Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7664/2019 13.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi ilə, İddiaçı X Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 yanvar 2019-cu il tarixli qətnaməsindən cavabdeh X tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 avqust 2017-ci i l tarixli qətnaməsi ilə (hakim R.Mürsəlov) iddiaçı X cavabdeh X qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası təmin edilmiş, 138557-1-16640 saylı, 08.06.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 11888,76 ABŞ dolan məbləğində əsas borc, 1573,26 ABŞ dolları məbləğində faiz borcu və 348,80 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 13810,82 (on üç min səkkiz yüz on dollar səksən iki sent) ABŞ dollarının (ödənildiyi zaman manata məzənnəsi ilə) və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən M.Məmmədov, hakimlər X.Sarıyev və E.Şamayev) cavabdeh X tərəfindən verilmiş apellyasiya şikay əti qismən təmin edilmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 avqust 2017-ci il tarixli qətnamənin, Cavabdeh iddiaçı X xeyrinə tutulacaq əsas kredit borc məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, Cavabdeh əsas kredit borcu olaraq 10.362 (on min üç yüz altmış iki) ABŞ dolları 73 (yetmiş üç) sent məbləğində pulun tutularaq X ödənilməsi, Qaradağ Rayon Məhkəməsinin 28 avqust 2017-ci il tarixli qətnaməsi qalan hissədə, yəni faiz borcunun ödənilməsi məqsədi ilə 1.573 (bir min beş yüz yetmiş üç) ABŞ dolları 26 (iyirmi altı) sent, tətbiq olunmuş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 348 (üç yüz qırx səkkiz) ABŞ dolları 80 (səksən) sent, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin - 30 (otuz) manat məbləğində pulun Cavabd eh tutularaq iddiaçı X ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməsi, iş üzrə təyin edilmiş ekspertizanın xərcinin iş üzrə tərəflərə bərabər hissələrdə aid edilməsi, bu məqsədlə iddiaçı X və Cavabdeh hər birindən 72 (yetmiş iki) manat 50 (əlli) qəpik məbləğində pulun tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh X kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 yanvar 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı X iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında 25.11.2014-cü il tarixdə bağlanmış “Nağd pul krediti müqaviləsi” əsasında yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 11.888,76 ABŞ dolları, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 1.573,26 ABŞ dolları, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 348,80 ABŞ dolları, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin - 30 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, X ilə X arasında 25.11.2014-cü il tarixdə bağlanmış “Nağd pul krediti” müqaviləsinə əsasən iddiaçı Bank tərəfindən cavabdehə 36 ay müddətinə illik 22% dərəcəsi ilə 14.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış, 08.06.2015-ci il tarixli “Nağd p ul krediti müqaviləsindən” görünür ki, bu müqavilə ilə iddiaçı Bankla cavabdeh arasında razılıq əldə olunmuşdur ki, 12.845,95 ABŞ dolları həcmində kredit vəsaiti cavabdehin cari hesaba köçürülərək, yuxarıda qeyd olunan müqavilə ilə cavabdehin Banka olan borcu silinmiş və cavabdehə istehlak məqsədi ilə 50 ay müddətinə illik 20% hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqd a, o, kredit müqaviləsi adlandırılır İşdə olan sənədlərdən müəyyən edilir ki, cavabdeh, həmin müqavilə üzrə istifadə etdiyi kredit borcunu vaxtlı-vaxtında ödəməsi barədə Bank qarşısında üzərinə öhdəlik götürsə də öhdəliyi icra etməmiş və nəticədə onun Banka əsas kredit borcu və əsas borc məbləğinə hesablanmış faiz borcu yaranmışdır. Borcun gecikdirilməsinə görə Bank tərəfindən cavabdehə cərimə tətbiq edilmişdir. Eyni zamanda iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 13.12.2018-ci il tarixli rəydən görünür ki, 29.03.2017-ci il tarixə cavabdehin Banka olan əsas kredit borcu 10.362,73 ABŞ dolları, faiz borcu 2.442,78 ABŞ dolları təşkil edir. Qeyd olunanlara əsasən, müəyyən edilir ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh əsas kredit borcu olaraq 10.362 (on min üç yüz altmış iki) ABŞ dolları 73 (yetmiş üç) sent məbləğində pulun tutularaq X ödənilməsi barədə qərar çıxarmaqla düzgün nəticəyə gəlmişdir. İddiaçı Bankın tələbindən görünür ki, Bank, 08.06.2015-ci il tarixli “Nağd pul krediti müqaviləsi” üzrə yaranmış əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 1.573,26 ABŞ dolları tutulmasını tələb etmişdir. Halbuki Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 13.12.2018-ci il tarixli ekspert rəyindən görünür ki, 29.03.2017ci tarixə cavabdehin iddiaçı Banka olan faiz borcunun məbləği 2.442,78 ABŞ dolları təşkil edir. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, MPM-nin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxs lərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu baxımdan hesab edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi iddianı bu hissədə irəli sürülmüş tələb həcmində təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini həmin hissədə dəyişdirilmədən saxlamaqla tam əsaslı və qanuni qərar qəbul etmişdir. İş materiallarından görünür ki, cavabdehin “Nağd pul krediti müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasını gecikdirmişdir. Mülki Məcəllənin 462-ci maddəsinin mənasına görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinin mənasına görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Öhdəliyin gecikdirilməsini və qanunun tələblərini nəzərə alan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddiaçının iddiasının ödənişin gecikdirilməsinə görə hesablamış 348,80 ABŞ dolları cərimənin (dəbbə) cavabdehdən tutulması hissəsini təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini bu hissədə də dəyişdirmədən saxlamaqla düzgün qənaətə gəlmişdir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh X kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7664/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7664/2019
13.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver