Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7696/2019 04.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 iyul 2019-cu il tarixli 2(107)2088/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Ağdaş rayon məhkəməsinin 11 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakim F.H.Nəsibov, iş № 2(014)-829/2019) İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası qismən təmin edilərək Ağdaş rayon Məhkəməsinin 27 fevral 2014-cü il tarixli 2(014)-270/2014 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə iki uşağın saxlanılması üçün tutulan alimentin miqdarı artırılaraq Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 14 fevral 2004-cü il tarixdə anadan olmuş X3 və 21 sentyabr 2005-ci il tarixdə anadan olmuş X1 18 yaşına çatana qədər onların saxlanılmaları üçün İddiaçı xeyrinə hər ay hər bir uşaq üçün 110 manat, cəmi 220 manat aliment tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Ə.T.Məcidov, İ.F.Quliyev və M.A.Əsədli) apellyasiya şikayətləri təmin edilməmiş, Ağdaş rayon məhkəməsinin 11 aprel 2019-cu tarixli qətnaməsi tərəflərin apellyasiya şikayətinə münasi bətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Tərəflər rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan 2004 və 2005-ci illərdə iki uşaqları olmuşdur. Ağdaş rayon məhkəməsinin 27 fevral 2014-cü il tarixli qətnaməsi ilə həmin məhkəmənin 15 iyul 2012-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən tutulan alimentin miqdarı artırılmış, iki uşağın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 70 manat sabit pul məbləğində alimentin 27.01.2014-cü il tarixdən Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir. 2019-cu ilin mart ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağdaş rayon məhkəməsinin 27 fevral 2014-cü il tarixli qətnaməsi ilə qət olunmuş alimentin iki uşağın saxlanılması üçün aşkar kifayət etmədiyini əsas göstərərək alimentin miqdarı nın artırılmaqla hər uşağa görə cavabdehdən onun xeyrinə 160 manat, cəmi 320 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh kassasiya şikayəti verərək daimi iş yerinin olmamasını, maddi vəziyyətinin çətin olması səbəbindən alimenti ödəmək imkanına malik olmamasını əsas göstərməklə qətnamənin qismən ləğv edilməsi və yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, la kin kollegiya işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində cavabdeh qətnamənin ləğv edilməsini xahiş edərkən qət olunmuş 220 manat məbləğində alimenti ödəməyə maddi imkanının olmamasını əsas göstərmişdir. Aliment ödəməyə borclu olan şəxsin maddi imkanının olmaması onu aliment ödəmək vəzifəsindən azad etmədiy indən, eləcə də cavabdeh tərəfindən ödənilən alimentin miqdarı uşaqların hər il artırılan yaşayış minimumundan xeyli aşağı olduğundan, apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin edilməsi barədə nəticəyə gəlmiş və bu zaman Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinad etmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İstinad olunan normalar və Ailə Məcəlləsinin 75 və 78-ci maddələri uşaqların saxlanılmasını və onların təlabatının təmin olunmasını valideynlərin vəzifəsi kimi müəyyən etdiyindən, kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı sayır, hesab edir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və iddianın rədd olunması üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 23 iyul 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7696/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7696/2019
04.12.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver