Məhkəmə qərarları › İş №2(102)-7666/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7666/2019

05.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7666/2019 05.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-7666/2019 05 dekabr 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 avqust 2019-cu il tarixli 2(103)-10303/2019 saylı qətnaməsindən iddiaçı “xxxx” ASC-ninləğvedicisiƏmanətlərin Sığortalanması Fondutərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Səbail rayon məhkəməsinin 22 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə(hakim A.R.Tağıy ev, iş № 2(009)-2923/2015) iddiaçı “xxxx” ASC-nin ləğvedicisi “X1 Company” MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 avqust 2019-cu il tarixli qətnaməsi ilə(hakimlər: E.C.Kazımov, T.S.Səmədov və İ.S.Şirinov) ləğv prossesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail rayon məhkəməsinin 22 oktyabr 2015-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 19 mart 2010-cu il tarixdə bankla Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdeh illik istifadə dərəcəsi 22 faiz olmaqla 48 ay müddətinə 34.000 manat məb ləğində kredit verilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İzibati-İqtisadi Məhkəməsinin 25 iyul 2012-ci il tarixli qətnaməsi ilə bank müflis elan edilmiş və “X1 Company” MMC bankın ləğedicisi təyin edilmişdir. 2015-ci ilin iyul ayında bankın ləğvedicisi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 01 may 2015-ci il tarixə əsas kredit, faiz və cəriməyə görə banka ödənilməmiş 47.871 manat məbləğində borcunun yaranmasını əsas göstərməklə həmin məbləğin cavabdehdən bankın xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı bankın yeni ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin rədd edilməsini qanuni sayarkən kredit müqaviləsində göstərilən məbləğin cavabdehə verilməsini və sonuncunun həmin məbləği qəbul etməsini təsdiq edən sənədin (kassa məxaric orderinin) işə əlavə edilməməsini və kredit müqaviləsi üzrə 4817 manat məbləğində borcun Kamran Əliyev tərəfindən ödənilməsini əsas göstərmişdir. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi səthi yoxlanılmış sübutlar əsasında nəticəyə gəldiyindən qətnamə qanuni və əsaslı sayıla bilməz. 19 mart 2010-cu il tarixli kredit müqaviləsindən görünür ki, müqavilə bankla Cavabdeh arasında bağlanmış və müqavilədə borclunun şəxsiyyət vəsiqəsi üzrə məlumatları və ünvanı dəqiq göstərilmiş və müqavilə onun tərəfindən imzalanmaqla sonuncu müqavilənin bütün şərtləri ilə razılaşmışdır. Kredit müqaviləsinə uyğun olaraq tərtib olunmuş ödəniş cədvəli də cavabdeh tərəfindən imzalanmışdır. Cavabdeh kreditin ona verilməməsini iddia etsə də, işdən görünür ki, o, müqavilə üzrə ona ödənilməmiş krediti bankdan heç vaxt tələb etməmiş və kreditin ödənilməsi barədə üzərinə öhdəlik götürməsi və həmin məbləğin ondan gələcəkdə tələb edilə biləcəyi onu narahat etməmiş və uzun illər ərzində bu barədə susmuşdur. İşdən görünür ki, məhkəmə kollegiyası cavabdehi olduqca səthi dindirməklə bu istiqamətdə heç bir araşdı rma aparmamış, yalnız məxaric qəbzinin bank tərəfindən təqdim olunmamasına əsaslanaraq iddianı rədd etmişdir. Ləğvedicinin nümayəndəsi məxaric orderinin tapılmamasının səbəbini cavabdehlə bankın rəhbərinin qohumluq münasibətində olması ilə əlaqələndirmişdir. 34.000 manat məbləğində kreditin verilməsi barədə müqavilənin heç bir təminat vasitəsi olmadan bağlanması və son nəticədə məxaric qəbzinin yoxa çıxması həmin hərəkətlərə şüurlu şəkildə yol verilməsi qənaətinə gəlmək üçün əsas verdiyindən məhkəmə kollegiyası məsələnin ciddi şəkildə araşdırılmasını və həqiqətə nail olunmasını təmin etməli idi. İşdə olan xəzinə mədaxil qəbzlərindən görünür ki, yuxarıda göstərilən kredit müqaviləsi üzrə 23 noyabr 2011-ci il tarixə kimi olan müddətdə Elvin Mayılov adlı şəxs tərəfindən Cavabdeh adından banka 16310 manat, 21 may 2010-cu il, 21 oktybar 2010-cu il, 03 noyabr 2010-cu il və 15 dekabr 2010-cu il tarixdə Kamran Əliyev adlı şəxs tərəfindən banka 4.817 manat məbləğində ödəniş edilmişdir. Lakin həmin ödənişləri həyata keçirmiş şəxslərin dindirilməməsi, onların cavabdehə münasibəti, ödənişin həyata keçirmələrinin səbəbləri aydınlaşdırılmamış, işdə olan qeyri-müəyyənlik və anlaşılmazlıqlar araşdırılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 №-li qərarının 1-ci bəndinə görə məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Kollegiya hesab edir ki, qəbul edilmiş qətnamə iş üzrə müəyyənliyin təmin olunmasını, pozulması iddia olunan hüquqların real bərpasını təmin etməmişdir. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 30 avqust 2019-cu il tarix li qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar