Məhkəmə qərarları › İş №2(102)-765/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-765/2022

21.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-765/2022 21.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-765/22 (Açar sözlər: pul tələbi, cavabdehin polisdə verdiyi izahat, etirazın əsası kimi istinad edilən halın sübut edilməməsi) Bakı şəhəri, 21 fevral 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” nə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-639/2021 nömrəli, 09 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 21 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 4150 manat məbləğində borcun və məhkəməyə iddia ərizəsi təqdim edilərkən ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı fərdi sahibkar olaraq VÖEN əsasında rəsmi qaydada fəaliyyət göstərir. ünvan 1 ünvanında yerləşən “Face Studio” gözəllik salonunda işləyən Cavabdeh iddiaçının biznes fəaliyyətindən 4150 manat pul mənimsəmişdir.

3. İddiaçı bu barədə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə müraciət edib, həmin PB-nin təhqiqatçısının 14 sentyabr 2019-cu il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarı ilə iddiaçının müraciətində cinayət tərkibinin yaranmadığı, sözügedən məsələnin mülki mübahisə olduğu göstərilib və iddiaçıya məhkəməyə müraciət etməsi tovsiyyə edilib.

4. Polis bölməsində araşdırma zamanı izahatı alınmış Cavabdeh etiraf etmişdir ki, əvvəllər ünvan 2 ünvanında yerləşən “Face Studio“gözəllik salonunda inzibatçı vəzifəsində işləmiş, daha sonra isə Nərimanov rayonu, N.Hacıyev 35 ünvanında yerləşən “Face Studio“ gözəllik salonuna gəlmiş və orada da inzibatçı kimi çalışmışdır. Bu vaxtlarda guya anası xəstə olduğu üçün ümumilikdə iddiaçıdan 7500 manata yaxın pul almış, müəyyən qismini ödəmiş və 4150 manat borcu qalmışdır.

5. Halbuki cavabdeh pulu borca almamış, əksinə, kassadan oğurluq etmişdir. Lakin bu məsələlər araşdırma zamanı sübuta yetirilə bilmədiyi üçün cinayət məsuliyyəti yaratmamışdır.

6. İddiaçı dəfələrlə cavabdehdən pulu qaytarmasını tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə pulu ödəməkdən boyun qaçırmışdır.

7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 448 və 739-cu maddələrinə istinad etmişdir.

8. Abşeron Rayon Məhkəməsinin 2(012)-2456/2020 nömrəli, 15 sentyabr 2020-ci il qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 4150 (dörd min yüz əlli) manat məbləğində borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Elman Məmmədov)

9. Birinci instansiya məhkəməsi iş materiallarında olan c inayət işinin başlanmasının rədd edilməsi barədə qərarına istinadən müəyyən etmişdir ki, İddiaçı şikayəti əsasında aparılan araşdırma zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki, “Face Studio” gözəllik salonunda inzibatçı vəzifəsində işləmiş, işlədiyi müddət ərzində anasında xəstəlik olduğundan müdir olan Rüfətdən xahiş etmişdir ki, ona pul yardımı etsin. İddiaçı müxtəlif vaxtlarda ümumilikdə 7500 manata yaxın pul almışdır. Həmin puldan hər dəfə məvacibindən 300 manat pul tutulmaqla ödənişlər etmişdir. Bugünkü günə Rüfətə 4150 manat pul borcludur. İddiaçı dəfələrlə təklif etmişdir ki, pulunu hissə-hissə ödəyəcək. Lakin İddiaçı buna razı olmamış, pulun hamısını birdən tələb etmişdir.

10. Birinci instansiya məhkəməsi hesab edib ki, cavabedeh iddiaçıya 4150 manat borcunun olmasını etiraf edib və buna görə də iddia təmin edilməlidir.

11. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 385.1, 425.1, 442 və 739.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin ləğv və iddianı qismən təmin edilərək 1000 manat pulun tutulmasını xahiş etmişdir.

13. Apellyasiya şikayətinin dəlilləri: - məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməyərək yanlış qətnamə qəbul etmişdir; - cavabdeh 17-ci polis bölməsində izahatı psixoloji təsir altında vermiş, polis bölməsində qeyd etdiyi sözlər cavabdehin gerçək iradəsini ifadə etmir, reallığı göstərmir; - iddiaçıdan aldığı borcun böyük hissəsini qaytarmış, iddiaçıya cavabdehin cəmi 1000 manat borcu qalmışdır; - iddiaçı tərəfindən vaxt veriləcəyi halda qalan 1000 manat borcu da hissə-hissə ödəyəcəkdir.

14. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-639/2021 nömrəli, 09 mart 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-2456/2020 nömrəli, 15 sentyabr 2020-ci il qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Gülnarə Tağızadə, Telman Quliyev)

15. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, cavabdeh iddiaçıya 4150 manat borclu olmasını polis bölməsində etiraf etmişdir. Bununla da cavabdehin iddiaçıya 4150 manat borclu olması qeyd edilən qərarla təsdiq edilir. Lakin cavabdeh şikayətində iddiaçıya olan borcunun çox hissəsini qaytarmasını, iddiaçıya 1000 manat borclu qalmasını bildirsə də buna dair hər hansı s übutu təqdim etməmişdir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduöu halda, cavabdeh dəlillərini sübuta yetirə bilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh Cavabdeh (vəkil Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uğun əsaslandırılmaqla, şikayətdə cavabdehin hazırda iddiaçıya 1000 manat borcunun qalmasına istinad edilib. b) Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbələri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, iş lərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etmə lidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması“apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.“ Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışın ın hədləri

20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

21. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası həmin məhkəmə aktını tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

24. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

25. İddia tələbi borc pulun qaytarılması barədədir.

26. İşin müəyyən edilən halları da ondan ibarətdir ki, Cavabdeh iddiaçıya 4150 manat borcu olmasını polis bölməsində verdiyi izahatla etiraf etmişdir.

27. İşdən görünür ki, cavabdehin iddiaçıya borclu olması mübahisələndirilmir. İşin mübahisəli halı cavabdehin 4150 manatın böyük hissəsini qaytarması, onun hazırda cavabdehə 1000 manat borclu qalması barədədir. Nəzərə alınsa ki, qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur, belə olan halda, cavabdeh 4150 manatın 3150 manatını iddiaçıya qaytarmasını, bununla da hazırda borcunun 1000 manat olmasını sübut etməli idi. İşə mahiyyəti üzrə baxan məhkəmlərdə cavabdeh etirazının əsası kimi istinad etdiyi halı, yəni borclu olduğu məbləğdən 3150 manatı cavabdehə qaytarmasını sübut edə bilməmişdir.

28. Bu baxımdan apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisə yə yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.

29. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-639/2021 nömrəli, 23 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar