Məhkəmə qərarları › İş №2(102)-7652/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7652/2019

24.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7652/2019 24.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 iyul 2019-cu il tarixli, 2(107)2025/2019 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Zaqatala rayon məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli, 2(033)-844/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim E.H.Məmmədov) İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” i ddiası təmin edilərək, cavabdehdən ödəniş vaxtı milli matana məzənnədə 32.700 ABŞ dolları məbləğində pulun tutulub iddiaçıya ödənilməsi qət edilib. Cavabdeh qətnamədən apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 iyul 2019-cu il tarixli, 2(107)2025/2019 saylı qətnaməsi ilə (hakimlər E.Ş.Hüseynov sədrlik edən, məruzəçi, A.A.Mahmudov və V.İ.Məlikov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Zaqatala rayon məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdeh qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı “pul tələbinə dair” iddia qaldırıb və tələblərini onunla əsaslandırıb ki, 2008-ci ildə cavabdeh özünə məxsus evini satırdı, o da həmin evi almaq qərarına gəlmiş və cavabdehlə evin qiymətini 33.000 ABŞ dollarına razılaşmışdır. O, evin dəyərini ona ödəmişdir. Lakin ev bankda girovda olduğuna görə sənədləşdirə bilməmişdir. Cavabdeh ondan götürdüyü pulu banka ödəyərək evi girovdan çıxarmalı və onunla alqı-satqı müqaviləsi bağlamalı idi. Bu işlərin görülməsi üçün ona etibarnamə də vermişdir. Lakin etibarnamənin vaxtı bitdikdən sonra yeni etibarnamə də verməmiş və onu aldatmışdır. Cavabdeh banka olan borcunu ödəmədiyinə görə ev girovdan çıxarılmamışdır. Keçən il aldığı məlumata görə ev artıq bankın balansındadır. O aldandığını başa düşmüş və cavabdehdən pulu geri tələb etməyə başlamışdır. 2017-ci ildə cavabdeh həmin 33.000 ABŞ dollarından 300 ABŞ dollarını qaytarmış və qalan hissəsini də tezliklə qaytarmağa söz vermişdir. Lakin cavabdeh bugünə kimi pulu qaytarmamışdır. Bu səbəbdən də, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. İddiaçı kassasiya şikayətinə dair etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası mə hkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı, Cavabdeh və vəkili Samir Şərifov məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətn aməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, iddia ərizəsinin əsasslı olmasına, iddia ərizəsini təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 337.1, 1092.1, 1095-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 22 mart 2008-cı il tarixli cavabdeh tərəfindən əl yazma ilə yazılmış qəbzə əsasən, cavabdeh ünvan 1 ünvanda yerləşən evin 2-ci mənzilini 33.000 ABŞ dollarına iddiaçıya satdığını, evin dəyəri olan 33.000 ABŞ dolları pulu iddiaçıdan götürdüyünü və həmin evin iddiaçıya məxsus olduğunu və alqı-satqı müqaviləsini evi girovdan azad etdikdən sonra rəsmiləşdiriləcəyini etiraf etmişdir. Eləcə də 15 iyul 2015-ci il tarixli notarial qaydada təsdiq edilmiş etibarnaməyə əsasən, cavabdeh Zaqatala şəhəri, F.Əmirov küçəsi, 42 saylı evin 2-ci mənzilini idarə etməyi və onun üzərində sərəncam verməyi və s. hərəkətlər etməyə dair iddiaçının adına etibarnamə vermişdir. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları tədqiq edib, apellyasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb müəyyən etmişdir ki, 2008-ci ildə cavabdeh özünə məxsus evini satmaq, iddiaçı da həmin evi almaq qərarına gəlmiş və tərəflər evin qiymətini 33.000 ABŞ dollarına razılaşmışlar. İddiaçı evin dəyərini cavabdehə ödəmişdir. Lakin ev bankda girovda olduğuna görə evin alqı-satqısını rəsmiləşdirə bilməmişlər. Cavabdeh evin pu lunu alması barədə yazılı iltizam vermiş, ev girovdan azad olunduqdan sonra alqı-satqını notarial qaydada rəsmiləşdirməyi öhdəsinə götürmüşdür. O, bu işlərin görülməsi üçün iddiaçıya etibarnamə vermişdir. Cavabdeh evin pulunu aldığı zaman evi iddiaçıya təhvil vermiş, iddiaçı 2008-ci ildən hal hazıradək həmin evdə yaşayır. Həmin ev kredit müqaviləsinin təminatı üçün iddiaçı tərəfindən ipotekaya qoyulmuş, sonradan məhkəmə qaydasında tutma ipoteka predmeti olan həmin evə yönəldilmiş və ev “xxxx” Bank ASC balansına keçmişdir. Bu barədə məlumat alan iddiaçı cavabdehdən pulu geri tələb etməyə başlamışdır. 2017-ci ildə cavabdeh həmin 33.000 ABŞ dollarından 300 ABŞ dollarını qaytarmış və qalan hissəsini də tezliklə qaytarmağa söz vermişdir. Lakin cavabdeh bugünədək pulu qaytarmamışdır. İddiaçı t ələbinin qanuni əsası kimi Mülki Məcəllənin 21 və 152.3-cü maddələrinin tələblərinə istinad edərək, evə görə cavabdehə verdiyi 33.000 ABŞ dolları pulun qaytarılmayan hissəsini, yəni 32.700 ABŞ dollarını tələb etmişdir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, həmin Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337-ci maddəsi). Maddənin mənasına görə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır. Həmin Məcəllənin 394-cü maddəsinin görə, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Başqa sözlə, daşınmaz əşyalarla bağlı alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb düzgün olaraq qeyd etmişdir ki, mübahisəsi gedən yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına qeydə alındığığından və sözügedən kredit müqaviləsinin təminatı kimi ipoteka qoyularaq yüklü edildiyindən və bununla da evin alqı-satqısı notarial qaydada rəsmiləşdirilmədiyindən, onun həmin yaşayış evini iddiaçıya sataraq, sonuncunun hesabına va rlanmaq hüququ olmamışdır. Çünki, yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı əmlak olduğundan, onun alqı-satqısına dair müqavilə də notariat qaydasında bağlanılmalı idi. Tərəflər arasında isə belə bir müqavilə bağlanmamışdır. Digər tərəfdən, cavabdehin yaşayış evinin pulunu, yəni 33.000 ABŞ dollarını alaraq həmin evi iddiaçıya təhvil verməsi və evin sonuncunun sahibliyində və istifadəsində olması tərəflər arasında alqı-satqı əqdinin baş verməsinə əsas yaratmır və onların arasında alqı-satqı müqaviləsinin bağlanması kimi qəbul edilə bilməz. Bu səbəbdən də iddiaçı evə görə cavabdehə ödədiyi pul vəsaitini geri tələb etməkdə haqlı olmuşdur və iddiaçının cavabdehə qarşı hazırki pul tələbi əslində əsassız varlanma müddəalarına uyğun gəlir. Belə ki, cavabdeh 33.000 ABŞ do llarını iddiaçıdan qanuni və müqavilə əsas olmadan əldə etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinin tələbinə görə, tərəfin tələb və etirazlarının əsaslandırıldığı faktları digər tərəfin etiraf etməsi əks tərəfin gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Mülki Məcəllənin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Ancaq əsassız varlanmış şəxsə qarşı belə tələb irəli sürülməsi üçün qanunla müddət (iddia müddəti) müəyyən olunmuşdur. Həmin Məcəllənin 1095-ci maddəsinin tələbinə görə, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Tərəflər arasında əsassız varlanma halı 2008-ci ildə baş vermişdir. İddiaçı onun hüquqlarının pozulmasını 2017-ci ilin əvvəllərində bildiyini bəyan edir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının göstərdiklərini inandırıcı qəbul edərək haqlı olaraq qeyd etmişdir ki, mübahisə predmeti olan yaşayış evi 2008-ci ildən hal-hazıradək iddiaçının sahibliyində və istifadəsindədir. Digər tərəfdən, cavabdeh 2017-ci ildə iddiaçıya artıq həmin puldan 300 ABŞ dollarını qaytarmışdır. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutlara sadalanan prosessual normaların tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiya məhkəm əsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 iyul 2019-cu il tarixli, 2(107)-2025/2019 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar