Məhkəmə qərarları › İş №2(102)-763/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-763/2023

07.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-763/2023 07.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: kredit borcunun qaytarılması, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı Ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi İddiaçı2 Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 oktyabr 2*22-ci il tarixli, 2(1*6) -1957/2*22 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə *7 fevral 2*23-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı1 ASC (kreditor) ilə borc alan Cavabdeh arasında 26 iyul 2*17-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən, kreditor tərəfindən borc alana illik faiz dərəcəsi 29% müəyyən olunmaqla, 18 ay müddətinə qaytarılması şərtilə 3*** manat məbləğində kredit verilmişdir. Müqaviləyə əlavə edilən ödəniş cədvəlinə əsasən, borc alan almış olduğu 3*** manat məbləğində krediti 26 avqust 2*17-ci ildən başlayaraq hər ay 2*7.51 manat ödəniş etməklə 26 yanvar 2*19-cu il tarixədək qaytarmalı idi.

2. Füzuli Rayon Məhkəməsinin 31 yanvar 2*22-ci il tarixli, 2(*64)-493/2*22 nömrəli qərarda dı ilə iddiaçı LPO "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata götürülmədən iddiaçıya geri qaytarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi İddiaçı2 (bundan sonra - ƏSF və ya iddiaçı) Cavabdeh (bundan sonra – cavavdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavadehdən iddiaçının xeyrinə kredit müqaviləsi üzrə cəmi 6859.84 manat olmaqla bundan 2*37.33 manat əsas borc, 25*2.26 manat faiz borcu və 2*3*.45 manat cərimə borcu, kredit müqaviləsi bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2*14-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 289.8* manat faiz borcu və 88.6* man at ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış cərimə borcunu ödəmək barədə üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Hazırda cavabdehin kredit borcu cəmi 6859.84 manat təşkil edir.

5. Cavabdeh birinci instansiya məhkəməsində iddia tələbinə qarşı etiraz etmiş və iddia müddəti tətbiq olunmaqla iddianın rədd olunması barədə ərizə vermişdir.

6. Füzuli Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 22 iyun 2*22-ci il tarixli, 2(*64)-956/2*22 nömrəli qətnaməsi ilə (hakim Yaşar Həşimov) iddia təmin edilməmişdir.

7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəfl ər arasında kredit müqaviləsi 26.*7.2*17-ci il tarixdə 18 ay müddətinə bağlanmış, iddiaçı isə iddia ərizəsi ilə məhkəməyə *8.*4.2*22-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi, 18 ay müddətinə bağlanmış 26.*7.2*17-ci il tarixli kredit müqaviləsinin icrası müddətindən, yəni 26.*1.2*19-cu il tarixdən 3 illik iddia müddəti artıq keçmişdir.

8. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun *3.*6.2*13-cü il tarixli «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.*.4-cü maddələrinin şərh olunması haqqında» qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 375.2, 377.2, 38*.1, 38*.2, 385.1, 442, 445.7, 462.1, 739, 74*.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. İddiaçı ƏSF ap ellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi üçün Azərbaycan Respublikası MM-in 373.2, 375.2-ci maddələrinə istinadla cavabdehin təqdim etdiyi ərizəsinə əsaslanmışdır. Bank tərəfindən cavabdehə qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə ilkin olaraq 24 yanvar 2*22-ci il tarixdə cavabdehin qeydiyyatda olduğu ərazi üzrə Füzuli Rayon Məhkəməsinə müraciət edilmişdir. Lakin Füzuli Rayon Məhkəməsi işi icraata götürmədən 31 yanvar 2*22-ci il tarixli qərardadla geri qaytarmışdır. Həmin iş üzrə geri qaytarma qərardadı Bankın ünvanına 23 fevral 2*22-ci il tarixdə daxil olmuşdur. Qərardadda qeyd edilmi şdir ki, Cavabdeh faktiki yaşayış yeri işğaldan azad edilən ərazidir və hazırda orada faktiki yaşayış yeri yoxdur. Bu səbəbdən ilkin iddia ərizəsi icraata götürülmədən geri qaytarılmışdır. Cavabdehin faktiki yaşayış yerini müəyyən etmək məqsədi ilə bank tərəfindən Füzuli rayon İcra Hakimiyyətinə sorğu göndərilmiş, sorğuya cavab 15 mart 2*22-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi, ilkin olaraq bank məhkəməyə müraciət etmək hüququndan vaxtında istifadə etmiş, lakin ondan asılı olmayan səbəblərdən Füzuli Rayon Məhkəməsinin qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata götürülmədən geri qaytarılmışdır. Qərardada əsasən geri qaytarılan sənədlər isə 29 mart 2*22-ci il tarixdə bankın ünvanına daxil olmuşdur. Bundan sonra Füzuli Rayon Məhkəməsinə yenidən müraciət edilmə si üçün tərəflərindən iddia ərizəsinin yenidən tərtib edilməsi, ləğvedicinin səlahiyyətli şəxsləri tərəfindən təsdiq edilməsi və s. bu kimi idarə daxili prosedur qaydalar LPO “Dəmirbank" ASC-dən asılı olmayan səbəblərdən iddia ərizəsinin müvafiq vaxt itkisi ilə Füzuli Rayon Məhkəməsinə göndərilməsinə səbəb olmuşdur. Beləliklə, iddia ərizəsinin hazırlanması və göndərilməsi ilə bağlı Bank üzərinə düşən bütün məsələləri vaxtında və operativ şəkildə icra etsə də, Füzuli Rayon Məhkəməsinin müvafiq məktubu ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin 29 mart 2*22-ci il tarixdə Banka daxil olması və digər bu kimi səbəblərdən iddia ərizəsi Füzuli Rayon Məhkəməsinə 11 aprel 2*22-ci il tarixdə göndərilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən aşağıdakı qanunvericiliklə mü əyyən edilmiş maddi və prosessual hüquq normalarını pozmuşdur. Azərbaycan Respublikası MM-in “iddia müddətinin bərpası” adlı 382-ci maddəsində fiziki şəxs olan iddiaçıdan bəhs edilsə də, normanın analogiyası aparılsa və nəzərə alınsa ki, MPM-in 5*.1-ci maddəsinə əsasən, “prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər, fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Qeyd olunanlardan belə nəticəyə gəlmək olur ki, fiziki və ya hüquqi şəxs olmasından asılı olmayaraq, iddiaçı özündən asılı olmayan səbəblərdən iddia müddətini ötürsə, məhkəmənin üzrlü saydığı müstəsna hallarda şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. Məhkəmə iclaslarında bankın nümayəndəsi üzrlü səbəblərdən iştirak edə bilmədiyindən, qey d edilən halları məhkəmənin nəzərinə çatdıra bilməmiş və məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş ərizə ilə bağlı bankın münasibətini öyrənmədən əsassız qətnamə qəbul etmişdir. Mübahisələndirilən mövzuya başqa istiqamətdən hüquqi qiymət verilsə belə, nəticəyə gəlmək olur ki, cavabdehin sözügedən kredit müqaviləsindən yaranmış öhdəlik üzrə etdiyi hərəkətləri kredit borcunun olması etirafı anlamına gəlir. Bank tərəfindən iddia ərizəsinə sübut kimi əlavə edilən sənədlər də cavabdehin həmin məbləği almasını təsdiq etmişdir. Bununla da qeyd edilən hallar cavabdehin həqiqətən öz iradəsi ilə kredit müqaviləsi bağlamasına, müqavilə üzrə öhdəlikləri qəbul etməsinə və iddia ərizəsində qeyd edilən dəlillərin əsaslı olmasına dəlalət edir. Birinci instansiya məhkəməsi maddi hüquq normalarını nəzərə a lmamış, bununla da idiaçının mənafeyini pozan qətnamə qəbul etmişdir.

11. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 oktyabr 2*22-ci il tarixli, 2(1*6)1957/2*22 nömrəli qətnaməsi ilə (hakimlər T.S.Kərimov (sədrlik edən və məruzəçi), T.X.Heydərov və Z.A.Zeynalov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsini nəzərə alaraq, mübahisə üzrə iddia müddətini tətbiq etməklə iddianı rədd etməkdə haqlı olmuşdur. Hətta cavabdeh tərəfindən borcu etiraf etməsini göstərən hərəkət kimi 18 mart 2*19-cu il tarixində edilmiş sonunc u ödənişin tarixindən hesablansa belə, iddia müddəti yenə ötürülmüş olur.

13. Kollegiya həmçinin, iddiaçının 24 yanvar 2*22-ci il tarixdə cavabdehin qeydiyyatda olduğu ərazi üzrə Füzuli Rayon Məhkəməsinə müraciət etməsindən, lakin məhkəmə tərəfindən işin icraata götürülmədən 31 yanvar 2*22-ci il tarixli qərardadla geri qaytarılmasından, Mülki Məcəllənin 382-ci maddəsinin analogiya üzrə onlara münasibətdə tətbiq edilməli olmasından ibarət dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər qətnamənin apellyasiya qaydasında ləğv olunması üçün əsas ola bilməz. Əvvəla ona görə ki, Mülki Məcəllənin 382-ci maddəsində fiziki şəxs olan iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü sayd ığı müstəsna hallardan bəhs edilir, hazırkı halda isə iddiaçı olan hüquqi şəxsə münasibətdə sadalanan müstəsna hallar şamil oluna bilməz. Bundan başqa Mülki Məcəllənin 381.1-ci maddəsində iddianın məhkəmə tərəfindən baxılmamış saxlanılması halında, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımının ümumi qaydada davam etməsindən bəhs edilir. Hazırkı halda isə iddiaçının 24 yanvar 2*22-ci il tarixdə məhkəməyə təqdim etmiş olduğu iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən qaytarılmış, iddiaçı həmin qərardadı mübahisələndirməmişdir.

14. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2**1-ci il tarixli qərarına, “Azərbaycan R espublikası Mülki Məcəlləsinin 373.2 və 384.*.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun *3 iyun 2*13-cü il tarixli qərarına, Mülki Məcəllənin 372.1, 372.2, 373.2, 375.2, 377.1, 377.2, 38*.1, 38*.2-ci maddələrinə istinad etmişdir. Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

15. İddiaçı ƏSF (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları ay dınlaşdırmamışdır. Belə ki, məhkəmə yalnız cavabdeh tərəfindən təqdim edilən iddia müddətinin tətbiqinə dair ərizəyə iddiaçının münasibətini öyrənmədən, müvafiq məsələyə heç bir aydınlıq gətirmədən ziddiyətli qərar qəbul etmişdir. Bu səbəbdən məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.

17. Kassasiya şikayəti əsaslandırılarkən maddi hüquq normalarının pozuntusu kimi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2**1-ci il tarixli qərarına, Mülki Məcəllənin 382-ci maddəsinə, prosessual hüquq normalarının pozuntusu kimi Mülki Prosessual Məcəllənin 88, 358.1.1, 385.1.3-cü ma ddəsinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

20. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

21. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

22. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətini n keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

23. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

24. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

25. Maddə 38*.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

26. Maddə 38*.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və o nlardan istifadə etməlidir.

28. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

29. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

34. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası mə hkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Belə ki, tərəflərin arasında yaranan münasibətlər borcla bağlı öhdəlik münasibətləridir və apellyasiya instansiyası məhkəməsi işin hallarını araşdıraraq cavabdehin iddiaçı ilə borc razılaşması üzrə öhdəliyini icra etmədiyini müəyyən etmiş, lakin iddia müddəti keçdiyinə görə iddianı təmin etməmişdir.

40. İddia müddəti institutunun əh əmiyyəti ümumən onda ifadə olunur ki, iddia müddəti mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, o nları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

41. Mülki Məcəllənin 389.1-ci maddəsinə müvafiq olaraq mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı iki və ya bir neçə şəxsin arasında razılaşdırılmış müqavilə əsasında həyata keçirilir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir.

42. Belə müqavilələrd ən birini Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsi təşkil edir. Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur.

43. Yuxarıda qeyd olunduğu kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür.

44. Mülki M əcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri).

45. Apellyasiya instansiyası məhkəməsi işin hallarını bu baxımdan araşdıraraq qeyd etmişdir ki, tərəflər arasında kredit müqaviləsi 26.*7.2*17-ci il tarixdə 18 ay müddətinə bağlanmış, iddiaçı isə iddia ərizəsi ilə məhkəməyə *8.*4.2*22-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi, 18 ay müddətinə bağlanmış 26.*7.2*17-ci il tarixli kredit müqaviləsinin icrası müddətindən, yəni 26.*1.2*19-cu il tarixdən 3 illik iddia müddəti artıq keçmişdir.

46. Apellyasiya instansiyası məhkəməsi iddiaçının *8.*4.2*22-ci il tarixdən əvvəl 23.*1.2*22ci il tarixdə, yəni iddia müddəti başa çatmamış iddia verməsi, iddia ərizəsinin geri qaytarılması, iddia müddətinin üzrlü səbəbdən buraxılması barədə dəlillərini, həmçinin cavabdeh tərəfindən 18 mart 2*19-cu il tarixində sonuncu ödəniş edilməsini araşdıraraq qiymət verməklə, bu halların iddia müddətinin keçməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə təsir etmədiyini müəyyən etmişdir.

47. Göründüyü kimi, kassasiya şikayətində irəli sürülmüş dəlillər apelyasiya instansiyası məhkəməsi tərəfindən ətraflı araşdırılmış və hüquqi qiymət verilmişdir.

48. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Kassator kassasiya şikayətində apellyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulduğunu, sübutlara düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, bu hallar iş materiallarında əksini tapmır.

49. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 oktyabr 2*22-ci il tarixli, 2(1*6)1957/2*22 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar