Məhkəmə qərarları › İş №2(102)-7681/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7681/2019

13.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7681/2019 13.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi, iddiaçının nümayəndəsi X1, iddiaçının vəkili X4 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı borcun ödənilməsitələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 iyul 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 senty abr 2018-cı il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov) İddiaçı QSC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 04 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən E.Həsənov, hakimlər X.Mərdanova və F.Babayev) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 sentyabr 2018-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin MK-nın 06 may 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən Ə.Rüstəmov, hakimlər M.Əhmədova və Ə.Nurməmmədov) İddiaçı QSC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 04 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 iyul 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən Ş.Məhərrəmova, hakimlər M.Məmmədov və E.Şamayev) İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 sentyabr 2018-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 199200 manat əsas və 11327.34 manat faiz olmaqla, cəmi 210527.34 manat borc və 30 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı QSC-nin xeyrinə verilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkə n və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 iyul 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 09 mart 2011-ci il tarixli daxili lizinq müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 199200 manat əsas və 11327.34 manat faiz olmaqla, cəmi 210527.34 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 09 mart 2011-ci il tarixli daxili lizinq müqaviləsinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki,tərəflər arasında bağlanmış 09 mart 2011-ci il tarixli, Daxili Lizinq Müqaviləsinə əsasən İddiaçı QSC tərəfindən Cavabdeh illik 20%-lə 6 ay müddətinə 200,000 manat dəyərində 16 ədəd 2018-ci il buraxılışlı tipoqrafiya və çap avadanlıqları lizinqə verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra - Mülki Məcəllə) əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur (maddə 747.1). Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (maddə 748-1.12.4). Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir (maddə 748-10.1). Lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir (748-10.2). Lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir (maddə 751). Mülki qanunvericiliyin lizinq münasibətlərini tənzimləyən normalarının məzmunundan göründüyü kimi lizinq müqaviləsi əmlak kirayəsi (icarəsi) müqaviləsinin xüsusi növü kimi çıxış edir. Bununla yanaşı, lizinq müqaviləsini kirayə hüquq münasibətindən fərqləndirən əsas cəhətlərdən biri lizinq alanın müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək imkanının olmasıdır. Həmin Məcəllənin 389.1 -ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1 -ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bununla yanaşı, Mülki Məcəlləyə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (372.1, 372.2.). Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir (373.2.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (375.2.). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra Qərarlarında iddia müddəti institutunun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “H.Həşimovun və qeydlərinin şikayəti” ilə əlaqədar 30.06.2005-ci il tarixli, “R.Salamovun şikayəti” ilə əlaqədar 30.10.2007-ci il tarixli, “V.Ozerovun şikayəti üzrə 15.04.2011-ci il tarixli və s. qərarları). Konstitusiya Məhkəməsi “E.Həkimo vun şikayəti üzrə” 03.11.2008-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. “L.Binnətovanın şikayəti üzrə” 08.05.2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid digər hallar da nəzərə alınmalıdır. İş materiallarında olan mədaxil üzrə kassa order lərinin və qəbzin kserosurətlərinə görə cavabdeh X2 adından İddiaçı QSC-nin əməkdaşları, o cümlədən işdə iddiaçının nümayəndəsi qismində iştirak etmiş X3 tərəfindən 13.11.2012-ci ildə 300 manat, 10.12.2012-ci ildə 100 manat, 20.12.2012-ci ildə 100 manat, 21.05.2015-ci ildə 500 manat, 21.11.2012-ci ildə X6 tərəfindən 200 manat, X1 tərəfindən 13.12.2012-ci ildə 100 manat İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə lizinq ödənişləri edilmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi qismində iştirak etmiş X3 qeyd olunan lizinq ödənişlərinin cavabdeh tərəfindən İddiaçı QSC-nin əməkdaşlarının vasitəsi ilə edilməsini göstərmişdir. Birinci instansiya məhkəməsinin 25 iyun 2018-ci il tarixli iclas protokolundan görünür ki, cavabdeh məhkəmə iclasında verdiyi izahatında dəfələrlə bankdan kredit götü rdüyünü, başqa kreditləri ilə bağlı ödəniş etməsi üçün bankın işçisinə pul verdiyini, lakin hazırda mübahisələndirilən borca dair ödəniş etməyinin dəqiq xatırlamadığını bildirmişdir. Göründüyü kimi cavabdeh qeyd olunan lizinq müqaviləsi üzrə borcundan ödəniş etməsini inkar etməmişdir. İddiaçının nümayəndəsi isə ödənişlərin, həmçinin sonuncu ödənişin 21.05.2015-ci il tarixdə cavabdeh tərəfindən edildiyini bildirmişdir. İş materiallarından görünür cavabdehin isitinad olunan izahatından sonra onun vəkili Vəkil cavabdehin izahatından fərqli olaraq cavabdehin müqavilə üzrə ümumiyyətlə ödəniş etmədiyini bildirərək məhkəmədən, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən iddianının rədd edilməsini xahiş etmişdir. Bundan sonra cavabdeh əvvəl verdiyi izahatını dəyişərək müqavilə üzrə ödəniş etmə diyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə kollegiyası nəzərə alır ki, cavabdehin dəfələrlə bankdan kredit götürdüyü, başqa kreditləri ilə bağlı ödəniş etməsi üçün bankın işçisinə pul verdiyi məzmunda izahatı iddiaçının nümayəndəsi və faktiki olaraq həmin ödənişlərin bir qismini aparmış X2un izahatı ilə eynilik təşkil edir. Belə ki, X2 əvvəlki və təkrar apellyasiya baxışı zamanı məhkəmə i clasında verdiyi izahatında cavabdehin işlədiyi ofisə gedib aylıq ödənişləri götürdüyünü və iddiaçıya ödədiyini, lizinq müqaviləsində ödənişin bu qaydada aparılması barədə aralarında razılıq olduğunu bildirmişdir. Cavabdeh isə təkrar apellyasiya baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bu məsələ ilə bağlı onun münasibətini öyrənmək mümkün olmamışdır. Digər tərəfdən, Məhkəmə kollegiyası hazırda mübahisələndirilən borca dair ödəniş etməyinin dəqiq xatırlamadığı barədə cavabdehin izahatını səmimi qəbul etmir. Belə ki, lizinq müqaviləsi üzrə cavabdeh tərəfindən ödənilməli olan ödənişlər kifayət qədər yüksək məbləğlərdir, cavabdehin həmin müqavilə üzrə ödəniş edib-etməməyini xatırlamamasını məhkəmə kollegiyası inandırıcı qəbul et mir. Mülki Məcəlləyə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir (maddə 373.2). icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (maddə 377.2). Müəyyənləşdirilmiş qaydada iddia irəlisürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir (maddə 380). İş materiallarından göründüyü kimi müqaviə üzrə 10.09.2011-ci il tarixdə icra müddətinin bitməsi ilə iddia müddətinin axımı başlamış, borclunun borcu etiraf etməsini göstərən ödənişləri etdiyi vaxtdan icra müddəti kəsilmiş və iddia müddətinin axımı 21.05.2015-ci ildən yenidən başlanmışdır. İddiaçı isə hazırkı iddia ilə məhkəm əyə 12.03.2018-ci il tarixdə müraciət etmiş və bununla da 3 illik iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir. Həmçinin, ödənişlərin qəbzlərinin tarixlərindən görünür ki, müqavilə üzrə ilk ödəniş 13.11.2012-ci ildə edilmiş, 3 ill[k iddia müddətinin bitməsinə 2 ilə yaxın müddət qalmışdır. Həmin tarixdən 20.12.2012-ci il tarixədək müxtəlif məbləğlərlə 5 dəfə, daha sonra 21.05.2015-ci ildə ödəniş aparılmışdır. Cavabdeh tərəf həmin ödənişlərin özü tərəfindən deyil, iddia müddətinin axımının kəsilməsi məqsədilə sonuncunun iddiaçının özü tərəfindən məqsədyönlü şəkildə ödənildiyini iddia etmişdir. Lakin cavabdeh bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Mülki Məcəlləyə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməmə si, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442). İşin yuxarıda sadalanan faktiki hallarından məlum olur ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq cavabdeh qeyd edilən “daxili maliyyə lizinqi müqaviləsi” üzrə lizinq verən qarşısında üzərilərinə götürdüyü öhdəliklərini icra etməmişdir. Bununla əlaqədar iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilməklə borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunla nəzərdə tutulmuş tədbirlərin görüləcəyi nəzərinə çatdırılmışdır. İşdə olan 18.04.2017-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya 199200 manat əsas borc, 11327,34 manat faiz borcu olmaqla cəmi 210527,34 manat borcu qalmışdır. Göstərilənlərə ə sasən, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq Cavabdeh 199200 manat əsas və 11327.34 manat faiz olmaqla, cəmi 210527.34 manat borc və 30 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı QSC-nin xeyrinə verilməsi hissəsində iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Bununla yanaşı iş materiallarından göründüyü kimi lizinq müqaviləsi 09.03.2011-ci il tarixdə 6 ay müddətinə bağlanmış, müqavilənin müddəti uzadılmamış, iddia verilən tarixdə lizinq müqaviləsinin müddəti bitmişdir. Belə olan halda lizinq müqaviləsinə xitam verilməsi üçün əsaslar yoxdur və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın bu hissədə təmin edilməməsi qənaətinə gəlmişdir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar