Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-7624/2021 23.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kasasiya şikayətinin icraata qəbul edilməsindən imtina, iddia qiymətinin beş min manatdan az olması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 sentyabr 2021-ci il tarixli, 2(106)-1990/2021 nömrəli qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş kasasiya şikayətini nəzərdən keçirərək müəyyən etd i, İşin halları İddiaçı "xxxx" MMC Cavabdeh əsas borca görə 6125.81 manat, hesablanmış cərimə borcuna görə 3781.58 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 9937.39 manat pulun alınaraq iddiaçı "xxxx" MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Kürdəmir Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim M.Bayramov, iş № 2(041)-63/2021) iddia tələbi qismən təmin edilərək, Cavabdeh 6125.81 manat əsas borc, 81 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu, bütövlükdə 6236.81 (altı min iki yüz otuz altı manat səksən bir qəpik) manat məbləğində pul alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh 1** (yüz ) manat ekspertiza xərci tutularaq dövlət büdcəsi (Büdcə təsnifat kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı, X1, KOD-21**05, VÖEN**********, müxbir hesab AZ41NABZ0136**1**********3944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN-17**326621, hesab AZ34CTRE********************) hesabına keçirilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Şirvan Apelyasiya Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Əhmədov (sədrlik edən və məruzəçi), T.Heydərov və T.Kərimov, iş № 2(106)1990/2021) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Kürdəmir Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli 2(041)-63/2021 nömrəli qətnamənin dəyişdirilməsi, Cavabdeh əsas borc kimi 4168 (dörd min yüz altmış səkkiz) manat tutulması, Kürdəmir Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli 2(041)-63/2021 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı "xxxx" MMC (Vəkil) kasasiya şikayəti verərək, Şirvan Apelyasiya Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2(106)-1990/2021 nömrəli qətnaməsinin qismən təmin edilmiş hissədə ləğv edilməsi və iddiaçının iddia tələblərinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qə bul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır 409-cu maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir Kassasiya instansiyası məhkəməsinin mövqeyi Hazırki iş üzrə müəyyən edilmişdir ki, iddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehdən 9907.39 manat məbləğində pulun ödənilməsini tələb etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində yalnız iddianın qismən təmin edilmiş hissəsi mübahisələndirildiyindən, həmin tələb də 5**0 manatdan az olduğundan qətnamənin həmin hissəsindən kassasiya şik ayəti verilə bilməz Qeyd olunanlara əsasən, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şirvan Apelyasiya Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2(106)-1990/2021 nömrəli qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş kasasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şirvan Apelyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7624/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-7624/2021
23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver