Məhkəmə qərarları › İş №2(102)-7619/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7619/2019

09.12.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7619/2019 09.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, Cavabdeh, nümayəndəsi X1 və cavabdehin vəkili Bədəlov Fuad Murad oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 25 iyun 2019-cu il tarixli qətnaməsindən Cavabdeh və vəkili Bədəlov Fuad Murad oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şə həri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 2(008)7328/18 saylı qətnaməsi ilə iddianın qismən təmin edilərək Cavabdeh 6560 manat məbləğində maddi zərərin, hüquqi xidmət üçün ödənilmiş 300 manatın və 30 manat məbləğində dövlət rüsumunun tutlaraq iddiaçı X3 ödənilməsi qət edlmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6136/2019 saylı 25 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər V.Həsənov (sədrlik edən və məruzəçi), Ş.Məmmədova, X.Sarıyev) Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 2(008)-7328/18 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: C avabdeh və vəkili Bədəlov Fuad Murad oğlu kassasiya şikayəti və daha sonra kassasiya şikayətinə əlavə verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi tərəflərin şikayət və izahatlarını, işin hallarını tam, hərtərəfli, obyektiv və qərəzsiz olaraq araşdırmamış və nəticədə qanunsuz və əsassız qətnamə çıxarmışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, İddiaçı iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Bədəlov Fuad Murad oğlu Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyun 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunm ası barədə qərar qəbul edilməsini xahiş etdi, Cavabdeh və nümayəndəsi X4 vəkilin çıxışı ilə razı olduqlarını bildirdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçı tərəfə lazımi qaydada bildiriş göndərilmiş olsa da, iddiaçı üzrlü səbəblər olmadan gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 25 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instans iyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 1097.1, 1108-ci maddələrinə istinadən iş materialları üzrə gəldiyi nəticədən görünür ki, iddiaçı alqı-satqı müqaviləsini bağlayarkən gələcəkdə müqavilə predmeti olan avtomaşına mülkiyyət hüququnun əldə olunmasına ümüd edərək ilkin ödəniş etmiş, daha sonra isə hər ay ödəniş cədvəlinə uyğun müvafiq ödənişlər həyata keçirmişdir. Avto nəqliyyat hadisəsindən sonra isə pozulmuş hüquqlarının bərpası üçün vəkilə müraciət etmək məcburiyyətində qalmış və buna görə də müəyyən məbləğdə ödə niş etmişdir. Müqavilə şərtlərinə riayət etməklə avtomaşına mülkiyyət hüququnu əldə edə bilməməsinə səbəb isə hazırkı iş üzrə cavabdehin təqsirli hərəkləri olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına, mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmamaqla, həmçinin tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi üçün qanuni və əsaslı sayıla bilməz. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, 26 avqust 2017-ci il tarixdə «xxxx» MMC ilə İddiaçı arasında «BAİC BK» minik markalı ** AE *** dövət qeydiyyat nişanlı avtomaşının alqı-satqısına dair bağlanmış müqaviləyə görə avtomaşının dəyəri 16743 manat, müqavilənin icra müddəti 26.08.2017 - 26.08.2020 -ci il müəyyən olunmuşdur. İş materiallarında olan müqvilənin 5.2.4-cü bəndinə əsasən avtomaşının dəyərinin müqavilənin qüvvədə olduğu vaxtda alıcı tərəfindən tam ödənildiyi halda, qeyd şərtsiz olaraq alıcının mülkiyyətinə vermək vəzifəsini «xxxx» MMC öz üzərinə götürmüşdür. Müqavilə müddəti ərzində 2595 manat avans ödənilməklə, qalan 14.148 manat məbləğində pul iddiaçı tərəfindən «xxxx» MMC-yə ödənilməli idi. İşin materiallarından görünür ki, iddiaçı tərəfindən müqavilə üzrə 2595 manat avans məbləği və aylıq ödəniş kimi 3965 manat məbləğində pul «xxxx» MMC-yə ödənilmişdir. Avtomobil kasko sığotası ilə sığortalanmış və sığorta müqaviləsi üzrə faydalanan şəxs «xxxx» MMC müəyyən olunmuşdur. İddia tələbinə əsasən iddiaçı 03 iyul 2018-ci tarixdən 26 iyul 2018-ci il tarixinə kimi Cavabdeh qeyd edilən nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə verməsini, 2018-ci ilin iyul ayında cavabdeh qeyd olunan avtomaşınla yol nəqliyyat hadisəsi törədərək nəqliyyat vasitəsini yararsız hala salmasını və nəqliyyat vasitəsi tam məhv olma vəziyyətində olmasını göstərərək iddiaçı Cavabdeh ona vurduğu maddi zərərə görə 6560 manat, kasko sığorta üçün ödənilmiş 845 manat pulun tutulmasını iddia etmiş və tələbinin əsası kimi cavabdehin onun avtomaşını ilə avtoqəza törədərək nəqliyyat vasitəsini yararsız hala salması olmasına istinad etmişdir. Cavabdeh isə iddiaya etiraz etmiş və tələbinin əsası kimi cavabdehin törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində lizinq obyekti olan avtomobil vurulmuş maddi zərərin əvəzi sığorta şirkəti tərəfindən lizinq obyektinin mülkiyyətçisi olan üçüncü şəxs «xxxx » MMC-yə ödənilməsinə, iddiaçının «xxxx» MMC-yə ödədiyi pul vəsaitinin maddi zərər kimi qiymətləndirərək cavabdehdən tutulması mülki hüquq qanunvericiliyinə zidd olmasına, sığorta hadisəsinə görə «xxxx» ASC tərəfindən ödənildiyindən həmin vəsait reqress qaydada cavabdehdən tələb olunması nəzərdə tutulmasına, bunun isə iş üzrə cavabdeh bir əmələ görə iki dəfə məsuliyyət daşımalı olmaması demək olmasına istinad etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (z ərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə kollegiyası hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasə n mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108-ci maddəsinə əsəsən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkən in qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbə yinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının tələbinin onu baş vermiş yol nəqiyyat hadisəsi ilə bağlı cavabdehin təqsirli hərəkəti nəticəsində nəqliyyat vasitəsinə mülkiyyətsçi olmaq hüququndan və həmin vaxtadək ödəmiş olduğu məbləğdən məhrum edilməsinə görə nəqliyyat vasitəsinin əldə etməsi üçün ödəmiş olduğu 2595 manat avans məbləğini və aylıq ödəniş kimi ö dədiyi 3965 manat məbləğini cavabdehdən tələbi kimi qiymətləndirərək iddiaçı həmin məbləği tələb etmək üçün subyektiv hüquqa malik olmasını göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin materiallarından görünür ki, «BAİC BK» minik markalı **-AE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi «xxxx» MMC-nin mülkiyyətindədir. Kollegiyanın qənaətinə görə «xxxx» MMC-nin nümayəndəsi məhkəmələrdə işə baxılarkən hazırda avtomobilin mülkiyyətçisinin dəymiş ziyanla bağlı hər hansı tələbi olmamasını bildirməsi halında apellyasiya instansiyası məhkəməsi iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququnun olub-olmamasına düzgün hüquqi qiymət verməmişdir Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə iddiaçı ilə cavabdeh nəqliyyat vasitəsinin alqı-satqı ilə bağlı qarşılıqlı öhdəlik d aşımırlar. Qeyd edilməlidir ki, nəqliyyat vastəsinin mülkiyyətçisi ilə iddiaçı arasında nisyə alqı-satqı münasibətləri, cavabdehlə iddiaçı arasında isə nəqliyyat vasitəsinin mülkiyyətçisinin razılığı ilə nəqliyyat vasitəsinin istifadə edilməsinə dair razılaşma mövcuddur. İşin mübahisəsiz halıdır ki, nəqliyyat vasitəsinin mülkiyyətçisi həmin nəqliyyat vasitəsini iddiaçıya təhvil vermiş, iddiaçı onun üzərində istifadə və sahiblik hüququ əldə etmiş, əldə etmiş olduğu hüququndan istifadə edərək mülkiyyətçinin razılığı ilə onu cavabdehin istifadəsinə vermişdir. Belə olan halda aşkar olaraq müəyyən olunmuş olur ki, iddiaçı nəqliyyat vasitəsini cavabdehə verməklə bağlı səlahiyyətə malik olmuş və ödəmiş olduğu məbləğ həddində nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququ əldə etmişdir. Məhkəmə koll egiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının ödəmiş olduğu məbləğ həddində nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququ əldə etməsinə işin digər halları baxımından düzgün hüquqi qiymət verməmişdir. Belə ki, əvvəla apellyasiya instansiyası məhkəməsi işin bu halına da diqqət yetirməmişdir ki, iddiaçının müraciəti əsasında «xxxx» MMC 03 iyul 2018-ci tarixdən 26 iyul 2018-ci il tarixinə kimi Cavabdeh qeyd edilən nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə verməsi, bununla bağlı mülkiyətçi MMC-nin razılığının olması barədə işdə hər hansı sübut yoxdur. Bundan əlavə, kollegiyanın qənaətinə görə apellyasiya instansiyası iddiaçının cavabdehdən müqavilə öhdəliyinin icrasını deyil, məhz onun qanuna zidd hərəkətləri nəticəsində məhrum olduqlarının tələb edilməsi ilə bağlı olmasına qənaətinə gəlsə də, məhkəmə 26 avqust 2017-ci il tarixdə «xxxx» MMC ilə İddiaçı arasında «BAİC BK» minik markalı ** AE *** dövət qeydiyyat nişanlı avtomaşının alqı-satqısına dair müqaviləsinə uyğun olaraq iddiaçı tərəfindən müqavilə üzrə 2595 manat avans məbləği və aylıq ödəniş kimi 3965 manat məbləğində pulun «xxxx» MMC-yə ödənildikdən sonra 03 iyul 2018-ci tarixə kimi, yəni, təqribən 1 ilə yaxın müddətdə həmin avtomobili istismar etdikdən sonra MMC-yə ödədiyi pulu tam şəkildə cavabdehdən tələb etməyinin hüquqi əsaslarına düzgün hüquqi qiymət verməmişdir. Halbuki, iddiaçı ödədiyi pulun müqabilində də həmin avtomaşından özü təyinatı üzrə istifadə etmişdir. Həmçinin işin materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə avtomaşın yalnız 03 iyul 2018-ci tarixdən 26 iyul 2018 -ci il tarixinə kimi idarə edilməyə verilmişdir. Cavabdehin etirazına əsasən etibarnamə bu qısa müddət ərzində hər axşam sat 20.00dan səzər 8.00-na kimi 40 manata icarəyə verilmişdir. O, 08 iyul 2018-ci il tarixdə 08:00 radələrində idarə etdiyi “BAİC BJ” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayon ərazisindən keçən 18-ci kilometrliyindən Sumqayıt şəhəri istiqamətində 70-80 km/saat sürətlə hərəkətdə olarkən düzgün ara məsafəsi saxlamayaraq ondan qarşıda eyni istiqamətdə hərəkətdə olan sürücü X2 idarə etdiyi “HOVO ZZ 3317 N.386VV” yük markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, sürücü Cavabdeh və avtomobildə olan sərnişinlər X7 və X5 yüngül xəsarət almışlar. Abşeron rayon məhkəməsinin 3(012)-1046/2018 saylı 26 iyul 2018-ci il tarixli qərarı ilə Cavabdeh AR İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İşin materiallarından daha sonra görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində «xxxx» şirkəti tərəfindən 20.09.2018-ci il tarixdə avtomobilə 900 manat franşiza tutulmaqla «xxxx» MMC-yə 5300 manat sığorta ödənişi edilmişdir. Avtomobilin hadisədən sonra qalıq dəyəri 3800 manat sığorpta şirkəti ilə əvəzləşdirilmişdir. İddiaçı «xxxx» MMC-yə avtomaşının dəyrinə görə qalmış olduğu borc məbləğ olan 1083 manat «xxxx» MMC-nin hesabına silinmiş və həmin pul məbləği ondan tələb olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli nəqliyyat vasitəsinə zərər vurulması halında həmin məbləğ həddində zərər vurandan haqqı çatanı tələb etmək hüquq əldə etməsinin mülkiyyət hüququnun müdafiəsindən irəli gələn hüquq olması, tərəflərin razılaşdırılmış müqavilə öhdəliyi tam olaraq icra olunması kimi nəticələrə gələrkən avtomaşının mülkiyyətçisi olan MMC-nin mübahisəli avtomaşınla bağlı iddiaçıya qarşı hər hansı tələbinin olmaması halına düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası həmçinin apellyasiya instansiyası məhkəməsinin sığorta şirkəti ilə mülkiyyətçi və iddiaçı arasında icra edilməsi zəruri olan öhdəlik mövcud olmaması, yalnız ehtimal olunan tələblər: sığorta şirkətinin huquq pozuntusu törədən cavabdeh arasında reqress tələbi və hazırkı iddia tələbi ilə irəli sürülən zərərdən ibarət olar bilməsi, hazırkı tələblə sığorta şirkətinin tələb hüququnun üst-üstə düşməsi mümkünsüz olması, iddiaçın ın tələbi hadisə törədilən vaxtadək ödənilən məbləğin tələb olunması, sığortaçının ehtimal olunan tələbi isə hadisədən sonra yaranmış tələblə bağlı olması, həmin tələblərin nəqliyyat vasitəsinin dəyərini əhatə etmiş olsa da fərqli faktiki əsasları mövcudluğu, hazırkı iş üzrə irəli sürülən iddianın təmin olunmasının sığortaçının tələb hüququna müdaxilə olmaması və həmin tələblərin bir-birini istisina etməsi kimi əsaslandırmanın hazırki işlə heç bir hüquqi əlaqəsi olmaması qeyd edir və hesab edir ki, məhkəmə iddiaçının subyektiv hüququ ilə yanaşı onun irəli sürdüyü faktiki halların onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb uzlaşmamasına qiymət verməli idi. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğu üçün ləğv edilməli olsa da, kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası şərh edilənlərə əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual qanunvericiliyin tələblərinin pozulması ilə qəb ul edildiyindən və qanuni və əsaslı hesab edilmədiyindən ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar kifayət qədər olmadığı üçün və iş üzrə apellyasiya qaydasında müəyyən araşdırmalar aparılması zərurəti olduğundan hazırki iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol verməklə düzgün hüquqi nəticəyə gəlmədiyindən qəbul etdiyi qətnaməsi qanuni, əsaslı sayıla bilmədiyi üçün ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Kollegiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi və eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar