Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-765/2021 02.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borclunun ödənişlərinin düzgün silinməməsi) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və Cavabdeh1 iştirakları ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5569/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları “xxxx” İKB ASC ilə Cavabdeh1 arasında imzalanmış xx xxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən ona illik 29 faiz ödəmək şərtilə 36 ay müddətinə 10000 manat məbləğində kredit xətti açılmışdır. Həmçinin borcun təminatı olaraq “xxxx” İKB ASC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2018-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Öhdəliyin vaxtında icra edilməməsi səbəbindən hazırkı mübahisə başlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı “xxxx” İKB (bundan sonra “xxxx” ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 6593,41 manat əsas, 349,38 manat faiz, 19,11 manat cərimə borcu olmaqla, cəmi 6961,9 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx” İKB ASC-dən illik 29 faizlə 36 ay müddətinə 10000 manat kredit götürmüş, lakin müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. xx.xx.2019-cu il tarixədək Cavabdeh1 banka xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 6593,41 manat əsas, 349,38 manat faiz, 19,11 m anat cərimə borcu olmaqla, cəmi 6961,9 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən yayınır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim L.Rəhimli, iş N 2(011)-934/20) iddia qismən təmin edilmiş, 5572,91 (beş min beş yüz yetmiş iki manat doxsan bir qəpik) manat məbləğində əsas borc və 19,11 (on doqquz manat on bir qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 5591,9 (beş min beş yüz doxsan bir manat doxsan qəpik) manat məbləğində kredit borcunun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 alınaraq “xxxx” ASC-yə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Məhkəmə iddia tələbini qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 462, 739.1-ci maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsinin (hakimlər-A.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Kərimli və E.Kazımov) xx xxxx 2020-ci il tarixli, 2(103)-5569/20 nömrəli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə (iddianın təmin olunmayan hissəsində) iddiaçının apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti məhkəməyə təqdim etdiyi faktiki hallarla əsas landırılmış və əlavə olaraq qeyd edilmişdir ki, işə baxan məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Ona görə məhkəmə kollegiyası onun izahatını dinləməmişdir. Digər Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə ba xmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İddiaçı qətnaməni yalnız iddianın təmin edilməyən hissəsində mübahisələndirdiyindən qətnamən in qanuniliyini və əsaslılığını yalnız mübahisələndirilən hissədə yoxlanılıb qiymət verilir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməyən hissəsində gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının hazırda tələb etdiyi borc məbləğindən cavabdeh xx.xx.2019-cu il tarixdən sonra 1370 manat məbləğində pul vəsaiti ödəniş etmiş, həmin ödənişin əsas və faiz borcuna yönəldilməsi nəticəsində Cavabdeh1 iddiaçıya olan cari faiz borcu qalmamış (faiz borcunu edilən ödənişdən çıxdıqda tamamilə silinir, əlavə olaraq 1020,62 manat pul vəsaiti qalır), cari əsas borcu 5572,79 manat (6593,41-1020,62), 19,11 manat cərimə olmaqla, cəmi 5591,9 manat təşkil edir. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 462.1, 470.1, 470.2, 739.1, 739.2-ci ma ddələrinə istinad etmişdir. Kassatorun mövqeyinə görə qanun cərimənin hakim tərəfindən azaldılmasını nəzərdə tutsa da, əsas və faiz borcuna bu halı aid etməmişdir. Tərəfin iddia ərizəsinin məhkəməyə daxil olduğu tarixdən sonra etdiyi ödənişlər bank tərəfindən əsas və faiz borcu ilə yanaşı cərimə borcundan da silinsə də, məhkəmə ödənilən məbləği yalnız əsas və faiz borcundan silmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericilikdə nəzərdə tutulmuş dəbbə pulunun azaldılması əsasları ilə hazırkı iddia üzrə əsas və faiz borcunun azaldılması əsasları eyni deyildir. Belə ki, hazırkı vəziyyətdə əsas və faiz borcu cavabdeh tərəfin ödənişləri əsasında azaldılmışdır. Qeyd edilməlidir ki, Cavabdeh1 tərəfindən 1370 manat manat pul vəsaitinin ödənilməsi barədə məhkəməyə ödəniş qəbzləri təqdim edi lmişdir. Məhkəmə həmin ödənişləri məhz iddiaçının özünün təqdim etdiyi maliyyə arayışı və ödəniş qrafiki əsasında əsas və faiz borcundan silmişdir. Digər tərəfdən, tərəflər arasında kredit müqaviləsi xx.xx.2018-ci il tarixdə 36 ay müddətinə bağlanmış və bank müqavilə müddəti bitənədək məhkəmədə iddia qaldırmışdır. Müqavilə müddəti ərzində Bankın məruz qaldığı zərər isə yalnız əsas və faiz borcunun ödənilməməsi ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, kredit müqaviləsi üzrə kreditorun müqavilə müddətində çəkdiyi mümkün zərər müqavilədə əsas borca görə nəzərdə tutulan faiz məbləğinin vaxtında ödənilməməsidir. Belə ki, kredit müqaviləsinə görə borcluya verilmiş kredit məbləğinin ödənilməsi gecikdirilsə də bu məbləğə görə müqavilə müddətində faizlərin hesablanması əsas borca münasibətdə aparıldığından, yəni kreditorun mənafeyinə uyğun olaraq əsas borc dövriyyədə olmaqla faizlərə münasibətdə ona gəlir gətirdiyindən müqavilə müddətində kreditor əsas borca görə zərər çəkmir. Lakin əsas borca görə faizlərin vaxtında ödənilməməsi kreditoru vaxtında əldə etməli olduğu pul məbləğini yenidən dövriyyəyə buraxmaqla gəlir əldə etmək imkanından məhrum edir. Nəzərə almaq lazımdır ki, müqavilə tərəfinin etmiş olduğu ödənişlər əsasən hesablanmış cərimənin silinməsinə yönəldilirsə, bu hal hüquqdan ödəniş edən tərəfə ziyan vurmaq kimi dəyərləndirilə bilər. Çünki öhdəliyi icra edə bilməyən tərəf ağır vəziyyətə düşmüşdür. Belə bir vəziyyətdə tərəf ödənişləri etməyi davam etdirirsə borcun ədalətli silinməsi həyata keçirilməlidir ki, tərəfin vəziyyəti daha da ağırlaşmasın. Çünki faizlər ödə nilməmiş qalmış əsas borca münasibətdə hesablanır. Müqavilə tərəfləri qarşılıqlı öhdəlikləri icra etməyə birgə səy göstərməlidirlər. Bu qayda təkcə ödənişin vaxtında aparıldığı hala deyil, eyni zamanda müqavilə tərəfinin ağır vəziyyətə düşməsi halına da şamil olunur. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4183/2020 nömrəli iş üzrə xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.