Məhkəmə qərarları › İş №2(102)-762/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-762/2022

25.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-762/2022 25.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcu) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2216/2021 nömrəli iş üzrə 10 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 2 5 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 99486 manat əsas, kredit müqaviləsi üzrə 30.11.2018-ci il tarixinə hesablanmış 42365 manat faiz borcunun, cəmi 141851 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbini onunla əsa slandırmışdır ki, 14.09.2009-cu tarixli, 02 saylı kredit müqaviləsinə əsasən, iddiaçı ləğv prosesində olan «Atrabank” ASC tərəfindən Cavabdeh 204546 manat məbləğində kredit verilmişdir. Mövcud kredit müqaviləsinə əsasən kreditin müddəti 20.11.2009-cu ilədək, illik faiz isə 7% müəyyən edilmişdir. Kredit müqaviləsinin 1.3-cü bəndinə görə borcalan krediti və onun faizlərini kredit müqaviləsinə əlavə edilmiş 1 saylı əlavəyə uyğun ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh 14.09.2009-cu il tarixli 02 saylı kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı-vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə də müqavilənin şərtlərini pozmuşdur. Hazırda cavabdehin kredit üzrə banka olan əsas borcu 99486 manat, kredit müqavil əsi üzrə 30.11.2018-ci il tarixinə hesablanmış 42.365 manat faiz borcu, cəmi 141851 manat təşkil edir. Cavabdehə borcun ödənilməsi ilə bağlı dəfələrələ şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, onun tərəfindən bu günədək borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Zəngilan Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 17.10.2019-cu il tarixli, 2(034)-91/2019 saylı qətnaməsi ilə (hakim Gülsarə İmanova) iddia tələbi qismən təmin edilərək, Cavabdeh 99.486 manat əsas, 42.365 manat faiz borcu olmaqla, cəmi 141.851 manat borcun İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, id diaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Odur ki, iddia tələbi qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 739.1, 739.2-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Gülnarə Tağızadə - sədrlik edən və məruzəçi, Telman Quliyev, Elman Rəhimov) 03.02.2020-ci il tarixli, 2(105)-740/2020 saylı qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 oktyabr 2020-ci il tarixli, 4/597 saylı məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə müəyyən edilir ki, ekspertizaya təqdim edilmiş mülki işin 5-6-cı vərəqəsində İddiaçı ASC ilə Cavabdeh adından olan 14 sentyabr 2009-cu il tarixli 02 nömrəli kredit müqaviləsinin sonunda «Borcalan» qrafasındakı imzanın Cavabdeh tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Cavabdeh nümayəndəsi və vəkili X3 ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmi şdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Gülnarə Tağızadə - sədrlik edən və məruzəçi, Lətifə Məmmədova, Telman Quliyev) 26.10.2020-ci il tarixli, 2(105)-740/2020 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Zəngilan Rayon Məhkəməsinin bu iş üzrə 17 oktyabr 2019-cu il tarixli 2(034)91/2019 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 112 manatın iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 14 sentyabr 2009-cu il tarixli kredit müqaviləsi həm kredit verənin, həm də kredit alanın ümumi niyyətini əks etdirir. Yəni kredit verən 3204.546 manat məbləği kreditin Cavabdeh verilməsi, sonuncu isə həmin məbləği kredit olaraq almaq məqsədində olmasını bəyan etmişlər. Lakin, həmin müqavilə ilə nəzərdə tutulan öhdəlik yaranmamışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 5.1, 5.2-ci bəndlərində nəzərdə tutulmuşdur ki, kredit vəsaiti bu müqavilə qüvvəyə mindiyi tarixdən 20 gündən gec olmayaraq Borc verən tərəfindən Borc alanın ssuda hesabına köçürülür və bu barədə dərhal Borc alana məlumat verilir. Kredit vəsaitindən istifadə müddətinin axımı Borc alanın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixdən sonrakı gün başlanır. Müqavilədən göründüyü kimi, həmin müqavilə ilə kredit məbləği verilməmiş, kredit verəcək bankın bu öhdəliyi 20 g ün müddətində yerinə yetirəcəyi nəzərdə tutulmuşdur. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən borc alana verilən kredit vəsaitindən istifadə müddəti 02 (iki) aydır. Müqavilənin kredit vəsaitindən istifadə müddəti 20 noyabr 2009-cu il tarixində bitir. Bu müddətin uzadılması barədə tərəflər razılığa gəldikdə, belə razılıq bu müqavilənin 6.6-cı bəndində nəzərdə tutulmuş qaydada rəsmiləşdirilir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir. Müqavilənin 6.7-ci bəndinə əsasən Borc alan tərəfindən kreditin qaytarılması bərabər hissələrlə aylıq ödəmələrin həyata keçirilməsi yolu ilə aparılır. Lakin, iş materialları ilə müəyyən olunur ki, kreditor tərəfindən Borc alanın kreditin qaytarılmasının bərabər hissələrlə aylıq ödəmələri həyata keçirmək üçün ödəniş cədvəli t ərtib olunmamış və müqavilənin tərkib hissəsi sayılmaqla, müqaviləyə tikilməmişdir. Müqavilənin 4.1-ci bəndinə əsasən kredit təyinatı üzrə istifadə edilmədikdə, Borc verən tərəfindən borc öhdəliyinin icra edilməsinin vaxtından əvvəl tələb edilməsi mümkündür. Lakin, müqavilə üzrə kredit təyinatının nədən ibarət olması müəyyən deyildir. Kredit müqaviləsin 6.6, 6.7 və s. bəndlərində qeyd olunur ki, Borc verənə hüquq verilir ki, Borc alanın sərəncamı olmadan ona yazılı bildiriş göndərilməklə, gecikdirilmiş borcun məbləğini Borc alanın hesablaşma hesablarından akseptsiz qaydada silsin. Borc verən Borc alanın ssuda hesabına kredit vəsaitinin köçürülməsi barədə dərhal Borc alana məlumat verməyi öhdəsinə götürür. Belə bildirişlər poçt vasitəsilə rəsmi olaraq göndərilir. 6.7-ci bənddə isə nəzərdə t utulmuşdur ki, tərəflərin bütün xəbərdarlıqları yazılı formada olmalıdır. İş materialları ilə müəyyən olur ki, Bank tərəfindən borcun qaytarılması barədə cavabdehə 20 noyabr 2009-cu il tarixə kimi heç bir müraciətlər və xəbərdarlıqlar olmamışdır. Birinci müraciət 31 iyul 2017-ci il tarixdə olmuşdur. Azərbaycan Respublikası Mərkəzi Bankının “Banklarda kreditlərin verilməsi qaydaları”nın tələblərinə əsasən təminatsız kreditlər borcalanın uzun müddətli maliyyə hesabatları və kredit tarixləri əldə edilməklə verilməlidir. Fiziki şəxslər üçün tələb olunan maliyyə hesabatları qismində əmək haqqı və ya fiziki şəxsin rəsmi qaydada təsdiq edilmiş digər mənbələrdən aldığı gəlirlər barədə arayış çıxış edir. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh Zəngilan rayonunun H.Hacıyev küçəsi ev 19da qey diyyatda olaraq, heç bir yerdə işləmir. Əmənatlərin Sığortalanması Fondunun Kreditlərin İdarə edilməsi departamentinin məhkəmələrlə iş şöbəsinin müdiri F.Əliyev tərəfindən məhkəməyə ünvanlanmış 20 may 2020-ci il tarixli məktubdan müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14 sentyabr 2009-cu il tarixli 02 nömrəli Kredit müqaviləsinə dair kassa məxaric qəbzinin əslinin göndərilməsi mümkün deyildir. Belə ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14 sentyabr 2009-cu il tarixli 02 nömrəli Kredit müqaviləsinə dair kassa məxaric qəbzini Azərbaycan Respublikası Mərkəzi bankının 2013-cü il 30 iyul 16/3 nömrəli qərarı ilə təstiq edilmiş «Azərbaycan Respublikası Bank sistemində arxiv işinin aparılması haqqında Təlimata» əsasən İddiaçı ASC-də saxlanma vaxtı keçmiş və əməl əh əmiyyətinin itirmiş sənədləri məhv edilmək üçün 07 aprel 2015-ci il tarixli saxlanmalı olmayan sənədlərin məhv edilmək üçün ayrılması haqqında Aktla Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə təhvil verilmişdir. 17 aprel 2019-cu il tarixli həmin aktdan görünür ki, həmin sənədlər heç bir şəxs tərəfindən qəbul edilməmişdir. Həmçinin, iş materiallarında olan 07.04.2015-ci il tarixli aktla müəyyən olur ki, bank sisteminin fəaliyyəti nəticəsində sənədlərin saxlanma müddəti üzrə 2013-cü ildə nəşr edilmiş Siyahıya əsasən tarixi, praktiki əhəmiyyətini itirmiş və gələcəkdə lazım olmayan 2004-cü ilə aid sənədlərin və işlərin məhvə ayrılmış aktına əsasən Bankın Ekspert Komissiyası tərəfindən müzakirə edilməklə məhv edilmişdir. Kredit müqaviləsi bağlanan zaman cavabdeh tərəfindən heç bir girov və ipoteka təminatı qoyulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, 204.546 manat məbləğində kreditin əmək haqqı olmayan şəxsə girovsuz, biznes-plansız, təyinatsız, zaminsiz, sığortasız və sairə vacib sənədləşdirmələr aparılmadan cavabdehə verilməsi inandırıcı deyildir. İş materiallarından göründüyü kimi, cavabdeh kredit məbləğini almamasını, eləcə də banka ödənişlər etməməsini bildirmiş, iddiaçı bank isə pulun cavabdehə ödənilməsinə dair məxaric sənədlərinin məhv edilməsini göstərmiş, eləcə də banka ödənilmiş məbləğin pulun cavabdeh tərəfindən ödənilməsini təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Qətnamədən narazı qalan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək id dia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c) Kasasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Əhməd Əhmədov sədrlik edən və məruzəçi, İlqar Dəmirov, Vüqar Həsənov) 27.04.2021-ci il tarixli, 2(102)-2103/2021 saylı qərarı ilə kasasiya şikayəti təmin edilərək, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 26.10.2020-ci il tarixli, 2(105)-740/2020 saylı qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Kasasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əvvəla, apelyasiya instansiyası məhkəməsi tərəflər arasında yaranmış hazırki mübahisəli hüquq münasibətinə iddia müddətini tətbiq etməklə Mülki Məcəllənin 375.2-ci maddəsinin tələbini pozub. Belə ki, işin 21, 36, 44, 65, 67, 69, 87-ci vərəqələrində olan telefonoqramlardan, birinci instansiya məhkəməsinin 12 mart 2019-cu il və 18 aprel 2019cu il tarixli məhkəmə iclas protokollarından (iş vərəq 28), cavabdehin iş üzrə məhkəmə xəttşünaslıq ekspertizasının təyin edilməsi haqqında 18 aprel 2019-cu il tarixli yazılı vəsatətindən (iş vərəq 48), habelə cavabdehə məxsus sərbəst imza nümunələrindən (iş vərəq 58) və tərəflərə göndərilmiş sms xəbərdarlıqlarına dair bildirişlərdən (iş vərəq 79, 86) görünür ki, işdə iştirak edən şəxslər, o cümlədən cavabdeh birinci instansiya məhkəməsinin məhkəmə iclasları barədə məlumatlı olub. Bu hal onun birinci instansiya məhkəməsinin ayrı-ayrı məhkəmə iclaslarında şəxsən iştirak etməsi və iş üzrə məhkəmə xəttşünaslıq ekspertizanın təyin edilməsi haqqında yazılı vəsatət, sərbəst imza nümunələri verməsi və sair ilə də istisna olunmur. Cavabdehin işin 196-cı vərəqində olan yazılı ərizəsindən isə görünür ki, o, apelyasiya icraatı mərhələsində apelyasiya instansiyası məhkəməsinə yazılı ərizə verərək hazırki mübahisəli hüquq münasibətinə iddia müddətinin tətbiq edilməsini xahiş edib. Göründüyü kimi sözügedən kredit müqaviləsi üzrə mübahisə tərəfi olan cavabdeh birinci instansiya məhkəməsinin 12 mart 2019-cu il və 18 aprel 2019-cu il tarixli məhkəmə iclaslarında bilavasitə iştirak etdiyi, sonrakı məhkəmə iclaslarına isə üzrsüz səbəblərdən gəlmədiyi halda, birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiqi barədə ərizə verməyib. Lakin, belə bir ərizəni apelyasiya icraatı mərhələ sində verib. Apelyasiya instansiyası məhkəməsi isə cavabdehin ərizəsini qəbul edərək iddia müddətinin keçməsini əsas tutub iddiadan imtina barədə qətnamə qəbul edib. kasasiya instansiyası məhkəməsi hesab edir ki, işə yenidən apelyasiya qaydasında baxılarkən ilk növbədə cavabdehin hazırki mübahisəli hüquq münasibətinə iddia müddətinin tətbiqi barədə ərizəni nəyə görə birinci instansiya məhkəməsinə təqdim etməməsinin səbəbləri araşdırılmalı və bundan sonra həmin ərizənin apelyasiya icraatı mərhələsində qəbul edilməsinin mümkünlüyü məsələsinə sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Digər tərəfdən, apelyasiya instansiyası məhkəməsi, iddiaçının sözügedən kredit müqaviləsi üzrə öhdəliklərini icra edib müqavilədə nəzərdə tutulan 204.5 46 manat krediti cavabdehə vermədiyini, bu barədə kassa məxaric orderinin, ödəniş qrafikinin məhkəməyə təqdim edilmədiyini və beləliklə də tərəflər arasında əslində kredit hüquqi münasibətlərin yaranmadığını və sair göstərsə də kasasiya instansiyası məhkəməsi bununla da razılaşmır. Belə ki, işdən, maliyyə arayışından görünür ki, 204.546 manat kredit borcunun 105.060 manat hissəsi artıq ödənilib və sözügedən kredit müqaviləsi üzrə ödənilməmiş 99.486 manat əsas, 42.365 manat faiz borcu qalıb. Kredit müqaviləsi üzrə sonuncu dəfə 30 oktyabr 2012-ci il tarixdə 38.534.07 manat ödəniş edilib. Apelyasiya instansiyası məhkəməsi ümumiyyətlə işin qeyd olunan halları üzrə heç bir araşdırma aparmadan, cavabdehin adından 105.060 manat kreditin kimin tərəfindən ödənilməsini aydınlaşdırmadan, onun şəxsi yyətini müəyyən edib hazırki mübahisəli məsələyə münasibətini öyrənmədən, bu barədə işə əlavə edilmiş 17 aprel 2019-cu il tarixli akta və ona əlavə edilmiş sənədlərə (iş vərəq 138-143) MPM-nin 88-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət vermədən, habelə MPM-nin 265, 394-cü maddələrinin tələblərinə əsasən, sözügedən kredit müqaviləsinin bağlanması, imzalanması və həmin müqavilə üzrə kreditin verilməsi zamanı tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərinin olub-olmamasını müzakirə etmədən, iddia tələblərinin əsassız olması qənaətinə gəlmişdir. Halbuki, həmin aktdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin adından kassa mədaxil orderlərinə əsasən 30 noyabr 2012-ci il tarixədək 105.060,34 manat ödəniş edilib. Həmin kassa mədaxil orderlərinin əsli iddiaçının arxiv üzrə mütəxəssisi Cavid Bababəyli tərəfindən iddiaçının Hüquq Xidmətləri Şöbəsinin hüquqşünası Günel Xıdırlıya təhvil verilib. 30 oktyabr 2012-ci il tarixli kassa mədaxil orderinə əsasən isə cavabdehin adına açılmış 1***-***-**-**5 saylı hesab nömrəsinə təyinatı ssuda ödənişi olmaqla 105.060,34 manat pul məbləği X6 tərəfindən iddiaçıya təhvil verilib. Göründüyü kimi cavabdehlə bağlanmış sözügedən kredit müqaviləsi üzrə 204.546 manat kreditin verilməsi, qeyd olunan kassa mədaxil orderinə əsasən cavabdehin adına açılmış hesab nömrəsinə X6 tərəfindən 105.060,34 manat pul vəsaitinin köçürülməsi və beləliklə də tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquqi münasibətlərinin yaranması mülki iş materialları ilə istisna olunmur. Bu baxımdan kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini əsaslı sayır və hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. ç) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şəmsəddin Abasov sədrlik edən və məruzəçi, Səyyad Qafari, Telman Məmmədov) 10.09.2021-ci il tarixli, 2(105)2216/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Zəngilan Rayon Məhkəməsinin bu iş üzrə 17 oktyabr 2019-cu il tarixli 2(034)91/2019 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 112 manatın iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəf iş materiallarına əlavə edilmiş 14 sentyabr 2009-cu il tarixli kredit müqaviləsinə əsaslanaraq Cavabdeh 204546 manat məbləğində kreditin verilməsini iddia edir. Cavabdeh həmin məbləği almasını inkar edir. Belə olan halda bu məbləğdə kreditin bankdan cavabdeh ə verilməsini, yəni cavabdeh tərəfindən qəbul edilməsini yalnız ciddi maliyyə sənədi olan kassa məxaric orderi təsdiq edə bilər. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 5.1 və 5.2-ci bəndlərində nəzərdə tutulmuşdur ki, kredit vəsaiti bu müqavilə qüvvəyə mindiyi tarixdən 20 gündən gec olmayaraq Borc verən tərəfindən Borc alanın ssuda hesabına köçürülür və bu barədə dərhal Borc alana məlumat verilir. Kredit vəsaitindən istifadə müddətinin axımı Borc alanın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixdən sonrakı gün başlanır. İş materiallarında kredit müqaviləsilə verilməsi nəzərdə tutulmuş kreditin Cavabdeh verilməsini təsdiq edən mötəbər sənəd, yəni kassa məxaric orderi mövcud deyildir. Bundan başqa, məlum kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən borc alana verilən k redit vəsaitindən istifadə müddəti 02 (iki) ay müəyyən edilmişdir (20.11.2009cu ilədək). Bu müddətin uzadılması barədə tərəflər razılığa gəldikdə, belə razılıq bu müqavilənin 6.6-cı bəndində nəzərdə tutulmuş qaydada rəsmiləşdirilir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir. Müqavilənin 6.7-ci bəndinə əsasən Borc alan tərəfindən kreditin qaytarılması bərabər hissələrlə aylıq ödəmələrin həyata keçirilməsi yolu ilə aparılır. Lakin, iş materialları ilə müəyyən olunur ki, kreditor tərəfindən Borc alanın kreditin qaytarılmasının bərabər hissələrlə aylıq ödəmələri həyata keçirmək üçün ödəniş cədvəli tərtib olunmamış və müqavilənin tərkib hissəsi sayılmaqla, müqaviləyə əlavə edilməmişdir. Məlum kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən kredit təyinatı üzrə is tifadə edilmədikdə, Borc verən tərəfindən borc öhdəliyinin icra edilməsinin vaxtından əvvəl tələb edilməsi mümkündür. Lakin, müqavilə üzrə kredit təyinatının nədən ibarət olması müəyyən deyildir. Kredit müqaviləsin 6.6, 6.7 və s. bəndlərində qeyd olunur ki, Borc verənə hüquq verilir ki, Borc alanın sərəncamı olmadan ona yazılı bildiriş göndərilməklə, gecikdirilmiş borcun məbləğini Borc alanın hesablaşma hesablarından akseptsiz qaydada silsin. Borc verən Borc alanın ssuda hesabına kredit vəsaitinin köçürülməsi barədə dərhal Borc alana məlumat verməyi öhdəsinə götürür. Belə bildirişlər poçt vasitəsilə rəsmi olaraq göndərilir. 6.7-ci bənddə isə nəzərdə tutulmuşdur ki, tərəflərin bütün xəbərdarlıqları yazılı formada olmalıdır. İş materialları ilə müəyyən olur ki, Bank tərəfindən borcun qayta rılması barədə cavabdehə 2017-ci ilədək heç bir müraciət və xəbərdarlıq olmamışdır. Birinci müraciət 31 iyul 2017-ci il tarixdə olmuşdur. Xəbərdarlıqdan isə görünür ki, məktub ünvan 1 ünvanda olmuş, lakin cavabdeh həmin ünvanda yaşamadığından məktub geri qaytarılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, bu tarixdə Zəngilan şəhəri hələ işğal altında olduğundan cavabdehə göndərilən xəbərdarlıq məktubu formal sənəd kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mərkəzi Bankının “Banklarda kreditlərin verilməsi qaydaları”nın tələblərinə əsasən təminatsız kreditlər borcalanın uzun müddətli maliyyə hesabatları və kredit tarixləri əldə edilməklə verilməlidir. Fiziki şəxslər üçün tələb olunan maliyyə hesabatları qismində əmək haqqı və ya fiziki şəxsin rəsmi qaydada təsdiq edilmiş digər mənbələrdə n aldığı gəlirlər barədə arayış çıxış edir. İş materiallarından görünür ki, Cavabdeh Zəngilan şəhəri, H.Hacıyev küçəsi, ev 19 ünvanında qeydiyyatda olaraq, heç bir yerdə işləmir. Əmənatlərin Sığortalanması Fondunun Kreditlərin İdarə Edilməsi Departamentinin Məhkəmələrlə İş Şöbəsinin müdiri F.Əliyev tərəfindən məhkəməyə göndərilmiş 20 may 2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14 sentyabr 2009-cu il tarixli, 02 nömrəli kredit müqaviləsinə dair kassa məxaric qəbzinin əslinin göndərilməsi mümkün deyildir. Belə ki, tərəflər arasında bağlanmış 14 sentyabr 2009-cu iltarixli, 02 nömrəli kredit müqaviləsinə dair kassa məxaric qəbzini Azərbaycan Respublikası Mərkəzi Bankının 2013-cü il 30 iyul tarixli, 16/3 nömrəli qərarı ilə təstiq edilmiş «Azərbaycan Respublikası Bank sistemində arxiv işinin aparılması haqqında Təlimata» əsasən İddiaçı ASC-də saxlanma vaxtı keçmiş və əməli əhəmiyyətinin itirmiş sənədləri məhv edilmək üçün 07 aprel 2015-ci il tarixli saxlanmalı olmayan sənədlərin məhv edilmək üçün ayrılması haqqında aktla Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə təhvil verilmişdir. 17 aprel 2019-cu il tarixli həmin aktdan görünür ki, həmin sənədlər heç bir şəxs tərəfindən qəbul edilməmişdir. Həmçinin, iş materiallarında olan 07.04.2015-ci il tarixli aktla müəyyən olur ki, bank sisteminin fəaliyyəti nəticəsində sənədlərin saxlanma müddəti üzrə 2013-cü ildə nəşr edilmiş Siyahıya əsasən tarixi, praktiki əhəmiyyətini itirmiş və gələcəkdə lazım olmayan 2004-cü ilə aid sənədlərin və işlərin məhvə ayrılmış aktına əsasən Bankın Ekspert Kom issiyası tərəfindən müzakirə edilməklə məhv edilmişdir. Azərbaycan Respublikası Mərkəzi X7 tərəfindən 30 iyul 2013-cü il tarixli, 16/3 saylı qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimat"ın İİ fəslinin 55-ci bəndinə görə “Kredit dosyesinə aid sənədlər: kredit və təminat müqavilələri, qarantiyalar, borcalanın ödəmə və maliyyə vəziyyəti barədə məlumat təminatın qiymətləndirilməsinə dair sənədlər, kreditin istifadəsinə nəzarətin nəticələri, kreditin ödənilməsi barədə bank sənədləri və kredit dosyesinə aid digər sənədlər kredit ödənildikdən və ya balansdan silindikdən sonra 5 il müddətində saxlanılır. İşdən görünür ki, iddiaçı hazırkı tələbini sübut etmək üçün məhkəməyə kredit müqaviləsini, xəbərdarlıq məktubunu, maliyyə arayışını t əqdim etsə də, kreditin məhz cavabdeh tərəfindən qəbul edilməsini təsdiq edən yeganə mötəbər sənədi-kassa məxaric orderini təqdim etməmiş, bunun üçün digər sənədlərin deyil, yalnız kassa məxaric oredrinin arxivə təqdim olunmasını və məhv edilməsini bildirmişdir. Halbuki, daha öncə istinad olunan normastiv sənədə əsasən “Kredit dosyesinə aid sənədlər: kredit və təminat müqavilələri, qarantiyalar, borcalanın ödəmə və maliyyə vəziyyəti barədə məlumat təminatın qiymətləndirilməsinə dair sənədlər, kreditin istifadəsinə nəzarətin nəticələri, kreditin ödənilməsi barədə bank sənədləri və kredit dosyesinə aid digər sənədlər - kredit ödənildikdən və ya balansdan silindikdən sonra 5 il müddətində saxlanılır. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçının həmin dəlilini inandırıcı hesab etmir. Bundan əlav ə, iddia tələbi üçün əsas istinad sənədi hesab olunan kredit müqaviləsinin özünü də mötəbər, legitim, əsaslı şübhələrdən kənar bir sübut kimi qəbul etmək çətindir. İş materialları ilə müəyyən edilir ki, məlum kredit müqaviləsi bağlanan zaman cavabdeh tərəfindən heç bir girov və ipoteka təminatı qoyulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, 204.546 manat məbləğində kreditin əmək haqqı olmayan şəxsə girovsuz, təminatsız, biznesplansız, təyinatsız, zaminsiz, sığortasız və sairə vacib sənədləşdirmələr aparılmadan verilməsi inandırıcı deyildir. İş materiallarından göründüyü kimi, cavabdeh kredit məbləğini almamasını, eləcə də banka ödənişlər etməməsini bildirmiş, iddiaçı bank isə pulun cavabdehə ödənilməsinə dair məxaric sənədlərinin məhv edilməsini göstərmiş, eləcə də banka ödənilmiş kre dit məbləğinin cavabdeh tərəfindən ödənilməsini təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, cavabdeh vaxtilə X6 adlı iş adamının sürücüsü işləmiş, mübahisəli krediti cavabdeh deyil, məhz X6 götürmüş və sonradan 30 noyabr 2012-ci ildə 105060,34 manat ödəniş etmişdir. Daha sonra isə o, başqa əsaslarla Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2016-cı il tarixli, 1(101)-78/2016 saylı hökmü ilə AR CM-nin 178.3.2, 179.3.2, 213.1, 213.2.2, 308.2 və 313-cü maddələrilə məhkum edilmiş və müəyyən müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, azadlıqdan məhrum edilmişdir. Həmin şəxs hazırda AR Ədliyyə Nazirliyi PX-nin 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməkdədir. X4 məhkəməyə göndərdiyi 26 avqust 2021-ci il tarixli izahatından (AR Ədliyyə Nazirliyi PX-nin 2 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi tərəfindən təsdiq edilmişdir) görünür ki, o, hazırkı mübahisə ilə tanışdır. O, "xxxx" MMC-nin direktoru (eyni zamanda təsisçisi) olan dövrdə şirkətin maliyyə vəziyyəti ilə əlaqədar olaraq İddiaçı ASCdən kredit götürmüşdür. Kreditin müddəti çatdığından və bank tərəfindən gecikdirməyə görə faiz hesablandığına görə X2 faiz hesablanmamasını, vaxt verməyini xahiş etmişdir. X5 isə kiminsə adına kredit rəsmiləşdirib yeni kredit müqaviləsi ilə veriləcək pulu "xxxx" MMC-nin borcuna yönəltməyin mümkün olduğunu bildirmişdir. Bunun üçün istənilən adamın şəxsiyyət vəsiqəsinin surətini gətirməyi ona bildirmişdir. Həmin dövrdə sürücüsü olan Cavabdeh vəsiqəsinin surətin i banka təqdim etmiş və Cavabdeh xəbəri olmadan onun adına kredit müqaviləsi tərtib olunmuş, tərtib olunan kredit müqaviləsi üzrə verilməli olan pul məbləğinə nə onun, nə də Cavabdeh əli dəymədən həmin vəsait "xxxx" MMC-nin əvvəlki borcuna yönəlmişdir. Cavabdeh xəbəri olmadan verilmiş kredit reallıqda onun borcu olduğundan həmin kredit üzrə ödənişləri özü həyata keçirmişdir. İşin bu hallarına məcmu halda qiymət verərək, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 14 sentyabr 2009-cü il tarixli, 02 saylı kredit müqaviləsi üzrə kredit vəsaitinin bank tərəfindən Cavabdeh təqdim edilməsini lazımi əsaslarla sübut edə bilməmişdir. Odur ki, iddia tələbi təmin edilməməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (vəkili Vəkil1) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, işdən, maliyyə arayışından görünür ki, 204.546 manat kredit borcunun 105.060 manat hissəsi artıq ödənilib və sözügedən kredit müqaviləsi üzrə ödənilməmiş 99.486 manat əsas, 42.365 manat faiz borcu qalıb. Kredit müqaviləsi üzrə sonuncu dəfə 30.10.2012-də 38.534.07 manat ödəniş edilib. Apelyasiya instansiya məhkəməsi ümumiyyətlə işin qeyd olunan halları üzrə heç bir araşdırma aparmadan, cavabdehin 105.060 manat kimin tərəfindən ödənilməsini aydınlaşdırmadan, onun şəxsiyyətini müəyyən edib hazırki mübahisəli məsələyə münasibətini öyrənmədən, bu barədə iş əlavə edilmiş sənədlərə MPM-nin 88-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət vermədən, habelə MPM-in 265, 394-cü maddələrinin tələblərinə əsasən, sözügedən kredit müqaviləsinin bağlanması, imzalanması və həmin müqavilə üzrə kreditin verilməsi zamanı tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayət əlamətlərinin olub-olmamasını müzakirə etmədən, iddianın əsassız olması qənaətinə gəlmişdir. Halbuki, 30.11.2012-ci il tarixli kassa mədaxil orderindən və əlavə edilmiş digər sənədlərdən görünür ki, 105.060.34 manat ödəniş edilib. 105.060.34 manat ödəniş heç də az bir məbləğ deyildir və hər hansı şəxs tərəfindən əsassız olaraq belə bir ödəniş ola bilməz. 30.11.2012ci il tarixli kassa mədaxil orderinə əsasən isə cavabdeh adına açılmış 1***-***-**-**5 saylı hesab nömrəsinə təyinatı ssuda ödənişi olmaqla 105.060.34 manat pul məbləği X6 tərəfindən iddiaçıya təhvil verilib. Belə ki, iş materiallarında olan AR Ədliyyə Nazirliyi PX-nin 2 saylı Cəzacəkmə Müəssisəsindən məhkəməyə daxil olmuş X4 26.08.2021-ci il tarixli izahatından görünür ki, o hazırki mübahisə ilə tanışdır. O, "xxxx" MMC-nin direktoru olan dövrdə şirkətin maliyyə vəziyyəti ilə əlaqədar olaraq İddiaçı ASC-dən kreditlər götürmüşdür. Həmin dövrdə bankın sədri-Elmixan Nəbiyevdən sürücüs ü olan Cavabdeh kredit verilməsini xahiş etmişdir və nəticədə Cavabdeh ilə bank arasında kredit müqaviləsi bağlanmışdır. Digər tərəfdən iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası keçirilmiş, lakin kredit müqaviləsinin sonundakı imzanın “borc alan” qrafasındakı Cavabdeh tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub olunmaması müəyyən olunmamışdır. Halbuki kredit müqaviləsindəki “borcalan” qrafasındakı imza ilə cavabdehin şəxsiyyət vəsiqəsindəki imzaları açıq aydın eyni şəxs tərəfindən imza edilməsi görsənir. Apelyasiya instansiya məhkəməsi bu halı da nəzərə almamışdır. Ən azından təkrar məhkəmə-xətşünaslıq ekspertizası keçirilə bilərdi. Beləliklə də, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquqi münasibətlərin yaranması mülki iş materialları ilə istisna olunmur. Kr edit ödənişi etməklə də cavabdeh öz iradəsini ifadə etmişdir ki, tərəflər arasında belə bir kredit müqaviləsi bağlanmışdır. X1 da sözügedən kreditin olması barədə öz izahatında bildirmişdir. Lakin apelyasiya instansiya məhkəməsi sadaladığı halları və işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və yə müəyyən edilməmiş edilməsi yolverilməzdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. İşə baxan apelyasiya instansiya məhkəməsi kasasiya şikayətində s adalanan normaların tələblərini pozmuşdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Banklar Haqqında ”Azərbaycan Respublikasının Qanunu: Maddə 39.1. Banklar bank əməliyyatları haqqında bağlanmış müqavilələr və icra edilmiş müqavilələr (əqdlər) üzrə müvafiq sənədləri, o cümlədən elektron daşıyıcılarda olan informasiyanı, habelə fəaliyyətləri nəticəsində yaranan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada və müddət ərzində saxlamalıdırlar. Maddə 39.2. Müştərini eyniləşdirməyə, habelə müştərilərin hesablaşma və köçürmə əməliyyatlarını təsdiq etməyə imkan verən sənədlər müştəri ilə qarşılıqlı münasibətlərə xitam verildikdən və ödənişlər (köçürmələr) başa çatdıqdan sonra azı 5 il müddətində bankda saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 3941, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Madd ə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, iddiaçı kasasiya şikayətində iddiaçı iş materiallarında olan maliyyə arayışına, kredit müqaviləsinə və X4 ərizəsinə istinad etsə də, kasasiya yoxlaması nəticəsində də müəyyən edilmişdir ki, iş materiallarında kredit məbləğinin cavabdehə veril məsini təsdiq edən kassa məxaric orderi mövcud deyildir. İddiaçı həmin sənədin məhv edildiyini göstərmiş olsa da, göstərilən sənədlərin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən müştəri ilə qarşılıqlı münasibətlərə xitam verilmədən və ödənişlər (köçürmələr) başa çatmadan saxlama müddətinə görə məhvə təqdim edilməsi qeyrimümkün idi. Həmçinin iş materiallarından da görünür ki, həmin sənədin məhvə (Milli Arxiv İdarəsinə) təqdim edilməsi müəyyən edilməmişdir. Belə ki, məhvə təqdim edilmiş sənədlərlə bağlı aktla da müəyyən edilmişdir ki, bank sisteminin fəaliyyəti nəticəsində sənədlərin saxlanma müddəti üzrə 2013-cü ildə nəşr edilmiş Siyahıya əsasən tarixi, praktiki əhəmiyyətini itirmiş və gələcəkdə lazım olmayan 2004-cü ilə aid sənədlərin və işlərin məhvə ayrılmış aktına əsasən Bankın Ekspert Komissiyası tərəfindən müzakirə edilməklə məhv edilmişdir. Buradan da göründüyü kimi, kredit müqaviləsi 2009-cu il tarixdə bağlandığı üçün kassa məxaric orderi də 2009-cu ilə aid sənəd olmalı idi və həmin tarixə banka aid sənədlərin məhv edilməsi müəyyən edilməməkdədir. İddiaçının X4 izahatına istinadı ilə bağlı isə qeyd edilməlidir ki, həmin izahatda da Rauf Kərimov hazırki cavabdehin xəbəri olmadan ona məxsus şəxsiyyət vəsiqəsinin surətini banka təqdim edib cavabdehin adına saxta kredir müqaviləsi bağlanmasını, həmin kreditin də onun özünə məxsus olmuş şirkətin bank borcunun ödənilməsinə yönəldildiyini, cavabdehin adına rəsmiləşdirilmiş kredit üzrə ödənişləri də özünün etdiyini göstərmişdir. Beləliklə kasasiya yoxlaması nəticəsində də iddiaçı tərəfindən cava bdehə mübahisələndirilən kredit məbləğini təqdim etməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. Bu əsasla da apelyasiya kollegiyası iddia tələbinin rədd edilməsi qənaətinə gəlməkdə haqlı olmuş, qətnamə qəbul edilərkən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verməmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, işə sonuncu dəfə apelyasiya qaydasında baxılarkən işə daha əvvəl baxmış kasasiya kollegiyasının göstərişlərinə tam olaraq əməl edilmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyiş dirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2216/2021 nömrəli iş üzrə 10 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar