Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7680/2019 02.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı, Cavabdeh və onun vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 iyul 2019-cu il tarixli, 2(103)-8153/2019 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhər Xətai Rayon Məhkəməsinə müraciət edərək, övladları X7 və X1 üçün cava bdehdən hər ay sabit pul məbləğində tutulan alimentin miqdarının artırılaraq hər ay 160 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4065/2019 saylı işi üzrə 27 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakim N.Ə.Misirzadə) iddia təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 may 2012-ci il tarixli. 2(011)-1366/2012 saylı qətnaməsi ilə Cavabdeh X3 xeyrinə tutulan alimentin miqdarının artırılması, 20 iyun 2008-ci il təvəllüdlü X8 və 20 iyun 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh hazırki qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 160 (yüz altmış) manat məbləğində olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat məbləğində sabit pul şəkilində alimentin tut ularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 iyul 2019-cu il tarixli, 2(103)8153/2019 nömrəli qətnaməsi ilə (hakimlər F.Ş.Talışınski, Z.Ə.Əliyev və R.Ə.Eyvazov) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4065/2019 saylı işi üzrə 27 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 iyul 2019-cu il tarixli, 2(103)8153/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 iyul 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, apellyasiya instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 3 1 may 2012-ci il tarixli qətnaməsi ilə 20 iyun 2008-cı il təvəllüdlü X8 və 20 iyun 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşma çatanadək saxlanması üçün, Cavabdeh hər ay hər uşağa görə 60 (altmış) manat sabit pul məbləğində alimentin X6 ödənilməsi qət edilmişdir. Qətnamənin qəbul edilməsindən xeyli müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatı artmışdır. Aliment uşağın saxlanılması üçün bir valideynin digər valideynə uşağın tələbatının ödənilməsi üçün müəyyən edilən müavinətdir. Alimentin miqdarı müəyyən edilərkən ilk növbədə uşağın marağı təmin edilməldir. Əgər alimenti miqdarı müəyyən edildikdən sonra həmin məbləğin dəyişdiril məsi zərurəti yaranarsa, bu zaman ilk növbədə tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəvişikliyin olduğunu müəyyən etməlidir. Bu da alimentin miqdarının dəyişdirilməsini tələb edən şəxsin tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olmasını sübut etmə öhdəliyini yaradır. Hazırkı işdən göründüyü kimi tərəflərin birgə nikahlarından olan övladlarının saxlanılması üçün müəyyən edilən alimentin məbləği Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 31 may 2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Həmin qətnamənin çıxarıldığı vaxtdan hazırkı müddətə ailə və ya maddi vəziyyətində dəyişikliyin olmasına, o cümlədən cavabdehin maddi vəziyyətinin daha da yaxşılaşmasına dair hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə iş üzrə qərar qəbul edərkən cavabdehi n yeni ailə qurmasını, yeni ailədən üç azyaşlı uşağının olmasını, onun “xxxx” MMC-nin bağçılıq təsərrüfatında fəhlə vəzifəsində işləməsini və aylıq əmək haqqının 200 manat təşkil etməsini, mülkiyyətində və icarəsində hər hansı torpaq sahəsinin olmamasını nəzərə almamış, sübutlara düzgün hüquqi qiymət verməyərək maddi və prosessual hüquq normalarını pozmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında işrirak edən İddiaçı vəkilsiz təmsil olunduğundan işə onun izahatı alınmadan baxılmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun vəkili X9 kassasiya şikayətini müdafiə edərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, apellyasiya instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini xah iş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 01.07.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4065/2019 saylı işi üzrə 27 mart 2019-cu il tarixli qətnaməsini dəyişdirmədən saxlayarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31.05.2012-ci il tarixli, 2(011)-1366/2012 saylı qətnaməsi ilə 20.06.2008-ci il təvəllüdlü X8 və X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 60 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Cavabdeh04.08.2011-ci il tarixində Qusar rayonu sakini X4 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, həmin nikahdan 3 uşağı doğulmuşdur: 10.07.2010-cü il təvəllüdlü X10, 19.01.201 3-cti il təvəllüdlü Novruzov Arif Amil oğlu və 17.02.2016-cı il təvəllüdlü X12. O, Qusar rayonu, Çubuqlu kəndində yerləşən "xxxx" MMC-də fəhlə işləyir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Uşaq hüquqları haqqında Qanunun 5, 6, 13; Uşaq hüquqları Bəyannaməsinin (BMT-nin Baş Assambleyasının 20.11.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipi; “Azərbaycan Respub likasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli 1352-VQ nömrəli Qanunu; AM-nin 75-78, 99; MPM 14.2, 76, 77.1, 80- 82, 106.2, 119.1, 216, 217.3, 217.4, 372, 385, 386, 388, 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara müvafiq mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayaraq hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri uşaqların üstün mənafeləri və təminatları baxımından qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Yaşayış səviyyəsinə olan maddi tələbatın artması hamıya bəlli olan haldır və “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən artıq yaşayış minimumu uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdir. İddi açının bu səviyyəni kifayət qədər ötən məvacib alması və cavabdehin maddi vəziyyətinin ağır olması, habelə apellyasiya şikayətinin dəlilləri ilə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun alternativ forması sübuta yetirilmir, başqa ailə üzvləri qarşısında olan vəzifələr isə valideynin övladı qarşısında olan vəzifələrinin həyata keçirilməsindən tam və ya qismən azad edilməsi üçün əsas ola bilməz. Kassasiya kollegiyası ilk növbədə bildirir ki, apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfin apellyasiya şikayətinin kifayət qədər ciddi və mübahisənin qanuni həlli baxımından əhəmiyyətli olan dəlillərinə qanunvericiliyin tələblərinə uyğun olaraq müfəssəl qiymət verməmişdir. Halbuki, Azərbayca n Respublikası Mülki Prosessual Məcəlləsinin: 392.1.6-cı maddəsinə əsasən apellyasiya intansiyası məhkəməsinin qətnaməsində apellyasiya şikayətinə baxılması üzrə məhkəmənin nəticəsi göstərilməlidir; 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 17-ci bəndinə əsasən kassasiya və apellyasiya instansiyası məhkəmələri aşağı instansiyası məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməl idirlər. Kollegiya qeyd edilən prosessual hüquq normalarının pozuntusu ilə yanaşı qeyd etməyi zəruri hesab edir ki, apellyasiya isntansiyası məhkəməsi mübahisəni həll edərkən işin hallarına maddi hüquq norması qismində istinad etdiyi Ailə Məcəlləsinin 112.1-ci maddəsinin dispozision şərtlərinə uyğunluğunu baxımndan da qiymət verməmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İstinad edilən maddi hüquq normasından göründüyü kimi, tutulmuş alimentin məbləğinin dəyişdirilməsi tərəflərdən birinin ailə və ya maddi vəziyyətindəki dəyişiklikliyin mövcudluğu ilə şərtləndirilmişdir. Buna baxmayaraq, apellyasiya instanisyası məhkəməsi bu halların olub-olmamasına qiymət vermədən fomal şəkildə bu maddəyə istinad edilməklə iddianı təmin etmişdir. Halbuki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qətnamə işin baxılması və həll olunması zamanı qüvvədə olan maddi və prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (MPM-in 81, 88, 101.3, 217.1 və 218.1-ci maddələri). Mülki-prosessu al qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 21 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, ar aşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır (F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli qərarlar). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə a raşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Lakin apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə sübutların qiymətləndirilməsi ilə bağlı qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməyərək qətnamə qəbul etmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanu nvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi qənaətə gələrkən mülki prosessual qanunvericiliyin göstərilən tələblərinə əməl etməmişdir. İş üzrə yekun qərarın qəbul edilməsi üçün işin faktiki halları ilə bağlı qanunvericiliyin tələb etdiyi yuxarıda qeyd edilən halların araşdrılması zərurəti olduğundan, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən: a pellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 iyul 2019-cu il tarixli, 2(103)8153/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7680/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7680/2019
02.12.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver