Məhkəmə qərarları › İş №2(102)-766/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-766/2021

18.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-766/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı, Cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, vurulmuş ziyanın ödənilməsi) 18.02.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili X4, Cavabdehin vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3023/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş kassasiya şik ayətləri üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı tərəfindən 2018-ci ilin yay fəslində 4 TİR maşın mərmər-qranit Cavabdeh təhvil verilmiş, sonuncunun satış anbarına yığılmışdir. Tərəflər bu faktı mübahisələndirmirlər. Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, İddiaçı oğlunun və Cavabdeh ərizələri əsasında toplanmış material üzrə xx.xx.2019-cu il tarixdə cinayət işinin başlanmasının rədd edilmiş, ərizəçiyə mülki mühakimə qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, d aha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh təhvil verdiyi mərmər-qranitin dəyəri və qazanc daxil olmaqla 24500 ABŞ dollarının (ödəmə günü Azərbaycan manatına məzənnə ilə) və həmin məbləğə 2018-ci ilin avqust ayından məhkəmə qətnaməsi çıxarılan günə bank uçot dərəcəsinə uyğun olaraq faizlər hesablanmaqla Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İran İslam Respublikasının vətəndaşı olaraq 1993cü ildən Bakı şəhərində yaşamaqla biznes fəaliyyəti ilə məşğul olur. 2018-ci ilin avqust ayında tanışlarının vasitəsilə Elnur adlı şəxslə tanış olmuşdur. Elnur ona bildirmişdir ki, geniş biznes fəaliyyəti ilə məşğul olur. Gəncə şəhərində profilaktoriyaları, bazarlar da dükanları və sair biznesləri var. Həmin vaxt Elnur ona demişdir ki, 300000-500000 ABŞ dolları həcmində mərmər-qranit gətirməyi və həmin işə sərmayə qoymağı planlaşdırır. Əgər İranda tanışları varsa, bu işdə ona kömək etsin, hər maşında 1000 ABŞ dolları xeyir verəcək. O, Elnurun söylədiklərinə inanmış və İranda mərmər-qranit istehsal edən şirkətlərlə danışıb dəyəri 20500 ABŞ dolları olan 4 TİR maşın mərmər-qranit gətirib Elnura təhvil vermişdir. Elnur malı aldıqdan sonra müxtəlif bəhanələrlə pulu ödəməkdən yayınmış, bir müddətdən sonra mərmər-qranitin pulundan 5800 ABŞ dolları ödəmişdir. Bundan sonra verdiyi pulu da tələb etməyə və onu hədələməyə başlamışdır. Elnurun 14700 ABŞ dolları təhvil verilən maldan və 4 TİR maşın mala görə gəlir kimi 4000 ABŞ dolları, ümumilikdə 18700 ABŞ dolları borcu vardır. Borcu ödəmədiyinə görə polisə müraciət etmiş, lakin Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin təhqiqatçısı polis baş leytenantı Zaur Qüdrətov işin mülki xarakterli olmasını əsas gətirərək cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı vurulmuş zərərə görə 32060 manat zərərin, 5800 ABŞ dolları (ödəmə günü Azərbaycan manatına məzənnə ilə) borcun, 1000 manat vəkilə ödənilmiş xidmət haqqının və 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı ilə 2018-ci ilin avqust ayında İlham adlı şəxsin vasitəsilə tanış olmuşdur. Mərmər-qranit işinə başlamaq istə diyi üçün bu sahədə olan adamlarla ünsiyyət qurmaq və başladığı işi genişləndirmək fikrində idii. Tanışlıq zamanı Seyedalini ona mərmər-qranit materiallarının gətirilməsi ilə məşğul olan iş adamı kimi təqdim etmişlər. Məqsəd birgə işi təşkil etmək və malı satıb birgə gəlir əldə etmək olmuşdur. Buna görə işlədiyi ərazidə yer icarəyə götürmüşdür. Seyedali ilkin olaraq 4 yük maşını mal gətirəcəyini bildirərək ondan gömrük rüsumu ödəmək üçün hər maşına görə 5400 manat, yük daşıma haqqı olaraq hər maşına görə 1200 ABŞ dolları olduğu halda onu aldadaraq 1450 ABŞ dolları olmaqla, cəmi 5800 ABŞ dolları və yük boşaldılması üçün hər maşına görə 600 manat olmaqla, cəmi 2400 manat fəhlə pulu almışdır. Mallar boşaldıldıqdan sonra ödənilən pulla malın həcmi arasında qat-qat fərq olmasını Seyedaliyə bi ldirmiş, o, isə narahat olmamağını, malları baha qiymətə sataraq pulunu qaytaracağını bildirmişdir. Gətirilən malların satışı özünün istifadə etdiyi satış mağazalarında olsa da, hüquqi sənədləşmələr oğlu Cavidin adına qeydiyyata alınmışdır. Satışı da birgə işlətdikləri mağazalarda həyata keçirmişlər. Razılaşmaya əsasən malların satışını özü təşkil etməli olduğu halda bir müddət sonra bundan imtina edərək gətirilən malların pulunu istəməyə başlamışdır. Bununla əlaqədar mübahisə başlayandan sonra ona məlum olmuşdur ki, Seyedali ümumiyyətlə gətirilən malların qiymətində də onu aldatmışdır. Gətirdiyi malın qiyməti gətirilən malların qiymətinə uyğun deyil, qat-qat ucuz və keyfiyyətsiz mallardır. Ona görə də Seyedali satış edə bilməmişdir. Hazırda malların gətirilməsi, daşınması, boşaldılması da xil olmaqla Seyedali ona 32060 manat maddi zərər vurmuşdur. Birinci instansiya məhkəməsinin iclasında şahid kimi ifadə vermiş X6 ifadəsində bildirmişdir ki, son bir il istisna olmaqla 8 il ərzində İddiaçı yanında fəhlə kimi işləmişdir. Cavabdeh onun Binəqədi rayonu ərazisində yerləşən “Elite” Ticarət Mərkəzinin yaxınlığındakı sexinə malları gətirəndə tanımışdır. Gətirdikləri mərmər-qraniti X8 ilə birlikdə sayaraq İntiqam adlı şəxsə təhvil vermişlər. Malları təhvil verərkən heç bir sənəd təqdim edilməmişdir. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X8 ifadəsində bildirmişdir ki, iki ildir ki, İddiaçı yanında fəhlə kimi işləyir. Binəqədi rayonu ərazisində yerləşən “Elite” Ticarət Mərkəzinin yaxınlığındakı sexə gətirdikləri 4 TİR maşın mərmər-qraniti X6 ilə birlikdə sayaraq İntiqam adlı şəxs ə təhvil vermişlər. Malları təhvil verərkən heç bir sənəd təqdim edilməmişdir. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X2 ifadəsində bildirmişdir ki, 2005-ci ildən İddiaçı yanında fəhlə kimi işləyir, Cavabdeh keçən ildən tanıyır. 4 TİR maşın mərmər-qraniti 2 gün ərzində boşaldıb sayaraq Cavabdeh İntiqam adlı işçisinə təhvil vermişdir. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X1 ifadəsində bildirmişdir ki, cavabdehi uzun illərdir tanıyır, cavabdehin iddiaçıya pul verdiyini görsə də, nə ilə bağlı olduğunu bilmir, Elnur mərmər sexini icarəyə əsasında işlədir, İddiaçı də həmin obyektə mütəmadi olaraq gəlmişdir. Elnur dəfələrlə zəng edib Sayedalinin onu aldatdığını bildirmişdir. Aralarında olan razılaşma əsasında heç bir sənədləşmə aparılmayıb. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Vüqar Quliyev) 2(005)-4247/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ilk və qarşılıqlı iddialar rədd edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, İddiaçı iddia tələbinin Cavabdeh təhvil verdiyi mərmər qranitin dəyərini və mənfəəti ilə bağlı, habelə malın çeşidi, dəyəri, tərəflərin razılaşması forması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Cavabeh isə ona vurulmuş zərərin olduğunu, habelə qarşı tərəfin ona ödəməyə borclu olduğunu sübuta yetirə bilməmişdir. Bundan başqa, məhkəmə iclasında şahidlər tərəflər arasında mübahisəli mərmər-qranit malları ilə bağlı müqavilə olmasını, müxtəlif qiymətə razılaşdıqları malların çeşidi, ölçüsü, qiyməti barədə hər hansı razılaşmanın olmasını, malın satışı ilə bağlı tərəfl ərin hansı şərtlərlə razılığa gəlməsi, tərəflərin razılaşmasına əsasən fəaliyyətin birgə fəaliyyət və mənfəətin bölüşdürülməsi, habelə alqı-satqı olduğuna dair məlumatları olmadığını bildirmişdlər. Bununla belə xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən mərmərlərin saxlandığı və satışın təşkil edildiyi anbarda olan mallara baxış keçirilən zaman malın bir hissəsi çeşidi, ölçüsü, qiyməti barədə məlumatları müəyyən edilməsi və tərəflərdən kimin satışı həyata keçirdiyini müəyyən edilməsi mümkün olmayan şəraitdə aşkar edilmişdir. İddiaçı izahatında malın İran İslam Respublikasından gətirilməsi qeyd olunmasına baxmayaraq, məhkəmə iclasında o, Azərbaycan Respublikasına gətirilmiş malın həcmi, növü, keyfiyyəti və digər halları barədə sübutları təqdim edə b ilməmişdir. Tərəflər öz iddia tələblərini və qarşı tərəfin iddiasına etirazlarını əsaslandırdığı halları sübuta yetirə bilməmişlər. Qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Elşən Kazımov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, İkram Şirinov) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hər iki iddia tələbinin faktiki əsası (faktiki hallar) tələblərin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticələr düzgün olmuşdur. Əvvəla, ilk və qarşılıqlı iddiaçı tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Çünki, iddiaları üzrə istinad etdiyi halları sübut etmək yükü onların üzərinə düşür. Lakin hər iki tərəf bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, istinad etdiyi halları sübut edə bilməmişdir. Bu barədə yalnız tərəflərin izahatları mövcuddur. Onların izahatı isə işdə olan digər sübutlarla yanaşı qiymətləndirilməlidir. İşdə isə istinad etdiyi halları təsdiq edən başqa mötəbər sübutlar yoxdur. İş üzrə dindirilmiş şahidlərin ifadələrini də məhz bu xarakterli mübahisə üzrə mötəbər hesab etmək olmaz. Həmçinin şahid ifadələri düzgün nəticəyə gəlmək üçün vacib olan sübut edilməli halları bilavasitə əks e tdirmir. Çünki, tərəflər arasında yaranmış həqiqi münasibətlərin mahiyyətini yalnız özləri dəqiq bilə bilər. Belə ki, şahidlər tərəflər arasında mərmər-qranit satışı ilə bağlı münasibətlərin olduğunu, mərmər-qranitin təhvil verilməsini və qəbul edilməsini təsdiq etsələr də, bu ümumi məlumatlar iş üzrə hər iki iddianın əsaslı və təmin edilməli olmasını bilavasitə mümkün etmir. Çünki, hər iki tərəf özünün haqlı və iddiasının əsaslı olduğunu bəyan edir. Lakin əslində onlar arasında yaranmış mərmər-qranit biznesi ilə bağlı, yəni mərmərin qiyməti, çeşidi, ölçüsü, miqdarı, keyfiyyəti, haradan və kimin vəsaiti hesabına gətirələcəyi, hansı qaydada və kim tərəfindən satılmalı olduğu, qazancın necə bölüşdürüləcəyi, yaranmış mübahisə ilə bağlı tərəflərin hansı formada və həcmdə mülki hüquqi məsuliyyə t daşımalı olduqları və.s məsələlər müəyyən edilməmişdir. İstisna olunmur ki, tərəflər bu şərtlərin hansıları barədəsə öz aralarında şifahi formada razılığa gəlsinlər. Lakin bu razılaşmaların mötəbərliliyi barədə tərəflərin məlumatları inandırıcı olmadığından, yəni bir tərəfin izahatını digər tərəf təkzib etdiyindən hər iki iddianın hansısa hissədə təmin olunmasını mümkünsüzdür. Bununla yanaşı, apellyasiya baxışı zamanı tərəflər məhkəmə baxışının barışıq sazişi ilə tamamlamaq yaxud mübahisənin məhkəmədən kənar sülh yolu öz aralarında həll etmək təklifinə uyğun olaraq öz aralarında müəyyən dəyərdə olan mərmər materilanın təhvil verib alınması ilə bağlı razılaşmış və bu barədə akt tərtib edərək məhkəməyə təqdim etmişlər. Lakin yenə də ilk iddiaçı müəyyən dəyərdə mərmərin hələ qaldığını və bu nun əvəzində ya pul, ya da mərmərin qalığını tələb etmiş, qarşılıqlı iddiaçı isə razılaşdıqları məbləğdə mərməri qaytardığına görə qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Göründüyü kimi, bu faktın özü də tərəflər arasındakı yaranmış mərmər-qranit materialının alışı və satışı ilə bağlı münasibətlərin detallarını aydın, dəqiq və konkret müəyyən etmədiklərini bir daha təsdiq edir. Kassasiya şikayətlərinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri X10 Seyedal (vəkil X4) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ilkin iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməsini və ilkin iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunl a əsaslandırılmışdır ki, qətnamə ilkin iddia tələbinin təmin olunmaması hissəsində qeyri-qanunidir, maddi və prosessual hüquq normalarının pozulması nəticəsində çıxarılmışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi kimi tam araşdırma aparmamış, işdə olan sənədlərə düzgün hüquqi qiymət verməmiş, qanunun normalarını düzgün tətbiq etməmiş, birinci instansiya məhkəməsi kimi qeyri-obyektiv və əsassız qətnamə qəbul etmişdir. O, cavabdehə təhvil verdiyi mərmər-qranitin dəyəri və mənfəəti ilə bağlı, habelə aralarında olan razılaşma barədə sübutları məhkəməyə təqdim etmişdir. Cavabdeh tərəfindən də məhkəmədə etiraf olunur ki, o, 4 TİR maşın mərmər-qraniti İrandan gətirib ona təhvil vermişdir. Onun cavabdehlə birgə fəaliyyət haqqında, yəni gətirilən malın birgə satı lması və gəlirin bölünməsi haqqında razılaşması olmamışdır. Razılaşmaya görə Cavabdeh hər gətirilən mərmər-qranit maşınından ona 1000 ABŞ dolları xeyir verəcəkdi. Mərmər-qraniti ölkəyə gətirməsi zamanı malın həcmi, növü və digər halları barədə sübutları məhkəməyə təqdim edilməməsi ilə bağlı qeyd etmək lazımdır ki, bütün bu hallar Cavabdeh, oğlunun nümayəndəsi və vəkili Vəkil1 tərəfindən təsdiq olunmuşdur. Məhkəməyə dəvət olunmuş şahidlər də 4 TİR mərmər-qranitin İrandan gətirilib Cavabdeh təhvil verilməsini təsdiq etmişlər. Yerli baxış keçirilən zaman isə bir daha təsdiq olunmuşdur ki, həmin mallar var və Cavabdeh aid obyektdədir. Cavabdeh özünün qarşılıqlı iddiasında da təsdiq etmişdir ki, ona ancaq yükün daşınması üçün 5800 ABŞ dolları pul verib. Yerdə qalan məbləğ isə onun tərəfindən ödənilməmişdir. Gətirilən mərmər-qranitin dəyərinin ödənilməməsi ilə bağlı polisə olan şikayətlə bağlı cavabdehin izahatında 4 TİR mərmər-qranitin İrandan gətirilərək cavabdehə təhvil verilməsi öz təsdiqini tapmışdır. Apellyasiya instansiyası məhkəməsi qətnamədə qeyd etmişdir ki, apellyasiva baxışı zamanı tərəfər məhkəmə baxışının barışıq sazişi ilə tamamlamaq yaxud mübahisənin məhkəmədən kənar sülh yolu ilə öz aralarında həll etmək təklifinə uyğun olaraq öz aralarında müəyyən dəyərdə olan mərmər materialının təhvil verib alınması ilə bağlı razılaşmış və bu barədə akt tərtib edərək məhkəməyə təqdim etsələr də, yenə də iddiaçı müəyyən dəyərdə mərmərin hələ qaldığını göstərmiş və bunun əvəzində ya pul, ya da mərmərin qalığını tələb etməyə başlamışdır. Göründüyü kimi cavabdehin müəyyən qədər mərmər qraniti qaytarması təqdim olunmuş aktla da sübut olunur. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qarşılıqlı iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qarşılıqlı iddia tələbinin sübut edilmədiyini qeyd etsə də, tərəflər arasında yaranmış mübahisə ilə bağlı polis orqanlarında araşdırılan materiallarda hər iki tərəfin etiraf edici izahatlarına hüquqi qiymət verilməmiş, tərəflərin hazırki mübahisəyə və tərəflərin işgüzar münasibətlərinə aid olmayan 5800 ABŞ dolları borcun qaytarılmasını dəyərlənməmişdir. Məhkəmə iclasında ifadə verən iddiaçı Polis Bölməsində verdiyi izahat ı təsdiq edərək həqiqəqətən də cavabdehin gömrük rüsumlarına, yük daşıma haqqına və yük boşaldılmasına görə 18500 ABŞ dolları pul alaraq xərclədiyini etiraf etmişdir. Eyni zamanda razılaşdırılmış işə aidiyyəti olmayan 10000 ABŞ dolları şəxsi borcundan cəmi 4200 ABŞ dollarının qaytarıldığını təsdiq etmişdir. Lakin buna baxmayaraq tərəflərin izahatlarına məhkəmə sübut qiyməti verməyərək düzgün olmayan qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və onun vəkili X4 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, cavabdehin kassasiya şikayətinin isə təmin edilməməsi xahiş etdilər. Cavabdehin vəkil i Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, iddiaçının kassasiya şikayətinin isə təmin edilməməsi xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. A zərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Verilmiş kassasiya şikayətlərində qətnamə iş ü zrə iddiaçı tərəfindən ilkin iddia tələbinin rədd edilməsi hissədə, cavabdeh tərəfindən isə qarşılıqlı iddia tələbinin rədd edilməsi hissədə mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, iddiaçının və vəkilinin, habelə cavabdehin vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilk iddia tələbinin rədd edilməsi hissədə ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instans iyası məhkəməsinə göndərilməli, qətnamə qalan hissədə, yəni qarşılıqlı iddia tələbinin rədd edilməsi hissədə dəyişdirilmədən saxlanılmalı, cavabdehin kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbinin rədd edilməsi hissədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Cavabdeh kassasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, cavabdeh kassasiya şikayətində iddiaçının Polis Bölməsində verdiyi izahatında onun qarşılıqlı iddia tələbində qeyd etdiyi halları etiraf etməsini göstərmişdir. Lakin iş materiallarına əlavə edilmiş həmin materialdan iddiaçının cavabehə 32060 manat zərər vurmasını, gömrük ödənişləri və ya fəhlələrə pul verməsinin etiraf etməsi müəyyən edilmir. Cavabdeh qarşılıqlı iddia tələbini sübut edə bilmədiyindən işə baxan məhkəmələr cavabdehin tələbini rədd etməkdə iş üzrə düzgün nəticəyə gəlmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi ilk iddia tələbinin rədd edilməsi hissədə düzgün nəticəyə gəlməmiş, apellyasiya instansiyası məhkəməsi də həmin hissədə qətnaməni dəyişdirmədən saxlamaqla bu səhvi təkrarlamışdır. Belə ki, qeyd edilən hissədə məhkəmələr iddiaçının tələbinin sübut edilməməməsini göstərmişdir. Lakin məhkəmələr bu nəticəyə gələrkən işdə olan sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq qiymətləndirməmişlər. Həmin normaya görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, cavabdeh Polis İdarəsində və məhkəmə iclaslarında verdiyi izahatlarında, həm də qarşılıqlı iddia ərizəsində iddiaçının onun sifarişi əsasında 4 TİR maşında mərmər-qranit malın İran İslam Respublikasından Azərbaycan Respublikasına 2018-ci ilin yayında gətirilməsi, həmin malların onun anbarına boşaldılmasını, iddiaçının ondan gömrük rüsumu ödəmək üçün hər maşına görə 5400 manat, yü k daşıma haqqı olaraq hər maşına görə 1450 ABŞ dolları olmaqla, cəmi 5800 ABŞ dolları və yük boşaldılması üçün hər maşına görə 600 manat olmaqla, cəmi 2400 manat fəhlə pulu almasını etiraf etmiş, həmin halları mübahisələndirməmişdir. İddiaçı tərəflər arasındakı münasibətlərin nisyə alqı-satqı olduğunu, cavabdehin ona 14700 ABŞ dolları mala görə, 4000 ABŞ dolları isə hər maşına görə pul verməli olduğunu göstərmiş, cavabdeh isə tərəflər arasındakı münasibətlərin birgə biznes fəaliyyəti olduğunu, mallar satılmadığına görə ziyana düşdüklərini irəli sürmüşdür. Apellyasiya baxışı zamanı tərəflər məhkəmə baxışının barışıq sazişi ilə tamamlamaq yaxud mübahisənin məhkəmədən kənar sülh yolu öz aralarında həll etmək təklifinə əsasən tərtib edilmiş aktdan görünür ki, cavabdeh müəyyən miqdarda mərmər-q ranit malları iddiaçıya qaytarmış, həmin malların 14700 ABŞ dolları dəyərində qiymətləndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya məhkəməsi həmin akta, aktın bağlanmasına kimi tərəflərin hərəkətlərinə düzgün hüquqi qiymət verməmiş, cavabdeh tərəfindən malların bir hissəsinin qaytarılması, bu hərəkətləri məhkəmədə işə baxılana kimi etməkdən yayınması əsas verir ki, malların üzərində sərəncam vermək imkanı cavabdehdə olmuş, iddiaçının malların satılmasında iştirakı olmamışdır. Bu hal onların birgə biznes fəaliyyəti ilə məşğul olmalarına dair cavabdehin dəlillərini təkzib edir. İş üzrə dindirilmiş şahidlər də mərmər-qranit mallarının iddiaçı tərəfindən cavabdehə təhvil verildiyini, malları cavabdehin İntiqam adlı işçisi tərəfindən təhvil alındığını, mərmər sexinin Ca vabdeh icarə əsasında işlətdiyini göstərmişlər. Azərbaycan Respublikası gətirilmiş malların dəyərinin İran İslam Respublikasıında iddiaçı tərəfindən ödənilməsi də hazırkı iş üzrə tərəflər arasında birgə biznes fəaliyyətinin olmadığına dəlalət edən hallardan biridir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasındakı münasibətlərin müəyyən edilməsindən ötrü işə baxan məhkəmələr tərəfindən sübutlara tam, hərtərəfli və obyektiv baxılmamış, düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehin qeyd edilən malların iddiaçı tərəfindən ölkəyə gəririlməsini qəbul etməsi halında həmin malların keyfiyyətli olmaması barədə göstərdiklərinin sübut etmə yükünün cavabdehin üzərinə düşməsinə də məhkəmələr qiymət verməmişdir. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə ilk iddia tələbinin rədd edilməsi hissədə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə həmin hissədə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88ci maddəsinin tələbləri baxımından düzg ün hüquqi qiymət verməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3023/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilk iddia tələbinin rədd edilməsi hissədə ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qətnamə qalan hissədə, yəni qarşılıqlı iddia tələbinin rədd edilməsi hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar