Məhkəmə qərarları › İş №2(102)-7673/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7673/2019

17.12.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7673/2019 17.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərclərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 iyul 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Səmədov) İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərclərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, tərəflərin birgə nikahından anadan olmuş 15 aprel 2017-ci il təvəllüdlü X2 və 23 may 2010-cu il təvəllüdlü X1nun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşağa görə 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin və 23 may 2010-cu il təvəllüdlü X1nun saxlanılması ilə bağlı əlavə xərclərə görə hər ay 100 (bir yüz) manat məbləğində pulun tutularaq İddiaçı verilməsi və cavabdehdən dövlət nəfinə 30(otuz) manat dövlət rüsumunun tutulması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 iyul 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik e dən Ş.Məhərrəmova, hakimlər M.Məmmədov və E.Şamayev) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddianı qismən təmin etmiş birinci istansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlasa da, onun hər uşağa görə hər ay 160 manat olmaqla hər ay cəmi 320 manat aliment və 100 manat əlavə xərclərə görə tutulmuş pulu vermək üçün maddi imkanı yoxdur, heç yer də işləmir və hər hansı bir gəlir mənbəyi yoxdur. Həmçinin iddiaçı məhkəməyə onun ailə və ya maddi vəziyyətində dəyişiklik olmasını, ma ddi vəziyyətinin yaxşılaşmasını təstiq edən hər hansı sübut təqdim edə bilməmişdir və alimentin məbləğinin artrılması üçün Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilən əsaslar mövcud deyildir. Odur ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 iyul 2019cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işi üzrə yeni qərar çıxarılmasını xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh azyaşlı uşaqları - 15 aprel 2007-ci il təvəllüdlü X2 və 23 may 2010-cu il təvəllüdlü X 1nun yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay, bir uşağa görə ayda 200 manat olmaqla, cəmi 400 manat məbləğində müəyyən edilməsi, həmçinin Cavabdeh azyaşlı X1in müalicəsi ilə bağlı əlavə xərclərə cəlb edilərək bu məqsədlə də ondan hər ay 100 manat iddiaçının xeyrinə pul tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, tərəflərin birgə nikahından 15.0 4.2007-ci il tarixdə Barat və 23.05.2010-cu il tarixdə X1 adlı uşaqları anadan olmuşdur. Tərəflər arasındakı nikah 27.06.2018-ci il tarixdə pozulmuşdur. Masallı Rayon Məhkəməsinin 14 aprel 2017-ci il tarixli qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 95 manat olmaqla cəmi 190 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Masallı Rayon Məhkəməsinin 19 aprel 2018-ci il tarixli qətnaməsi ilə alimentin məbləği artırılaraq uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 110 manat olmaqla cəmi 220 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, tərəflərin birgə nikahından doğulmuş X1 sağlamlıq imkanları məhdud əlild ir. 1 saylı Respublika Psixiatriya xəstəxanasında orta dərəcəli anadangəlmə kəmağıllıq, nəzərə çarpan davamlı psixopotabənzər davranışı ilə qeydiyyatdadır. Bu faktlar mütəxəssis rəyi olmadan da uşağın xəstəliyi ilə bağlı müstəsna vəziyyətin mövcudluğu barədə qənaətə gəlmək üçün kifayət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə müvafiq olaraq aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (112.1.). Maddənin dispozisiya şərtlərindən göründüy ü kimi məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması alimentin miqdarının dəyişdirilməsi üçün əsas ola bilər. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən uşaqlar üçün yaşayış minimumu 2019-cu ildə 160 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Bəyannaməyə görə uşaq, qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi və sosial baxımdan sağlam və normal yolla, azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun '5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların məna felərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunun 19-cu maddəsinə görə, valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilmə si, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. BMT-nın “Uşaq hüquqları haqqında Konvensiyasının” 18-ci maddəsinə görə, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 -ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1 -ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdups^; habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hjssə~-kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinjrfmarağınn əj^miyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait/tdtulmasını tələb edən şəxsin xahişi iləalimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, valideynlər birgə nikahdan doğumuş uşaqlarını saxlamaq, onların istehlak tələbatlarını, maddi ehtiyaclarını qarşılamağa birgə borcludurlar. Bu əsasdan qanunvericilik uşaqlardan ayrı yaşayan valideynin qeyd edilən vəzifəsinin icrasını aliment ödəməklə təmin etmişdir. Ailə Məcəlləsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yandıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və madd i vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur (maddə 81.1, 81.2). Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikasında dövlət tibb müəssisələrində tibbi xidmət pulsuzdur. Lakin uşağın xəstəliyi ilə əlaqədar zəruri dərman preparatlarının alınması, nəqliyyat və digər əlavə xərclərin çəkilməsi labüddür. Məhkəmə kollegiyası tərəflərin ailə və maddi vəziyyətini, onların diqqətəlayiq olan digər maraqlarını nəzərə alaraq hesab edir ki, hər ay ödənilməli olan sabit pul məbləğinin 100 manat müəyyən edilməsi ədalətli və ağlabatandır. Məhkəmə kollegiyası ailə qanunvericiliyinin normalarını və mülki işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq uşaql ar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, azyaşlı uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması şərtini və diqqətəlayiq olan digər halları nəzərə alaraq birinci instansiya məhkəməsinin uşaqların saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin ümumi miqdarını 220 manatdan 320 manata artırilması, həmçinin X1nun müalicəsi üçün cavabdehi hər ay 100 manat əlavə xərclərə cəlb edilməsi barədə qətnaməsini qüvvədə saxlamışdır. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin rəsmi iş yerinin, müntəzəm gəlirinin olmaması onu qanunla nəzərdə tutulmuş yaşayış minimumuna uyğun alimentin tutulması vəzifəsindən, həmçinin qanunvericiliklə təsbit olunmuş müstəsna hallarda əlavə xərclər i ödəmək vəzifəsindən tam azad edə bilməz. Belə ki, uşağın yetkinlik yaşına çatanadək saxlanmasında iştirak etməyə borclu olan əmək qabiliyyətli valideynin maddi vəziyyətinin aşağı olması onu aliment ödəmək vəzifəsindən azad edə bilməz.. Aliment ödəməli olan valideynin maddi vəziyyəti daha az alimentin tutulmasına o zaman əsas verə bilər ki, tutulacaq alimentin miqdarı uşaqların minimal təminat səviyyəsinin saxlanmasına imkan versin. Həmçinin Konstitusiya məhkəməsinin 27 iyul 2016-ci il tarixli qərarına əsasən məhkəmə aliment təyin edərkən və alimetin miqdarını dəyişdirərkən “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat al maq hüququnun olmasını nəzərə almalıdır. Hazırkı iş üzrə artırılmış alimentin miqdarı “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun ilə müəyyən edilmiş uşaqlar üçün yaşayış minimumu həddində olduğundan məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsasız hesab edir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehkassasiya şikayəti təmin edil məsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar