Məhkəmə qərarları › İş №2(102)-7683/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7683/2019

16.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7683/2019 16.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı X4 “xxxx” ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondunun vəkili ** oğlunun və Cavabdeh1 vəkili Alməmmədov Nəriman Əli oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.04.2019-cu il tarixli 2(103)-2716/2019 nömrəli qətnaməsindən iddiaçı X4 “xxxx” ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondu tərəfindən ve rilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin (hakim R.Quliyev) 28.12.2017-ci il tarixli 2(005)7109/2017 nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair ilk, Cavabdeh2 və Cavabdeh1 cavabdeh “xxxx” ASC-yə qarşı “pul” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi, İlk və qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumlarının dövlət rüsumu ödəmiş şəxslərə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Nəbiyev, R.Qurbanov, A.İmanov) 16.07.2018-ci il tarixli 2(103)-5708/2018 nömrəli qətnaməsi ilə ilk iddiaçı və qarşılıqlı iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 28.12.2017-ci il tarixli 2(005)-7109/2017 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.Şadiyev, Q.Allahverdiyev, İ.Xələfov) 12.12.2018-ci il tarixli, 2(102)-7693/2018 saylı qərarı ilə ilk iddiaçı “xxxx” ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.07.2018-ci il tarixli 2(103)-5708/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və işə yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.Məmmədov, X.Sarıyev, E.Şamayev) 29.04.2019-cu il tarixli 2(103)-2716/2019 nömrə li qətnaməsi ilə ilk iddiaçı “xxxx” ASCnin ləğvedici Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi, hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 28.12.2017-ci il tarixli 2(005)-7109/2017 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair ilk iddiasının təmin edilməməsi qət edilmişdir. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.Məmmədov, X.Sarıyev, E.Şamayev) 29.04.2019-cu il tarixli 2(103)-2716/2019 nömrəli qərardadı ilə cavabdehlər X1 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 28. 12.2017-ci il tarixli 2(005)-7109/2017 nömrəli qətnaməsinin qismən, yəni qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı ləğv etmə prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “pulun ödənilməsi” barədə qarşılıqlı iddiası üzrə mülki işin icraatına xitam verilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onların qarşılıqlı iddia ərizəsində göstərdikləri tələblə bağlı “xxxx” ASC-nin ləğv etmə prosesini həyata keçirən Əmanətlərin Sığortalanması Fonduna, bundan sonra yarana biləcək mübahisə ilə bağlı isə ləğvetmə prosesinə nəzarət edən müvafiq inzibati-iqtisadi məhkəməyə müraciə edə bilməsi izah edilmişdir. İddiaçı X4 “xxxx” ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondu iş üzrə Bakı Apellyasiya Məhkə məsi Mülki Kollegiyasının 29.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. İşin halları: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit, kredit faizlərinin və cərimənin müştərək qaydada ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada iddiaçı X4 “xxxx” ASC-nin xeyrinə 1612721.09 manat əsas, 441419.07 manat dəbbə pulu olmaqla, cəmi 2054140.16 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı ləğv etmə prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “pulun ödənilməsi” tələb inə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın təmin edilməməsi, onlar tərəfindən artıq ödənilmiş 87278.91 manat məbləğində vəsaitin qarşılıqlı iddia üzrə cavabdeh ləğv prosesində “xxxx” ASC-dən qarşılıqlı tələb üzrə iddiaçıların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı X4 “xxxx” ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondunun vəkili ** oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsində mülki işə yenidən baxılarkən bu işlə bağlı Ali Məhkəməsinin qərarında qeyd edilən göstərişlər tam araşdırılmamış, məhkəmə kollegiyası təkcə əsas borcalan Şahid izahatını almaqla kif ayətlənmiş, digər araşdırılmalı sübutları detallı tədqiq etməmişdir. Məhkəmə qətnaməsi onunla əsaslandırılmışdır ki, iş üzrə tərəflər arasında kredit müqaviləsindən irəli gələn münasibətlərin olması birmənalıdır. Bunun müəyyən edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsinin kredit müqaviləsinin əslinin təqdim edilməməsinə görə iddianın sübuta yetməməsi əsası ilə iddianın rədd edilməsi barədə rayon məhkəməsinin mövqeyi ilə razılaşmaq olmaz, çünki iş materiallarında olan başqa sübutlarla müqavilə münasibətlərinin olması müəyyən edilir, lakin Bankın istinad etdiyi müqavilə deyil, cavabdehlərin və iş üzrə Şahid tərəfindən təsdiq edilən 28.12.2013-cü il tarixli 2.000.000 AZN borcla bağlı müqavilə əsas götürülməklə ilk iddiaya qiymət verilməlidir. Belə ki, Şahid ilə bağlanmış 18.10.2012-c i il tarixli müqavilə 3.700.000 manat pulun verilməsi şərtiylə bağlanmışdır. Krediti aldıqdan sonra Şahid tərəfindən yalnız bir dəfə 10.06.2013-cü il tarixdə 6592.45 manat məbləğində ödəniş həyata keçirilmişdir və 28.12.2013-cü il tarixə olan borc 3691882.55 manat təşkil etmişdir. İlkin olaraq, mübahisələndirilən məsələ odur ki, 28.12.2013-cü il tarixli müqavilə ilə Şahid adına olan borc bağlanmış və Cavabdeh2 ilə Cavabdeh1 adına keçirilmişdir. Həmzəyevin Anarın 3691882.55 manat aktiv borcu olduğu halda, sonunculara 2.000.000 AZN məbləğdə kredit açılmışdırsa, nəticədə H.Anarın adına olan kredit bağlanmamış qalacaqdı və sonuncunun adına ******* manat qalıq kredit borcu olmalı idi. Lakin faktiki olaraq, 28.12.2013-cü il tarixli kreditin ötürülməsi müqaviləsindən sonra H.Anarın adına olan bor c məbləği bağlanmışdır. Belə ki, təqdim etdiyimiz H.Anarın krediti üzrə hesabdan çıxarışdan da görünür ki, 28.12.2013-cü ildə 3691882.55 manat məbləğində pul ödənilmişdir, nəticədə H.Anarın adına olan kredit bağlanmışdır və yeni aktiv kredit M.İlqar və A.Elşənin adına rəsmiləşdirilmişdir. Hadisələrin məntiqi ardıcıllığı onu göstərir ki, M.İlqar və A.Elşənin iddia etdikləri 2.000.000 manat məbləğində müqavilənin bağlanması mümkünsüzdür, bu zaman iddiaçı Bankın H.Anara qarşı tələb hüququ yarana bilərdi, lakin hal-hazırda belə bir tələb üçün əsas yoxdur, çünki mövcud olan aktiv kredit üzrə iddiaçının tələb hüququ M.İlqar və A.Elşənə qarşı yaranmışdır, bu da sübut edir ki, tərəflərin kserosurət təqdim etdikləri müqavilə öhdəlikdən yayınmaq məqsədilə kustar üsulla hazırladıqları saxta sənəddir. Bundan əlavə, İddiaçı Bankın təqdim etdiyi 28.12.2013-cü il tarixli ******* manat məbləğində öhdəliyin ötürülməsi ilə bağlanmış kredit müqaviləsində qeyd olunur ki, tərəflər ilkin olaraq 500.000 manat hissəsini ödəyərək qalan hissəsini 48 ay müddətinə hər ay 66 667 manat ödəmək şərti ilə qəbul etmişlər. Bu zaman təqdim etdiyimiz sonuncu maliyyə arayışına nəzər yetirsək, görərik ki, cavabdehlərin ödənişləri aşağıdakı formadadır: 07.02.2014 tarixində 70 001.07 azn, 01.04.2014 tarixində 70 000 azn, 09.04.2014 tarixində 70 000 azn, 10.04.2014 tarixində 50 000 azn, 30.04.2014-cü il tarixində 70 000 azn, 02.07.2014 tarixində 100 000 azn, 02.10.2014 tarixində 70 000 azn, 10.10.2014 tarixində 140 000 azn, 25.11.2014 tarixində 40 000 azn, 12.01.2015 tarixində 30 000 azn, 23.01.2015 tarixində 70 000 azn,12.03.2015-ci il tarixində 40 000 azn, 04.06.2015 tarixində 100 000 azn, 03.03.2016 tarixində 620 277.84 azn, 17.10.2016 tarixində 5 000 azn, 14.11.2016 tarixində 5 000 azn, 09.12.2016 tarixində 5 000 azn, 16.01.2017 tarixində 15 000 azn, 07.02.2017 tarixində 7 000 azn, 14.03.2017 tarixində 5 000 azn, 13.04.2017 tarixində 5 000 azn pul məbləği ödəmişlər. Göründüyü kimi, cavabdehlərin 21 ödənişindən 10-u Bankın təqdim etdiyi müqavilənin şərtinə uyğun, yəni 70000 azn və ondan yuxarıdır, ümumilikdə isə 14 ödənişi 30 000 azn-dən yuxarıdır. Halbuki cavabdehlər iddia edirlər ki, tərəflər arasındakı münasibətlər onların təqdim etdiləri kserosurət müqaviləyə əsaslanmalıdır, halbuki elə həmin müqavilənin şərtlərində borcalanın ödəməli olduğu aylıq məbləğ 31 250 manatdır. Bu isə o deməkdir k i, cavabdehlər öz hərəkətləri ilə iddia etdikləri sözlər üst-üstə düşmür və özləri özlərini təkzib edirlər. Belə ki, cavabdehlər üzərində olan öhdəlikləri məhz Bankın təqdim etdiyi müqavilənin şərtlərinə uyğun həyata keçirmişlər. Qeyd edilməlidir ki, Şahid öz izahatında 2.000.000 AZN məbləğində kredit verildiyini təsdiqləsə də, həmin 28.12.2013-cü il tarixli kredit müqaviləsində ümumiyyətlə onun imzası, iradə ifadəsini bildirən hər hansı bir qeyd, həmin müqavilə bağlanarkən əsas borclu qismində onun iştirakını sübut edən hər hansı fakt yoxdur. Bu isə deməyə əsas verir ki, Şahid həmin müqavilənin əvvəlcədən ümumiyyətlə, xəbərdar olmamışdır. Qanunvericiliyin tələblərinə əsasən borcun üçüncü şəxsə ötürülməsi barədə müqavilə 3 tərəfli müqavilədir və mütləq qaydada öhdəliyi ötürülən şəxs tərəfi ndən imzalanmalıdır. Bütün bu sübutlara baxmayaraq, həm birinci, həm də ikinci instansiya məhkəməsi tərəfimizdən təqdim edilən sübutları yetərincə araşdırmayıb, həmçinin ekspertizasının keçirilməsi barədə vəsatətlərimizi təmin etməyib. Nəzərə alsaq ki, müqavilənin digər tərəfi olan Bank həmin kredit müqaviləsinin bağlanmasını təkzib edir və müqavilənin saxta olduğunu iddia edir, yalnız borcalanlar- iş üzrə cavabdehlər iddia edirlər ki, həmin müqavilə bağlanmışdır, halbuki, heç iddia etdikləri müqavilənin əslini də təqdim edə bilmirlər, bu halda fiktiv sənədə əsaslanaraq Məhkəmənin qərar çıxarmağı tamamilə əsassızdır, məhkəmə ümumiyyətlə saxta sübutlara hüquqi qiymət verməməliydi. Həmçinin, AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 05.12.2018-ci il tarixli 2(102)-7693/2018 saylı qərarında iş in yenidən araşdırılması üçün bir sıra göstərişləri qeyd etsə də, bunlardan sadəsə Şahid izahatına hüquqi qiymət verilmiş, Şahid həqiqəti əks etdirməyən ifadəsinə əsaslanaraq 29.04.2019-cu il tarixli 2(103)-2716/2019 saylı qətnamə çıxarılmışdır. Xüsusilə qeyd edilməlidir ki, tərəflər arasında bağlanan ipoteka müqaviləsinin əsli notariat orqanından götürülmüş və tərəfimizdən Məhkəməyə sübut kimi təqdim edilmişdir. Belə ki, həmin ipoteka müqaviləsinin əslində göstərilir ki, ipoteka müqaviləsi “Kredit müqaviləsi üzrə borcun keçirilməsi barədə” 28.12.2013-cü il tarixli Müqaviləyə və 18.10.2012-ci il tarixli NA-068/012 saylı Kredit Müqaviləsinə əsasən verilmiş kreditin qalığı olan 3.200.000 AZN məbləğində 48 ay müddətinə olan kreditin və kreditə hesablanacaq cərimələrin qaytarılmasının təminatı kimi Tərəflər Müqavilə ilə müəyyən edilmiş əmlakın ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. “xxxx” ASC ilə Cavabdeh2 və Cavabdeh1 arasında Kredit müqaviləsi 28.12.2013-cü il tarixində bağlanmağına baxmayaraq, ipoteka müqaviləsi tərəflər arasında 16.05.2014-cü il tarixdə bağlanmışdır. Bir daha sual edilir ki, əgər ipoteka əmlakları cavabdehlərin iddia etdikləri qədər tam yararsız və təmirsiz vəziyyətdə idisə, nə üçün 5 ay sonra onlar Banka yaxınlaşaraq götürdükləri krediti 3.700.000 manat məbləğində kreditin (ipoteka müqaviləsində göstərildiyi kimi) qarşılığında ipoteka qoymuşlar. Belə ki, cavabdehlər ipoteka müqaviləsinə imza etməklə əslində 3.700.000 manat məbləğində tələbi aksept etdiklərini öz hərəkətləri ilə sübuta yetirmişlər. Beləliklə, apellyasiya kollegiyası tərəfində n Azərbaycan Respublikası MPM-nin tələbləri ciddi şəkildə pozulmuş, tərəflərin təqdim etdikləri dəlillər bərabər əsaslarla, tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmamış, ümumilikdə maddi və prosessual hüquq normalarının tələblərinin pozuntusuna yol verilmişdir. Ona görə də o, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.04.2019-cu il tarixli, 2(103)-2716/2019 saylı qətnaməsinin ləğv edilməsi və ilk iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 415.3-cü maddəsinə əsasən, m əhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı X4 “xxxx” ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondunun vəkili ** oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili Alməmmədov Nəriman Əli oğlu kassasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.04.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İş üzrə mübahisə ap ellyasiya instansiyası məhkəməsi tərəfindən aşağıda göstərilən qaydada həll edilmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya baxışı zamanı şahid qismində Şahid dindirmiş və o, öz ifadəsində bildirmişdir ki, o uzun müddət “xxxx” ASC-də müxtəlif vəzifələrdə çalışmışdır. Ləğv edilmiş MTN-nin sabiq naziri E.Mahmudovun və həmin dövrdə Banka faktiki rəhbərlik edən C.Hacıyevin təzyiqi və təsiri ilə 18.10.2012-ci il tarixli NA-068/012374 saylı müqavilə bağlanmışdır. Qeyd olunan müqavilə formal şəkildə rəsmiləşdirilsə də Bank tərəfindən ona hər hansı bir məbləğdə kredit vəsaiti verilməmişdir. Bank tərəfindən onun Banka 28.12.2013-cü il tarixə 3.700.000 manat məbləğində borcunun olması və məhz həmin borcun Cavabdeh2 və Cavabdeh1 ötürülməsini iddia etsə də, öhdəliyin keçməsi barədə 28.12.20 13-cü il tarixli müqavilədə istinad olunan 18.10.2012-ci il tarixli NA-068/012374 saylı müqaviləyə əsasən onun Banka 3.700.000 manat borcu olmamışdır. Həmçinin Cavabdeh2 və Cavabdeh1 28.12.2013-cü il tarixdə müqavilə bağlamamışdan əvvəl satın almaq istədikləri əmlaka baxış keçirdikləri zaman sözügedən əmlakın tam təmirsiz olmasını və yerləşmə ünvanına görə dəyərinin 2.000.000 manatdan çox ola bilməyəcəyini bildirdikdə, Bankdan ilkin olaraq həmin qeyri-yaşayış sahəsinin təmir olunacağı və tam təmirli şəkildə onlara təhvil veriləcəyi qeyd olunmuşdur. Buna görə də 28.12.2013-cü il tarixdə bağlanmış borcun keçirilməsi barədə müqavilədə borcun məbləği 3.700.000 manat kimi göstərilmiş, lakin dərhal sonra Bank tərəfindən sözügedən qeyri-yaşayış sahəsinin təmir olunmayacağı və olduğu kimi təmirsiz vəziyyətdə veriləcəyi bildirildiyi üçün tərəflər müqavilənin ilkin layihəsini ləğv edərək və dəyişərək borcun məbləğini əmlakın dəyərinə uyğunlaşdırmışlar. Xüsusilə, şərti olaraq 3.700.000 manat borc göstərilən ilkin müqavilə onların yanında cırılaraq məhv edilmiş, yeni 2.000.000 manat məbləğində borcla bağlı müqavilə rəsmiləşdirilmişdir. Beləliklə, borcun keçirilməsi barədə 28.12.2013-cü il tarixli müqavilənin sonuncu – hazırda qüvvədə olan variantında borcu qəbul edən şəxslərin Banka ödəməli olduğu borcun məbləği 2.000.000 manat təşkil edir. Buna baxmayaraq Fondun müqavilənin ilkin – ləğv edilmiş layihəsinə istinad edərək 3.700.000 manatla bağlı məhkəmədə iddia qaldırması əsassız varlanmaya cəhd kimi qiymətləndirilməlidir. Eyni zamanda, yaranmış zərurətlə əlaqədar olaraq məhkəmə tərəfin dən Bakı Şəhəri 38 saylı Dövlət Notariat Kontorunun xüsusi notariusu İ.M.Xəlilov tərəfindən təsdiq edilmiş 16.05.2014cü il tarixli 1116/14-02 saylı “İpoteka müqaviləsi” ilə bağlı “Notariat işini” götürərək tədqiq etmişdir. Həmin “Notariat işindən” müəyyən edilmişdir ki, ipoteka saxlayan Bank, ipoteka qoyan və borcalan Cavabdeh2 və borcalan Cavabdeh1 arasında 16.05.2014-cü il tarixdə bağlanmış 1116/14-02 saylı “İpoteka müqaviləsinə” əsasən, ipoteka saxlayanla borcalanlar arasında bağlanmış kredit müqaviləsi üzrə borcun keçirilməsi barədə 28.12.2013-cü il tarixli Müqaviləyə və 18.10.2012-ci il tarixli NA-068/012 saylı Kredit Müqaviləsinə əsasən verilmiş kreditin qalığı olan 3.200.000 manat məbləğində 48 ay müddətinə olan kreditin və kreditə hesablanacaq cərimələrin qaytarılmasının təminatı k imi tərəflər müqavilə ilə müəyyən edilmiş əmlakın ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər (bənd 2.1.). Beləliklə, apellyasiya kollegiyası tərəfindən müəyyən edilmişdir ki, iş üzrə tərəflər arasında kredit müqaviləsindən irəli gələn münasibətlərin olması birmənalıdır. Bunun müəyyən edilməsinə baxmayaraq Rayon Məhkəməsinin kredit müqaviləsinin əslinin təqdim edilməməsinə görə iddianın sübuta yetməməsi əsası ilə iddianın rədd edilməsi barədə Rayon Məhkəsinin mövqeyi ilə razılaşmaq olmaz. Çünki iş materiallarında olan başqa sübutlarla müqavilə münasibətlərinin olması müəyyən edilir. Lakin Bankın istinad etdiyi müqavilə deyil, cavabdehlərin və iş üzrə Şahid tərəfindən təsdiq edilən 28.12.2013-cü il tarixli 2.000.000 manat borcla bağlı müqavilə əsas götürülməklə ilk iddiaya qiymət v erilməlidir. Həmin müqavilə əsasında ilk iddianın dəlillərini araşdırdıqda apellyasiya kollegiyası hesab etmişdir ki, iş üzrə cavabdehlər Banka 28.12.2013-cü il tarixli müqavilə üzrə 2.000.000 manat borclu olduqlarını qəbul etmələri, habelə onların Banka 2.087.278,91 manat ödəniş etdikləri nəzərə alınarsa onların Banka borcunun olmaması müəyyən edildiyindən Məhkəmə hesab edir ki, ilk iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Kassasiya kollegiyası aşağıda göstərilən əsaslara görə, apellyasiya məhkəməsinin gəldiyi nəticəni tam əsaslı hesab etmir. Belə ki, iş materiallarından görünür ki, apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş şəxs qərəzli olmuş və şahidin qərəzli ifadə verməsi onda əksini tapmışdır ki, şahid ifadə verərkən iddiaçının müqavilələr ilə bağlı hərəkətinə q iymət verərək, Fondun müqavilənin ilkin – ləğv edilmiş layihəsinə istinad edərək 3.700.000 manatla bağlı məhkəmədə iddia qaldırmasının əsassız varlanmaya cəhd kimi qiymətləndirilməli olduğunu qeyd etmişdir. Apellyasiya kollegiyası isə şahidin ifadəsində bildirmiş olduğu ilkin müqavilə layihəsinin ləğv edilməsi, borcun keçirilməsi barədə 28.12.2013-cü il tarixli müqaviləyə əsasən borcun ******* manat təşkil etməsi istiqamətində hər hansı araşdırma aparmamış, yalnız şahidin ifadəsini mötəbər sübut kimi nəzərə alaraq Bankın istinad etdiyi müqavilənin deyil, cavabdehlərin və iş üzrə Şahid tərəfindən təsdiq edilən 28.12.2013-cü il tarixli 2.000.000 manat borcla bağlı müqavilənin əsas götürülməli olduğu qənaətinə gəlmişdir. Həmçinin kassasiya kollegiyası tərəfindən müəyyən edilir ki, apellyasiya kollegiyası tərəfindən iddiaçının kassasiya şikayətində göstərmiş olduğu və hazırda yuxarıda qeyd edilmiş həmin hallar üzrə də araşdırma aparmamış, bununla da ədalətli məhkəmə araşdırması hüququnu da pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin 9-cu maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəfl ərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi vasitəsi kimi qəbul olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadı ğını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmış, nəticədə mahiyyətcə qanuni və əsaslı olmayan qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən, kassasiya instansiy ası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üç ün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kassasiya kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.04.2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə 17.01.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1 982-ci il tarixli qərarı; “X2rşı” işi üzrə 26.10.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X4 “xxxx” ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.04.2019-cu il tarixli, 2(103)2716/2019 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar