müəyyən edilmişdir. Ekspert rəyində maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və kredit razılaşmasının və bu razılaşma əsasında imzalanmış əlavə sazışlərin qeyd olunan şərtləri nəzərə alınmaqla əsas və faiz borcu müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Ka ssator kredit borcun düzgün hesablanmamasını iddia etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, iş üzrə borcun məbləğinin müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilərək keçirilmiş, kredit borcunun məbləği ekspert rəyinə uyğun olaraq müəyyənləşdirilmişdir. Həmçinin iş üzrə təkrar ekspertizanın keçirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəm li olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin kassator kredit müqavilələrində borclu tərəfindən kreditləri qrafikə uyğun ödəmədiyi halda, gecikmə günlər üzrə cərimənin hesablanması nəzərdə tutulduğunu, lakin ekspert tərəfindən gecikmə ilə olan ödənişlərdə müqavilələrin 2.8-ci bəndləri üzrə cərimə hesablanmadığını göstərsə də, iddia tələblərindən görünür ki, iddiaçı müqavilələr üzrə cərimə tələb etməmişdir. Çünki müqavilələrin 2.8-ci maddəsində göstərilən vaxtı ötmüş borc məbləği üçün illik 20% məbləğ, müqavilə üzrə faiz deyil, cərimə(dəbbə pulu) məbləğidir. MPM-nin 218.3-cü maddəsinə əsasən haki m işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, kassasiyada qeyd edilənlər iş materialları ilə təkzib edilir, kassator həmin dəlillərlə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellya siya instansiyası məhkəməsinin qətnaməsi - mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası. QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.06.2019-cu il tarixli 2(103)5494/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar