Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-766/2024 08.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: borc müqaviləsi (borcun qaytarılması, borc müqaviləsi üzrə faizlər), əşyanın lombardda girovu, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-719/2023 nömrəli, 5 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabde h tərəfindən verilmiş kassasiya şikayətinə 8 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı tərəfindən Cavabdeh xx.xx.2021- ci il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 48 faiz dərəcəsi ilə 9600 manat kredit verilmişdir. Cavabdeh verilən kreditin təminatı kimi eyni tarixli lombarda girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktına əsasən 2994 manat dəyərində qızıl-zinət əşyaları girov qoyulmuşdur. 2. xx.xx.2021-ci il tarixli 10750 nömrəli kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 48 faiz dərəcəsi ilə 11900 manat kredit verilmişdir. Cavabdeh verilən kreditin təminatı kimi eyni tarixli lombarda girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymə tləndirmə və təhvil-təslim aktına əsasən 3588 manat dəyərində qızılzinət əşyaları girov qoyulmuşdur. 3. xx.xx.2021-ci il tarixli 10770 nömrəli kredit müqaviləsinə əsasən 12 ay müddətinə illik 48 faiz dərəcəsi ilə 5900 manat kredit verilmişdir. Cavabdeh verilən kreditin təminatı kimi eyni tarixli lombarda girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktına əsasən 1818 manat dəyərində qızılzinət əşyaları girov qoyulmuşdur. 4. xx.xx.2021-ci il tarixli 10774 nömrəli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 48 faiz dərəcəsi ilə 4320 manat kredit verilmişdir. Cavabdeh verilən kreditin təminatı kimi eyni tarixli lombarda girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktına əsasən 1053 manat dəyərində qızılzinət əşyaları girov qoyulmuşdur. 5. xx.xx.2021-ci il tarixli 10783 nömrəli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 48 faiz dərəcəsi ilə 4750 manat kredit verilmişdir. Cavabdeh verilən kreditin təminatı kimi eyni tarixli lombarda girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktına əsasən 1200 manat dəyərində qızılzinət əşyaları girov qoyulmuşdur. 6. xx.xx.2021-ci il tarixli 10793 nömrəli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 48 faiz dərəcəsi ilə 4350 manat kredit verilmişdir. Cavabdeh verilən kreditin təminatı kimi eyni tarixli lombarda girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktına əsasən 991 manat dəyərində qızıl-zinət əşyaları girov qoyulmuşdur. 7. xx.xx.2021-ci il tarixli 10803 nömrəli kredit müqaviləsinə əsasən 12 ay müddətinə illik 48 faiz dərəcəsi ilə 3250 manat kredit verilmişdir. Cavabdeh verilən kreditin təminatı kimi eyni tarixli lombarda girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktına əsasən 909 manat dəyərində qızıl-zinət əşyaları girov qoyulmuşdur. 8. "xxxx" Lombard MMC-də girov qoyulmuş qiymətlilərin və dəyərlilərin yenidən qiymətləndirilərək satılması haqqında akta əsasən, Cavabdeh tərəfindən girov qoyulmuş qızıl-zinət əşyaları müştərinin iştirakı ilə xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixdə 3200 manata; xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixdə 1800 manata; xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixdə 5320 manata; xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixdə 1860 manata; xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixdə 2120 manata; xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixdə 1630 manata; xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2021ci il tarixdə 7130 manata satılmışdır.
9. Cavabdehin xx.xx.2021- ci il tarixli 10638 nömrəli kredit müqaviləsi üzrə 500 (beş yüz) manat məbləğində,xx.xx.2021- ci il tarixli 10750 nömrəli kredit müqaviləsi üzrə 2427 manat məbləğində, xx.xx.2021-ci il tarixli 10770 nömrəli kredit müqaviləsi üzrə 1471 manat məbləğində, xx.xx.2021-ci il tarixli 10774 nömrəli kredit müqaviləsi üzrə1976 manat məbləğində,xx.xx.2021-ci il tarixli 10783 nömrəli kredit müqaviləsi üzrə 2003 manat məbləğində, xx.xx.2021-ci il tarixli 10793 nömrəli kredit müqaviləsi üzrə 2264 manat məbləğində və xx.xx.2021-ci il tarixli 1 0803 nömrəli kredit müqaviləsi üzrə 1420 manat məbləğində ödənilməmiş borcu qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddianın həcminin azaldılması barədə əlavə ərizə ilə məhkəmə müraciət edərək, cavabdehdən kredit müqavilələri üzrə ümumilikdə 29143,64 manat borcunun və 184 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh iddiaçı ilə bağladığı kredit müqavilələri üzrə öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, bu səbəbdən də iddiaçıya borcu yaranmış və həmin borclarını öədəməkdən əsassız olaraq imtiana etmişdir. Ona görə də məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur.
12. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 18 noyabr 2022-ci il tarixli, 2(125)-1845/2022 saylı qətnaməsi ilə (hakim Xədicə Səfərli) iddia rədd edilmişdir.
13. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına görə lombard fəaliyyəti ilə məşğul olan iddiaçı ilə cavabdeh arasında lombard girovu müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən cavabdeh özünə məxsus olan qızıl-zinət əşyalarını lombardda girova qoymaqla iddiaçıdan kreditlər almış, cavabdeh kredit borclarının qaytarılması üzrə öz öhdəliyini icra etmədiyindən girov əşyalara tutma yönəldilmiş və əşyaların satılmasından əldə edilmiş vəsaitlər hesabına kredit borclarının bir qismi ödənilmiş, müqavilələr üzrə əsas və fai z borcu, cəmi 29143,64 manat borcu qalıq qalmışdır. İddiaçı hazırda həmin borcu tələb edir. Buna baxmayaraq qanunvericilikdə lombard girovu ilə təmin edilmiş öhdəliklərlə bağlı xüsusi qaydalar müəyyən edilir. Belə ki, lombard girovu ilə təmin edilmiş öhdəlikdə kreditorun tələb hüququ girov qoyulmuş əşyaların satılmasından əldə edilmiş vəsaitlə məhdudlaşır və bu vəsait borcun ödənilməsinə kifayət etmədikdə belə kreditorun tələbləri ləğv olunur. Ona görə də, iddia tələbi əsassız hesab olunmalı və rədd edilməlidir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 302.1, 302.3, 302.4 və 302.7-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayətinə görə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun deyildir. Belə ki, o, fərdi sahibkar olan fiziki şəxs qismində “YK Kredo” adı altında ünvan 1 ünvanında lombard fəaliyyəti ilə məşğul olur. Lombard olaraq əsas işi təminatlı olaraq kredit verməkdən ibarətdir. Cavabdeh ona müraciət edərək bir sıra qızılzinət əşyaları girov qoymaqla 5-6 ay müddətində bir neçə kredit müqaviləsi bağlamaqla müəyyən məbləğdə kreditlər götürmüşdür. Krediti ödəməmiş və borc girov qoyduğu qızıllara yönəldilmişdir. Lakin, həmin qızılların dəyəri kredit borcunu ödəməyə kifayət etmədiyindən hazırki iddianı qaldırmış, məhkəmə tərəfindən iddiası rədd edilmişdir. Halbuki, cavabdeh məhkəmənin hazırlıq iclasında iddianı etiraf etməklə borclu olmasını və həmin borcu qaytarması barədə öz ifadəsini vermişdir. Ona görə də o, iddianın həcmini azaldaraq cavabdehdən ümumilikdə 29143,64 manat borcun və ödədiyi 184 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Lakin məhkəmə qətnamədə iddia ərizəsinin azaldılması barədə hər hansı qeyd etməmiş, eyni zamanda protokolla tanış olmaq üçün məhkəməyə ərizə versə də, bu günkü günə qədər ona protokolla tanış olması üçün şərait yaradılmamışdır. Hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin iddianı etiraf etməsini protokola yazmamaqla kobud prosessual pozuntuya yol vermiş, iddianın rədd olunması barədə əsassız qətnamə qəbul etmişdir.
17. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra-apellyasiya instansiyası məhkəməsi) 2(104)-719/2023 nömrəli iş üzrə 5 aprel 2023-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ədil Məmmədov (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Fikrət Mehtiyev) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 2(125)-1845/2022 saylı mülki iş üzrə 18 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmış və iddia tələbi qismən təmin edilərək Cavabdeh 12061 (on iki min altmış bir) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 68 (altmış səkkiz) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, lombard fəaliyyəti göstərmək üçün xüsusi icazəsi olmayan İddiaçı hazırki iddia tələblərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin lombard fəaliyyəti münasibətlərini tənzimləyən 302.7-ci maddəsini tətbiq edib, idd ianı rədd etməkdə məhkəmə iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasındakı yaranmış münasibətlər yazılı formada bağlanmış qismən təminatlı borc müqavilələrindən irəli gələn münasibətlərdir. Hazırki işin faktiki hallarına görə iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək borc müqavilələrində göstərilən pul məbləğlərini versə də, cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Belə olan halda iddiaçı cavabdehə borc kimi vermiş olduğu pulların geri qaytarılmasını tələb etməkdə haqlı olmuşdur.
19. Məhkəmə kollegiyası faiz üzrə borc tələbi hissədə iddianı əsaslı hesab etməyərək hesab etmişdir ki, iddiaçının lombard fəaliyyətini həyata keçirməsi üçün xüsusi icazəsi olmamışdır. Bu səbəbdən cavabdehə borc kimi verilmi ş pullara görə faiz borcu tələb etmək üçün qanuni əsaslar mövcud deyildir. Faizlər üzrə yaranan borc tələbi hissədə iddianın təmin edilməsi üçün qanuni əsaslar olmadığından iddia həmin hissədə rədd olunmalıdır.
20. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 386.1, 425.1, 428.4, 442, 739.1 və 739.2-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh (Vəkil ) qətnamədən kassasiya şikayəti verərək ləğv edilməsini və mülki işin yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, lombard krediti götürmək üçün borcun təminatı kimi külli miqdarda qızıl- zinət əşyalarını girov kimi qoymasına baxmayaraq, İddiaçı onun qızıl-zinət əşayalarını mənimsəyərək əsassız olaraq varlanmaya cəhd edir. Yəni, qızıl-zinət əşyalarını satmağı kifayət etmədiyi kimi əsassız olaraq bank qarşısında borcunun olması ilə bağlı iddia qaldırmışdır. İş materiallarından göründüyü kimi iddiaçı xüsusi icazə alması tələb edilən fəaliyyət növləri ilə məşğul olmasına dair lisenziya almamışdır. Xüsusi icazə (lisenziya) olamaması iddiaçının kredit müqaviləsinin subyekti olmasını istisna edir. Lakin məhkəmə bunu araşdırmamışdır. Cavabdeh hesab etmişdir ki, iddiaçı ilə aralarında bağlanmış əqd əhəmiyyətsiz əqddir və ləğv olunaraq iddia ərizəsi rədd edilməlidir.
23. Həmçinin cavabdeh bildirir ki, apellyasiya instansiyasında məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə ona rəsmi məlumat verilməmişdir. O, məhkəmə barəsində qətnamə çıxdıqdan sonra xəbərdar olmuşdur. Həmçinin məhkəmənin 05 aprel 2023-cü il tarixli qətnaməsinə diqqətlə nəzər yetirdikdə görünür ki, məhkəmə hesablamalarını adi riyazi hesablamaya əsasən müəyyən etmişdir. Bu qaydada hesablanma qanunvericiliyə ziddir. Belə ki, hesabamanın aparılması üçün mühasibatlıq ekspertizası təyin edilməlidir. Hakim mühasibatlıq sahəsində mütəxəsis olmadığı üçün hesablamanın öz mülahizəsinə uyğun, heç bir riyazi və məntiqi əsası olmayan hesablamanın aparılması yolverilməzdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. İddiaçı kassasiya şikayətinə etiraz verərək şikayətin təmin edilməməsini Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-719/2023 nömrəli, 2023-ci il tarixli qətnaməsinin dəyişdir ilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
26. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
27. Maddə 302.1. Şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qay dasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər.
28. Maddə 302.2. Əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir.
29. Maddə 302.3. Saxlanca qoyulan əşyalar lombarda verilir.
30. Maddə 302.4. Lombard girov götürdüyü əşyanı onun girova qəbul olunduğu anda eyni növlü və keyfiyyətli əşyanın bazar qiymətinə uyğun müəyyənləşdirilən qiymətinin tam məbləğində girov qoyanın xeyrinə sığorta etdirməlidir.
31. Maddə 302.7. Əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir.
32. Maddə 302.8. Lombardlar tərəfindən fiziki şəxslərin onlara mənsub əşyanın girovu müqabilində kreditləşdirilməsi qaydaları qanunvericiliklə müəyyənləşdirilir.
33. Maddə 302.9. Əşyanın lombardda girovu haqqında müqavilənin girov qoyanın hüquqlarını bu Məcəllənin ona verdiyi hüquqlara nisbətən məhdudlaşdıran şərtləri əhəmiyyətsizdir.
34. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
35. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Prosessual Məcəllə
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarını n sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası məruzəçini, dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
46. İddianı qismən təmin edən apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının lombard fəaliyyəti göstərmək üçün xüsusi icazəsi (lisenziya) olmadığından hazırki mübahisənin həllində Mülki Məcəllənin lombard fəaliyyəti münasibətlərini tənzimləyən 302.7-ci maddəsinin tətbiqi istisna olunur. İddiaçı ilə cavabdeh arasında yaranmış münasibə tlər yazılı formada bağlanmış qismən təminatlı borc müqavilələrindən irəli gəlmişdir. İddiaçı borc müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək pul məbləğlərini borc alan cavabdehə versə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Belə olan halda iddiaçı cavabdehə borc kimi vermiş olduğu pulların geri qaytarılmasını tələb etməkdə haqlı olmuşdur.
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi gəldiyi bu qənaət düzgün olmamış, məhkəmə mübahisənin həllində maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir.
48. İddia ərizəsindən və iddiaçının nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatlardan, iddia ərizəsinə əlavə olunmuş və sonradan məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, İddiaçı Azərbaycan Resp ublikasının Vergilər Nazirliyində fərdi sahibkar kimi qeydiyyata alınmaqla (VÖEN № **********) “YK kredo” adı altında lombard fəaliyyəti ilə məşğul olmuş, qızıl-zinət əşyalarını girov götürməklə cavabdehə şəxsi istehlak üçün nəzərdə tutulan qısamüddətli kreditlər verərək sahibkarlıq fəaliyyətini həyata keçirmişdir, iddiaçı tərəfindən də bu faktlar heç bir halda inkar edilməmişdir.
49. Xüsusi razılığının (lisenziya) olmaması əsası ilə iddiaçının lombard fəaliyyətini həyata keçirməməsi qənaətinə gələn apellyasiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçı tərəfindən lombard fəaliyyətinin həyata keçirilməsinə xüsusi razılıq (lisenziya) barədə iş materiallarında müvafiq sənəd olmasa da, bu həmin fəaliyyətin olmaması anlamına gəlmir, iddiaçının qanunsuz hərəkətləri onun xeyrinə qiymətləndirilməməl idir.
50. İşdən daha sonra görünür ki, lombard fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi razılığın verilməsi barədə iddiaçı tərəf hər hansı bir sənəd təqdim etməmiş, məhkəmə də yalnız bu fakta əsaslanmaqla iddiaçının lombard kimi fəaliyyətinin qanunsuz olması qənaətinə gəlmişdir. Apellyasiya məhkəməsi nəinki iddiaçı tərəfi lisenziyanın olub-olmaması, hansı sənəd əsasında lombard fəaliyyəti ilə məşğul olması barədə sorğulamamış, belə bir sənədin təqdim olunmasını iddiaçı tərəfə təklif etməmiş, ümumiyyətlə lombard fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi məsələsi ilə bağlı hər hansı araşdırma aparmamışdır.
51. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegi yası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş k assasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-719/2023 nömrəli, 5 aprel 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.