Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7662/2019 13.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi, iddiaçı X1,iddiaçının vəkili X3 iştirakıilə, İddiaçıX1cavabdehlər Cavabdeh1 və “xxxx” ASC-yə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 iyul 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhk əməsinin 14 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.Ağayev) iddiaçıX1 cavabdehlər Cavabdeh1 və “xxxx” ASC-yə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh1 maddi zərərin əvəzi olaraq 9,756 (doqquz min yeddi yüz əlli altı) manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat pulun alınaraq iddiaçı X2 verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. BakıApellyasiya Məhkəməsinin MK-nın 08 iyul 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən F.Talışinski, hakimlər R.Eyvazov və Z.Əliyev) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh1 kassasiy a şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 iyul 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər Cavabdeh1 və “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mağazada malların yanması nəticəsində ona dəymiş zərərin əvəzi olaraq Cavabd eh1 11053 manat məbləğində pulun, cavabdeh “xxxx” ASC-dən mənəvi zərərin əvəzi olaraq 2000 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında Azərbaycan Respublikası FHN-nin Əməliyyat-İstintaq İdarəsi Təhqiqat şöbəsinin 31 avqust 2018-ci il tarixli qərarından görünür ki, 26 aprel 2018-ci il tarixdə saat 00 radələrində ünvan 1 ünvanda yerləşən «xxxx» ASC- yə məxsus mağazalarda yanğın baş vermiş və nəticədə 6 mağaza içərisindəki əşyalarla birlikdə yanğının təsirinə məruz qalmışdır. Həmin qərardan həmçinin görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11009 saylı 13.08.2018-ci il tarixli məhkəmə-yanğın texniki ekspert rəyinə əsasən baş vermiş hadisə ilə əlaqədar “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydalarının 6.1, 6.2, 6.4 və 6.5-ci bəndinin və "Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydaları”nın 3.19.3.3, 3.19.4-cü bəndlərinin tələbləri 3-cü mağazanın daxilində elektrik avadanlıqlardan təhlikəsiz istifadə olunmasına cavabdeh olan icarəçi Cavabdeh1 tərəfindən pozulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspe rtizası Mərkəzinin 15292 saylı 07.08.2018-ci il tarixli məhkəmə-əmtəəşünalıq ekspert rəyinə əsasən 26 aprel 2018-ci il tarixdə saat 00 radələrində ünvan 1 ünvanında yerəlşən «xxxx» ASC-yə məxsus mağazalarda yanğın hadisəsi baş vermiş, nəticədə zərər dəymiş qiymətləndirilməsi mümkün olan İddiaçı məxsus qiymətləndirilən malların dəyəri 9.756,00 manat müəyyən edilir. Eyni zamanda iş materiallarına əsasən müəyyən olunur ki, Cavabdeh1 ilə “xxxx” ASC arasında qeyri yaşayış-sahəsinin icarəyə verilməsi haqqında 08.01.2018-ci il tarixdə icarə müqaviləsi bağlanmış və “ünvan 4 ünvanında yerəlşən ümumi sahəsi 12 kv.m. olan sahəsi aylıq 120 manat icarə haqqı ödənilməsi şərti ilə Cavabdeh1 icarəyə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delik t) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Eyni Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, “ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partla yıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur". Göründüyü kimi qanunun qeyd edilən normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır: Birincisi mülki hüquq pozunt usu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının əmlakına zərər vurulması arasında səbəbli əlaqə vardır. Yuxarıda göstərilənləri nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegi yası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. BakıApellyasiya Məhkəməsinin MK-nın 08 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7662/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7662/2019
13.12.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver