Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-764/2025 04.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı ("xxxx" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin 8 nömrəli Mənzil İstismar Sahəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-764/2025 (Açar sözlər: qanunsuz hərəkətlərin qadağan edilməsi və zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı ("xxxx" Açıq Səhmdar Cəmiyyət i və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin 8 nömrəli Mənzil İstismar Sahəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “qanunsuz hərəkətlərin qadağan edilməsi və zərərin ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3359/2024 nömrəli, 3 dekabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 4 mart 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3-saylı hərbi şəhərcik, ev 14, mənzil 2-də, Cavabdeh isə ünvan 1 ünvanında yaşayır. Mübahisəli su çəninin yerləşdiyi torpaq sahəsi Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin balansında olsa da, faktiki olaraq iddiaçı tərəfindən bağ sahəsi kimi istifadə edilir. Böyük hissəsi həmin torpaq sahəsinə basdırılmış 25-30 tonluq su çənindən cavabdeh və ailəsi istifadə edir. Su çəninin yerə basdırılan hissəsində korroziya nəticəsində su sızıntısının olduğu ehtimal edilir. Belə ki, "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, texniki baxış zamanı Cavabdeh məxsus ehtiyat su çənindən əraziyə suyun sızması aşkar edilir. Eyni məzmunlu cavablar "xxxx" ASC tərəfindən bir neçə dəfə verilmiş və su çəninin təmir edilməsi tövsiyə edilmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9860/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx " ASC-yə qarşı “zərərin vurulmasının qarşısının alınması” tələbinə dair iddiası mümkün sayılmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı ("xxxx" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin 8 nömrəli Mənzil İstismar Sahəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, istifadəsində olan torpaq sahəsinə cavabdehin qanunsuz istifadə etdiyi çəndən su axıdılmasına son qoyulması, ona qarşı yönəlmiş qanuna zidd əməllərin qadağan edilməsi, delikt nəticəsində vurulmuş maddi zərərə görə 10.000 ma nat məbləğində təzminatın, 11 saylı Vəkil bürosuna ödədiyi 71 manat və dövlət rüsmuna görə 120 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, o, ailəsi ilə birlikdə 1988-ci ildə məlum hadisələr nəticəsində keçmiş Ermənistan SSR-in Meqri rayonundan qovulmuşdur. xx.xx.1990-cı il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında (keçmiş 173 saylı Hərbi Anbar) işə qəbul olunmuş və rəhbərlik tərəfindən yuxarıda qeyd edilən ünvanda mənzillə təmin edilmiş, komandanlığın razılığı ilə həmin mənzilin qarşılığında yerləşən torpaq sahəsini abadlaşdırıb orada müxtəlif meyvə ağacları və bostan bitkiləri əkərək ailəsinin zər uri ehtiyaclarını ödəmək üçün istifadə etməyə başlamışdır. Təxminən 1993-cü ildə MƏA-nın rəisi polkovnik S.V.İmanov məzuniyyətdə olarkən, onun vəzifələrini müvəqqəti icra edən, mayor rütbəsində olan Qurji soyadlı zabit özünün də həmin dövrdə mənzillərin birində yaşadığı 2 saylı evin su təchizatını yaxşılaşdırmaq üçün onunla razılığa gələrək həmin sahədə 25.000 litr tutumlu dəmir çən yerləşdirdi. Əvvəllər həmin hərbi şəhərcik Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarının balansında idi, lakin təxminən 2001-ci ildə MN-in Bakı rayon Mənzil İstismar Sahəsinin 2 saylı Evlər İdarəsinin (hazırkı 8 saylı ev) balansına keçdi, mənzillər fərdi qaydada sayğaclaşdırılmağa başladı, bu səbəbdən də bütün sakinlər ana xəttdən öz mənzillərinə yeni su xətti çəkdilər. Lakin hazırda cavabdehin yaşadığı mənzil in xidməti order üzrə əvvəlki istifadəçisi, gizir X2 (cavabdehin mərhum atası) digər sakinlər kimi yeni su xətti çəkmək əvəzinə, fürsətdən istifadə edərək mənzilinə gedən su xəttini özbaşına olaraq artıq heç kimin istifadə etmədiyi həmin çənin çıxış borusuna qoşub istifadə etməyə başladı. Sözügedən çən, əvvəllər torpağa basdırılmış vəziyyətdə içərisində uzun müddət benzin saxlanılmış, istismar müddəti bitdikdən sonra yerindən çıxarılaraq silinmişdir. Onun istifadəsində olan torpaq sahəsində üçdə iki hissəsi yenidən torpağa basdırılmış vəziyyətdə qoyulduğu tarixdən isə artıq 30 ildən artıq bir müddət keçmişdir. Bu səbəbdən də korroziyaya məruz qalıb torpağa basdırılmış alt hissəsi çürüyərək deşildiyindən artıq 10 ildən artıqdır ki, içməli su oradan boş-boşuna axaraq israf olunur, yaranmış b ataqlıq nəticəsində onun öz əlləri ilə əkdiyi meyvə ağacları məhv olmuş, torpaq sahəsi əkin üçün yararsız vəziyyətə düşmüş, eləcə də atmosferi ən zəngin oksigenlə təmin etmək xüsusiyyətinə malik olan iri gövdəli bir şam ağacının da kökləri yerdən üzülərək həmin sahəyə aşmışdır. Beləliklə, süni bataqlıqlar əmələ gəlməsi səbəbindən hazırda həmin sahədə botanik xüsusiyyətlərinə görə taxıllar fəsiləsindən olub, yayılma arealı əsasən göllər və bataqlıqlar olan, hündürboylu çoxillik hidrofil ot sayılan qamış, eləcə də digər oxşar xassəli otlar bitərək sözün əsl mənasında cəngəllik yaranmışdır. Artıq 32 ildir ki, fasiləsiz olaraq onun faktiki istifadəsində olan torpaq sahəsindən istifadə etmək imkanlarından tamamilə məhrum olunmuş və bütün bunların nəticəsində ona külli miqdarda maddi zərər vurul muşdur. Qeyd edilən problemlərin aradan qaldırılması məqsədi ilə dəfələrlə cavabdehə müraciət etsə də, o, heç bir tədbir görməmiş, əksinə gah əlinə soyuq silah (bıçaq) götürərək üzərinə hücum çəkmiş, gah da öz yaxın qohumlarını başına toplayaraq ona hədə-qorxu gəlmişdir. Bütün bunlardan sonra eyni məqsədlə bir neçə dəfə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ərizə ilə müraciət etmiş, lakin bu ərizələrin də heç bir real nəticəsi olmadığından "xxxx" ASC-yə qarşı “zərər vurulmasına son qoyulması tələbinə dair” iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9860/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə onun cavabdeh "xxxx" ASC-yə qarşı “zərərin vurulmasının qarşısının alınması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Həmin qərardadda məhkəmə qeyd etmişdir ki, onun hüquqi marağı digər hüquqi şəxsə məxsus ehtiyat su çənindən suyun onun torpaq sahəsinə axmasının qarşısının alınmasına nail olmaqdan ibarətdir. Mübahisə predmeti olan ehtiyat su çəni qonşuluqda olan fiziki şəxsə məxsusdur. Onun təmir edilməsi və ya suyun axmasının qarşısının alınması ilə bağlı iddia tələbləri həmin şəxsə qarşı irəli sürülə bilər. Cavabdeh tərəfindən uzun illər boyu davam etdirilən qanunsuz əməllərə qarşı heç bir tədbir görülmədiyi üçün, o, tamamilə arxayınlaşaraq özünü “toxunulmaz” hiss etdiyindən, xx.xx.2023-cü il tarixdə təxminən saat 18:30 radələrində narkotik maddələrin təsiri altında qeyri adekvat, aqressiv vəziyyətdə, şəhərciyin həyətində olan hər kəsin gözləri qarşısında nümayişkəranə şəkildə üzərinə hücum edərək yumruğunu bir neçə də fə sifət nahiyyəsinə yaxınlaşdırmaqla hədə-qorxu gəldi, əxlaqsız işarələr göstərməklə ünvanına nalayiq ifadələr işlətdi və bildirdi ki, “mən burada doğulmuşam, mənim torpağımdır necə istəsəm o cür də hərəkət edəcəyəm, get kimə və hara istəyirsən şikayət elə.” Orada olan şəxslər onu sakitləşdirməyə çalışsalar da, cavabdeh heç kəsə məhəl qoymadı və AR Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında sadalanan bütün əlamətləri özündə əks etdirən xuliqanlıq hərəkətlərini təxminən 25-30 dəqiqə ərzində davam etdirdi.
5. Məhkəmə iclaslarında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, Hərbi şəhərciyə 1982-ci ildə köçmüşlər, onun atası hərbiçi olub, ora köçəndə iddiaçı orada yaşamamışdır. İddiaçının mərhum atası ilə münasibətləri yaxşı olmuşdur. Atası rəhmətə gedəndən sonra iddiaçı evə gedən suyu bağlamışdır. Çəni atası köçəndə binanın ikinci mərtəbəsində olan 4 qonşunun su təchizatının yaxşılardırılması üçün qoymuşdur. O, iddiaçıya, onun oğlanlarına dəfələrlə çənin çıxarılması üçün müraciət etmişdir. Belə ki, çən böyük olduğundan əl ilə çıxarılmasının mümkün olmadığını iddiaçıya izah edib, çəni texnika ilə çıxarılmalı olduğunu demişdir. Lakin iddiaçı texnika ilə çənin çıxarılmasına icazə verməmişdir. "xxxx" ASC-nin əməkdaşları dəfələrlə gəliblər və onun sudan qanunsuz istifadə etmədiyini bildirmişlər. Onun su xətti sayğaca qoşulub və qanunidir. Əgər su axıntısı olsa idi, "xxxx" ASC-nin əməkdaşları baxış keçirərkən bu məsələyə göz yummazdırlar.
6. Verilən suallara cavab olaraq cavabdeh bildirmişdir ki, çəndən hazırda yalnız o, istifadə edir. Sudan istifadəyə görə a ylıq 8-9 manat ödənişlər edir. İddiaçı ümumiyyətlə oranı dəmir hasarlarla bağlayıb və ora keçməyə imkan vermir. Çənin ərazidən çıxarılmasına razıdır.
7. Məhkəmə iclaslarında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar hisəsinin nümayəndəsi X6 izahatında bildirmişdir ki, ərazi onların olsa da, çən onlara məxsus deyil. Ona görə də, çəni çıxarda bilmirlər. İddiaçı o vaxtdan həmin torpağı zəbt edib və torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir, iddiaçıya ərazini vermiş hərbi hissə ləğv olunub. Onlar çəni torpaq sahəsindən çıxarda bilərlər, lakin çəni çıxartdıqları təqdirdə çən Qarnizonun balansına keçəcəkdir. Ona görə də, tərəflərə təklif edirlər ki, çəni özləri çıxarsınlar. Onlar ərazini su basmas ı ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətinə məktub yazmışlar, lakin məktublarına cavab verilməmişdir. Bundan əlavə nümayəndə bildirdi ki, çən onların olsaydı götürərdilər. Torpaq sahəsi ağac əkmək üçün sənədsiz olaraq iddiaçının müvəqqəti istifadəsinə verilmişdir. 2012-ci ilədək kommunal ödənişlər onlara ödənilmiş, 2012-ci ildən etibarən isə onların balansında olan torpaq sahəsində yerləşən tikililərin abonentləri ilə müvafiq olaraq "xxxx", “Azərişıq”, “Azəriqaz” arasında müqavilələr bağlanmışdır.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(001)-466/2024 saylı, 1 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim İlkin Əliyev) iddia qismən təmin edilərək, iddiaçının istifadə etdiyi torpaq sahəsində yerləşən və cavabdehin istifadə etdiyi çəndən su axıntısına səbəb olan halın Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin 8 nömrəli Mənzil İstismar Sahəsinin razılıq verdiyi qaydada aradan qaldırılması vəzifəsinin cavabdehə həvalə edilməsi qət olunmuşdur.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının tələbinin hüquqi əsasını mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi və zərərin qarşısının alınması ilə bağlıdır.
10. Məhkəmə qeyd etmişdir ki, üçüncü şəxsin balansında olan və iddiaçının istifadə etdiyi torpaq sahəsində cavabdehin istifadə etdiyi dəmir materialdan hazırlanmış su çəni yerləşir və həmin çənin torpağın altında olan hissəsi korroziyaya uğradığından su sızması baş vermişdir. İddiaçı su sızmanın nəticəsində əldən çıxmış fayda qismində zərər t ələb etsə də bununla bağlı hər hansı sübut təqdim etməmişdir.
11. Məhkəmə eyni zamanda hesab etmişdir ki, hazırkı halda su sızmanın nəticəsində zərərin vurulması müəyyən edilməsə də, gələcəkdə su sızma nəticəsində iddiaçıya zərər vurulması təhlükəsi vardır. Çünki dəmir materialdan hazırlanmış, 30 ildən çox istifadə edilmiş, torpaqla fiziki təmasda olan 25-30 tonluq çənin gələcəkdə daha böyük fəsad törətməsi ehtimalı yüksəkdir. Bu səbəbdən də iddia tələbi su axıtmaya son qoyulması, yəni hüquqi nəticə etibarı ilə axıntının aradan qaldırılması üçün müvafiq tədbir görülməsi hissəsində əsaslı hesab edilməlidir. Bununla bağlı qeyd edilməlidir ki, torpaq sahəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin 8 nömrəli Mənzil İstismar Sahəsinin balansında olduğundan cavabdehin istifadəsində olan çəndən su axıntısına səbəb olan halın aradan qaldırılması ilə bağlı hərəkətlər də onun razılıq verdiyi qaydada icra edilə bilər. Belə ki, çənin təmir edilməsi, çıxardılması və ya digər tədbir görülməsi üçün cavabdehin, digər şəxslərin əraziyə daxil olması və orada texnikanın işlənməsi gərəklidir və bu da torpaq sahəsinə sərəncam vermək hüququ olan şəxsin razılığı ilə mümkündür.
12. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının istifadə etdiyi torpaq sahəsində yerləşən və cavabdehin istifadə etdiyi çəndən su axıntısına səbəb olan halın Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin 8 nömrəli Mənzil İstismar Sahəsinin razılıq verdiyi qaydada aradan qaldırılması vəzifəsi cavabdehə həvalə edilməlidir.
13. Bir inci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.1, 1098.1, 1098.2 və 1098.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 121.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
14. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və iddianın tam həcmdə təmin olunmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti iddiaya etirazının dəlilləri ilə eynilik təşkil etmiş və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin nəyə əsasən belə bir mövqe nümayiş etdirməsi məlum deyil, lakin buradan belə bir sual yaranır ki, işdə olan, məhkəmə tərəfindən qiymət ləndirilməyən və qətnamədə də göstərilməyən xx.xx.2020-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli məktublar, 5 ədəd fotoşəkil ona zərər vurulması faktını təsdiq edən sübutlardır, halbuki şam ağacı aşarkən onun altında insan da qalıb ölə bilərdi. Orada daha nələr baş verməlidir? Hökmən orada bədbəxt hadisə olmasını, yaxud cinayət hadisəsi törədilməsini gözləməkmi lazımdır? Hal-hazırda hərbi şəhərcikdə içməli su təchizatı daimi xarakterli olduğundan ehtiyat su çəninə ehtiyac yoxdur. Həmçinin cavabdehin istifadə etdiyi çən barəsində sərəncam vermək, özgəninkiləşdirmək, onu çıxararaq qara metal kimi metal qəbulu məntəqəsinə satmaq hüququ yoxdur. Çəndən su axmasının aradan qaldırılması üçün oraya gedən suyu dayandırıb digər sakinlər kimi onun su sayğac ını da ana xəttə qoşmaq lazımdır və bunun üçün çənin təmir edilməsi, çıxardılması və ya digər tədbir görülməsi üçün cavabdehin, digər şəxslərin əraziyə daxil olması və orada hər hansı ağır texnikanın işləməsi tələb olunmur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5586/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə mütəxəssis qarşısında qoyulan 4-cu sual çənin təmir edilmədən su sızmanın qarşısını başqa hansı qaydada almağın mümkün olması barədədir. Bu cür məsələlər isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin 8 nömrəli Mənzil İstismar Sahəsinin deyil, "xxxx" ASC-nin səlahiyyətlərinə aiddir. Birinci instansiya məhkəməsi işə səhlənkar yanaşaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, işdə olan xx.xx.2020-ci il, x x.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli məktublara, 5 ədəd foto şəkilə tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və xx.xx.2024-cü il tarixində işə baxarkən gəlmiş olduğu yekun nəticəni özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Qətnamənin əsaslandırıcı hissəsində işdə olan xx.xx.2020-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli məktublar, eləcə də 5 ədəd fotoşəkil göstərilməmiş, onların rədd və ya qəbul etmək üçün istinad edilmiş dəlillər, rəhbər tutulmuş qanunlar və ya digər hüquqi aktlar göstərilməmiş, həmin hissədə yalnız ümumi ifadələrdən istifadə edilmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyas ı məhkəməsi) 2(103)-3359/2024 nömrəli, 3 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev və Fuad Abdıyev) apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırda iddiaçı iddianın təmin edilməyən hissəsindən narazı olduğunu bildirir. O, həmçinin çəndən su sızıntısının aradan qaldırılması üçün həmin çənə gedən suyun dayandırılmalı, cavabdehin digər sakinlər kimi su sayğacının əsas su xəttinə qoşulmasını təmin etməli olduğunu qeyd edir. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq, qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası sonuncunun üzərinə müvafiq vəzifənin qoyulması barədə məhkəmənin gəldiyi qənaətin hazırkı apellyasiya baxışının predmeti olmadığını qeyd edir.
18. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, qonşu torpaq sahəsində yaşayanlar bir-birinə qarşılıqlı hörmət bəsləməli, bir-birilərinin sahibliyində olan daşınmaz əmlaka hədsiz təsirlərdən çəkinməlidirlər. Əmlakından istifadə edilməsinə maneçilik yaradan və ya hüququ əhəmiyyətli dərəcədə pozan qonşu təsiri qadağan edilə bilər. Beləliklə, həm qonşu təsirinin qadağan edilməsi, həm də qonşuluqda aparılmış özbaşına tikililərin sökülməsi barədə iddia qaldırmış fiziki və hüquqi şəxslər qonşu təsirinin və ya özbaşına tikinti işlərinin nəticəsinin onların hüquq və mənafelərinə ziyan vurduğunu sübuta yetirdikləri halda əsaslı hesab edilə və təmin oluna bilər.
19. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin mübahisəli su çənindən istifadə etməsi qanunazidd deyildir, ona verilən suyun həcmi suölçən cihazın göstəricilərinə əsasən müəyyənləşdirilir. Yəni korroziyaya uğramış çən vasitəsilə əsas su xəttinə qoşulmuş cavabdehin istifadə etdiyi (o cümlədən axıdıldığı) suyun həcminə uyğun olaraq su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən təqdim edilən hesabın ödənilməsi onun tərəfindən təmin edilir.
20. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki,bundan başqa mübahisəli su çəninin torpağın altında olan hissəsindən iddiaçının istifadəsində olan torpaq sahəsinə suyun axıdılmasının iddiaçının hüquq və mənafelərinə toxunduğu, ona hədsiz təsir törətdiyi və (ya) onun hər hansı maraqlarına qeyri-mütənasib müdaxilə ilə nəticələndiyi sübuta yetirilməmişdir. Tərəfindən istifadəsində olan torpaq sahəsinin abadlaşdırılıb orada müxtəlif meyvə ağacları və bostan bitkiləri əkərək ailəsinin zəruri ehtiyaclarını ödəmək üçün istifadə edildiyi, həmin ağacların məhv olduğunu, ümumiyyətlə torpaq sahəsinin ona əkin işlərini aparmaq üçün verilidiyini müəyyən etmək də mümkün olmamışdır. Belə olan halda cavabdehə münasibətdə əlavə məhdudiyyət tədbirlərinin (su çənindən istifadəsinin tamamilə qadağan edilməsi) tətbiq edilməsinə ehtiyac yoxdur.
21. İddianın rədd edilmiş hissələri (iddiaçıya qarşı yönəlmiş qanuna zidd əməllərin qadağan edilməsi, vurulmuş maddi zərər olaraq 10.000 manat məbləğində pulun tutulması) ilə əlaqədar məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı işdə iddiaçının hüquqlarının pozulmasına, maliyyə itkilərinə məruz qalmasına səbəb olan hüquqazidd hərəkətə (hərəkətsizliyə) cavabdeh tərəfindən yol verilməsi və beləliklə də onun məsuliyyət daşıması hallarının da iddiaçının məhkəməyə təqdim etdiyi sübutlara əsasən müəyyən edilməsi mümkün olmamışdır.
22. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, iddia edən mövcud olan zərərin cavabdehin qeyri-qanuni davranışı nəticəsində baş verdiyini, dəymiş zərərin cavabdehin törətdiyi pozuntularla əlaqədar (zərər verənin qanunsuz davranışı ilə səbəbli əlaqənin mövcudluğunu) olduğunu sübut edə bilsə, cavabdeh zərərin vurulmasında təqsirli olmadığını isə sübut edə bilməsə mülki hüquq pozuntusundan (deliktdən) irəli gələn mülki məsuliyyətə, yəni vurulmuş zərərin ödənilməsinə cəlb olunması üçün müəyyən əsaslar yaranacaqdır.
23. Apellyasiya insta nsiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 21.1, 21.2, 157.4, 157.8, 164.1, 165.1, 170.1, 170.2, 171.1, 171.2, 180.1, 1096.1, 1096.2, 1097.1, 1098.1, 1098.2 və 1098.3-cü və Mülki Prosessual Məcəllənin 9, 14.1, 14.2, 88, 217.1 və 217.3-cü maddələrnə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
24. Qətnamədən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin istifadə etdiyi çənin ərazidən çıxarılması iddia tələbinə daxil olmadığı və eləcə də işdə qarşılıqlı iddia olm adığı halda, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyası məhkəməsində faktiki olaraq cavabdehin istəyinə uyğun olaraq yalnız çənin həmin ərazidən necə və hansı qaydada çıxarılması məsələsi müzakirə olunmuş və iş üzrə qəbul olunmuş hər iki məhkəmə qətnamələri də dolayısı yolla və süni şəkildə buna uyğunlaşdırılmışdır. Apellyasiya şikayətinə əlavə və ona qoşulmuş yeni əldə olunmuş sübatlar, işdə olan xx.xx.2020-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli məktublar, 5 ədəd foto gizlədilərək onlar qətnamədə göstərilməmiş, açıq məhkəmə iclasında müzakirə edilməmiş və onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, əsaslandırıcı hissəsində onların rədd və ya qəbul etmək üçün istinad edilmiş dəlillər, rə hbər tutulmuş qanunlar və ya digər hüquqi aktlar göstərilməmişdir. Apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, işin hallarını, tam, hərtərəfli və obyektiv araşdırmamış, öz mövqeyini əsaslandırmaq üçün hələ qanuni qüvvəyə minməmiş birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilənlərə istinad istinad edilərək göstərilmişdir ki, “İşə baxan birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı su sızıntısının nəticəsində ona dəymiş zərərin ödənilməsini tələb etsə də bununla bağlı hər hansı sübutu təqdim etməmişdir. Həmçinin məhkəmə qeyd etmişdir ki, hazırkı halda su sızmanın nəticəsində zərərin vurulması müəyyən edilməsə də, gələcəkdə su sızma nəticəsində iddiaçıya zərər vurulması təhlükəsi vardır. Çünki dəmir materialdan hazırlanmış, 3 0 ildən çox istifadə edilmiş, torpaqla fiziki təmasda olan 25-30 tonluq çənin gələcəkdə daha böyük fəsad törətməsi ehtimalı yüksəkdir.” Bu hal birbaşa olaraq onu sübut edir ki, məhkəmə apellyasiya şikayətinin dəlillərini oxumamışdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin işə cavabdehin iştirakı olmadan baxmışdır. Qətnamədə göstərilmişdir ki, “Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh və digər üçüncü şəxs məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.”
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X3 bidirmişdir ki, cavabdehin su çənindən istifadəsi qanunidir. Cavabdeh sudan istifadəyə görə ödənişlərini yerinə yetirir. Halbuki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5586/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadında qeyd edilmişdir ki,“işin mübahisəsiz halı ondan ibarət olmuşdur ki, suölçən cihaz mənzilə daxil olmalı olan əsas su xəttinə birbaşa deyil, mübahisələndirilən su çənindən çıxan xəttin üzərində yerləşdirilmişdir.” Həmçinin məhkəmə iclasından təxminən 2-3 gün əvvəl Binəqədi rayon Sukanal İdarəsinin əməkdaşı cavabdehin iştirakı ilə əraziyə baxış keçirmiş, telefonla şəkillər çəkərək Vəli Məmmədova göndərmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
27. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələ rini vicdanla həyata keçirməyə borcludurlar.
28. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
29. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
30. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bil ər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
31. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
32. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
33. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər.
34. Maddə 170.1 və 170.2. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
35. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi,əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.
36. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və yabaşqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.
37. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
38. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
39. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
40. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
41. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərər in əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
42. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
43. Maddə 1098.1. Gələcəkdə zərər vurulması təhlükəsi bu cür təhlükəni yaradan fəaliyyətin qadağan edilməsi barədə iddiaya əsas verə bilər.
44. Maddə 1098.2. Əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər.
45. Maddə 1098.3. Məhkəmə müvafiq fəaliyyətin dayandırılması və ya ona xitam verilməsi barədə iddiadan yalnız o halda imtina edə bilər ki, həmin fəaliyyətin dayandırılması və ya ona xitam verilməsi dövlət mənafelərinə zidd olsun. Bu cür fəaliyyəti dayandırmaqdan və ya ona xitam verməkdən imtina edilməsi zərərçəkənləri həmin fəaliyyətlə vurulmuş zərərin əvəzinin ödənilməsi hüququndan məhrum etmir.
46. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıal ınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hes ab olunur.
49. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütü n faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
56. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədə n, şikayəti təmin etmədən saxlaya bilər.
57. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
58. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması k imi qiymətləndirilməməlidir.
59. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın təmin edilməməsi hissəsində qismən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə qismən yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
61. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlər ə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
62. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarını n sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
63. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
64. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
65. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
66. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
67. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instans iyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
68. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3359/2024 nömrəli, 3 dekabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.