Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7663/2019 11.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, İddiaçı “Bank “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 may 2019-cu il tarixli, 2(103)-931/2019 saylı qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı xxxx (Azərbaycan) ASC məhkə məyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 arasında bağlanmış 15.07.2015-ci il tarixli BKA-001/15 saylı kredit müqaviləsindən irəli gələn 15.07.2016-cı il tarixinə olan 42304,51 ABŞ dolları əsas borc, 3976,24 ABŞ dolları faiz borcu, 4058,76 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 50339,51 ABŞ dolları borcun və 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı, həmçinin 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeyd alınması üçün ödənilmiş rüsumun cavabdehdən iddiaçının xeyrinə tutulması, cavabdehlə bağlanan 15.07.2015- ci il tarixli, İMBK-001/15 saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 58,1 kv.m olan mənzilə tutmanın yönəldilməsi, mənzilin açıq hərracdan satılması və həmin i poteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehdən tutulması, cavabdehin ipotekaya qoyduğu mənzilə tutmanın yönəldilməsi ilə bağlı mənzildə qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim Gülsarə İmanova) 31 oktyabr 2017-cı il tarixli, 2(010)-124/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh1 42.304,51 ABŞ dolları əsas borc, 3976, 24 ABŞ dolları faiz borcu, 3000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 49.280,75 ABŞ dolları borcdan cavabdeh tərəfindən ödənilmiş 1666,91 ABŞ dolları çıxı lmaqla, cəmi 47613,84 ABŞ dollar borc və 60,4 manat dövlət rüsumunun tutularaq iddiaçı “Bank “xxxx” ASC-nə ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməklə Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 58,1 kv.m olan mənzilin açıq hərracda ilkin satış qiyməti satış anına olan bazar qiyməti ilə qiymətləndirilməklə satılması və satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh1 banka olan borcunun ödənilməsi, iddiaçının tələbi tam ödənildikdən sonra satışdan qalan pul vəsaitinin Cavabdeh1 qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Vüqar Həsənov sədrlik edən və məruzəçi, Şərafət Məmmədova və Namiq Cəfərov) 07.05.2019-cu il tarixli 2(103)-931/2019 nömrəli qətnaməsi ilə apelly asiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 oktyabr 2017-cı il tarixli, 2(010)-124/2017 saylı qətnaməsi “ünvan x ünvanında yerləşən ümumi sahəsi 58,1 kv.m olan mənzilin açıq hərracda ilkin satış qiyməti satış anına olan bazar qiyməti ilə qiymətləndirilməklə satılması” hissəsində dəyişdirilərək, ünvan x ünvanında yerləşən ümumi sahəsi 58,1 kv.m olan mənzilin açıq hərracda ilkin satış qiyməti 105.000 manat müəyyən edilmiş, qətnamə Cavabdeh1 münasibətdə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, aparılmış qiymətləndirmə tədqiqatının dəyəri olan 150 manat pul vəsaiti Cavabdeh1 aid edilmişdir. Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.05.2019-cu il tarixli qətnaməsinin lə ğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 tərəfindən 45000 ABŞ dolları məbləğində kredit götürülmüş və 16000 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Məhkəmələr tərəfindən bu hal nəzərə alınmamış və təkcə ekspert rəyini əsas götürməklə bu qənaətə gəlmişdir. Təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı vəsatət təmin edilməmişdir. Bundan başqa ipoteka predmeti olan Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan x ünvanında yerləşən ümumi sahəsi 58.1 kv.m olan mənzilin iki dəfə qiymətləndirilməsini həyata keçirilmişdir. İlkin ekspert rəyində mənzil 145000 manat qiymətləndirilmiş, lakin huna baxmayaraq təkrar ekspertiza təyin edilmiş və heç bir əsas olmadan, istinad və müqayisə mənbələri göstərilmədən evə süni və məqsədli olaraq cəmi 105 000 manat məbləğində qiymət qoyulmuşdur. Evə belə aşağı məbləğdə qiymət qoyulması evin yerləşdiyi ərazidə daşınmaz əmlakların qiymətləri ilə müqayisədə real bazar qiymətindən qat-qat aşağı olduğu üçün qiymətləndirmənin nəticələri ilə razılaşmayaraq təkrar ekspertizanın keçirilməsi barədə vəsatət vermiş, lakin digər vəsatətlər kimi bu vəsatətdə heç bir əsas olmadan təmin edilməmişdir. İddiaçı öz iddia tələbini yuxarıda göstərilənlərlə yanaşı, həm də onunla əsaslandırmışdır ki, evə qoyulmuş qiymət evin taktiki vəziyyəti ilə müqayisədə hədsiz aşağıdır, bu qiymət hazırki real bazar qiymətlərini əks etdirmir. Belə ki, sahəsi 58.1 kv.metr olan həmin ev Bakı şəhəri, Nizami rayonunda, Məhsəti Gəncəvi küçəsində yerləşir və həmin ərazidə təmirli evlərin 1 kv.metrinin dəyərinin 2500-3000 manat olduğunu bütün kütləvi informasiya vasitələrində əks olunur, yəni bu hamıya məlum olan fakt olmaqla sübuta ehtiyacı yoxdur. Eyni zamanda ilkin qiymətləndirmə rəyi ilə ikinci qiymətləndirmə rəyi arasında ciddi məbləğ fərqinin (40000) olması da bu iş üzrə yeni əmlak qiymətləndirmə ekspertizasının keçirilməsini labüd edirdi. Apellyasiya məhkəməsi prosessual hüquq pozuntusuna yol verərək, qətnamədə iş üzrə gəldiyi nəticəni əsaslandırmaq üçün qanunvericiliyin bu və ya digər normasına istinad etməmişdir. Prosessual məsələlər: Proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmi şlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zər urətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Cavabdeh kassasiya şikayətində qətnamənin tamamilə ləğv edilməsini xahiş etsə də, şikayətin dəlilləri ipotekanın satış qiyməti və borc məbləğinin düzgün müəyyən edilməməsi barədə mübahisələndirilən hissədə olduğundan kassasiya baxışının hədlərini həmin hissələrin qanuniliyinin yoxlanılması təşkil edir. Məhkəmələr tərəfindən iş materialları ilə müəyyən edilmişdir ki, “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 15 iyul 2015-ci il tarixli kredit müqaviləsinə əsasən ona illik 23 faiz ödəmək şərtilə 24 ay müddətinə 45000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin “xxxx” ASC ilə Cavabdeh2 arasında bağlanm ış 15 iyul 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 58.1 kv.m olan mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. “xxxx” MMC tərəfindən verilmiş 0149/19/xxxx saylı, 09 aprel 2019-cu il tarixli ekspert rəyinə əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 58.1 kv.m olan mənzilin hazırki bazar dəyəri 105.000 manat təşkil edir. Apellyasiya icraatında ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün iki dəfə qiymətləndirmə təyin olunmuş, birinci qiymətləndirmə rəyində 145000 manat, digər qiymətləndirmə rəyində isə 105000 manat müəyyən olunmuşdur. İpoteka müqaviləsində razılaşdırılmış qiymət və «xxxx» MMC-i 09 aprel 2019-cu il tarixli rəyindəki əsaslar nəzərə alındıqda 105000 manat ağlabatan və ədalətli hesab olunmuşdur. Apell yasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin əsas və faiz borcunun şişirdilməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd etmişdir ki, həmin hissədə qətnamə əsaslı və qanunidir. Cavabdeh1 ekspert rəyi ilə razı olmaması həmin rəyin əsassız olmasına səbəb olmur. Ekspert rəyi mötəbər sübut kimi birinci instansiya məhkəməsi tərəfindən əsaslı olaraq nəzərə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 6220 saylı, 12 sentyabr 2017-ci il tarixli ekspert rəyinə əsasən Cavabdeh1 15.07.2015-ci il tarixli kredit müqaviləsi üzrə 15 iyun 2016-cı il tarixədək banka olan borcu 46325.44 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən əsas borc üzrə 42316.72 ABŞ dolları, faiz borcu üzrə 4008.71 ABŞ dolları. 15.06.2015-ci il tarixindən 09.02.201 7-ci il tarixinədək Cavabdeh1 tərəfindən banka 1666.91 ABŞ dolları məbləğində ödəniş edilmiş, amma bu ödənişlər 15 iyun 2016-cı il tarixdən olduğu üçün cədvəldə nəzərə alınmamışdır. Cavabdeh tələb olunan borc məbləğ ilə razılaşmadığını göstərmiş olsa da bununla bağlı hər hansı mötəbər sübuta istinad etmir. Məhkəmə iclasında araşdırılmış sübutların məcburi borcun məbləği ilə birinci instansiya məhkəməsinin nəticəsinin şübhə altına alınmasına əsas vermir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissələrdə qanuni və əsaslıdır. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göründüyü kimi, tərəflər arasında kredit və ipoteka müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir; əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutma nın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Həmin Qanunun 33-cü maddəsinə əsasən Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi anından İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə ödənilməli olan əsas və faiz borcu, h əmçinin ipotekanın satış qiyməti müvafiq ekspertiza keçirilməklə müəyyən edilmişdir. Ekspert rəyində maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla əsas və faiz borcu müəyyən edilmişdir. Həmçinin əmlakın qiymətləndirilməsi barədə 3 qiymətləndirmə rəyi alınmış və məhkəmə tərəfindən həmin rəylər işdə olan digər sübutlarla yanaşı qiymətləndirimişdir. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməklə tərə findən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-931/19 saylı, 07 may 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7663/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7663/2019
11.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver