Məhkəmə qərarları › İş №2(102)-7660/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7660/2019

02.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7660/2019 02.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 may 2019cu il tarixli qətnaməsindən İddiaçı nun və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Səbail Rayon Məhkəməsinin 27 fevral 2018-ci il tarixli 2(009)-1175/2018 saylı qətnaməsi ilə (sədrlik edən hakim Şahin Abdullayev) iddianın təmin edilmə si, mübahisəli avtomobilə dair cavabdeh Bank tərəfindən 2-9528 nömrəli, 11.10.2016-cı il tarixli məktub əsasında qoyulmuş məhdudiyyətin qanunsuz hesab edilməsi və həmin avtomobilin özgəninkiləşdirilməsi ilə bağlı qoyulmuş məhdudiyyətin götürülməsi qət etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 may 2019-cu il tarixli, 2(103)1758/2019 saylı qətnaməsi ilə (hakimlər M.A.Məmmədov sədrlik edən və məruzəçi, X.Ə.Sarıyev və H.Ü.Həmidov) Cavabdeh3 İKB ASC-nin apellyasiya şikayəti təmin edilərək Səbail Rayon Məhkəməsinin 27 fevral 2018-ci il tarixli 2(009)-1175/2018 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı nun cavabdehlər “Cavabdeh3 Lizinq Kompaniyası” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh3 İnvestisiya Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyət inə qarşı “avtomobil üzərindən məhdudiyyətin götürülməsi tələbi barədə” iddiasının təmin edilməməsi qət edilmişdir. İŞİN HALLARİ: İddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Səbail Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, lizinq yolu ilə əldə edilmiş “Lexus İS250” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin (bundan sonra - mübahisəli avtomobil) özgəninkiləşdirilməsi ilə bağlı cavabdeh Bank tərəfindən 2-9528 nömrəli, 11.10.2016-cı il tarixli məktub əsasında qoyulmuş məhdudiyyətin götürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını pozmuş və maddi hüquq normasını düzgün tətbiq etməmiş, qətnamədə göstərilən hallar iş materiallarına uyğun olmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 24 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və İddiaçı nun cavabdehlər “Cavabdeh3 Lizinq Kompaniyası” MMC-yə və Cavabdeh3 İKB ASC-yə qarşı “avtomobilin üzərindən məhdudiyyətin götürülməsi” tələbinə dair iddiasının təmin edilərək “Cavabdeh3 Lizinq Kompaniyası” MMC-nin adına qeydiyyatda olan “Lexsus İS250” markalı **AD*** dövlət qeydiyyat nişanlı avtomaşına dair Cavabdeh3 İKB ASC tərəfindən 2-9528 saylı 11.10.2016-cı il tarixli məktub əsasında qoyulmuş məhdudiyyə tin qanunsuz hesab edilməsi və həmin avtomaşının özgəninkiləşdirilməsi ilə bağlı qoyulmuş məhdudiyyətin götürülməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 may 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi, İddiaçı vəkilin çıxışı ilə razı olduğunu bildirdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 24 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgü n tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş 31.07.2014-cü il tarixli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi əsasında müəyyən edilmişdir ki, mübahisəli avtomobil cavabdeh MMC-nin adına qeydiyyata alınmışdır. Həmçinin, iş materialları ilə müəyyən edilmişdir ki, “xxxx” qi smində cavabdeh MMC ilə “Lizinq alan” qismində iş üzrə İddiaçı arasında bağlanmış “Daxili maliyyə icarəsi (lizinq) müqaviləsi üzrə hüquqların və öhdəliklərin verilməsi barədə müqaviləyə” əsasən, lizinq predmeti - borclunun seçimi ilə hazırki müqaviləyə 1 saylı əlavə olan Spesifikasiyada müəyyən edilmiş tərkib və komplektasiyada, “xxxx” tərəfindən 105P/AL/QEŞ №-li, 30.07.2014-cü il tarixli təchizat (alğı-satqı) müqaviləsinə əsasən irəlidə “Satıcı” adlanacaq uyğun olaraq X1 alınmış əmlakdır. Müqavilənin 8.4-cü bəndinə görə, hazırki müqavilənin müddəti bitdikdən sonra “Lizinq alan” tərəfindən bütün öhdəliklər “xxxx” qarşısında icra edilmişdirsə (və ya “Lizinq alan” tərəfindən öhdəlik vaxtından əvvəl icra edildikdə və yaxud hazırki müqaviləyə birtərəfli şəkildə xitam verildikdə), lizinq predme tinin təkrar girovdan çıxarılması və təhvil-təslim aktı 7 iş günü ərzində imzalanaraq “xxxx” təqdim edilməlidir. Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikası DİN BDYPİ-nə ünvanlanmış 28.08.2017-ci il tarixli 44 nömrəli məktub əsasında apellyasiya instansiyası müəyyən etmişdir ki, MMC “Daxili maliyyə icarəsi (lizinq) müqaviləsi üzrə hüquqların və öhdəliklərin verilməsi” barədə müqaviləyə əsasən MMC-yə məxsus mübahisəli avtomobil üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına etiraz etmir. Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş “Avtonəqliyyat vasitəsinin məhdudiyyəti barədə” 31.01.2018-ci il tarixli arayışdan görünür ki, mübahisəli avtomobilin üzərinə cavabdeh Bankın 2-9528 nömrəli, 11.10.2016-cı il tarixli bildirişinə əsasən məhdudiyyət qoyulmuşdur. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-340/2017 saylı mülki iş üzrə qəbul etdiyi 04.05.2017-ci il tarixli qətnamədən görünür ki, həmin qətnamə ilə ilk iddiaçı Cavabdeh3 İKB ASC-nin cavabdehlər “Cavabdeh3 Lizinq Kompaniyası” MMC, X4 və X3 qarşı “Kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və sair tələbləri barədə” ilk iddiasının qismən təmin edilməsi, əsas borcun ödənilməsi məqsədi ilə 1.871.742,79 manat, faiz borcunun ödənilməsi məqsədi ilə 121.565.41 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdeh “Cavabdeh3 Lizinq Kompaniyası” MMC-dən tutularaq iddiaçı Cavabdeh3 İKB ASC-yə ödənilməsi, tutmanın ipoteka predmetlərinə - (hazırkı mübahisənin predmeti olan) “Lexus İS250” markalı, **- AD-*** dövlət qeydiyyat nişanlı avtomobilə və (hazırkı mübahisənin predmeti olmayan) digər nəqliyyat vasitələrinə yönəldilməsi, həmin nəqliyyat vasitələrinin göstərilən qiymətlərlə açıq hərracdan satılması, ipoteka predmetlərinin hərracda satışından əldə olunan pul vəsaitindən Cavabdeh3 İKB ASC-yə ödənilməli olan borc və məhkəmə xərci ödənildikdən sonra həmin vəsaitin qalan hissəsi ilk iddia üzrə cavabdeh MMC-yə qaytarılması, ilk iddianın qalan hissədə təmin edilməməsi, cavabdeh “Cavabdeh3 Lizinq Kompaniyası” MMC-nin iddiaçı Cavabdeh3 İKB ASC-yə qarşı “ödənilmiş pul məbləğinin əsas kredit borcundan silinməsi və sair tələbi barədə” qarşılıqlı iddiasının qismən təmin edilməsi, MMC-nin 25.11.2014-cü il tarixli, ********* saylı “Kredit müqaviləsi” üzrə Cavabdeh3 İKB ASC-yə olan əsas borcundan 120.117,4 manat silinmə si, qarşılıqlı iddia qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 150 manat məbləğində pulun MMC-dən tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin iş materialları əsasında gəldiyi nəticədən görünür ki, iddiaçı Y.lbişov ilə cavabdeh MMC arasında bağlanmış 08.12.2016-cı il tarixli “Daxili maliyyə icarəsi (lizinq) müqaviləsi üzrə hüquqların və öhdəliklərin verilməsi barədə müqaviləsinə əsasən” lizinq predmeti olan avtomobil müvəqqəti istifadə edilməsi üçün iddiaçıya verilmişdir. Lakin həmin avtomobil MMC ilə Bank arasında 25.11.2014-cü il tarixdə bağlanmış “xxxx” təminatı kimi yüklü edilmişdir. MMC tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyindən Bankın müraciəti əsasında Səbail Rayon Məh kəməsinin 04.05.2017-ci il tarixli qətnaməsi ilə “Kredit müqaviləsi” üzrə yaranmış borcun tutulması və tutmanın bir neçə ipoteka əmlakına, o cümlədən hazırki mülki mübahisənin predmeti olan avtomobilə yönəldilməsi qət edilmişdir. Qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə hazırki iş üzrə cavabdeh MMC-nin hazırki iş üzrə cavabdeh Bank qarşısında icra edilməmiş öhdəliyinin olması təsdiq edilmiş və MMC-dən tutulmalı olan borcun ipoteka ilə yüklü edilmiş avtomobillərə, o cümlədən mübahisəli avtomobilə yönəldilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində işə baxan məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi cavabdeh Bankın mübahisəli avtomobil üzərində heç bir hüququ olmadığı nəticəsinə gəlsə də, işin hallarını tam və hərtərəfli araşdırmamış, MMC ilə Ban k arasında mübahisəli avtomobilin ipoteka ilə yüklü edilməsinə dair müqavilənin (25.11.2014-cü il) MMC ilə iddiaçı arasında olan “Daxili maliyyə icarəsi (lizinq) müqaviləsi üzrə hüquqların və öhdəliklərin verilməsi barədə müqavilədən” (08.12.2016-cı il) daha əvvəl bağlandığını və nəhayət Səbail Rayon Məhkəməsinin qüvvəyə minmiş 04.05.2017-ci il tarixli qətnaməsi ilə həmin avtomobilə tutma yönəldildiyini nəzərə almamışdır. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh MMC-nin mübahisəli avtomobilin özgəninkiləşdirilməsinə qoyduğu məhdudiyyət haqlıdır. İlk növbədə MMC-nin Bank qarşısında olan və mübahisəli avtomobillə təmin edilmiş öhdəliyi yerinə yetirilməli olduğundan, hazırki halda iddiaçının avtomobilin üzərindən sözügedən məhdudiyyətin götürülməsinə dair irəli sürdüyü tələbinin təmin olunması üçün əsas mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş materialları üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, bu dəlillər qanuni, əsaslı və mahiyyətcə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları dü zgün müəyyən edilmiş, iş üzrə verilmiş apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə baxılarkən hüquq normasının tətbiqində səhvə yol verilməyərək hazırki iş üzrə düzgün və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyas ı hesab edir ki, kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan və hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin iş üzrə 24 may 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar