Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7623/2018 27.12.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-7623/2018 27 dekabr 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.11.2017-ci il tarixli 2(103)10614/2017 nömrəli qətnaməsindən İddiaçı ASC və vəkil Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Nərimanov rayon məhkəməsinin (hakim R.Quliev) 07.07.2017-ci il tar ixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh4 Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh1 və Cavabdeh5nə qarşı "xxxx" üzrə yaranmış və ödənilməmiş qalan əsas borcun ödənilməsi məqsədi ilə 808878 manat, əsas borca hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 734016 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş dəbbənin (cərimənin) ödənilməsi məqsədi ilə 252875 manat, cəmi isə ******* manat məbləğində pulun MMC-dən tutularaq Banka ödənilməsi, tutmanın Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş və Cavabdeh1 məxsus Bakı şəhəri, ************************ küçəsində yerləşən 677,8 kv.metr əsas, 222,70 kv.metr köməkçi sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış binasına, həmçinin cavabdeh KM-yə məxsus Bakı şəhəri, ********************* küçəsində yerləşən 446,90 kv.metr əsas, 721,20 kv.metr köməkçi sahədən ibarət qeyriyaşayış binasına yönəldilməsi barədə iddia tələbləri rədd edilmişdir. Bakı şəhər Nərimanov rayon məhkəməsinin (hakim R.Quliev) 07.07.2017-ci il tarixdə qəbul etdiyi xüsusi qərardadla Bankın vəzifəli şəxslərinin əməllərində və hərəkətlərində cinayət tərkibinin əlamətlərinin olması ehtimalı barədə Nərimanov rayon Prokurorluğuna məlumat verilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.Məmmədov, E.Nağıyeva, H.Həmidov) 10.11.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07.07.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı ASC və vəkil Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.11.2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları İddiaçı ASC iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələbinə uyğun olaraq verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Nərimanov rayon Məhkəməsinə müraciət edərək, onunla "xxxx" MMC arasında bağlanmış "xxxx" üzrə yaranmış və ödənilməmiş qalan əsas borcun ödənilməsi məqsədi ilə 808878 mant, əsas borca hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 734016 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş dəbbənin (cərimənin) ödənilməsi məqsədi ilə 252875 manat, cəmi isə 1.795.769 manat məbləğində pulun MMC-dən tutularaq Banka ödənilməsi, tutmanın Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş və Cavabdeh1 məxsus Bakı şəhəri, ********** *********** küçəsində yerləşən 677,8 kv.metr əsas, 222,70 kv.metr köməkçi sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış binasına, həmçinin cavabdeh KM-yə məxsus Bakı şəhəri, ****************** küçəsində yerləşən 446,90 kv.metr əsas, 721,20 kv.metr köməkçi sahədən ibarət qeyriyaşayış binasına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bank ilə "xxxx" MMC arasında bağlanmış 11.02.2010-cu il tarixli, ************* saylı "xxxx" əsasən Bank tərəfindən MMC-yə 24 ay müddətinə, illik 18% ödəmək şərti ilə, 1.143.000 manat məbləğində kredit verilmişdir. "xxxx" üzrə MMC-nin öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə Bank ilə Cavabdeh1 arasında sonuncuya məxsus qeyri-yaşayış binasının sonrakı ipoteka qoyulması barədə 11.02.2 010-cu il tarixli, 665 “B” nömrəli, Bank ilə KM arasında sonuncuya məxsus qeyri-yaşayış binasının sonrakı ipoteka qoyulması barədə 11.02.2010-cu il tarixli, 665 “A” nömrəli girov müqavilələri bağlanmışdır. Qeyd edilən ipoteka predmetlərinə ipoteka hüququnun qeydiyyata alınmasına dair Banka Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi (bundan sonra – DƏDRX Əİ) tərəfindən dövlət reyestrindən müvafiq "xxxx" verilmişdir. Borc alan MMC kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozmuş, əsas borc məbləğini vaxtında qaytarmamış və bugünə qədər faktiki istifadə edilmiş kredit məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Belə ki, 24.11.2016-cı il tarixinə "xxxx" MMC-nin kreditor qarşısında gecikdirilmiş borcu 1.795.769 manat təşkil e dir ki, bunun da 808.878 manat hissəsi əsas borc, 734.016 manat hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc 252.875 manat isə dəbbə pulu üzrə borc məbləği təşkil edir. “İpoteka haqqında” Qanunun 33 və 34-cü maddələrinə əsasən ipoteka qoyulmuş əmlak obyektləri hesabına təmin etmək hüququ yaranmışdır. İddiaçı tərəfindən həmin Qanunun 36-cı maddəsinə uyğun olaraq cavabdehlər Cavabdeh1 və KM-yə 09.03.2017-ci il tarixdə “İpoteka qoyulmuş əmlak obyektlərinə tutmanın yönəldilməsi haqqında bildirişlər” verilmiş və Bank qarşısında yaranmış borcun ipoteka qoyulmuş əmlak obyektləri hesabına ödənilməsi üçün müvafıq ipoteka predmetlərinin 30 gün müddətindən gec olmayaraq satılması tələb edilmişdir. Həmin bildirişlər DƏDRX Əİ-də qeydə alınmışdır. Bank ilə borcalan "xxxx" MMC arasında bağlanmış "xxx x" şərtlərinə əsasən həmin müqavilə tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Mülki Məcəllənin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Hazırki iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni 27.03.2017ci il tarixdən etibarən iddiaçının tələblərinin ipoteka predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəz inin ipoteka predmetlərinin dəyərindən iddiaçının xeyrinə tutulması barədə iddiaçının irəli sürdüyü iddia tələbləri əsaslı və qanunvericiliyin tələblərinə uyğundur və buna görə də məhkəmə qətnaməsində öz müsbət həllini tapmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı ASC və vəkil Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. İddia müddəti üzrlü səbəbdən ötürülmüşdür, belə ki İddiaçı İKB ASC-nin keçmiş rəhbərliyi tərəfindən bütün hüquqi əhəmiyyət kəsb edən sənədlər və aktlar gizlədilmiş və məhv edilmiş və bunun da nəticəsi olaraq iddiaçının vaxtında məhk əməyə müraciət etməsinin qarşısını almış və iddia müddətinin ötürülməsinə süni şəkildə yol verilmişdir. X6 ilə İddiaçı İKB ASC arasında bağlanılmış kredit müqaviləsindən, həmçinin bu müqavilə üzrə cavabdehə külli miqdarda kredit verilməsini köhnə rəhbərlik işçiləri vəzifələrindən azad olunduqdan sonra müəyyən olunmuşdur. Aparılmış audit yoxlaması Bundan başqa borc məbləğinin cavabdeh tərəfındən götürülməsini təsdiq edən sənədin təqdim edilməməsinə gəldikdə isə qeyd etmək lazımdır ki, cavabdeh tərəfindən kredit müqaviləsinin öz imzası ilə təsdiq etməsi aydın görünür. Bundan başqa İddiaçı İKB ASC, "xxxx" MMC və cavabdeh X6 arasında 04.11.2013-cü il tarixli “Borcun köçürülməsi və hüququn güzəşti barədə” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC-nin borc öhdəlikləri "xxxx" MMC- yə keçmişdir. Göründüyü kimi bu müqavilənin olması "xxxx" MMC-nin İddiaçı İKB ASC-dən kredit məbləğinin götürüldüyünü bir daha təsdiq edir. Əgər "xxxx" MMC-nin kredit müqaviləsi üzrə borcu yox idisə, borcun köçürülməsi və hüququn güzəşti haqqında müqaviləni imzalamağa da ehtiyac olmazdı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 380-cı maddəsinin 1-ci bəndinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkət etdikdə iddia müddətinin axımı kəsilir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.11.2017-ci il tarixli ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normala rı düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, iddiaçı Bank ilə cavabdeh "xxxx" MMC arasında 11.02.2010cu il tarixdə bağlanmış ****************** nömrəli "xxxx" əsasən, Bank tərəfindən cavabdeh MMC-yə 24 ay müddətinə, illik 18 faiz ödəmək şərtilə, 1.143.000 manat məbləğində kredit verilməsini öhdəsinə götürmüşdür. Həmin "xxxx" təminatı kimi Bank ilə Cavabdeh1 arasında, sonuncuya məxsus qeyriyaşayış binasının sonrakı ipoteka qoyulması barədə 11.02.2010-cu il tarixli, 665 b nömrəli “Sonrakı ipoteka müqaviləsi” bağlanmışdır. Eyni zamanda kredit müqaviləsinin təminatı kimi Bank ilə Cavabdeh5 arasında, sonuncuya məxsus digər qeyri-yaşayış binasının sonrakı ipoteka qoyulması barədə 11.02.2010-cu il tarixli, 665 a nömrəli “S onrakı ipoteka müqaviləsi” bağlanmışdır. İddia tələbini rədd edən birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, kredit məbləğinin verilməsini təsdiq edən sənədlər iddiaçı Bank tərəfindən məhkəmələrə təqdim edilməmişdir. İddiaçı Bank cavabdeh MMC-nin direktoru X2 tərəfindən Banka 14.03.2012ci il tarixdə 350000 manat məbləğində ödəniş edildiyini göstərməklə bu ödənişin səbəbi kimi kredit məbləğinin MMC-yə Bank tərəfindən verilməli olduğunu qeyd etmişdir. Məhkəmə iddiaçının bu dəlili ilə razılaşmayaraq bildirmişdir ki, həmin məbləğin sözügedən "xxxx" üzrə kredit ödənişi olaraq Banka ödənilməsini təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən məhkəmələrə təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəm əsi həmçinin qeyd etmişdir ki, "xxxx" cavabdeh MMC-nin səlahiyyətli şəxsi tərəfindən imzalanması müqavilə tərəflərinin bir-birinə münasibətdə üzərlərinə müəyyən öhdəliklərin götürülməsini təsdiq edir, götürülmüş öhdəliyin icra edilməsi demək deyil. Kredit müqaviləsi bağlanma anına görə real əqddir, konsensual əqdlərdən fərqli olaraq real əqdlərin bağlanmış hesab olunması üçün yalnız razılaşma kifayət deyil, bunu üçün əqdin məzmununa daxil olan müəyyən hərəkətin icra edilməsi tələb olunur. Kredit müqaviləsində belə hərəkət müqavilənin predmetini təşkil edən pulun borcverən tərəfindən borcalana verilməsidir. Odur ki, pulun verildiyi andan kredit müqaviləsi bağlanmış sayılır, pulun verildiyi şəxs isə borcalan hesab olunur. Əgər Bank kreditin ona qaytarılmasını tələb edirsə, ilk növbədə həmin kreditin onun tərəfindən verilməsini sübut etməlidir. Kredit müqaviləsi üzrə öhdəliyin icrasının iddiaçının özü tərəfindən təmin edilmədiyi təqdirdə, həmin kredit müqaviləsi üzrə borcun tutulması və həmçinin kredit müqaviləsi ilə eyni tarixdə bağlanmış və əsas məqsədi kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu olan ipoteka müqavilələri üzrə ipoteka predmeti olan əmlaklara tutmanın yönəldilməsi əsaslı deyildir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia sübuta yetsə belə, iddia müddəti ötürülməklə verildiyi üçün də təmin edilə bilməz. Bank tərəfindən öhdəliyin icra müddəti 11.02.2012-ci il tarixə kimi müəyyən edilmişdir. Belə olan halda, iddia müddətinin axımı 11.02.2012-ci il tarixdən başlamış hesab olunur. Lakin Bank həmin tarixdən 5 il keçdikdən sonra iddia ərizəsi ilə məhk əməyə müraciət etmişdir. Müqavilənin məzmununda da iddia müddəti ilə əlaqədar başqa hal nəzərdə tutulmamışdır. Cavabdeh tərəf isə işə birinci instansiya məhkəməsində baxılan zaman “iddia müddətinin tətbiqi barədə” ərizə təqdim etmişdir. İddiaçı tərəfindən vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət edilməməsi, qanunla müəyyən olunmuş 3 illik iddia müddətinin üzrsüz səbəbdən ötürülərək iddia müddəti başa çatdıqdan sonra iddia ərizəsi ilə 24.04.2017-ci il tarixdə məhkəməyə müraciət edilməsi iddia müddətinin tətbiqi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmamış, məhkəmə işdə olan sübutları tam, hərtərəfli araşdırmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin rədd edilməsi barədə nətic əyə gələrkən iki hala istinad etmişdir: 1) Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə pulun cavabdehə verilməsini sübut edəcək dəlillərin olmaması; 2) İddiaçı tərəfindən iddia müddətinin ötürülməsi. Məhkəmə kollegiyası birinci halla bağlı qeyd edir ki, məhkəmə bu nəticəyə gələrkən işdə olan sübutlara tam hüquqi qiymət verməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 04.11.2013-cü il tarixli “Borcun köçürülməsi və hüququn güzəşti” haqqında müqavilədən görünür ki, kreditor İddiaçı İKB ASC, ilkin borclu X6 və yeni borclu "xxxx" MMC-nin direktoru X4 və üçücü şəxs "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən, ilkin borclu müqavilənin 1.2-ci bəndində qeyd olunan kredit müqavilələri üzrə 7.793.587 manat əsas borc olmaqla cəmi 11.000.000 manat məbləğində borcun yeni borcluya köçü rülməsinin həyata keçirilməsi, yəni kreditor qarşısında əsas öhdəliyin ödənilməsinin yeni borclu tərəfindən ödənilməsinin öhdəsinə götürməsi və bunun müqavilində üçüncü tərəf (ilkin borclunun təsisçisi olduğu cəmiyyət) Bakı şəhər İcra Hakimiyyəti Başçısının 20.05.2005-ci il tarixli Sərəncamı ilə ona ayrılmış ******************* ünvanda yerləşən 1.6996 ha torpaq sahəsində tikilməli olan yaşayış kompleksinin 5, 6, 7 və 8-ci blokkarı üzrə və binaların yerləşəcəyi torpaq sahəsi üzrə özünə məxsus olan bütün hüquqlarının yeni borlcunun xeyrinə imtina etməyi öhdələrinə götürmələri barədə razılığa gəlmişlər. Müqavilənin 1.2-ci bəndində bir neçə kredit müqaviləsi üzrə, o cümlədən "xxxx" MMC arasında bağlanmış ************* saylı 11.02.2010-ci il tarixli, yəni hazırki iş üzrə kredit müqaviləsi üzrə 808.878 manat məbləğində əsasə kredit borcu və ona hesablanan faizlərin İddiaçı İKB ASC tərəfindən ilkin borcalandan imtina edilməsi barədə razılığa gəlinmişdir. İşə baxan məhkəmələr iddiaçı bank tərəfindən cavabdeh "xxxx" MMC-yə borc verilmədiyini qeyd etmiş, lakin borc verilmədiyi təqdirdə bank səlahiyyətli nümayəndəsinin iştirakı ilə 04.11.2013-cü il tarixli “Borcun köçürülməsi və hüququn güzəşti” haqqında müqavilənin bağlanmasına, "xxxx" MMC tərəfindən borc alınmadığı halda həmin borcun digər şəxsə güzəşt edilməsi barədə müqavilə bağlanmasına hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən həmçinin qeyd etmişdir ki, kredit müqaviləsi bağlanma anına görə real əqddir, konsensual əqdlərdən fərqli olaraq real əqdlərin bağlanmış hesab olunması üçün yalnız razılaşma kifayət deyil, bunu üçün əqdin məzmununa daxil olan müəyyən hərəkətin icra edilməsi tələb olunur. Kredit müqaviləsində belə hərəkət müqavilənin predmetini təşkil edən pulun borcverən tərəfindən borcalana verilməsidir. Odur ki, pulun verildiyi andan kredit müqaviləsi bağlanmış sayılır, pulun verildiyi şəxs isə borcalan hesab olunur. Əgər Bank kreditin ona qaytarılmasını tələb edirsə, ilk növbədə həmin kreditin onun tərəfindən verilməsini sübut etməlidir. Lakin məhkəmə cavabdeh tərəfindən ona pul verilməsi faktının etiraf edildiyinə diqqət yetirməmişdir. Belə ki, iş üzrə cavabdeh "xxxx" MMC-nin səlahiyyətli nümayəndələri tərəfindən məhkəməyə təqdim edilmiş iddia müddətinin tədbiq edilməsi barədə ərizədən müəyyən edilir ki, (iş v. 126) cavabdeh ona kredit verilməsini inkar etməmiş, ona verilmiş krediti tamamilə ödədiyini bildirmişdir. MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı ərizədə ona kredit verilməsini etiraf etmiş və bu halı mübahisələndirməsinə baxmayaraq, məhkəmə iddiaçı tərəfindən cavabdehə kredit verilməsinə dair hər hansı bir sübutun təqdim edilmədiyini qeyd etməkdə düzgün nəticəyə gəlməmişdir. İddia müddətinin ötürülməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddiaçı müddətin ötürülüməsi əsası kimi qeyd et mişdir ki, Nikoyl” İKB ASC-nin keçmiş rəhbərliyi tərəfindən bütün hüquqi əhəmiyyət kəsb edən sənədlər və aktlar gizlədilmiş və məhv edilmiş və bunun da nəticəsi olaraq iddiaçının vaxtında məhkəməyə müraciət etməsinin qarşısını almış və iddia müddətinin ötürülməsinə süni şəkildə yol verilmişdir. X6 ilə İddiaçı İKB ASC arasında bağlanılmış kredit müqaviləsindən, həmçinin bu müqavilə üzrə cavabdehə külli miqdarda kredit verilməsini köhnə rəhbərlik işçiləri vəzifələrindən azad olunduqdan sonra müəyyən olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi həqiqətin müəyyən edilməsi üçün bu hallara qiymət verməmiş, işin nəticəsi üçün əhəmiyyət kəsb edən bu halı müəyən etmək üçün bu barədə sübutların məhkəməyə təqdim edilməsini iddiaçıya təklif etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125 -ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.3-cü maddəsinə görə, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmin Məcəllənin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya q ərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin418.1cimaddəsinəəsasənmaddivəprosessualhüquqnormalarınınpozulmasıvəyadüzgüntətbiqolu nmamasıapellyasiyainstansiyasıməhkəməsininqətnaməvəqərardadınınləğvedilməsiüçünə sasdır. Həmin Məcəllənin 418.3-cümaddəsinəəsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya kollegiyası, kassasiya şikayətinin dəlilləri ilə razılaşır və onları əsaslı hesab edərək qeyd edir ki, bu dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsasdır. Odur ki, kassasiya şik ayəti qismən təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.11.2017-ci il tarixli qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən apellyasiya qaydasında baxılan zaman qərarın təsviri hissəsində göstərilənlər araşdırılıb hüquqi qiymət verilməklə, mübahisənin düzgün həllinə dair qanuni və əsaslı qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC və vəkil Vəkil kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.11.2017-ci il tarixli 2(103)-10614/2017 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qə rar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova
Məhkəmə qərarları › İş №2(102)-7623/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-7623/2018
27.12.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver